Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi



Yüklə 0,86 Mb.
səhifə3/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Pestisidlərin reqlamentləri

Pestisidlərin insanlara toksiki təsiri, əhatə edən mühitdə /toplanması/, ərzaqda toplanması, müəyyən təkliflərin, normativlərin, reqlamentlərin hər pestisid üçün müəyyən ediməsini tələb edir, beləliklə preapratların tətbiqinin səmərəliyini və təhlükəsizliyini təmin edir.

Pestisidlərin reqlamentləri Aqrar sənaye birliyi və Səhiyyə nazirliyi tərəfindən işlənib hazırlanır. Hər il “Kimyavi və bioloji preparatların zərərvericilərə, bitkilərin xəstəliklərinə və alaqlara qarşı mübarizədə k/t tətbiq edilən siyahisi” təstiq edlir.

Pestisdlərin siyahısına hər li təsərrüfatda sınaq edilmlş, səmərəli, az toksiki preparatlar əlavə edilir. Toksiki preparatların tətbiqi məhdudlaşır, ona görə pestisidləri tətbiq etdikdə, preparatların siyaısına əsasən tətbiq edilən və eyni zamanda təlimatdan və metodiki göstərişlərdən də istifadə etmək lazımdır. Preparatların məsarif normalarını düzgün tətbiq etmək lazımdır. Məsarif normalarının artırılması pestisidlərin mühitdə toplanmasına və ərzaqda qalıq miqdarının artırmasına səbəb olur.

Pestisidlərin təbiətdə dövr etməsinin qarşısını almaq üçün preparatların gigiyenik normaları müəyyən edilmişdir: icazə verilən miqdarda işçi hava zonasında, atmosferdə, suda və torpaqda. Xüsusən torpaqda pestisidlərin məsarif normasına diqqət etmək lazımdır, çünki torpaq ərzaqın, suyun və havanın çirklənməsi üçün mənbə ola bilər. Pestisidlərin torpaqda miqdarına nəzarət etmək üçün yazda çöl işinin başlanğıcında torpaqda miqdarı müəyyən edilməlidir.

Torpağın şumlanan qatında davamlı pestisidlər (sevin, heksoxloran, polixlorpinen, polixlorkamfen), icazə verilən qalıq miqdarından çox olduqda, həmin sahələrdə dənli və texniki bitkilər əkilir. Bu qrup pestisidlərin yerüstü tətbiqinə icazə verilmir. Ərzaqda pestisidlərin qalıq miqdarına nəzarət etmək üçün hər preparatın icazə verilən qalıq miqdarı müxtəlif məhsullarda və yemdə müəyyən edilir. Pestisidlərin qalıq miqdarının dinamikasını müxtəlif bitkilərdə müəyyən edirlər. Zəhərli maddələri toplamaq xassəsinə görə bitkilər fərqlənirlər. Torpaqda 10 mq/kq polixlorkamfen olarsa, bitki 2-46 mq/kq pestisid toplayır. Zəhərli maddələrin qalıq miqdarı mq/kq müəyyən edilir. Hər pestisid üçün və ayrı-ayrı k/t məhsulları üçün qalıq miqdarı təyin edilir. Zəhərlərin qalıq miqdarı ayrı-ayrı ölkələrdə müxtəlifdir. Ölkəmizdə heksoxloranın qalıq miqdarı -ətdə, yumurtada, süddə və süd məhsullarında, şəkərdə - 0,005 mq/kq, dənli bitkilərdə - 0,2mq/kq, kartofda və tərəvəzdə 0,5 mq/kq, sevinin 2,4- D, civəli birləşmələrin, metafosun və TİTD- nin qalıq miqdarına icazə verilmir.

Pestisidlərin qalıq miqdarına görə tətbiqinin axırıncı vaxtı, yəni gözləmə müddəti müəyyən edilir. Axırıncı tətbiq müddəti – yəni pestisidi bitkiyə, torpağa tətbiq etdikdən sonra, o icazə verilən miqdarda olmalı, ya da tamamilə parçalanmalıdır. Tətbiqinin axırıncı vaxtının təyin edilməsi, maddənin davamlılığından, ətraf mühitdə və ərzaqda qalma vaxtından, toksikoloji gigiyenik xassəsindən, təsir edici maddənin fiziki-kimyəvi xarakterindən, preparat formasından, tətbiq obyektindən və torpaq-iqlim şəraitindən asılıdır. Tez detoksikasiya olan və zəif toksiki preparatlar üçün gözləmə müddəti 2-20 gün, nisbətən toksiki maddələr üçün 1-2 aydır. Bir çox fosfor üzvi birləşmələr üçün gözləmə müddəti 15-20 gündür. Parnik və istixana şəraitində karbofosu yığımı 2-3 gün qalmış tətbiq edirlər.

Heksaxloranın az miqdarda kələmin şitil fazasında, şəkər çuğundurunda yığıma 75 gün, pambığda 30 gün qalmış tətbiq edirlər. Heksaxlorsikloheksanı torpağa zərərvericilərə qarşı tətbiq etdikdə kartof, yer kökü, çuğundur və digər kökümeyvələri 4 ildən sonra həmin sahəyə əkmək olar.

Davamlı preparatları /pestisidləri/ tətbiq etdikdə onlardan alınan məhsulların reqlamentləri müəyyən edilir. Məsələn: əgər tətbiq vaxtından 75 gün keçməyibsə, həmin bitkilərdən malqara üçün yem kimi və silos hazırlamağa istifadə etmək olmaz. Heksaxloran tətbiq edilmiş baglardan biçilən otdan mal-qara üçün istifadə etmək olmaz.Davamlı pestisidləri tətbiq etdikdə, həmin sahədə torpaqla əlaqədər olmayan illəri 6 gündən sonra aparmaq olar. Ancaq torpaq işlərini isə 15 gündən sonra etmək lazımdır . Kontak təsir edən preparatları tətbiq etdikdə, həmin sahələrdə 15 gündən sonra işləmək olar. Quraqlıq və isti havada sıx əkilmiş əkin sahələrində işçilərin işləməsinə iki həfdən sonra icazə verilir. Kimyavi maddələrlə işləyən şəxslər özlərini və ətraf mühiti çirklənmədən qorumaq üçün təhlükəsizlik qaydalarına əməl etməlidir.Qəbul edilmiş məsarif normasına, tətbiq qaydalarına, reqlamentlərinə əməl edilməlidir.

Mövzu 4. Zərərli orqanizimlərə qarşı pestisidlərin toksikliyi və ona təsir edən amillər. Pestisidlərin toksikliyinin seçiciliyi.

Plan


  1. Pestisidlərin toksikliyinin maddənin kimyəvi strukturu ilə əlaqədar olması.

  2. Zəhərli maddələrin toksikliyinə onun dozasının və təmasda olmasının təsiri.

  3. Pestisidlərin toksikliyinə onun uçuculuğunun və yapışqanlığının təsiri.

  4. Toksikliyə torpaq amillərinin təsiri.

  5. Pestisidlərin toksikliyinin seçiçiliyi.

Ədəbiyyat

1. Г.С.Груздев – «Химическая защита растений», Москва, 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya”, Bakı, 2002

3. С. Р. Попов, Л.А. Доржкина и др. – «Основы Химической защиты

растений», Москва, 2004.

4. F.Ə. Babayev- Bitkilərin kimyəvi mühafizəsi



Mövzu 4. Zərərli orqanizimlərə qarşı pestisidlərin toksikliyi və ona təsir edən amillər. Pestisidlərin toksikliyinin seçiciliyi.

Zəhərli orqanizmlərə qarşı pestisidlərin toksikliyi və ona təsir

edən faktorlar

Bitkilərni mühafizəsində tətbiq edilən kimyəvi qoruyucu vasitələr zərər verən orqanizimlərə qarşı yüksək toksiki olmasıdır. Onların bu xassəsi maddənin kimyəvi strukturu ilə əlaqədardır. Müəyyən hallarda molekulların struktur qurluşunda çüzi dəyişiklik etdikdə toksiklik tamamilə itir və maddənin təsir spektri dəyişir. Məsələn, simm-triazinin xlorlu törəməsinin triazin həlqəsində Cl –un atomunu hidroksid qrupu ilə əvəz etdikdə preparatın herbisid fəallığı tamamilə itir.

Toksikliyi artırmaq məqsədilə, müxtəlif kimyəvi birləşmələrinin struktur quruluşuna toksofor qruplar əlavə edilir. Belə qruplara hallogenlər (Cl, Br, F, J), nitroqruplar, ağır metalların atomları (Mg, Sn, Cu), rodan qrupları və s. daxildir. Məsələn, sulu karbonların hallogenli törəmələri həşaratlara, mikroorqanizimlərə və bitkilərə qarşı müvafiq olaraq sulu karbonlara nisbətən daha toksikidir.

Metilli brom səmərəli fumiqantdır və güclü toksiki maddədir, ancaq metanın xassəsi kifayət qədər toksiki deyil. Fenolun molekuluna nitroqruppa əlavə etdikdə insektisid fəallığı kəskin artır. Fenolun ÖK50 – noxud mənənəsinə qarşı 0,3% olduğu halda 4-nitrofenolun ÖK50 – 0,007; 2,4 – dinitrofenolda isə 0,001% təşkil edir.

Kimyəvi birləşmələrin toksikliyi nəinki maddənin tərkibindən və həm də molekulaların qurluşu ilə də bağlıdır. Bir birləşmənin bir neçə izomerləri var və onlar müxtəlif fəal maddələrdir.

Heksaxlosikloheksanın (HXCH) bütün izomerləri və atomlarının yerləşdirilməsinə görə fərqlənir. Ancaq insektisid xassə γ – izomerinə xasdır. Üzvi birləşmələrin toksikliyinin, onun qurluşu ilə bağlı olması yeni yüksək səmərəli pestisidləri sintez etməyə zəmin yaradırır.

Zəhərli maddələrin toksikliyi (müəyyən dərəcədə) onun dozası ilə müəyyənləşdirilir. Zəhərlə canlı orqanizmə təsir etdikdə, o bioloji reaksiya ilə cavab verir.

Zəhər orqanizmə az miqdarda daxil olaraq, onun bir funksiyasına təsir edir və sonra zəhərlənmənin əlamətləri müşahidə edilir, nəticədə isə canlı orqanizm məhv olur.

Toksiki maddələrin müəyyən təsir yeri var. Zəhərlərin təsir mexanizmini müəyyən toxuma, orqan, hüceyrə ya da molekulyar reseptor kimi təsəvvür etmək olar. Maddənin toksikliyi zəhərin miqdarı və təsir olan yerə daxil olma sürətilə əlaqədardır. Bu baxımdan hər bir amil zəhərin reseptorla əlaqəyə girmə prosesinə təsir edərək, toksikliyin dəyişməsinə səbəb ola bilər.

Pestisidlərin toksikliyi bir çox amillərlə əlaqədardır. həmin amillər nəzərə alınmasa, preparatlardan düzgün istifadə etmək mümkün deyil.

Bu amilləri üç qrupa bölmək olar: pestisidlərin zərərli orqanizm ilə təmasda olma müddətinə təsir edənlər: pestisidlərin orqanizmə daxil olmasına təsir edənlər: orqanizmdə toksiki maddələrin hərəkətinə təsir edənlər.

Pestisidlərin toksikliyinə təsir edən faktorlardan biri zərərli orqanizimlə zəhərin təmasda olma müddətidir. Həmin əlaqə nə qədər uzun vaxta olarsa, bir o qədər zəhərin toksiki təsiri artar. Bitkiləri və torpağı pestisidlərlə işlədikdə, preparatın təsiri obyektlərin üzərində qalma müddəti ilə əlaqədardır. Eyni zamanda bu prossesə pestisidlərin fiziki-kimyavi xəssəsi və xarici mühit faktorları da təsir edir.

Davamlı, zəif uçucu birləşmələr uzun müddət torpaqda və bitkidə qalır. Ona görə bitkilərin mühafizə işində yüksək toksiki və davamlı kimyavi birləşmələrdən istifadə etmək lazımdır. Pestisidlərin uçuculuq xüsussiyətini aşağı salmaq məqsədilə, onların tərkibinə xüsusi maddələr əlavə edilir.

Yüksək uçucu preparatlar (eptam, treflan, karbation) torpağa verdikdə, həmin sahələrdə preparatın tətbigindən sonra şumlanma və suvarma işləri aparılır. Belə tədbirlər preparatın toksiki təsirini gücləndirir və torpaqda qalması üçün əlverişli şərait yaranır.

Pestisidlərin yapışqanlığının, islatma xüsusiyyətinin, böyük əhəmiyyəti var.

Belə xüsusiyyətlər zəhərin uzun müddət tətbiq edilən obyekt üzərində qalmasına səbəb olur və beləliklə zəhərin zərərli orqanizimlə təmasda olma müddətini uzadır.

Preparatın qeyd edilən xassələrini yaxşılaşdırmaq məqsədilə, onların tərkibinə həlledicilər, emulqatorlar, isladıcı və sabitləşdirici maddələr əlavə edilir.

Xarici mühit amillərindən pestisidlərin toksikliyinə təsir edən əsasən temperaturdur. Temperatur pestisidlərin toksiki xassəsinə və təsir mexanizminə təsir edir. Preparatın toksikliyi yüksək temperaturda artır. Optimal temperaturda orqanizm zəhərə qarşı həsas olur. Çünki biokimyəvi reaksiyalar sürətlə gedir.

Temperatur atdıqca toksikliyi artan pestisidlərə müsbət, əksinə toksikliyi azalanlara mənfi temperatur əmsallı deyilir. Pestisidlər əsasən birinci qrupa daxildir. Mənfi temperatur əmsallı preparatlar azdır və onları kənd təsərrüfatı bitkilərini zərər verən orqanizmlərdən mühafizə etmək üçün, erkən yazda istifadə edirlər.

Zəhərlərin toksikliyinə nisbi rütübətlik də təsir edir. Pestisidlərin toksikliyi nisbi rütübətlik çoxaldıqca azalır; günəş radiyasiyası, külək, yağış və s. faktorlar zəhərin toksikliyinin azalmasına səbəb olur.

Torpaq amilləri pestisidlərin orada qalmasına əlverişli şərait yaradaraq preparatın toksikliyini artırır.

Toksiki maddə ziyan verən orqanizmlə təmasda olduqda, müxtəlif yollarla (tənəffüs sistemi, dəri örtüyü və qida ilə heyvanlarda, köbələklər və bakteriyalara örtücü toxumlardan, bitkilərə ağızcıqlardan, kutikul təbəqəsindən və kök sistemindən), daxil olduqda bir çox amillər təsir edir.

Preparatın xoşa gəlməz dadı, kəskin iyi, onların aldadıcı yem şəklində tətbiq etdikdə orqanizmə daxil olmasına mane olur, ya da tətbiq edilən obyektlə uzun müddət təmasda olmasını təmin etmir və beləliklə həşarata, heyvanlara zəhərin təsiredici dozası daxil olmur. Preparatın belə xüsusiyyəti onların tətbiqinin səmərəliyini aşağı salır. Məsələn, krısidin acı tamı preparatın yüksək səmərə verməsini təmin etmir. Yeni pestisidlər sintez etdikdə qeyd edilən çatışmamazlıqlar nəzərə alınmalı, və preparatın tərkibinə cəlb edici (attraktantlar) maddələrin əlavə edilməsi məqsədə uyğundur.

Herbisidlər bitkilərin yarpaqlarına təsir etdiklərinə görə onların toksikliyi azalır. Çünki bitkiyə daxil olma prosesi zəifləyir.

Fumiqantların, rodentisidlərin və bağırsaq təsirli insektisidlərin toksikliyi maddələrin qıcıqlandırıcı xassələrilə əlaqədardır. Qıcıqlandırıcı xassəli pestesidlər mədə bağırsaq traktının selikli qişasına və tənəffüs yollarına təsir edərək qusma və tənəffüs orqanlarında spazma baş verir. Nəticədə zəhər qida qalıqları ilə orqanizimdən azad olur. Yada zəhərlərin yeni miqdarının daxil olmasının qarşısı alınır.

Orqanizimlərin üst /örtücü/ toxumasından və qlafından suda həll olmuş və digər polyar maddələr pis, lipidlərdə həll olan preparatlar xarici örtükdən asan daxil olur.

Pestisidlərin toksikliyi zəhərlərin lipidlərdə həl olmasından və lipid- su sistemində yayılma əmsaləndan asılıdır. Ona görə pestisidlərin zərər verən orqanizmlərə toksikliyi, onların yağlarda həll olması ilə əlaqədardir. preparatların toksikliyinə təsir edən faktorlardan biri də zəhərlərin /örtücü/ üst toxumaların lipidlərində həll olması və buxarlanma prosesinin nəticəsində miqdarı azalalır və toksiklyi zəiflətir. Bir çox xlor üzvi insektisidlər həşəratların kutikula mum təbəqəsində yaxşı həll olur və beləliklə zəhərin müəyyən hissəsi üst təbəqədə, örtülü toxumada qalır. Pestisidlərin digər hissəsi kutikulada hərəkət edərək buxarlanır və toksiki olmayan birləşmələrə çevrilir. Beləliklə orqanizimə daxil olan zəhərin miqdarı azalır. Preparatların toksiki səmərəliyini artırmaq üçün pestisidin dozasını çoxaltmaq lazımdır.

Zəhərli maddələrin daxil olması orqanizmin anatomo-morfoloji quruluşu ilə bağlıdır. Mum təbəqəsi ilə örtülü olan orqanizmlərə pestisidlərin daixl olması çətinləşir. Yastıcaların yaşlı fərdlərinin mum təbəqəsi ilə örtülü olması fosfor üzvi insektisidlərin sulu suspenziyası, ya da emulsiyası ilə dərmanlama apardıqda təsir etmir, çünki toksiki maddə həşəratın oraqnizimə daxil olmur.

Pestisidlərə həşəratların yumurtaları, köbələklərin sporları, nematodların sistaları zəif keçirici qılafla örtülü olduqlarına körə çox davamlıdırlar. Bir çox zərərli orqanizmlər xüsusi mühafizəedici reaksiyalarla toksiki maddələrin orqanizmə daxil olmasına mane olurlar. Belə reaksiyalara daxildir: bağırsaq zəhərlənmədə - bağırsağın zəhərli qidadan qusma və ifrazatla azad olması; fumiqant zəhərlənmədə - həşəratlarada tənəffüs orqanlqrında boruların qapanması; zəhərlərin kontakt yolla təsirində seilkli ifrazat, beləliklə zəhərin hissəcikləri yapışır və çılpaq ilbilsin ətrafında xüsusi qoruyucu təbəqə əmələ gəlir, bir qrup həşəratlarda ayaqları aralanır və beləliklə zəhərli maddənin təsirindən mühafizə olurlar. Qeyd edilən reaksiyalar nəticəsində zəhərin orqanizmə daxil olan miqdarı kəskin azalır.

Zəhərli maddələrin toksikliyinə orqanizmin daxilində gedən proseslərdə təsir edir. Orqanizmə qarşı zəhərin toksiki təsiri müxtəlif toxumalarda maddələrin passiv ya da fəal diffuziya sürəti ilə əlaqədardır.

Zəhər orqanizmə nə qədər tez daxil olarsa, bir o qədər də onun toksiki təsiri çox olur, çünki qısa müddətdə daxil olan maddələr parçalana bilmir, yəni zəhərsizləşmirlər.

Zəhərli maddələr orqanizmə daxil olduqda fermentlərlə birləşir. Belə maddələrin toksikliyi həmin fermenlərin xassəsi ilə bağlıdır. Alinesterazalar həşəratların piy vəzində və bağırsaqların epitelində olduqlarına görə fosfor üzvi insektisidlərlə birləşərək, onları toksiki olmayan birləşmələrə parçalayır. Qeyd edilən qrup pestisidlərin toksikilyini artırmaq məqsədilə alinesteraza fermentlərinin fəallaşdırmaq üçün müəyyən madələr əlavə edilməlidir. Toksiki maddələrin belə xüsusiyyəti yeni preparatlar sintez edildikdə nəzərə alınmalıdır.

Zəhərin toksikliyinə təsir edən faktorlardan biri də onun molekul quruluşunun reseptorun molekul quruluşu ilə uyğun olmasıdır.

Fosfor üzvi insektisidlərin təsir mexanizmi yaxşı öyrənilib, ona görə zəhərlə reseptorun molekul quruluşlarının uyğun olmasını bu birləşmələrin misalında öyrənmək mümkündür. Fosfor üzvi birləşmələrdə asetilxolinin efirli hisssəni və funksional qrupu xolinesterazanın anion mərkəzində sorbsiya edilmə qabiliyyətinə malik olmalıdır. Əks halda belə birləşmələrin həşəratlara qarşı toksikliyi zəif ola bilər.



Pestisidlərin toksiklik seçiciliyi
Toksikliyin seçiciliyi dedikdə yəni maddələrin bir növ canlı orqanizmi sirayətləndirir, diqər növə isə heç bir zərər vermir. Pestisidlərin seçici toksikliyi müxtəliv növ həşəratlara, və bitkilərə qarşı, seşicilik əmsalı ilə müəyyənləşdirilir.

Yüksək seçici maddələrin seçicilik əmsalı vahiddən yuxarı olmalıdır. Pestisidlər mədəni bitkilərə, həşəratlara, göbələklərə, heyvanlara və insanlara qarşı zəif toksiki olmalıdır.

Seçiciliyə malik olan toksiki maddələr əsasən üç yolla təsir edirlər: zərərli növlər həmin maddələri toplayır; yalnız zərərli orqanizmdə olan maddələrin hüceyrənin struktur quruluşundaki maddələrlə birləşir; ya da müəyyən zərər verən növ üçün əhəmiyyətli, xeyirli orqanizmə qarşşı əhəmiyyəti olmayan müəyyən kimyəvi sistemə təsir edir.

Müxtəlif miqdarda toplanmasına görə seçicilik, göstərir ki maddələr xeyirli və zərərli orqanizmlər üçün eyni dərəcədə toksikidir, ancaq toksiki dozanı zərərli orqanizmlər toplamaq xassəsinə malikdir. Belə halda seçici toksiklik təsiredici maddənin tətbiq xüsusiyyətlərini müəyyənləşdirir, orqanizmin morfoloji quruluşu və zəhərin daxil olma, parçalanma, orqanizmdən azad olma prosesləri ilə əlaqədərdır. Belə toksikliyi nizamlamaq üçün pestisidlərin xüsusi preparat formalarını /dənəvəşdirilmiş miklrokapsulalar hazırlayırlar və tətbiq edirlər.

Kaptan və ftalan funqisidlərin bitki hüceyrələrində inkişaf edən konidilər köbələklərin sporlarına nisbətən az miqdarda daxil olduqlarına görə, bu fungisidlər bitkilərə qarşı zəif toksikidir.

Fosfor üzvi birləşmələrdən olan insiktisidlər insanlara qarşı /bromofos, qardona, metation,karbofos / zəif toksikidir, çünki heyvanlarda bu birləşmələr tez parçalanır və toksiki olmayan maddələrə çevrilir, həşəratların orqanizmdə bu proses zəif gedir. Bir çox herbisidlərin seçicilik təsiri /karbin, triazan törəmələri/ müxtəlif bitkilərdə maddələrin detoksikasiya proseslərinin müxtəlifliyi ilə izah edilir.

Zərərli və xeyirli orqanizmlər arasında olan sitoloji fərqlər pestisidlərin seçiciliyinin əsasını təşkil edir. Məsələn: sinir sisteminə təsir edən zəhərlər /heksaxloran/ bitki üçün zəif toksiki olub, heyvanlara qarşı toksikidir. Xloropastlara təsir edən preparatlar heyvanlara qarşı zəhərli deyil. Antibiotiklər,bakteriyanın hüceyrə qabıgının sintezini fəalsızirlaşdırır, lakin heyvan və insan hüceyrəsinə toksiki təsir göstərmir, çünki onlarda hüceyrə qabığı olmur.

Pestisidlər orqanizmlərdə gedən biokimyəvi proseslərə seçici toksiki təsir edir. Nəhayət triazinin və sidik cövhərinin törəmələri herbisid olaraq, insan və istiqanlı heyvanlara qarşı zəif toksikidir, çünki seçici olaraq fotosintez prosesini pozur, bu proses isə yanlız bitkilərə xarakterikdir. Fosfor üzvi insektisidlər və akarasidlər bitkilərin böyüməsinə və inkişafına təsir etmir, çünki onlar sinaptik sinir impulslarına təsir edir, bu proseslər bitkilərə xas deyil.


Mövzu 5: Zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyi və onun qarşısının alınma yolları

Plan

  1. Rezistentlik haqqında anlayış.

  2. Zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyinin təbiəti və rezistentliyin tipləri.

  3. Rezistentliyin qarşısının alınma üsulları


Ədəbiyyat

1. Г.С.Груздев – «Химическая защита растений» Москва, 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya” Bakı, 2002,

3. С. Р. Попов, Л.А. Доржкина и др. – «Основы Химической защиты растений», Москва, 2004.



4.F.Ə. Babayev –“Bitkilərin kimyəvi mühafizəsi” Bakı,1992

Mövzu 5: Zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyi və onun qarşısının alınma yolları

Orqanizmlərin davamlılığını və rezistentliyini sinonim kimi qəbul edirlər. Ancaq məqsədə uyğundur ki, davamlılıq terminini sözün ümumi mənasında başa düşmək lazımdır, çünki təbiətin stress amillərinə, xəstəliklərə və zərərvericilərə qarşıda da istifadə edilir. Rezistenlik termini daha məqsədə uyğundur ki, orqanizmlərin pestisidlərə qarşı davamlılığı kimi qəbul edilsin. Rezistentlik latın sözü olub “rezistento” sözündəndir – müqavimət (сопротивляться) – mənasındadır. Müvafiq olaraq orqanizmlərin pestisidlərə qarşı rezistentliyi, orqanizmin bioloji xassəsi olaraq onun zəhərləyici təsirinə müqavimətidir. Rezistent orqanizm toksiki maddələrə olan mühitdə həmin müddətdə yaşayır, inkişaf edir, çoxalır həssas fərdlər məhv olur.

Rezistentliyin əks göstərici isə orqanizmin həssaslığıdır.

Orqanizmlərin kimyəvi pestisidlərə davamlılığı haqqında ilkin elmi mətbuatda 1915-ci ildə ABŞ-da çıxmışdır. Kaliforniya bağlarında pomeransiya yastıcalarının sinil turşusuna qarşı davamlı koloniyalarını aşkar etmişlər. Həmin koloniyalar bağlarda sinil turşu bir ilə çox çiləmələrdən sonra da aşkar edilmişdir.



1928-ci ildə alma meyvə yiyəninin arsenit – qurğuşuna qarşı davamlılığı qeyd edilmişdir. Bir qədər sonra mütəxəssislər bu məsələyə diqqət edərək, digər zərərli orqanizmlərdə də kükürdə qarşı və bitki mənşəli insektisid – piretrumadalmat çoban yastığına və onun digər növlərindən alınanlara qarşıda davamlılığı müşahidə etmişlər.

1940-cı ilə qədər rezistentliyə bir o qədər böyük diqqət vermirdilər, ancaq 1960-cı illərdə bir seriya preparatların alınması ona yenidən fikir verməyə məcbur etdi.

1958-ci ildə 76 növ buğum ayaqlıların insektisidlərə qarşı davamlılığı aşkar edilmişdir, 1969-cu ildə - 227 növ, 1975-ci ildə - 400 növ, hal-hazırki dövürdə - 500 növdən yuxarıdır. Xəstəlik törədicilərinə qarşıda (300 növə yaxın) alaq bitkilərinə (80 növ yaxın), ilbizlərə və gəmiricilərə qarşıda rezistentlik qeyd edilmişdir. Siçovulların qanın antikaoqulyatorlarına qarşıda davamlı populyasiyalar aşkar edilmişdir.

Bitkilərin kimyəvi mühafizə üsulunun əsas problemlərindən biri zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyinin inkişafıdır.

İstehsalatda rezistentliyin əmələ gəlməsinin səbəbləri:


  • Preparatların məsarif normasının yada onun kəsafətliyinin artırılmasıdır;

  • Dərmanlamaların miqdarını artırılması;

  • Preparatdan imtina.

Birinci iki səbəblərin nəticəsində əmələ gələn rezistentlik ətraf mühitin çirklənməsinə səbəb olur, o cümlədən qida maddələrinində, təbii nizamlanma mexanizminin təsiri pozulur, ona görə ki, həddindən artıq preparatların dozası yırtıcı və tüfeylilərin eləcədə antoqonist göbələklərin məhv olmasına səbəb olur.

Üçüncü səbəb isə preparatı istehsal edən firmalar onun istehsalını dayandırmağa məcbur olur və həmin preparatın əvəz edicisini axtarır, bu isə əlavə xərçlərə səbəb olur və beləliklə, firmanın nüfuzuna zərər vurur.


Zərərli orqanizmlərin pestisidlərə qarşı rezistentliyinin

xüsusiyyətləri və tipləri

Rezistentlik orqanizmin bioloji daha dəqiq biokimyəvi xüsusiyyətlərinə əsaslanır. Rezistent fərdlərin zəhərlənməyə davamlılığı detoksikasiyasına qarşı davamlı olmasıdır.

Məsələn:


  • Onlar bədənlərinin səthi ilə zəif adsorbsiya olur və sürətlə azad olurlar;

  • Heyvanların sinir hüceyrələrinin qlafının keçiriciliyi müxtəlifdir;

  • Onlar sürətlə zəhərin molekullarını izolya edirlər, onların ətrafında lipid tipli maddələrdə mühafizə qatları əmələ gətirirlər.

Digər fərdlərdən fərqli olaraq, onların orqanizmində xüsusi fermentlər yada spesifik enzimlər olduğuna görə zəhərin molekullarını sürətlə parçalayırlar və beləliklə orqanizmi zərərsizləşdirirlər.

Qeyd edilən xassələr orqanizmdə hələ başlanğıcdan olur, preparatların tətbiqi ilə heç bir əlaqəsi yoxdur. Belə fərdlərin populyasiyada əmələ gəlməsinin səbəbi – mutagenez prosesidirvə onun nəticəsində populyasiyaların heterogenliyi genişlənir, o cümlədən davamlılıq əlamətləri artır (xüsusiyyət). Mülahizələrə görə davamlı fərdlər 100, 1000 və 10000 il ərzində yaşamış ola bilərdilər ancaq pestisidlər vasitəsi ilə aşkarlanması həmin məsələnindigər tərəfidir.

Mütəxəssislər populyasiyaların daxilində belə fərdlərin olmasını normal hesab edirlər və onların mutagenliyinin sürəti – 1x10+6-8x10+6 bərabər olur. Belə fərdlər rezistentlikılamətlərini genlər vasitəsi ilə ötürür. İki növ rezistentlik mövcuddur: təbii və qazanılmış.

Təbii rezistentlik təbiətdə olan populyasiyanın başlanğıcında onun özündə olandır və pestisidlərin selektivliyi təsir etmir. Pestisidlərə qarşı rezistentlik hansı ki, pestisidlərin tətbiqi nəticəsində əmələ gəlir, əsasən həssas fərdlər məhv, davamlılar isə boşalmış əraziləri tuturlar və rezistent populyasiyalar formalaşır.

Təbii rezistentlik orqanizmin bioloji xüsusiyyətlərinə əsaslanır və onun bir neçə növə bölürlər: növ (род) , cinsi, ontogenetik, ekoloji və fizioloji.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə