Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Mövzu 2. Dünya ölkələrində kimyəvi mühafizənin yeri və vəziyyəti



Yüklə 0,86 Mb.
səhifə2/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Mövzu 2. Dünya ölkələrində kimyəvi mühafizənin yeri və vəziyyəti.

Pestisidlər haqqında anlayış və onların sinifləşdirilməsi
Plan
1. Dünya ölkələrində kimyəvi mühafizənin yeri

2. Pestisidlər haqqında anlayış

3. Pestisidlərin tətbiqi obyektinə görə sinifləşdirilməsi

4. Pestisidlərin kimyəvi tərkibinə görə sinifləşdirilməsi


Ədəbiyyat
1. Н. Н. Мельников – «Пестициды» Москва, 1987.

2. Г.С. Груздев – «Химическая защита растений» Москва, 1987

3. İ. H. Cəfərov – “Fitoterapiya” Bakı, 2002,

4. С. Р. Попов, Л, А. Дорожкина – «Основы химической защиты растений», Москва, 2004.


Mövzu 2. Dünya ölkələrində kimyəvi mühafizənin yeri və vəziyyəti.

Pestisidlər haqqında anlayış və onların sinifləşdirilməsi
Kimyəvi üsulun mahiyyəti fitopatogen orqanizmlərə qarşı toksiki olan üzvi və qeyri-üzvi mənşəli preparatların tətbiqidir. Ədəbiyyat məlumatlarında göstərilir ki, yer kürəsində olan 1 mln buğumayaqlılardan 68 minə qədəri iqtisadi nöqteyi nəzərdən zərər vura bilirlər. Sorucu ağız aparatına malik olan bir sıra zərərvericilər insanlar üçün dəhşətli xəstəliklərin daşıyıcılarıdır. Adi ev milçəyi 200-dən artıq mədə-bağırsaq xəstəliklərinin infeksiyalarını yayır. Həşarat və gənələrin əksəriyyəti vegetasiya dövrü yüksək döl vermək qabiliyyətinə malikdirlər. Məsələn, kartof Kolorado böcəyi Azərbaycan şəraitində 3 nəsil verir. Böcəyin dişi fərdi 30mln-a qədər, qanlı mənənə isə daha çox yumurta qoya bilir. 10 mindən çox göbələk bu və ya digər dərəcədə bitkilərə, istehsal olunan məhsullara həm vegetasiya, həm də saxlama dövrü zərər verirlər. Q.M. Axundovun (1973) məlumatlarına əsasən 1968-ci il respublikamızın k/t üçün ağır illərdən olmuşdur. Mildium xəstəliyinin güclü inkişafı, ölkədə becərilən məhsulun tamamilə məhv olunmasına səbəb olmuşdur. Həmin il Masallı-Cəlilabad rayonlarında perenosporoz xəstəliyi soğanı, Şəki-Zaqatala zonasında isə yalançı unlu şeh və ya perenosporoz tütün məhsulunun 100% itkisinə səbəb olmuşdur.

1861-ci ildə A.M.Bari kartofun fitoftoroz xəstəliyi haqqında məqalə dərc etdirir. Avropada bu xəstəliyin inkişaf tarixi çox qədimdir. 1843-cü ildə Qərbi Avropada xəstəlik təhlükəli xarakter almışdır. 1845-1847-ci illərdə fitoftoroz Böyük Britaniya, Belçika, Fransa, Almaniyanın qərb hissəsi, Rusiyanın şimal-qərbində olan tarlaları tamamilə sirayətlənmiş, əsil xalq bədbəxtliyinə səbəb olmuşdur.

V.A.Kasparov, V.K.Prameninkov (1990) məlumat verirlər ki, keçmiş SSRi-də zərərverici, xəstəlik, alaq otlarının vurduğu zərər nəticəsində məhsulun 26%-i itir və bu 16 mlrd. manat qiymətləndirilir. Beləliklə kimyavi mühafizə tədbirlərinin tətbiqi nəticəsində 17-18 mln. t dən, 10-11 mln.t kartof, 13-14 mln. ton şəkər çuğunduru, 1,8-2 mln. ton xam pambıq və digər bitkiçilik məhsulları qorunur. ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin 80-ci illərin əvvələrinə olan məlumatlarına əsasən ölkə hər il pambıqda vilt xəstəliyindən 95 mln. dollar, kartofda fitoftopozdan 71 mln. dollar, tütündə bakterial ryabuxadan 46 mln. dollar ititrib. Təkçə buğda sahələrinin septorioz xəstəliyi ilə yoluxması nəticəsində ABŞ kimi dövlət 100 mln. dollar və daha çox pul itirib.

Dünya kənd təsərrüfatına 60 fəsiliyə daxil olan 200 növ alaq otları zərər vururlar. Bunların 57% -ni birilliklər, 43%-ni çoxilliklər təşkil edirlər. 80 növ alaq otu xüsusilə təhlükəli hesab edilir. 1985-ci ildə dünyada noxud sahələrinin alaq otları ilə sirayətlənməsi məhsulun tam məhvinə səbəb olmuşdur. Beləliklə, 4 Skandinaviya ölkələrində tarlaların ayrıq alağı ilə zibillənməsi nəticəsində iqtisadi itkilər 400 mln. dollar təşkil etmişdir. Alaq otlarına qarşı tətbiq olunan herbisidlər ən geniş istifadə edilən pestisidlərdəndir. Dünya bazarında onların payına ümumi pestisidlərin 44%-i düıür. 1987-ci ildə dünya üzrə çıxarılan 20 mlrd. dollarlıq pestisidlərin 8,6 mlrd. dollarlıq payı herbisidlərdir. 1986-cı ildə Amerikada satılan pestisidin 2,9 mlrd. dollarlığını herbisidlər təşkil edir və onun 80%-i qarğıdalı və soya əkinlərində alaqlara qarşı tətbiq edilmişdir.

Dünya üzrə istehsal olunan pestisidlərin 30,5% -i isə insektisidlərin payına düşür. ABŞ-da bu göstərici nisbətən kiçikdir.

Dünya k/t tətbiq edilən iтsektisidlərin əksər hissəsi pambıq tarlalarında, sonra düyü və qarğıdalı əkinlərində tətbiq edilir.

Bitkilərin kimyəvi mühafizə vasitələri hal-hazırda bütün dünyada kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyasında ayrılmaz hissədir. Onlar çoxalma və hazır məhlulun göndərilməsində, binaların prosesində geniş tətbiq edilir.

Bitkiləri zədələyən, kənd təsərrüfatı məhsullarını, material və məmulatları, habelə insan və heyvanların təhlükəli xəstəliklərinin daşıyıcıları və tüfeyliləri ilə mübarizədə tətbiq olunan kimyəvi maddələrə pestisidlər deyilir.

Pestisidləri kimyəvi tərkibinə, tətbiq edilmə sahəsinə, orqanizmə daxil olma və təsiretmə xassəsinə görə siniflərə ayrırlar.

Kimyəvi tərkibinə görə pestisidlər 3 əsas qrupa bölünür:



  1. Qeyri-üzvi birləşmələr(civə,ftor, barium, kükürd, mis)

  2. Bitki, bakterial, və göbələk mənşəli pestisidlər (bakteriya və göbələklər, antibiotiklər və fitonsidlər)

  3. Üzvi birləşmələr (ən çox qrup təşkil edən yüksək fizioloji fəallığa malik pestisidlər ).

- Xlor –üzvi birləşmələr (HXSH, polixlorkamfen, tiadon,dilor və s.)

- Fosfor üzvi birləşmələr (DDVF, qardon, xlorofos,metafos,və s)

-Sintetik priretroidlər –permetrik (ambus, karsar) deltametrin,sipermetrin (simbuş) və başqaları

- Karbamin,tio və ditiokarbamin turşusu törəmələri (sevin,primor)


- Fenolun nitrobirləşmələri-nitrofenollar

(DNOK,akreks,karatan,morobit,nitrofen)

- Ftalimidlər(kaptan,ftalan)

- Mineral yağlar

- Civə üzvü birləşmələri(Qranozan,merkurheksan)

- Xinonlar(dixlon)

- Sidik cövhəri törəmələri

Pestisidlərin tətbiq obyektinə görə sinifləşdirilməsi

Tətbiq olunma obyektinə görə bütün kimyəvi dərmanlar aşağıdakı qruplara bölünür:

1.İnseksitidlər (insectium-həşərat)-zərərverici həşəratlarla mübarizə üçün

2.Akarasidlər (acarus-gənə)gənələrlə mübarizə üçün

3.İnsektoakarasidlər-eyni zamanda zərərli həşəratlar və gənələrlə mübarizə üçün

4.Ovisidlər-(ovum-yumurta)-Zərərli həşərat və gənələrin yumurtalarını məhv etmək üçün

5.Larvisidlər-(larva-sürfə)-Gənə və həşəratların sürfələrini məhv etmək üçün

6.Mollyuskisidlər-Mollyuskalar ilə mübarizə üçün

7.Nematosidlər-(Nematodes-əyri qurdlar,fitohelmintlər)zərərli nematodlarla mübarizə üçün

8.Rodentisidlər(zoosidlər)-Zərərli gəmiricilərlə mübarizə üçün

9.Fungisidlər(fungus-göbələk)göbələk xəstəlikləri ilə mübarizə üçün

10.Bakterisidlər(bacteria-bakteriya)Bakteriyalarla mübarizə üçün

11.Herbisidlər(herbium,herbi-om)alaq otlarını məhv etmək üçün

12.Arborosidlər(arzu olunmayan ağac-kol bitkilərini məhv etmək üçün)

13.Alhisidlər-yosunları məhv etmək üçün

14.Afisdilər-mənənələrlə mübarizə üçün

15.Vermisidlər-qurdlarla mübarizə üçün

16.Virusoidlər-viruslarla mübarizə üçün

Tətbiq obyektinə görə sinifləşdirmə şərtidir, çünki bir çox pestisidlər universal təsirə malikdir, yəni həm həşəratlara və həm də gənələrə təsir edirlər.

Məsələn, malation (karbofos, furanon) həm insektisid və həm də akarisidlər. Onlara insektoakarisid deyilir. Bəzi preparatlar göbələk xəstəliklərinə və eyni zamanda gənələrə də təsir edirlər. Onlara akarifungisid deyilir. Bir çox herbisidlərin məsarif normasını artırdıqda ağac – kol bitkilərinə də təsir edirlər, onları arborisidlər qrupuna daxil edirlər.

Kimya sənayesi tərəfindən istehsal edilən pestisidlər keyffiyət göstəricilərinə görə dövlət standartlarının tələblərinə uyğun olmalıdır.

Standartda preparatın adı, tərkibi, hazırlanma texnologiyası, təsiredici maddə, preparat forması (düst, islanan toz), analiz üçün nümunələrin götürülməsi, təsieedici maddənin analiz üsulu, preparatın saxlanma qaydaları qeyd edilir.

Hər il Dövlət Komissiyası tərəfindən sınaq edilən pestisidlərin nəticəsi yoxlanılır və təsərrüfatda tətbiq edilməsinə icazə verilir. Aqrar Sənaye birliyi və Səhiyyə Nazirliyi birlikdə kimyəvi və bioloji maddələrin xəstəlik, zərərverici və alaqlara qarşı istifadə edilməsinə icazə verir və siyahısını təsdiq edir.

Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsi işləri ilə Elmi-Tədqiqat İnstitutu məşğul olur.

Kənd təsərrüfatı nazirliyinin bitki mühafizəsi şöbəsi zərərverən orqanizmlərlə mübarizə aparmaq tədbirlərinə rəhbərlik edir. Fermer təsərrüfatlarına vaxtında qoruyucu vasitələr çatdırılmalıdır və tətbiq edilən pestisidlərin hesabatı aparılmalıdır.

Pestisidlərin öyrənilməsi, sınağı və tətbiq qaydaları, müəyyən şöbə tərəfindən aparılmalı, preparatların tətbiqi kordinə edilməlidir.




Pestisidlərin orqanizmə daxil olunmasına və təsir xassəsinə

görə sinifləşdirilməsi
Belə sinifləşdirmə imkan verir, pestisidlərin zərərli orqanizmə daxil olmasını aydınlaşdırmaq və onların istifadə üsulunu (nəyə yönəldilməsini) müəyyənləşdirir.

Bağırsaq insektisidlər və rodentisidlər zərərverici həşəratların və gəmiricilərin zəhərlənməsinə səbəb olur. Onlar orqanizmə mədə-bağırsaqdan qida ilə daxil olur. Bu qrup pestisidlər zərərverici orqanizmin miqdarını nizamlayır və gəmirici ağız aparatı olanlara və çoxlu miqdarda qida qəbul edənlərə qarşı, eyni zamanda gəmiricilərə qarşıda tətbiq edilir. Bu pestisidlər təcrübədə entomofaqlara qarşı təhlükəli deyil.

Kontakt insektisidlər və akarisidlər zərərverici həşəratları və gənələri insektisidlə təmasda olduqda məhv edir.

Kontakt təsirli fungisidlər. Bunlara daxil olan bitki orqanizminə daxil olmur; onların səthində qalır və patogeni inkişafının başlanğıc mərhələdə məhv edir.

Kontakt herbisidlər – elə birləşməlidir ki, bitkidə zəif hərəkət edirlər və o hissəsini məhv edirlər ki, hansına tətbiq edirlər. Bu qrup herbisidləri tətbiq etdikdə bitkilər preparatla yaxşı örtülməlidir.

Sistem təsirli pestisidlər – elə maddələrdi ki, bitkiyə yaxşı daxil olur və onun daxilində hərəkət edir, kök sisteminə qədər, uzun müddət bitkidə qalırlar və zərərverən orqanizmi məhv edirlər. Bitki vasitəsi ilə (fungisid, akarisid, insektisid) ya da bütün bitkiləri tamamilə məhv edir . Belə pestisidlər deşib soran zərərvericilərə, bitki daxilində inkişaf edən patogenlərə, çox illik kök sistemi güclü olan alaq bitkilərinə qarşı əsasən səmərəlidir. Fumiqantlar (fumiqant təsirli pestisidlər) – kimyəvi, zərərli m tənəffüs orqanlarından qaz ya da buxar halında daxil olurlar.

Bundan başqa bitkilərə təsirinə görə və tətbiq istiqamətinə bölünürlər: Defoliyantlar–bitkilərin yetişməsini və mexaniki yolla toplama üsulunu asanlaşdırmaq yolu ilə yığım qabağı yarpaqları tökmək üçün tətbiq edilən kimyəvi maddələrdir.

Desikantlar –məhsul yığımı zamanı itkini azaltmaq və mexaniki üsulla yığmaq üçün yığım qabağı bitkiləri qurutmaq üçün tətbiq olunan kimyəvi maddələrdir.

Retardantlar – gövdə və zoğların qısalmasına səbəb olan, bitkinin böyümə tempini aşağı salan preparatlardır.
Pestisidlərin kimyəvi quruluşuna görə sinifləşdirilməsi

Kimyəvi sinifləşdirilmədə əsaslanır qeyd edilmələrə: eyni qrupdan olan strukturuna görə yaxın olan və kimyəvi xüsusiyyətləri ümumi olan, bioloji fəallığı eyni istiqamətdə olan, çox zaman eyni təsir mexanizminə malik olanlar.

Qeyd edilənlərə əsasən pestisidlər aşağıdaki hissələrə bölünür:

Qeyri üzvi birləşmədə (misin duzları fosfidlər, kükürd);

Təbii mənşəli maddələr (biopestisidlər – mikrobioloji və virus preparatlar, mikrobioloji sintezin məhsulları).

Üzvi sintetik birləşmələr.

Kontakt herbisidlər yarpaqla gövdə ilə təmasda olduqda təsir edirlər və nəticədə bitkilərin həyatiliyini təmin edən proseslər pozularaq onu məhv edir. Belə herbisidlər yalnız bitkilərin təmasda olan orqanlarını zədələyirlər, ancaq belə bitkilərin yeni zoğları əmələ gəlir və zədələnmiş bitki yenidən inkişaf edir.

Təsir xassəsinə görə defolyantlar və desikantlar kontakt təsirli herbisidlərə bənzəyirlər. Bitkilərin boru sistemi vasitəsi ilə hərəkət edən herbisidlərə sistem təsirlilər deyilir. Belə herbisidlər yarpaqlara və bitkilərin köklərinə düşdükdə hərəkət edən herbisidlərə sistem təsirlilər deyilir. Belə herbisidlər yarpaqlara və bitkilərin köklərinə düşdükdə hərəkət edərək onu məhv edirlər . Sistem təsirli preparatları çoxillik və kök sistemi inkişaf etmiş alaq otlarına qarşı tətbiq etdikdə yüksək səmərə alınır.

Üçüncü qrup torpaqda cücərən alaq otlarının köklərini məhv etmək məqsədilə tətbiq olunan herbisidlərdir.

Orqanizmə daxil olma qaydası və təsir xarakterinə görə insektisidlər bağırsaq, kontakt və fumiqant təsirli kimi təsnifləşirlər.

Bağırsaq təsirli insektisidlər zərərli həşəratların orqanizmə qida ilə birlikdə düşdükdə zəhərlənmə əmələ gətirirlər.

Kontakt insektisidlər dəri örtüyü ilə bilavasitə əlaqədə olduqda həşəratların məhvinə səbəb olurlar.

Fumiqantlar – həşaratın orqanizminə tənəfüs orqanlarından daxil olaraq onları məhv edirlər.

Tətbiq edilən insektisidlərin əsas hissəsi həşaratın orqanizminə müxtəlif yollarla daxil ola bilər, ona görə preparatları yarım qruplara ayırdıqda onların əsasən daxil olma yolu nəzərə alınır. Məsələn, fosfamid adətən sistem təsirli insektisiddir, ancaq bu preparat kontakt və fumiqant təsirə də malikdir.

Fungisidlər iki əsas yarım qrupa bölünürlər: bitkilərin vegetasiya dövründə və toxumların dərmanlaması üçün istifadə edilənlər.

Vegetasiya dövründə tətbiq edilən fungisidlər profilaktiki təsirli preparatlara bölünərək bitkiləri müxtəlif infeksiyalardan mühafizə edir və kökləyici təsirli preparatlar /müalicəvi/ bitkilərin müalicəsi üçün tətbiq edilir. Fungisidlər qrupuna daxil olan preparatlar kontakt və sistem təsirli olurlar.

Boy maddələri pestisidlərin əsas qrupunu təşkil edir və geniş təsir etmə xassəlidirlər. Bu preparatlar bitkiləri qələmlə artırdıqda məhsulu və məhsul vermə müddətini sürətlədirir, soyuqdan və quraqlıqdan qoruyur.
Mövzu 3. Aqronomluq toksikologiyasının əsasları. Zəhər haqqında anlayış və zəhərlənmə. Pestisidlərin toksikliyi, gigiyenik sinifləşdirilməsi və tətbiq reqlamenləri
Plan:
1. Zəhər haqqında anlayış

2. Pestisidlərin toksikliyinin seçiciliyi

3. Pestisidlərlə zəhərlənmənin səbəbləri

4. Ümumi təhlükəsizlik tədbirləri

5. Şəxsi gigiyena qaydaları

Ədəbiyyat
1. Г.A.Беглярова – «Химическая и биологическая защита растений» Москва 1983

2. Z.H Xəlilova – “Kənd təsərrüfatında insektisidlərin tətbiqi” Gəncə 1994

3. İ.H.Cəfərov – “Fitoterapiya” Bakı 2002

4. С. Р. Попов, Л.А. Доржкина и др. – «Основы Химической защиты растений», Москва, 2004.

5. Г.С.Груздев – «Химическая защита растений» Москва 1987

Aqronomluq toksikalogiyasının əsasları
Toksikologiya (toxicon-zəhər, loqos-elm) - zəhərlər və onların orqanizimdə təsiri haqqında elmdir.

Aqronomluq toksikologiyası – toksikilogiyanın bir bölməsidir. Bu bölmə aqronomiyada tətbiq edilən pestisidlərin xassələrini və onların istiqanlı heyvanlara, həşaratlara, bakteriyalara, göbələklərə, bitkilərə biosenoza və ekoloji sistemə təsirini öyrənir.

Pestisidlərin bir orqanizmə təsir edərək digər canlılara təsir etməməsi onlardan bitkilərin mühafizəsində geniş istifadə etməyə imkan verir.

Aqronomluq toksikologiyasının əsas məqsədi pestisidlərin sintezinin nəzəri əsaslarının öyrənməkdən və onların yüksək səmərəlik verən tətbiq üsullarını işləməkdən ibarətdir. Bu preparatların insanlara xeyirli, heyvanlara və əhatə edən mühitə mənfi təsirini də öyrənir.


Zəhər haqqında anlayış və zəhərlənmə. Pestisidlərin toksikliyi
Zəhər – elə maddələrdir ki, orqanizmə müxtəlif yollarla (tənəffüs orqanları, dəri, mədə-bağırsaq və s.) az miqdarda daxil olduqda, onun həyatilik əhəmiyyəti olan struktur qurluşu ilə əlaqəyə girərək, həyat fəaliyyətini pozur, müəyyən şəraitdə xəstələnməsinə və zəhərlənməsinə səbəb olur.

Bir çox təbii birləşmələr, bitkilərin, mikroorqanizmlərin həyat fəaləyyəti nəticəsində əmələ gəlmiş maddələr və süni yolla sintez edilən kimyəvi maddələr zəhər xassəlidir. Ekzogen zəhərlər orqanizmə xaricdən, endogen zəhərlər isə onun daxilində əmələ gəlir.



Zəhərlilik – yəni canlı orqanizmlə maddənin əlaqəyə girməsidir. Zəhər- kimyəvi maddə ayrılıqda ya da təbiətdə olan cansız maddələrlə əlaqəyə girərək zəhərə cevrilir və (zəhərə çevrilərək) canlı orqanizmdə patoloji dəyişiklik əmələ gətirir. Orqanizmə təsir edən zəhərin miqdarını azaltdıqça , patoloji təsiri zəifləyir və nəhayət yox olur. Kimyəvi maddələrin zəhərliliyi həmin preparatın miqdarı və orqanizmə təsiri ilə əlaqədardır.

Pestisidin tətbiq edilən obyektin vahid kütləsinə, həcminə, səthinə sərf edilən miqdarına doza deyilir.

Pestisidlərin işçi məhlullarının kəsafətliyi faizlə müəyyən edilir.

Toksiklik – pestisid az miqdarda orqanizmin normal həyat fəaliyyətini pozaraq onu zəhərlə məhv etməsidir.

Zəhərlənmə iki növ olur – kəskin və xroniki



Kəskin zəhərlənmə pestisidlə bir dəfə təsir etdikdə baş verir. Belə zəhərlənmənin nəticəsində orqanizmin həyat fəaliyyəti pozulur və müəyyən hallarda ölümlə nəticələnir.

Xroniki zəhərlənmə pestisidlə bir neçə dəfə nisbətən az miqdarda təsir etdikdə orqanizmin həyat fəaliyyəti tədricən pozulur. Pestisidlərin toksikliyi müxtəlifdir. Preparatın toksikliyi onun miqdarından, daxil olma yollarından, təsir müddətindən, orqanizmin vəziyyətindən, xarici mühit amilləri ilə əlaqədardır. Müxtəlif orqanizmlərə pestisidlərin toksikliyi doza ilə ölçülür. Toksiki doza yəni pestisidin müəyyən səmərə verən miqdarına deyilir. Doza pestisidin vahid kütləsinin, vahid sahəyə, həcmə ya da tətbiq edilən obyektin kütləsi ilə ifadə edilir.

Toksikliyin təyin edilməsi üçün istifadə edilən orqanizimlərə biotest deyilir. Pestisidlərin tətbiq edilən orqanizmlərə səmərəliliyi məhv olmuş ya da zəhərlənmə əlamətinə əsasən müəyyənləşdirilir, nəzarətə görə faizlə ifadə edilir.

Toksiklik müəyyən həriflərlə işarə edilir: ÖD- (öldürücü doza), LD- (letal daza), ÖK – (öldürücü kəsafətlik) və SD – (səmərəli doza).

Ölmüş obyektlərin miqdarına görə pestisidlərin səmərələlik təsirini müəyyən etdikdə ÖD, LD və ÖK göstəricilərindən istifadə edirlər. Məsələn, ÖD90- pestisidin dozası 90% ölümlə nəticələnir, ÖK20- pestesidin kəsafətliyi 20% ölümlə nəticələnir.

SD – pestisidin dozası obyektin ayrı-ayrı həyati proseslərinin pozulması dərəcəsi ilə müəyyən edilir. Məsələn, orqanizmdə quru maddənin miqdarı, böyümə prossesinin dayanması və s. proseslərin pozulması.

Maddənin tətbiq edilən obyektə təhlükəsizlik dərəcəsi:

ən aşağı (həddi)

Hüdud dozası – yəni maddənin az miqdarda orqanizmdə dəyişiriklik əmələ gətirməsi. Preparatın belə dozası, xüsusən həssas olan biokimyəvi və fizioloji testlərə təsir edir və orqanizmin xarici körkəmində heç bir dəyişiriklik müşahidə edilmir.

Subletal doza – yəni pestisidin dozası orqanizmin həyyat fəaliyyətinə təsir edir, ancaq ölümlə nəticələnmir.

Letal doza-yəni pestisidin dozası tətbiq obyektinə qarşı ölümlə nəticələnir, çünki orqanizmlər pestisidlərə qarşı həssaslığına görə fərqlənirlər, qeyd edilənə görə adətən orta öldürücü dozaya əsasən pestisidin toksikliyi müıyyən edilir, yəni 50% səmərəlik verən.

Pestisidlərin toksiklik göstəriciləri preparatların məsarif normasını və yüksək səmərəlik verən tətbiq üsullarını müəyyən etməyə imkan verir.

Biz preparatın ÖD50 dozasını müxtəlif obyektlərə tətbiq edərək, pestisidlərin seçicilik (selektivliyini) təsirini müəyyən edirlər. Mədəni bitkiyə herbisidin ÖD50 8 mq\kq torpada olduğu halda, ən geniş yayılmış alaq otuna isə torpaqda 0,2 mq\kq olarsa, belə herbisid yüksək seçici təsirlidir.

Toksikliyin kəmiyyət göstəriciləri tətbiq edilən preparatlara qarşı davamlı həşaratları müəyyən etməyə imkan verir. Pestisidlərin gigiyenik sinifləşdirilməsində də toksiklik göstəricilərinin çox böyük əhəmiyyəti var.




Pestisdlərin gigiyenik sinifləşdirilməsi
Gigiyenik sinifləşdirmə preparatları xarakterizə etməyə, pataloji təsirini, və maddələrin təhlükəli olmasını müəyyən etməyə imkan verir.

Pestisidlər toksikliyindən və təhlükəli dərəcəsindən asılı olmasına görə bir neçə qrupa bölünür:

1.Toksikliyinə görə:


  1. Güclü təsirli zəhərlər-ÖD50-50 mq/kq qədər

  2. Yüksək toksiki zəhərlər-OD50-50-200 mq/kq

  3. Orta toksiki zəhərlər-ÖD50-200-1000mq/kq

  4. Zəif toksiki zəhərlər-ÖD50-1000 mq/kq yuxarı

Preparatın yuxarida qeyd edilən sinifləşdirilməsinə əsasən k/t tətbiq edilən preparatlar aşağıdaki qruplara bölünür:

1.Qrup-güclü təsirli zəhərlər-metil brom, qranozan, qliftor, zookumarin, krısid, merkur-heksan, merkurbenzol, preparat 242, ratindan, sink, fosfid.

2. Qrup - yüksək toksiki pestisidlər: akreks, bazudin heksaxloranın qammazizomeri və 50%-li islanan tozu, heksaxlor butadion, DDVF, dixloretan, metafos, natrium pentaxlorfenolyat, tiodan, fozalon, fosfamid /Bİ-58/, ftalofos, sidial, elsan.

3. Qrup – otatoksiki: amifos, aktrik AS, aktril M, antio, afuqan, betanal, heksaxloran, 2,4 D, kombilen, 2M-4X, 2M-4XP, karbofos, karbation, kuprozan, karbin, leybasid, metallilxlorid, metaldehid, metation, mis kuporusu, morosid, nitrafen, polidim, polirxlorkamfen, polixom, preparat DD, reqlon, ramrod, sevin, tiazon, tiqam, TMTD, tillam, fosfamid-dənəveşdirilmiş, fosfan, fentiuram-molibdat, formalin, xlofos, mis xloroksid, sianamid, fitobakteriomisin.

4. Qrup-zəif toksiki: anilat, agelon, artazin, arezin, banlen, banvel-D, benomil, bromofos, bordo mayesi, boverin, vitavaks, qardona, heksaxlorbenzol, dilor, dalapon, dialen, diamet-D, diuron, difenamid, 2.4-DM, 2.4-D amin duzu, yaşıl sabun, HXH, kaptan, karatan, kupronaft, kinolyat, kotoran, maloran, milbeks, mineral yaglar, mezoranil, monuron, neoron, pataran, polimarsin, politriazin, preparatlar №30, 30C, 30CC, 30M, polikarbasin, prometrin, propazin, kükürd, simazin, solan, tedion, topsin-M, ftalan, sineb, yalan.

Güclü və yüksək təsirli zəhərlər təhlükəlidir, kəskin zəhərlənmə əmələ gətirirlər. Belə zəhərlərin tətbiqi hər il məhdudlaşır.Parklara və yaşılliq zonalarina belə zəhərləri tətbiq etməyə icazə verilmir.

II.Dəridən toksiki təsirinə görə pestisidlər /aşagıdaki qaydada / qruplara bölünür:

1.Kəskin ifadəli-ÖD50 300 mq / kq aşagı, dəridə toplanma əmsalı I aşagı;

2.Mülayim ifadəli - ÖD50 300-1000 mq/ kq toplanma əmsalı 1-3.

3.Zəif ifadəli - ÖD50 1000 mq/ kq yuxarı, toplanma, əmsalı 3-dən yuxarı.

Dəridə toplanma əmsalı-dəridən təsir edən ÖD50-nın mədəyə düşən (təsir edən) ÖD50 olan nisbətinə deyilir. Məsələn: ÖD50 dəriyə təsirinə görə 300 mq/kq, mədəyə daxil etdikdə isə - 400 mq/kq, dəridə toplanma əmsalı 0,75 mq/kq. Bu əmsal nə qədər böyük olsa dəridən zəhərlənmə bir o qədər təhlükəsiz olur.

Dəridə yuksək toplanma xassəsinə- butifos, bromofos,tiodan və.s. preparatlar daxildir. Həmin preparatlarla işləyərkən dəri örtüyünü mühafizə etmək lazımdır.

III. Uçuculuq xəssəsinə görə pestisidlər aşagıdakı qruplara bölünür:

1.Yüksək təhlükəli maddələr

2.Təhlükəli maddələr

3.Zəif təhlükəli maddələr

Yüksək uçucu xassəli preparatlar orqanizmə tənəfüz orqanları vasitəsi ilə daxil olurlar. Fümiqasiya yolu ilə tətbiq edilən preparatlar və civəli birləşmələr. Ona görə onlarla işləyərkən tənəfüz orqanlarını mühafizə etmək lazımdır.

IV.Kümulyasiya xassəsinə görə:

1.Güclü kumulyasiya xəssəli-kumulyasiya əmsalı birdən aşagı olur.

2.İfadəli kümulyasiya əmsalı- 1-3

3.Mülayim ifadəli- kümulyasiya əmsalı 3-5

4.Zəif ifadəli- kümulyasiya əmsalı – 5 yuxarı.

Kumulyasiyanin göstəricisi kümulyasiya əmsalıdır, hansi ki maddənin bir neçə dəfə tətbiqi nəticəsində toplanan orta öldürücü dozanın bir dəfə tətbiq edilən orta öldürücü dozasına olan nisbətidir.



ÖD50xroniki təcrübə

ÖD50/ kəskin təcrübə/


Yüksək kumulyativ təsirli pestisidlər bioloji mühitdə davamlıdır və dövr edərək orqanizmdə toplanırlar. Belə birləşmələrə əsasən xlorüzvi preparatlar daxildilr.

V.Torpaqda davamlığına görə:

1.Yüksək davamlı preparatlar- parçalanma vaxtı 2 il yuxarı.

2.Orta davamlı- parçalanma vaxtı 1-6 ay.

3.Zəif davamlı- parçalanma müddəti – 1 ay.

Yüksək davamlı preparatlar k/t tətbiq edilməməlidir.

Davamlı pestisidlərə uçucu olmayan, atmosfer amillərinin təsirindən kimyavi xassəsini dəyişməyən pestisidlər daxildir.Məsələn: simazin, monuron, TMTD, mineral yağlar, DNOK və s. Nisbətən zəif uçucu olan preparatlar, kimyavi xassəsini tədricən dəyişən preparatlar orta davamlıdır.Məsələn: heksaxloran, karbofos, xlorofos, fosfamid, sineb, karbation, efirlər, 2,4D və s.

Buxarlanan və kimyavi dəyişiriklərə uğrayan pestisidlərə davamsız preparatlar daxildir: fumiqantlar, civəli preparatlar, metafosun dustu. Belə preparatlar kip bağlanan qablarda saxlanır.

Bunlardan başqa pestisidləri gigiyenik xarakterizə edərək,onların digər patoloji təsirini öyrənirlər: blastomogenlik, mutagenlik, teratogenlik, embriotropluq və s.

Blastomogenlik, yəni pesitsidlərin təsirindən şişlərin əmələ gəlməsi. Şiş bədxassəi olarsa, pestisid konserogen maddə hesab edilir.

Mutagenlik- pestisidlər bitkilərdə, heyvanlarda mutagenlik əmlə gətirir. Pestisidlərin təsirindən canlı orqanizmdə eybəcərlik müşahidə edilir. Onların bu xassəsi teratogenlik adlanır. Ebriotropluq- yəni pestisidlərin təsiri nəticəsində rüşeym normal inkişaf etmir. Son illər pestisidələrin orqanizmə allergen təsiri müşahidə edilir. Pestisidlərin gigiyenik sinifləşdirilməsi həmin preparatların hərtərəfli öyrənilməsinə imkan verir.

Pestisidlər aşağıda geyd edilən gigiyenik tələblərə cavab verməlidir:

1. K/t – istiqanlı heyvanlara və insanlara qarşı təsir edən pestisidlər tətbiq edilməməlidir;

2. Təbii şəraitdə tokiski olmayan komponetlərə 2 il və daha artıq müddətdə parçalanan pesitisdlərin tətbiqinə icazə verilmir;

3. Kəskin ifadəli kumulyasiya xassəli pestisidləri tətbiq etməyə icazə verilmir;

4. Blastomoken, mutaken, embriotrop, allerken, xassəli pestisidlərin tətbiqinə icazə verilmir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə