Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Tətbiq etmə üsuluna görə fungisidlərin sinifləşdirilməsi



Yüklə 0,86 Mb.
səhifə9/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Tətbiq etmə üsuluna görə fungisidlərin sinifləşdirilməsi.

Tətbiq etmə üsuluna və məqsədinə görə fungisidlər qeyd edilən əsas qruplara bölünür:



  1. bitkilərin vegitasiya dövründə

  2. bitkilərin sükünat dövründə tətbiq edilməsi

  3. toxumaların dərmanlamasında tətbiq edilənlər

  4. torpağa tətbiq edilən fungisidlər

Ən çox seçici qabiliyyətə “a” və “b” qrupundan olan fungisidlər malikdir.

Məsələn, sinep almada dəmgil, kartofda fitoftora, üzümdə mildiuma qarşı yüksək səmərəlidir. Almada isə unlu şeh xəstəlinə təsir etmir. Bordo mayesi bir çox xəstəliklərə qarşı tətbiq edilir, unlu şeh və tütündə perenosporoza təsir etmir. HXB toxumların dərmanlanmasında istifadə edilir, buğdada bərk sürmə xəstəliyində mühafizə edir, ancaq fuzarioz və kök çürümə xəstəliyinə təsir etmir. Bu preparatlar həşaratlara və alaqlara qarşı tətbiq edilmir. “C” və “d” qrupundan olan fungisidlər zəif seçici fungisidlərdi. Məsələn, DNOK, nitrofen, fitopotogen göbələklərin qışlama mərhələsinə təsir edir, zərər verən həşaratları və alaqları məhv edir.



Bitkilərin vegetasiya müddətində dərmanlanması.

Bitkilərin xəstəliklərdən kimyəvi mühafizəsində vegetasiya müddətində dərmanlama ən geniş yayılmış mübarizə üsuludur. Bu mübarizə üsulun əsas məqsədi vegetasiya dövründə bitkilərin müxtəlif orqanlarının fitopatogen göbələk və bakteriyalardan mühafizə etməkdən ibarətdir, çünki infeksiya hava ilə yayılır. Belə törədicilərin əsas xüsusiyyəti onların inkubasiyası üçün bir qədər vaxt tələb edilir. Qeyd etmək lazımdır ki, törədicilər bitkilərin inkişaf dövründə bir neçə generasiya inkişaf mərhələsi keçdiklərinə görə mübarizə tədbiri vegetasiya dövrünün sonuna qədər aparılır.

Tətbiq müddətinin çox böyük əhəmiyyəti var. Fungisidlərin tətbiq müddəti çox vaxt inkubasiya dövrünə görə müəyyən edilir. Bu zaman bitkilərin dərmanlanması xəstəlik başlamamış aparılır.

Bizim ölkəmizdə birinçi çiləmə xəstəliyin ilk əlamətləri müşahidə edildikdə aparılır, sonrakı çiləmələr isə xəstəliyin inkişafına və meterioloji şəraitə uyğun aparılır.

İlk infeksiya xüsusi ilə qorxuludur. Ona görə ardıcıl olaraq eyni xəstəliklər müşahidə olunan rayonlarda mübarizə tədbirlərinin düzgün təyin etmək üçün fenoloji müşahidə üsulundan istifadə edilir.

Xəstəliklərin ilk mənbəyini müəyyən etmək üçün aerofoto şəkildən də istifadə edilir. Bu məqsədlə k/t bitkilərinin vəziyyəti haqqında daha düzgün məlumat almaq üçün xüsusən böyük əkin sahələrdən, zəmilərdən, aviokosmik müşahidələrdən istifadə etmək yüksək səmərə verir.

Böyük həcimli çiləyicilərdən istifadə etdikdə məsarif normasının düzgün müəyyən edilməsinin böyük əhamiyyəti var və bu bitkilərin inkişaf fazasına görə müəyyən edilməlidir. Məsələn, məhlulun məsarifi yazda cücərti və ya da tumurcuqlama fazasında minimum, yayda isə xeyli artır. Hər çiləmədən əvvəl məhlulun optimal miqdarını müəyyən etmək lazımdır.

Kontakt təsirli fungisidlərdən fərqli olaraq sistem təsirli preparatlarının mühafizəedici təsiri bitkinin üzərində qalması ilə əlaqədar deyil. Belə fungisidlər bitkilərin hüceyrələrinə daxil olaraq hərəkət edir və intoksikant təsir edir. Bitkilərin daxilində göbələklərin mitsellərini məhv edir. Bu preparatlar uzun müddət təsiretmə xassəsinə malikdir və eyni dərəcədə bitki daxilində yayılırlar. Sistem fungisidlərin səmərəliliyinə yağışların tez-tez yağması təsir etmir.



Yalançı unlu şeh və digər xəstəliklərə qarşı kontakt fungisidlərin tətbiqi.

Bu qrupa mühafizə təsirli fungisidlər, əsasən qeyd edilən xəstəliklərə qarşı- üzümdə mildyu, kartofda və pomidorda fitoftora, soğanda və tütündə perenosporoz və s. tətbiq etdikdə yüksək səmərəlik verir. Onlar çəyirdəkli bitkilərdə ləkəlik, almada armudda dəmgil və digər xəstəlik törədicilərinə qarşıda toksikidirlər.

Kimyəvi təkibinə görə bu preparatlara aşağıdakılar daxildir- mis birləşmələri, ditiokarbomin və ftal turşusunun törəmələri.

Mis tərkibli birləşmələr.

Bu qrupa borda mayyesi və mis xloroksidi daxildir. Onlar bitkilərin mühafizəsində geniş tətbiq edilir. Mis tərkibli preparatların səmərəliliyi onların obyekt üzərində bərabər yayılmasıdan və vaxtında tətbiq edilməsindən asılıdır.

Patogenlər fungisidlərə qarşı həssaslığına görə qruplara bölünür: yalançı unlu şeh, unlu şeh və digər xəstəliklərə qarşı xüsusi təsirli preparlar. Ayrı –ayrı xəstəliklərə qarşı almada, armudda dəmgilə tətbiq edilən preparatlar, dənli taxıl bitkilərində pas, üzümdə boz çürümə və s. qarşı tətbiq edilən preparatlar.

Vegetasiya müddətində mis tərkibli preparatlardan ən geniş istifadə edilən fingisidlər mis xlor oksidi və bordo mayesidi. Mis birləşmələri kontakt fungisid olaraq mühafizə təsirlidirlər. Bu preparatlar əsasən köbələklərin sporlarına təsir edirlər.

Fungisidin təsiri ondan ibarətdir ki, misin ionları köbələklərin hüceyrələri tərəfindən sitoplazmada adsorbsiya olunur. Misin toksiki təsiri sitoplazmanın tərkibindəki zülalı kaoqulyasiya edir və fermentin hidroksil qrupları ilə reaksiyaya girir.

Mis birləşmələri aşağıda qeyd edilən xəstəliklərə qarşı tətbiq edilir: üzümdə mildyu, kartofda, pomudorda fitoftoroz, tütündə perenosporoz. Bu xəstəliklərin törədicilərinin mitselləri toxumların daxilində inkişaf edir, ona görə kontakt təsirli preparatlarla müalicə etmək mümkün olmur. Əsasən bunlara qarşı profilaktiki tədbirlərin aparılması daha yüksək səmərə verir, yəni preparatlar bitkiilər sirayətlənməmiş tətbiq edilməlidir. Mis birləşmələri yüksək fitosid təsirli olduqlarına görə vaxtaşırı onları üzvi preparatlarla əvəz etmək məqsədə uyğundur. Çiçəklənmədədn əvvəl və çiçəkləmə vaxtı üzvi birləşmələrdən istifadə etmək lazımdır. Yığıma yaxın dəmir mis xlor oksidindən istifadə edirlər, çünki bu preparat bordo mayesinə nisbətən zəif fitosit təsirlidir.

Mis birləşmələri xarici mühitdə dövr edərək, onların bitkidə, torpaqda və su hövzələrində toplanması müşahidə edilir. Mis və onun birləşmələri fungisid və bakterisid təsirli olaraq torpaq və cu mikroflorasına, üzvi birləşmələrin minerallaşması prosesinə mənfi təsir edir. Baxmayaraq ki, mis mikroelement kimi bitkilərin inkişaf və böyüməsinə müsbət təsir göstərir və təbiətdə geniş yayılmışdır, insanlara, heyvanlara və istiqanlılara qarşı toksikidir. Məhsul yığımına 15-20 gün qalmış bu preparatların tətbiqini dayandırmaq lazımdır.

Mic birləmələri 0,2-0,5 qr dozada insan orqanizmində qusma əmələ gətirir. 1-2 qr miqdarında zəhərlənmə ölümlə nəticələnir. Bu preparatlar mədə-bağırsaq traktını qıcıqlandırır, yuxarı tənəffüs yollarına və dəriyə (səpki, geyişmə, ekzema) təsir edir. Belə preparatlarla işlədikdə şəxsi mühafizə vəsaitlərindən istifadə mək lazımdır.



Bordo mayesi.

Mis sulfat duzunun əhənglə qarışıqıdır. Bu preparat da mis kuporosu ilə əhəngin qarışığı arasındakı reaksiya neytral mühitdə getməlidir. Hazırlanmış işçi məhlul kiçik dispers hissəciklərdən ibarətdir.

Bordo mayesinin yapışqanlılığı yaxşı olduğuna görə bitki üzərində qalır və yüksək fungisid təsirə malikdir. Bordo mayesini 1-4% kəsafətlikdə tətbiq edirlər, məsarif norması 600-1200 l/ha –dır. İşçi məhlul tətbiq edilən vaxt hazırlanır. Kimyavi reasiyaya görə mis sulfatla əhəngin nisbəti 4:3 olmalıdır, ancaq istehsalatda 1:1 nisbətində istifadə edilir (əhəngin keyfiyyətinin aşağı olmasına görə).

100 litr 1%-li bordo mayesi hazırlamaq üçün 1 kq mis sulfatı 50 l cuda həll edilir. 1 kq əhəngi bir az su ilə söndördükdən sonra su ilə 50 l çatdırılır. Sonra mis sulfatının məhlulunu əhəng südünün üzərinə tökürlər və qarışdırırlar. Bordo mayesini elə qablarda hazırlamaq lazımdır ki, korroziyaya uğramasın, məhlulun reaksiyasını lakmus kağızı ya da dəmir əşyalarla yoxlayırlar (kağız rəngini dəyişməməlidir). Bordo mayesini fosforlu üzvi insektisidlərlə və başqa preparatlarla qarışdırmaq olmaz. Bordo mayesinin fungisid təsirli hidroliz zamanı karbon qazı və suyun təsirindən əsaslı mis sulfat duzuna parçalanaraq mis sulfat əmələ gəlir və ona təsir edir. Bordo mayesi bir çox xəstəliklərə qarşı tətbiq edilir: meyvə ağaclarında, giləmeyvələrdə, sitrus bitkilərində, üzümdə kartofda, pomidorda, xiyarda, yemişdə, çuğundurda və s. bitkilərdə. Bu preparat unlu şeh xəstəliklərinə və tütündə perenosporoza qarşı tətbiq edilmir.



Misxlor oksidi.

Ağ kristalik maddədir, suda pis həll olur, 90%-li islanan tozu istehsal edilir, mavi-yaşıl rənkli iysizdir.

Bu preparatdan meyvə ağaclarında, üzümdə, kartofda, müxtəlif xəstəliklərə qarşı tətbiq edirlər. Vegetasiya müddətində 0,4%-li suspenziyasından istifadə edilir.

Preparatın məsarifi almada, armudda, gavalıda, gilasda 4-8 kq/ha, tənəkdə-6; pomidorda, kartofda 2,4-3,2; şəkər çuğundurunda 3,2 - 4; soğanda – 2,4 kq/ha. Bu fungisid bordo mayesi tətbiq edilən xəstəliklərə qarşı istifadə edilir Misxlor oksidi bitki səthində pis dayanır və fitotoksiki təsiri zəifdir. Preparatın üstünlüyü işçi məhlulun asan hazırlanmasıdır.

Bitkilərin zədələnməməsinin qarşısını almaq məqsədilə mis xlor oksidi digər üzvi fungisidlərlə qarışııq tətbiq edilməsi (sineb, polikarbasin) daha yüksək səmərə verir.

Misxlor oksidi insan və istiqanlı heyvanlara qarşı orta toksikidir. ÖD50 siçanlara qarşı 470 mq/kq. Kumulyasiya əmsalı 3,1 yəni mülayim kumulyasiya təsirlidir. Bitkilərin dərmanlanmasını məhsul yığımına 20 gün qalmış dayandırmaq lazımdır, tətbiqin miqdarı bitkidən asılı olaraq 3-6 dəfədir.

Siçana bənzər gəmiricilər kütləvi çoxalan illərdə bir çox bitkilərlə qidalanan zərərvuranlardı, təhlükəlidir. Onların daxilində aqrobiosenozda xüsusən təhlükəlilər qeyd edilənlərdir: tarla və meşə siçanı, xırda siçanlar, tarla siçovulu, boz dağ siçanı . Müxtəlif yardımçı təsərrüfatlarda ev siçanı, siçovulu və su siçovulu ən çox ziyan vurur.

Gəmiricilərə qarşı kompleks məhv edici tədbirlər aparılır. Onlarla mübarizədə rodentisidlər tətbiq edilir yəni antikaoqulyant təsirli maddələr, qanın laxtalanmasının qarşısını alırlar və nəticədə daxili qanaxma baş verir və eyni zamanda sink fosfidin əsasında hazırlanmış preparatlar tətbiq edilir. Hansılar ki, bağırsaq zəhərlənməsinə səbəb olur.

İstifadə edilən qanın antikaoqulyantları kimyəvi tərkibinə görə kumarın və indantdion törəmələridir. Gəmiricilərlə mübarizədə aldadıcı yemin tərkibinə onların ərazidə yerləşdirilmələrinin sıxlığına və vaxtında dəyişdirilməsinə diqqət verilməlidir. Brodifakumun əsasında toz halında olan brodifakum və dənəvərləşdirilmiş klerat preparatlarından istifadə edilir. Brodifakum, П (12/kq), aldadıcı yemdə 5% normada tövsiyyə edilir. Ev siçanlarına və siçovullara – ambarlarda, zirzəmilərdə, örtülü qruntda, dən emal olan müəssələrdə və digər təsərrüfat tikintilərində. Rodentisidli 6 aldadıcı yemləri yeşiklər yerləşdirirlər 6-8 q siçanlara və 30-60 q siçanlara qarşı. Yeşikləri hər yuvanın ağzına qoyurlar. Dənəvərləşdirilmiş aldadıcı yemlərdə klerat və varatinin tərkibində brodifakum 0,005%-dir. Klerat ev siçanlarına və siçovullara qarşı brodifakumda qeyd edilən normada tətbiq edilir. Payızlıq əkinlərdə və çoxillik otlarda aldadıcı yem əllə yerləşdirilir ki, hər yuvaya 5-8 q, ya da 2-3 yuva yaxın yerləşdikdə və yüksək sıxlıqda məskunlaşdıqda məsarif norması 3 kq/ha, ancaq seyrək məskunlaşdıqda 1 kq/ha.

Varat preparatı yaşayış yerlərində ev siçanlarına qarşı tətbiq edilir 5-10 q məsarif normada, siçovullara qarşı isə 20-50 q. K/t əkinlərində siçanabənzər gəmiricilərə qarşı preparat əllə tətbiq edilir, hər yuvaya 10-20 q aldadıcı yem yerləşdirilir, əgər 2-3 yuva yaxın yerləşərsə məsarif norması sıx məskunlaşan zaman 2-3 kq/ha, ancaq seyrək yerləşdikdə - 1,5-2 kq/ha. Sünbül qranlara qarşı aldadıcı yemin kütləsi artırılır 20-50 q çatdırılır, məsarif norması – 2-3 kq/ha. Brodifakuma gəmiricilər bir dəfə aldadıcı yemlə tətbiq etdikdə məhv olurlar.

Bromalionun əsasında ratidion preparatı müxtəlif preparat formalarında istehsal olur: dənəvərləşdirilmiş (qranul), yumşaq və bərk briketlər.

Onlar ev siçanları və siçovulları ilə anbarlarda, təsərrüfat tikintilərində, qida sexlərində və örtülü sahədə, eyni zamanda siçanabənzər gəmiricilər və sünbül qıranlara qarşıda k/t əkinlərində tətbiq edirlər. Aldadıcı yemdə rattidionun miqdarı – 0,005% -dir. Binalarda və k/t əkinlərində ev siçanlarına və digər siçana bənzər gəmiricilərə qarşı aldadıcı yemin norması – 10-20 q. Siçovullara və sünbül qıranlara isə 100-150 q. K/t əkinlərində sıx məskunlaşdıqda məsarif 3-4 kq/ha, zəif məskunlaşdıqda isə 1,5-2 kq/ha. 2003-cü ildən sink-fosfidin əsasında hazırlanan preparatların yenidəntətbiqinə icazə verilmişdir.

Sink fosfadin əsasında qeyd edilən preparatlar istehsal olur: rodenfos, ПP (25 q/kq), e saul, П (800 q/kq) və sink fosfid, П (800 q/kq). Onların tətbiqi tövsiyyə edilir payızlıq taxıllarda, rasda vəçox illik onlarda. Aldadıcı yemi qarışıqla yuvanın dərinliyinə yerləşdirirlər və ağzını toplayırlar.

Sink fosfid Kommando. – kəskin təsirli zəhərdi, tünd-boz rəngli tozdur, sarımsaq iylidir. Bunun əsasında aldadıcı yem hazırlanır siçanlara və siçovullara qarşı , e. m. 2,5%. Bu məqsədlə aldadıcı yem üçün ərzaq, bitki yağı ilə yaxşı qarışdırılır (dən, qrupa, kombikorm, tərəvəz, ət ya da balıq farşı və digər ərzaq) və sonra preparat əlavə edilir.

Hazırlanan aldadıcı yemlər yüksək rodentisid fəallığa malikdir siçovullara və ev siçanlarına qarşı istifadə olunur. Siçovulların və siçanların ölümü 1,1 sutkada 100% -ə çatır. Gəmiricilərin miqdarı yüksək olduqda məsarif norması sahəsinin hər vahidinə 5 dəfə artır. Siçanlar və siçovullar üçün, tarla üçün isə 35%. Gəmiricilər öldürücü dozanı siçovulu 1-2 gün müddətində alır (5-7 gündən sonra gəmiricilər) 100% məhv olur.

Mövzu 11. Unlu şeh və yalançı unlu şeh xəstəliklərinə qarşı tətbiq edilən

kontakt və sistem təsirli fingisidlər
Plan:
1. Qeyri-üzvi kükürdlü preparatların ümumi səciyyəsi və tətbiqi

2. Yalançı unlu şeh xəstəliklərinə qarşı kontakt və sistem təsirli fungisidlər

3. Unlu şeh xəstəliklərinə qarşı sistem preparatlar.
Ədəbiyyat
1. Г.С.Груздeв –« Химическая защита растений» Москва 1987.

2. М.М.Голшин –«Фунгициды в сельском хозяйстве» Москва 1982.

3. С. Р. Попов, Л. А. Дорожкина и др. – «Основы химической защиты

растений», Москва, 2004.


Mövzu 11. Unlu şeh və yalançı unlu şeh xəstəliklərinə qarşı tətbiq edilən

kontakt və sistem təsirli fingisidlər
Unlu şeh xəstəliklərinə qarşı tətbiq edilən kontakt fungisidlər
Mühafizə və müalicə təsirli kontakt fungisidlər unlu şeh və xarici mitselləri olan göbələklərə qarşı tətbiq edilir.

Həmin patogenlər bir sıra k/t bitkilərində unlu şeh xəstəliklərini törədirlər: üzümdə oidium, quş üzümündə amerika unlu şehi, almada, xiyarda, taxıl bitkilərində unlu şeh və s.

Bu qrupa qeyri-üzvi kükürd birləşmələri, fenolun nitrat törəmələri və digər qrup kimyavi birləşmələr daxildir: rovral, ranilan. Bunların hamısı müəyyən dərəcədə akarisid təsirlidir və bir qismi dəmgil və ləkəlik xəstəliklərinə qarşı yüksək səmərəlidir.

Euparen – geniş təsir spektrinə malik fungisiddir və üzümdə boz çürümə, mildyu xəstəliklərinə qarşı səmərəlidir.



Qeyri-üzvi kükürd preparatı və onun birləşmələri.

Kükürdlü preparatlar – unlu şeh xəstəliyinə qarşı yüksək səmərəlidir, ləkəlik və dəmgilə qarşı zəif təsirlidir. Bu preparatlar akarisid xassəlidirlər. Xəstəliklərlə mübarizədə mühafizə və müalicəvi təsirlidirlər. Kükürlə işlənmiş sporlar cücərmə qabiliyyətini itirirlər. Kükürd preparatıarının fungisidlik aktivliyi elementar kükürd buxarının əmələ gəlməsi ilə izah olunur ki, bu buxarda köbələyin spor və mitselinə daxil olaraq, hüceyrə maddələrində çox güman ki, lipidlərdə həll olurlar. Kükürd hidrogeninin akseptoru olaraq hidroliz və dehidroliz reaksiyalarının normal gedişini pozur, bunun nəticəsində hidrogenli kükürd əmələ gəlir. Bu proses isə sporun inkişafı və köbələyin həyat fəaliyyəti ilə əlaqədardır. Cücərmə qabiliyyətini itirmiş sporlar kükürddən hidrogenli kükürd əmələ gətirə bilmirlər. Beləliklə, hidrogenli kükürdün əmələ gəlməsi elementar kükürdün detoksikasiyası kimi başa düşülür. Ancaq hidrogenli kükürd daha fungitoksiki olduğuna görə müəyyən fermentlərin funksiyasını pozur – kataliza, sitoxromoksidaza, laktaza. Elementar kükürd isə fermentlərin tərkibində olan metallarla əlagəyə girərək sulfid birləşmələri əmələ gətirir. Bütün bu proseslər köbələyin daxilində gedən metabalizm proseslərini pozur və onu məhv edir.

Kükürdlü preparatların spesifik xassəsi və desorbsiya olaraq hidrogenli kükürdün əmələ gətirmə xüsusiyyətinin müxtəlif olması ilə izah edilir. Bu preparatların fungisid təsiri tətbiq edilən xəstəliklərə qarşı səmərəli olması üçün həmin fungisidlərdən kükürd buxarının tədricən əmələ gəlməsi və onların köbələyin mitselinin, konidilərinin ətrafında olmasıdır. Belə preparatlar mühafizə edilən bitkilərin üzərində yaxşı dayanmalı və davamlı olmalaıdır. Buna nail olmaq üçün kükürdlü preparatlarla dərmanlanan obyekt eyni dərəcədə örtülməlidir.

Kükürdlü preparatları yağla qarışdırmağa icazə verilmir, ona görə həmin preparatlarla yağlı emulsiyaların tətbiginə 15 gün qalmış dərmanlama aparmaq lazımdır. Bu preparatları adətən xəstəliyin başlanğıc fazasında tətbiq edirlər və dərmanlamanı hər 7-10 gündən bir lazım gələrsə təkrar etmək lazımdır. Kükürdlü preparatlar insanlara və istiqanlılara qarşı zəif toksikidir. Ancaq uzun müddət kükürd tozu tənəffüs orqanlarına daxil olarsa ağ ciyərə təsir edir, ona görə bu preparatlarla iş apardıqda respiratorlardan istifadə etmək lazımdır. Bütün k/t bitkilərində (dərman birkilərindən başqa) məhsul yığımına bir gün qalmış tətbiqini dayandırmaq lazımdır. Ərzaqda qalıq miqdarı müəyyənləşdirilməmişdir.

Bu qrupa aşağıda qeyd edilən preparatlar daxildir: kükürd tozu, kolloid kükürd, islanan toz, əhəng-kükürd həlimi.

Kükürd tozu. Aşıq-sarı rənkli tozdur, 4-250 mkm ölçüsü olan küncvari hissəciklərdən ibarətdir, ərimə temperaturu 112,80 C 95-99% elementar kükürdən ibarətdir. Suda həll olmur və pis islanır havada zəif buxarlanır. Hissəcikləri yumşaq dənələr əmələ gətirir. Kükürd tozu öz-özünə alışma qabiliyyətinə malikdir, ona görə mineral kübrələrlə xüsusən azotla qarışdırılmasına aicazə verilmir.

Preparat tozlama üsulu ilə tətbiq edilir və məsarif norması 15-30kq/ha. Bitkinin kükürtlə tozlama işi şehli və sakit havada, temperatur isə 200 C yuxarı olduqda daha yaxşıdır. Günün isti saatlarında dərmanlama apardıqda bitkilərdə yanıq ləkələri əmələ gəlir. Kükürd tozo mühafizə və müalicəvi təsirli preparatlardır. Bu preparat əsasən müxtəlif k/t bitkilərində unlu şeh, pas xəstəliklərinə və akarisid xassəli olduğuna görə gənələrə qarşı da tətbiq olunur.

Kolloid kükürd və islanan toz.

Kollid kükürd kimyəvi üsulla hidrogenli kükürddən alınır və pasta halında istehsal edilir. Preparatın tərkibinin 70% -ni elementar kükürd təşkil edir. Kükürdün islanan tozunu xüsusi dərmanlarda iri disper hissəciklərdən ibarət olan kükürdən hazırlayırlar. Kükürd suda həll olmur, ona görə islanana tozun tərkibinə sabitləşdirici və isladıcı maddələr əlavə edilir. Islanan toz sarımtıl-boz rənklidir, 90-95% elementar kükürddən ibarətdir. Kükürdün islanan tozunu və kolloid kükürdün pastasını bir çox bitkilərdə xəstəliklərə qarşı 0,2-1%-li kəsafətlikdə çiləmə üsulu ilə tətbiq edirlər. Məsarif norması kq/ha: almada, armudda, heyvada 8-16, üzümdə 9-12, qaragatda, quş üzümündə, yemişdə, qarpızda, bəzək bitkilərində 3-4, çəkər çugundurunda 4-6, xiyarda açıq və örtülü şəraitdə 2-4. Üzümdə oidiuma qarşı (çiləmə apardıqda) kükürdün tətbiqi xəstəliyin inkişafına 98%-dən 22%-ə, kükürd tozu isə 50%-ə qədər aşagı salır.



Karatan (mildes, krotonat)

Yapışqanlı mayedir, qaynama temeraturu 138-1400C. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur.

Karatan – kontakt fungisiddir, müalicəvi və mühafizəedici təsirlidir, unlu şeh xəstəliyinə qarşı səmərəlidir. Preparat unlu şeh xəstəliyini törədən göbələklərin sporlarının inkişafını dayandırır və mitselini dagıdır.

Karatan preparatı bitkiləri dəmgil xəstəliyindən mühafizə edir və akarisid təsirlidir. Mühafizə edici təsiri 10-14 gündür. Preparatın konsentrasiyasını artırdıqda bitkilərdə yanıq ləkələri əmələ gətirir. Tövsiyyə edilən konsentrasiyada karatan elementar kükürdə nisbətən zəif fitotoksiki xassəlidir. Bu preparatı qələvili pestisidlər və tərkibində yağ olan preparatlarla birgə tətbiq etmək məqsədə uyğun deyil. Karatan preparatı 25%-li sarı rənkli islanan toz və 50-li konsentrat emulsiya halında istehsal edilir. Fungisid almada, armudda, qarağatda, çiyələkdə, qarpızda, yemişdə, xiyarda, unlu şeh xəstəliyinə qarşı 0,1-1%-li konsentrasiyada tətbiq edilir. Meyvə ağaclarında preparatın tətbiqini məhsul yığımına 20 gün qalmış dayandırırlar. Vegetasiya müddətində 6 dəfə çiləmə aparılır. Örtülü şəraitdə xiyarda preparatın tətbiqinin axırıncı vaxtı məhsul yığımına 2 gün qalmışdır. Karatan istiqanlı heyvanlara və insanlara qarşı yüksək toksikidir. /ÖD50 siçanlara 112,5; siçovullara – 600-825mq/kq/. Kumulyasiya xassəsi zəif ifadəlidir. Preparatın icazə verilən miqdarı almada, armudda, üzümdə, xiyarda və bostan bitkilərində 1mq/kq. Giləmeyvələrdə qalıq miqdarına icazə verilmir.



Heteroksiklik və digər birləşmələr.

Bu qrupa daxil olan preparatları unlu şeh xəstəliyinə qarşı tətbiq etdikdə yüksək səmərə verir. Rovral və roniral preparatları üzümdə çürümə, pomidorda boz çürümə, ağ çürümə xəstəliyinə qarşı tətbiq edilir.



Rovral.

Ağ kristallik maddədir, ərimə temperaturu 1360C, suda zəif, üzvi həlledicilərdə yaxşı həll olur. Saxladıqda ultrabənövşəyi şuaların təsiri nəticəsində, torpaqda və bitki daxilində sürətli toksiki olmayan birləşmələrə parçalanır. Bu preparat fitotoksiki deyil və digər pestisidlərlə kombinə edilmir. Rovral – geniş təsirli fungisiddir. Dənli bitkilərdə unlu şeh, boz çürümə, sklerotina, rizoktoniya, alternariya, helmintosporioz, fuzarioz və toz sürmə xəstəliklərinə qarşı tətbiq edilir. Sistem təsirli fungisidlərə qarşı davamlı olan unlu şeh xəstəliyinin törədicilərini rovral preparatı ilə tamamilə məhv etmək mümkündür. Bu preparatı təcrübə- təsərüfatlarında tətbiq etməyə icazə verilir.

Rovral 50%-liislanan toz halında istehsal edilir və əkin materialının dərmanlanmasında, həm də vegetasiya müddətində tətbiq edilir. Preparatın 0,15 – 0,3%-i suspenziyası ilə çiləmə aparılır. Üzüm plantasiyalarında boz çürümə və oudiuma qarşı tətbiq etmək tövsiyə edilir. Preparatın məsarif norması 1,5 – 2 kq/ha, çiləmənin miqdarı 4 dəfədir. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır. Birinci çiləmə xəstəlik müşahidə ediləndə və ya çiçəkləmə vaxtında, sonrakı çiləmələr salxımlar əmlə gəldikdən sonra, üçüncü çiləmə üzümün yetişməsinin başlanğıcında, dördüncü isə 14-20 gündən sonra aparılır.

Rovral – zəif toksiki preparatdır (ÖD50 siçovullara 3500 mq/kq) qalıq miqdarının ən aşağı səviyyəsi üzümdə 0,4 mq/kq, kartofda, xiyarda, pomidorda, çiyələkda qalıq miqdarına icazə verilmir.

Ranilan ağ rənkli kristalik maddədir, ərimə temperaturu 1800 C, suda pis, xloroforumda, benzoda və asetonda yaxşı həll olur. Kontakt fungisiddir, mühafizə təsirlidir və unlu şeh xəstəliyinə qarşı səmərəlidir. Ranilan üzümdə boz çürümə, meyvə ağaclarında monilioza, günə baxanda sklerotinə, ağ və boz çürüməyə qarşıda tətbiq edilir.

Prepatın 50% islanan tozu istehsal edilir və 0,15-0,2% konsentrsiyada suspenziya halında çilənir: üzümlüklərdə məsarif 1-2,5 kq/ha, çiləmənin miqdarı 4 dəfədir. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 30 gün qalmışdır. Oidiuma qarşı 1 çiləmə xəstəliyin ilk əlamətləri müşahidə ediləndə aparılır.

Ikinci çiləmə çiçəkləməyə qədər 14-20 gündən sonra təkrar edilir. Günəbaxan bitkisində ağ və bozçürüməyə qarşı birinci çiləmə 1-1,5 kq/ha, kütləvi çiçəkləmə dövründə və 14-15 gündən sonra təkrar olur. Vegetasiya müddətində iki dəfə çiləmə aparılır. Çiyələkdə boz çürümə və unlu şeh xəstəliyi ilə mübarizə apardıqda çiləmə çiçəkləməyə qədər və məhsul yığımından sonra aparılır. Preparatın məsarifi 1,2-1,5 kq/ha.

Örtülü şəraitda xiyarda, pomidorda ğa və boz çürüməyə qarşı tatbiq etdikdə bitkinin sirəyyətlənən orqanlarına ranilanla tabaşirin ya da, əhəngin qarışığını yaxırlar. Qarışıq 1:2 ya da 1:1 nisbətində hazırlanır. Ranilan insanlara və istiqanlı heyvanlara zəif toksikidir, (ÖD50 siçovullarə 10000 mq/kq). Arılara, yağış soğulcanlarına və balıqlara qarşı zəif toksikidir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə