Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Mövzu 9. Sintetik piritroidlər, nitrofenollar, mineral yağlar və



Yüklə 0,86 Mb.
səhifə7/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Mövzu 9. Sintetik piritroidlər, nitrofenollar, mineral yağlar və

rodentisidlərin tətbiqi obyektləri
Plan:


  1. Mineral yağlar

  2. Fumiqantların tətbiqi qaydaları

  3. Attraktanlar repellentlər və hemosterilyantlar


Ədəbiyyat
1.Г.С.Груздев – «Химическая защита растений» Москва 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya” Bakı 2002


Mövzu 9. Sintetik piritroidlər, nitrofenollar, mineral yağlar və

rodentisidlərin tətbiqi obyektləri
Sintetik piritroidlər
Bu qrupdan olan insektisidlər struktur quruluşuna və təsir mexanizminə görə təbii şəraitdə bitki tərkibində olan piretridlərlə uyğun oduqlarına görə belə adlanırlar. Piretroidlər yüksək insektisid təsirlidirlər. Sintez edilmiş piretroidlər lipofil maddədir, suda həll olmur. Belə xassələrinə görə həşəratlara tez təsir edirlər. Təmiz halda – yapışqan məhluldurlar, qaynama temperaturları yüksəkdir. Tətbiq edilən obyekt üzərində buxarlanması zəif gedir. Məsələn,permetrin 29 gün müddətində buxarlanır və tətbiq obyektindən yox olur, tiodan isə 2,5 günə. Günəş şuasına qarşı uzun müddət sabit qalırlar. Piretroidlər torpaqda zəif hərəkət edir, bitkilərə mənfi təsir etmirlər. Bu preparatlar bitkilərə daxil olmur.

Sintetik piretroidlər – kontakt və bağırsaq təsirli insektisidlərdir. Preparatlar əsasən sərtqanadlılara, böcəklərə,milçəklərə, tüfeyli heyvanlara qarşı tətbiq edilir. Piretroidlər həşəratların orqanizminə daxil olduqda onların sinir sisteminə təsir edir. Bu insektisidlər orta və zəif toksiki birləşmələrdir. Qalıq miqdarı ərzaqda müəyyən edilməmişdir. Tətbiq edilən piretroidlər aşağıda geyd edilir.

Permetrin (ambuş, korsar, anametrin-N, talkord).

Ancaq yağlı mayedir, zəif iyli olub, üzvi həlledicilərdə yaxşı həll olur.

Permetrin – kontakt – bağırsaq təsirli insektisiddir, mühəfizə müddəti 15 gündür. Gəmrici və sorucu həşəratlara qarşı yüksək səmərəlidir, arılara qarşı təhlükəlidir.

İnsanlara və istiqanlı heyvanlara qarşı zəif toksikidir. (ÖD50 4000 mq/kq). Permetrin 25%-li k.e. halında istehsal edilir; 50%-li k.e. /korsar/. Pambıqda pambıq sovkasına, ağ kəpənəyə qarşı 0,2 məsarif norması t.m. hesablı üzümdə - yarpaq bükənə - 0,2-0,3; almada – alma meyvəyeyəninə, qızılgözə, mənənəyə, güvəyə qarşı -0,25-0,5; gilas-milçəyinə - 0,1-0,15; kələmdə-sovkaya, güvəyə ağ kəpənəyə qarşı – 0,125 kq/ha.

Ambuş – pambıqda birələrə, gəmirici sovkalara qarşı – 0,6 l/ha, mənənələrə - 0,4; kartofda kolorada böcəyinə, güvəyə - 0,2; çiyələmdə - uzunburna, yarpaq yeyənə, yarpaq bükənə mişarlayıcılara qarşı 1/ha. Preparat üzümdə 5 dəfə, pambıqda, xiyarda, pamidorda – tətbiq 4 dəfədən çox olmaz, digər bitkilərdə 2 dəfə; gilasda, çiyələmdə - 1dəfə. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına pambıqda, gilasda 15 gün, üzümdə 25 gün; örtülü şəraitdə 3 gün, digər bitkilərdə - 20 gün məhsul yığımına qalmışdır.

Sipermetrin / simbuş, ripkord, şerpa/.

Mühafizə müddəti 10-15 gündür. İnsanlara və istiqanlı heyvanlara qarşı ortatoksikidir. (ÖD50 - 250-300mq/kq) 40%-li k.e. (ripkord); 10%-li (simbuş); 20%-li (nurell), 25%-li (simbuş) istehsal edilir. Təsiredici maddə hesabı ilə preparatın məsarifi pambıqda ağ kəpənəyə, mənənəyə,birələrə, gəmrici və pambıq sovkasına qarşı – 0,05-0,08; almada- meyvəyeyənə, yarpaq bükənə - 0,04-0,08; üzümdə yarpaq bükənə - 0,06-0,09; kələmdə gəmrici həşəratlara, kartofda kolorada böcəyinə qarşı – 0,04; mənənəyə - 0,02; xiyarda və pomidorda örtülü şəraitdə ağ kəpənəyə qarşı – 0,3-0,4 l/ha. Almada və üzümdə 3 dəfə tətbiq edilir, pambıqda 4 dəfə, tərəvəzdə 2 dəfə. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına kələmdə, kartofda 20 gün, üzümdə 25 gün, pambıqda 20 gün qalmışdır.

Sumisidin (fenvalerat).

Dörd izomeri var. Təmiz halda açıq rənkli mayedir, zəif iylidir, üzvi həlledicilərdə yaxşı həll olur.

Sumisidin – kontakt - bağırsaq təsirli insektisiddir. Mühafizəedici təsiri 15 gündür, gəmrici həşəratlara qarşı yüksək səmərəlidir. Arılara qarşı toksikidir. İnsanlara və istiqanlı heyvanlara qarşı ortatoksikidir (ÖD50 siçovullara 45 mq/kq). Məsarif norması pambıqda gəmrici sovkalara qarşı – 0,6 l/ha; mənənələrə, birələrə - 0,4-0,5 l/ha. Vegetasiya müddətində 2 dəfə tətbiq edilir: yem üçün yoncada uzunburna, birələrə, mənənələrə, sovkalara qarşı – 0,5 l/ha.

Sumisidinin 20%-li konsentrat emulsiyası təcrübə - təsərrüfatlarında pambıqda – pambıq sovkasına və ağ qanadlı kəpənəyə - 0,6 l/ha; kartofda və kələmdə kompleks zərərvericilərə - 0,3; çayda mənənəyə - 3-4; güvəyə qarşı – 6-8; almada -meyvəyeyənə və yarpaqbükənə qarşı 0,3-1; xiyarda mənənəyə qarşı – 1-2,5; qarağatda mənənələrə, yarpaq bükənlərə və toxumluq otlarda – 0,3-0,6; raps bitkisində kompleks zərərvericilərə qarşı – 0,3 l/ha.

Pambıqda, almada vegetasiya müddətində 4, digər bitkilərdə 2 dəfə tətbiq edirlər. Tətbiqinin axırıncı vaxtı qarağatda və üzümdə məhsul yığımına 45 digər bitkilərdə - 20 gün qalmış dayandırılır.



Nitrofenollar.

Nitrofenollar bioloji fəal maddələrdir. Onlar həşəratlar, bakterialar, yaşıl bitkilərin bütün inkişaf fazasında köbələklərə və istiqanlı heyvanlara qarşı yüksək toksikidirlər. Nitrofenollar hərtərəfli təsir xassəsinə malikdirlər, onlar orqanizmə daxil olduqda tənəffüz prosesinin fosforlaşmasına təsir edir, aralıq məhsulları hidrolizə uğradır və tənəffüs zəncirində baş verən reaksiyalarda ATF- in hidrolizini stimulə edir. Bitki və heyvanlar üçün bu proseslər ümümi olduğuna körə nitrofenolların toksikliyi orqanizmə daxil və azad olma sürətindən asılıdır.

Nitrofenolların zəhərsizləşməsi nitroqrupların aminoqruplara bərpa olması və həlqənin dağılması nəticəsində olur. Bu birləşmələr insanlara və istiqanlı heyvanlara qarşı yüksək və ortatoksikidir. Nitrofenollar xroniki toksiki və dəridə yüksək toplanma təsirlidirlər. Zərərvericilərlə mübarizədə nitrofenollardan XIX əsrdə tətbiq etməyə başlamışlar. XX əsrin 30-cu illərindən başlayaraq onları selektiv kontakt herbisid kimi tətbiq edirdilər.

Müxtəlif nitrofenol birləşmələrinin insektisid, malyüskisid, nematosid, virusoid, funqisid, herbisid və defolyant xassələri öyrənilmişdir. Nitrofenollar – fenollarla müvafiq əsasların birləşməsi nəticəsində alılnır. Erkən yazda kökləyici fungisid, insektisid və herbisid kimi əsasən qeyd edilən preparatlar tətbiq edilir: dinitrokrezolun sulu məhlulu /DNOK/ nitrafenin sulu məhlulu /alkil-fenolun nitirləşdirilmiş natrium duzu/.

DNOK /dinitroortokrezol, DİNOK/.

Sarı kristallik maddədir, ərimə temperaturu 86,40C. Suda pis, üzvi həll edicilərdə yaxşı həll olur. Üzvi aminlərlə, ammonyakla, qələvilərlə duz əmələ gətirir və həmin birləşmələr suda həll olur, quru halda isə partlayıcı xassəyə malikdirlər. DNOK davamlıdır, tətbiq obyekti üzərində qalması meterioloji şəraitlə əlaqədardır. Torpaqda isə nisbətən tez parçalanır, bərpa prosesləri nəticəsində dağılır.

Preparat yaşıl bitkilərdə,yaniq əmələ gətirir, xüsusə iki ləpəlilərdə. Ona qarşı açılan gözlər, cavan zoğlar, rüşeym və qönçələr xüsusilə çox həssasdırlar. İstirahət dövründə cavan yaşlı ağacları dərmanladıqda da böyümə prosesinin dayanması və cavan qabığın yanması müşahidə edilir.

Havanın temperaturu artdıqda bitkilərə qarşı preparatın toksikliyi artır. DNOK-kontakt təsirli insektisiddir, qışlayan zərərvericiləri (yastıcaları, mənənələrin yumurtalarını, gənələri) məhv edir. Preparat funqisid və herbisid təsirə də malikdir. İnsanlara və istiqanlı heyvanlara qarşı yüksək toksikidir (ÖD50 siçovullara 40-45 mq/kq). İfadəli,kumulyativ xassəli və dəridə toplanaraq toksiki təsirlidir. Orqanizmə tənəffüz yolundan, mədə-bağırsaqdan, zədələnmiş dəridən və selikli qişadan daxil ola bilər.

Orqanizmdə uzun müddət qalaraq xroniki zəhərlənməyə səbəb olur.

DNOK dəri örtüyünü və paltarları sarı rəngə boyayır. Zəhərlənmənin əlamətləri saç və əllərin dərisi tunc rənkdə olur. Təziq və ürəyin fəaliyyəti kəskin aşağı düşür.

Sənaye 40%-li suda həlll olan ammonium duzunun 2,4-dinitro-6 – metilfenolunu istehsal edir.

Preparatın partlayıcı xassəsini azaltmaq məqsədilə qeyri üzvi durulaşdırıcı maddə əlavə əedir (natrium sulfat ya da ammonium sulfat, sidik cövhəri və. s) . preparat meyvə ağaclarında, üzüm tənəyində, qarağatda və quş üzümündə mənənələrin yumurtalarına, ballıca və gənələrə, yastıcalara, yalançı yastıcala qarşı tətbiq edilir. Bitkilərin istirahət dövründə 1%-li məhlulla çiləmə aparılır. Preparatın məsarif norması 8-20 kq/ha. Dərmanlanmanın aparılma vaxtına riayət edilməlidir, çünki əks halda müəyyən budaqlar, tumurcuqlar ya da bütün ağaclar məhv ola bilər. Çiləmə zamanı havanın temperaturu 200C yuxarı olmamalıdır. DNOK preprepatının ərzaqda qalıq miqdarına icazə verilmir.

Nitrafen. Şist fenollarını nitirləşdirmə yolu ilə alınır. Preparatın texniki məhsulu – tünd qonur rənkli pasta halında olan kütlədir, kəskin karbol turşusu iylidir. Suda yaxşı həll olur.

Kimyəvi xassəsinə və bioloji fəallığına ğörə dinitroortokrezola müvafiqdir, ancaq zəif insektisid və güclü funqisid xassəlidir. /Yalançı unlu şeh xəstəliyini törədən köbələklərin qışlayan mərhələsini məhv edir/ və insanlara qarşı zəif toksikidir.

Sənaye preparatın 60%-li pastasını istehsal edir. Erkən yazda, tumurcuqlar açılmamış, preparatlar bağlarda, üzüm tənəklərində və giləmeyvələrdə 2-3%-li məhlul halında çiləmə üsulu ilə tətbiq edilir. Nitrafenin məsarif norması 30-60 kq/ha. Preparat mənənələrin yumurtalarını, gənələri, yastıcaları və xəstəlik törədicilərini məhv edir ( almada və armudda dəmgil,üzümdə mildyu, qarağatda antraknoz və septorioz, quş üzümündə unlu şeh). Preparat kontakt herbisid kimi birillik alaq otlarına qarşı tətbiq edilir. İnsanlara və istiqanlı heyvanlara qarşı nitrafen ortatoksikidir (ÖD50 siçovullara 800 mq/kq). Digər nitrofenollar nisbətən heyvan orqanizmində uzun müddət qalır. Nitrofenin qida məhsullarında qalıq miqdarına icazə verilmir.

Mineral yağlar:

Qeyd edilən preparatlar vazelin yağının əsasında insektoakarisid kimi tətbiq edilir: 30, M.M.E.(Z 60 qr/l). Bu preparatlar tətbi edilir yastıcaların qışlayan inkişaf mərhələlərinə, yalançı yastıcalara, gənələrə, mənənələrə, ballıcalara və s. zərərvericilərə qarşı, hansılar ki, açıq halda meyvə ağaclarında, sitruslarda, bəzək bitkilərində və üzüm tənəyində yerləşirlər. Preparat çiləmə üsulu ilə tətbiq edilir. Yazda tumurcuqlar açılana qədər temperatur +40C aşağı olmalıdır(kökləyici çiləmə). Alma və armudda yastıcaların bir və iki nəslinin sürfələrinə qarşı çiləməni yayda da aparılmasına icazə verilir. Preparat 30 həşərat və gənələri yağlı (tələdə) ilə örtülür və onları məhv edirlər.İnsanlara və istiqanlı heyvanlara arşı preparat dəridə ifadəli toksiki təsirlidir, onlarla işləyərkən mühafizə edici pasta və mazlardan istifadə etmək lazımdır. Preparat aerozol formada tənəffüs orqanlarına düşdükdə qıcıqlandırıcı təsir edir. Yüksək məsarif normada (40-100kq/ha) tətbiq edildikdə meyvə ağaclarında preparat 30 aqrosenozu çirkləndirir. Arılara qarşı təhlükəkidir.





Preparatın məsarif norması

Bitki işlənən obyekt

Zərərli obyekt

Preparatın tətbiq üsulu, vaxtı

Gözləmə vaxtı, çiləmələrin miq.

5 qr/m3

Boş taxıl saxlanılan bina




Fumiqazisiya havanın temperaturu +150C yuxarı olmamalıdır




9q\t

Dən ərzaq üçün toxumluq, mal-qara üçün yem anbarlarında dən topaları, elevatorlarda silos kütləsi 200ton çox olmamaq şərti ilə topaların hündürlüyü 2,5m qədər, çəkilmiş kisələr plyonka altında

Ehtiyat qida maddələrinin zərərvericiləri(dənlərdən başqa)

Ekspozisiya 5 sutqa taxılın fumiqasiya temperatur +150C yuxarı olmalıdır.

Ekspozisiya 5 sutqa deqazlaşma 10 sutqadan az olmamalı realizasiya olması fosfinin qalığı MDY-dan yuxarı olmalıdır.






6 qr/m3

Un , krupa anbarlarda yad plyonka altında




Fumiqazisiya havanın temperaturu +150C yuxarı olmalıdır. Ekspozisiya5 sutqa deqazlaşma 2 sutqadan az olmalıdır



Fumiqant “Foskom”

İnsektisid və insekto akarisid, fumiqant geniş spketr təsirlidir.

Kəsafətliyi; 560 q/kq

Preparat forması həbdir(tabletka)

2000-ci ildən Rusiyada tətbiq edilir

Yüksək fumiqasiya fəallığa malikdir

Taxılın, Taxıl məhsullarının, anbarlarının dezinfeksiyasının qısa müddətə təmin edir.

Ən çətin daxil olan yerlərdə anbar zərərvericilərinə təsir edir.

İşlənənə ərzaqın keyfiyyətinə təsir etmir.

Toxumların cücərmə qabiliyyətinə təsir etmir.

Fitotoksiki deyil.

Alyum. Fosid 560q/kq – qumiqantdır

Fosfid. (TAБ) həbdir.

Geniş yayılmış səmərəli fumiqantdır.

Təsiredici maddənin kəsafətliyi: 560q/kq alüminium fosfiddir.

Tətbiq edilir anbarlarda, ərzaq saxlanan anbarlarda, gəmilərdə, qatarlarda anbar zərərvericilərinə qarşı

Dərmanlanan ərzağın keyfiyyətinə təsir etmir.

Tətbiq reqlamentləri
Fumiqantlar

Fumiqantlar- zərərli orqanizmlərə qaz formasında təsir edən, pestisidlərdir. Onlar əsasən təhlükəli (karantin) və kontakt – bağırsaq təsirli pestisidlər çətin daxil olan obyektlərdə zərərvericilərə qarşı tətbiq edilir.

Fumiqasiya zamanı zərərvericilərin bütün inkişaf mərhələləri məhv olur. Fumiqantların səmərəliliyini artırmaq üçün, əsasən zərərverici diapuzaya ya da soyuqdan donmuş halda olduqda, onların tərkibinə karbon qazı əlavə edirlər və tənəffüs prosesinin intensivliyini sürətləndirir. Müvafiq olaraq fumiqasiya nəticələrini artırır. Fumiqantların təsiri temperatur artdıqca artıq, çünki zərərvericilərin tənəffüs prosesi intensivləşir və qazın təzyiqi artır.

Bu və digər fumiqantlarla, pumiqasiya etdikdə yaşıl bitkiləri, əkin materiallarını, toxumları, qida məhsullarını, onların fitotoksikliyi dərmanlanan materialda üzvi birləşmələrlə əlaqəyə girməsi ilə bağlıdır.

Hal hazırda fumiqant kimi metil brom (metilbromat) tətbiq edilir.

Metil brom (metilbromat)

Metil bromat CH3B2-qazdır, xüsusu çəkisi havadakından azdır. Ona görə (topalara) və sorpsiya xassəli materiallara yaxşı daxil olur. Preparat bitki mənşəli zülallarla kimyəvi əlaqəyə girə bilər, ancaq tövsiyə edilən kəsafətlikdə tətbiq etdikdə əkim materialına, toxumlara və meyvələrin keyfiyyətinə təsir etmir. Fumiqasiya bir neçə növ olur: bunların fumiqasiyası, kamerada fumiqasiya, palatka aktında fumiqasiya, istixanaların fumiqasiyası, torpağın fumiqasiyası.

Binaları fumiqasiyadan sonra preparatın qalıqlardan təmizləmək üçün, həmin bunlar havalandırılır və dərmanlanan ərzaqda qalığı uçur, yalnız üzərində qeyri-üzvi formidlərin qalığı qalır, onun miqdarı tətbiq edilən preparatdan və ekspozisiyadan asılıdır. Metilli – brom sinir sisteminə təsir edir.

Zərərvericilərə və gənələrə preparatın toksiki təsiri yüksək toksikliyi ilə bağlıdır və onların sulfgidril qrupu olan fermenlərə təsiri nəticədə oksidləşmə prosesində bərpaetmə reaksiyaları qulikarbon mübarizəsi pozulur.

Preparatın təsiredici maddəsi sıxlaşdırılmış qaz formasında metal balonda yerləşdirilir.

Tətbiq edilir: ehtiyat maddələrin zərərvericilərinə, karantin zərərvericilərə, bitkilərin kompleks torpaq zərərvericilərinə qarşı, mühafizə olunan qruntda və əkin materiallarının zərərvericilərinə qarşı.

Metilli-brom yüksək toksikim olduğuna görə fumiqasiya işlərini xüsusi təlim keçmiş mütəxəssislər aparır. İşləyən zaman əleyhqazlardan mühafizə geyimlərindən istifadə edirlər.

Metil-bromla aşağıda qeyd edilən mühafizə tədbirləri həyata keçirilir:

1.Dən saxlanan anbarlarda və dən emal olan binalarında dezinfeksiya etmək üçün fumiqasiya aparılır, məsarif norması 20-25q/m3;

2.Ərzaq saxlanan anbarlarda və yem üçün dənli-paxlalı bitkilərin toxumları, un, krupa və boş anbarlar fumiqasiya olur, məsarif norması 2q/m3 gəmiricilərlə mübarizədə;

3.Dənli taxıl, paxlalıların toxumlarını, unu, krupanı və kombikorma fumiqasiya edirlər, məsarif norması 20-108q/m3 ehtiyat qida maddələrində zərərvericiləri məhv etmək üçün;

4.K/t məhsullarını (ərzağı) toxumları və digər bitki materiallarını, yükdaşıyan gəmiləri təhlükəli zərərvericilərdən və karantin obyektlərdən mühafizə etmək məqsədi ilə fumiqasiya edirlər, preparatın məsarif norması 20-100q/m3.

Qeyd edilənlərdən başqa metabromla istixana-parniklərin torpaqlarında qeyd edilənlərdən istixana-parniklərin torpaqlarını da fumiqasiya edirlər. məsarif norması 50q/m3 eyni zamanda əkin materialını da, məsarif norması 30-60q/m3.

Metil brom əkin materiallarına, çəyirdəkli meyvələrə soğanmaqlı bitkilərə qarşı, tumlu meyvələrə nisbətən fitotoksikidir. Əkin materiallarına preparatın fitotoksiki təsirini azaltmaq üçün onun tərkibinə nəmləndirilir mis torpaq əlavə edirlər.

Metil bromun kütləsini azaltmaq məqsədilə tətbiq edilən preparatın tərkibinə 3-8% Ca2 qazının karbon dioksidini əlavə edirlər. Preparatın havanın işçi zonasında icarə verilən qalıq miqdarı 1mq/m3 dünya təcrübələrində metil broidi fosfin preparatı ilə əvəz edirlər.
Fosfinlər

Fosfinlərə fumiqantlar daxildir. Fumiqant alüminium AlP və maqnezium fosfid Md.P. Onların toksiki təsiri nəmlik olduqda ya da turşuların təsirindən hidrogenli fosforun əmələ gəlməsi ilə əlaqədardır. Bu birləşmələr bir çox zərərvericilər üçün zəhərdir. Fosfinlər metil bromiddən fərqli olaraq karbid sarımsaq iylidir, havada kəsafətliyi 0,03-0,09 q/m3 olduqda

Rusiyada alyüminium fosfidin əsasında tətbiq edilir klikfos və onun analoqu olan fostoksin, fostek və s. maqniy fosfidin əsasında hazırlanır- maqtoksin plastinlər ya da Degesa lentləri Fosfinlər müxtəlif preparat formalarında istehsal olur: həb qranula, plastinkalar xırda həbin, plenka və s. Bir həbin kütləsi 3q. Olmaqla 1q-a (yaxın hidrogenli ftor ) fumiqant əmələ gəlir, xırda həblərin kütləsi 0,6q-0,2q fumiqant əmələ gətirir.

Preparatlar tətbiq edilir taxıl saxlanan anbarların fumiqasiyası üçün, məsarif norması 6q/m3, qurudulmuş tərəvəz saxlanan anbarlarda, yayda plyonkaların altında fumiqasiya etdikdə məsarif norma 5q/m3, un və krupa olan anbarlarda da yayda plenka altında 6q/m3. Gəmilərdə dənli-taxıl bitkilərinin dənləri, soyanın paxlaları dərmanlanır.

Kameralarda fumiqasiya geniş tətbiq edilir. Havanın temperaturu +130C olduqda, ekspozisiyanın müddəti 3-5 gündür preparatdan asılı olaraq. Gəmilərdə ekspozisiya yaradılır 10-16 günə qədər. Qazın təmizləmə müddəti 2-10 günə qədərdir.

Fosfinlər metibromidlərdən fərqli olaraq işlənən materialda kimyəvi birləşmələrinin qalığı olmur. Bununla bərabər onların molekullarının təmizlənməsi üçün işlənən ərzaqdan istifadə etmək üçün keçməsi, müəyyən vaxtın keçməsi lazımdır. Ona görə də dərmanlanan binaya tövsiyə edilən vaxtdan sonra daxil olmaq olar. Fosfinlərlə işləyərkən onların dəriyə, gözə düşməsini gözləmək lazımdır. Dərmanlanan ərzaqlar insanların işləməsinə havalandırma başa çatdıqdan sonra icazə verilir, yəni havanın işçi zonasında icazə verilən miqdarda qalığı 0,1q/m3 olmalıdır.

Fumifas həb

Fumiqant geniş spektr təsirlidir.

Qısa müddətdə dizenfeksiya təsirlidir.

Yüksək fumiqasiyası fəallığına.

Dəırmanlanan ərzaqın keyfiyyətinə təsir etmir.

Təsir edici maddə alüminium fosfiddir, 560qr/kq.

Alüminium fosfid hidroliz olduqda 333,4q olaraq 1kq preparatdan fosfin əmələ gəlir.

Preparat forması həbdir

Spektr fəallığı: fumifast tətbiq edilir həşəratlara və gənələrə qarşı: anbar düyü , qarğıdalı uzunburunlarına, un böcəklərinə, xırda qırmızı unyeyənə, tünd rəngli unyeyənə, dən mişarlayıcısı, tütün böcəyi, lobya dənyeyəni, kiçik un böcəyi, anbar odlucası, dən güvəsi, anbar gənəsi, ev gənəsi, çuğundur gənələr. Preparat anbarlara kənardan daxil olan gəmiricilərə də təsir edir. Preparatın təsiri qazın kəsafətliyindən asılıdır, eyni zamanda temperaturdan, zərərvericinin növündən və inkişaf mərhələsindən.

Fumifast tətbiq edilir məhsul saxlanan binalarda, anbarlarda, konteynerlərdə, gəmilərdə və s. Bu preparatla fumiqasiyanın ilim bütün vaxtlarında tətbiq etmək olar temperatur +150C yuxarı olmalıdır.
Pestisidlərin seçiciliyi toksikiliyi

Pestisidlərin seçici toksikliyi, yəni maddənin bir növ canlı orqanizmi yoluxdurur (təsit edir) digərinə isə heç bir təsir etmir, hətta onlar hər ikisi təmasda olsalar da. Pestisidlərin seçici toksikliyi müxtəlif növ həşəratlara, heyvanlara və bitkilərə qarşı seçicilik əmsalı ilə qiymətləndirilir.


;
Yüksək seçici maddələrin seçici əmsalı vahiddən xeyli yuxarı olur. Pestisidlər xeyli bitkilərə, həşəratlara, göbələklərə, heyvanlara və insanlara qarşı zəif toksiki olmalıdır. Bir çox hallarda ona nail olmaq çətindir, çünki xeyirli və zərərverən orqanizmin biokimyəvi və fizioloji proseslərin təbiəti eynidir ya da zərərli növ mühafizə edilən bitkinin daxilində yerləşir.

Seçici toksiki maddələr əsasən üç yolla təsir edə bilər: Zərərli növlər (əsasən) o maddələri toplayır; ya da hüceyrələrin struktur quruluşu ilə əlaqəyə girir hansılar ki, yalnız zərərli orqanizmdədir; ya da o yalnız hər hansı kimyəvi sistemi zədələyir, hansı ki, zədəli növ üçün böyük həyatilik əhəmiyyətlidir, xeyirli üçün işə böyük əhəmiyyətə malik deyil.



Toplanma nəticəsində seçicilik, göstərir ki, maddənin toksikiliyi həm xeyirli və həm də zərərli orqanizm eynidir, ancaq zərərli orqanizmlər toksiki toplamaq qabiliyyətinə malikdir.

Belə halda seçici toksiklik tətbiq edilən təsir edici maddənin xüsusiyyətlərinə özünü aparması və zərərin daxil olma orqanizmin morfoloji quruluşuna, prosesinə çevrilməsinə onun orqanizmdən azad olmasına əsasən müəyyənləşdirilir. Belə toksikiliyi qismən nizamlama qucun pestisidlərin xüsusi preparat formaları hazırlanır (qanunlar, mikrokapsullar) tətbiq edilir.

Kapman Ftalan fungisidlərin toksikiliyinin zəifliyi, bitkilərə qarşı onların bitki hüceyrəsində zəif daxil olması ilə (2000-3000dəfə) inkişaf edən konidi və göbələklərin spora nisbətən izah edilir. Müqayisədə bəzi fosfor üzvi birləşmələrdən olan insektisidlər insanlar üşün zəif toksiki olması onunla izah edilir ki, məməlilərin orqanizmdə həmin birləşmələr sürətlə toksiki olmayan maddələrə parçalanır, həşəratların orqanizmində bu proses zəif gedir və molekullar fəallaşır (bromofos, karbofos). Bir çox herbisidlərin (karbin, triazinin törəmələri) seçicilik təsirin onunla müəyyənləşdirilir ki, müxtəlif bitkilərdə maddənin detotoksikasiya prosesi müxtəlifdir. Zərərli və xeyirli orqanizmlər bir sıra sitoloji xüsusiyyətləri ilə fərqlənirlər, bu isə seçiciliyin əsasını təşkil edir. Sinir sisteminə təsir edən zəhərlər, bitkilərə qarşı zəif toksikidir, ancaq heyvanlar üçün toksikidir. Xloroplasları bitkilərdə parçalayan maddələr, heyvanlar üçün toksiki deyil. Bakteriyaların hüceyrə qlaflarının sintezini ingibirləşdirən antibiotiklər heyvan hüceyrələrinə və insanlara toksiki təsir etmirlər, çünki onlarda elə qılaf yoxdur.

Belə ki, herbisidlər – treazinlərin və sidik cövhərinin törəmələrinin tiokarbonatlar insanlar və istiqanlı heyvanlar üçün zəif toksikidir, çünki fotosintez prosesinipozurlar, bu isə yalnız bitkilər üçün xarakterikdir.

Fosforüzvi insektisidlər və akarisidlər bitkilərin böyüməsinə və inkişafına təsir etmir, çünki onlar sinir impulslarının sinoptik ötürülmə prosesini təmin edir, bu isə bitkilər üçün xarakterik deyil.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə