Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Attraktantlar, repelentlər, hemosteriantlar



Yüklə 0,86 Mb.
səhifə8/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Attraktantlar, repelentlər, hemosteriantlar.

Attraktant - həşaratları cəlb edən kimyavi maddələrə deyilir. Onlar bir neçə hissəyə bölünürlər: qida attraktantları yumurta qoyulan yerə cəlb edənlər və cinsi.

Ən geniş yayılan qida attraktantlarıdır. Belə maddələrə daxildir üzvi birləşmələrin məhsulları zülallar fermentativ yolla hidroliz olan turşular və müxtəlif şirələr. Təsir müddəti 4-7 gündür. Belə attraktantlar xüsusən səmərəli nəticə verir, alma meyvəyeyəni, meksika meyvə milçəyi və s.həşaratları cəlb edirlər.

Yumurta yerinə cəlb edən maddələr çox azdır. Adətən həşaratlar yumurtalarını qida olan yerlərə qoyurlar. Əsasən sahib bitkilər attraktantlar ifraz edir və onları həmin həşaratlara qarşı mübarizədə istifadə edirlər. Məsələn, pambıqdan alınan maddə pambıq uzunburununa, yoncadan alınan attraktant isə uzunburun qarşı tətbiq edilir.

Cinsi attraktantlar cüzi dozada digər cinsdən olan fərdləri cəlb edir. Məsələn, ipək sarıyan 10-12 mq maddə ifraz edərək 400 m məsafədən dişi fərdini cəlb edir. Şam mişarlayıcısının dişi fərdisinin ifraz etdiyi maddə 5 gün müddətində 17,5 km məsafədən 11000 erkək fərdi cəlb etmişdir. Hal-hazırda bir çox həşaratlar cinsi attraktantlar ifraz edir, ancaq həmin maddələrin ifrazı bir qədər çətin olduğuna görə k/t təbii attraktantlarıdan istifadə edilmir. Kimya sənayesi həmin maddələrin əsasında sintetik cinsi attraktantlar sintez etmişlər. 20000 çox birləşmə sınaq edilmişdir. Sənaye hal-hazırda metilevgenolmaddəsi istehsal edir.Həmin attraktant şərq meyvə milçəyinə qarşı tətbiq edilir.

Attraktantları insektisidlərlə birlikdə bitkilərin kimyavi mühafizəsində geniş tətbiq edirlər.

Repelentlər – qovucu xassəyə malik olan kimyavi maddələrdir. Bu preparatları k/t bitkilərini gəmiricilərdən, quşlardan, həşaratlardan və gənələrdən mühafizə etmək üçün də istifadə edilir. Repelentlər əsasən çox illik əkin sahələrində tətbiq edilir. Ən fəal qovucu xassəyə malik olan maddələr aşağıdakılardır: aminlər, siklik amidlər və kanifol.

Repelent maddə kimi aşağıdakı tərkibi tətbiq etməyi tövsiyyə edilmişdir:

1. Kanifol (denatura 1:1) həll olunmuş və üzərinə 60 qr skipidarda həll edilmiş 50 qr naftalan əldvə edilir;

2. Haftalan emulsiyası : 1 l su, 0,35 kq sabun, 20-40 qr naftalin, 25-50 qr skipidar, 10 qr mis kuporosu, 0,2 l bitki yağı;

3. HXCH qarışığı: 1 l su, 0,35kq sabun, 70 qr HXCH dustu, 0,1l bitki yağı.

Yuxarıda qeyd edilən qarışqları payızda, quru havada meyvə bağlarında gəmiricilərə qarşı tətbiq edilir. Ağacların gövdəsinə və budaqlarına həmin qarışıqdan yaxma üsulu ilə tətbiq edirlər. Repelent kimi bitkiləri quşlardan mühafizə etmək üçün TMTD, sink fosfid, polikamfendən və s. istifadə edirlər.

İnsanları və heyvanları həşaratlardan və gənələrdən mühafizə etmək üçün dimetilftalat, dibutilftalant və DETA istifadə edilir. Qeyd edilən repelentləri maz, pasta, məhlul, emulsiya və aerozol halında tətbiq edirlər.

Nematosidlər.

Nematosidlər nematodlara qarşı tətbiq edilir. Bu preparatlar torpağa daxil olaraq ətrafa eyni dərəcədə yayılır. Və əkilən toxumlara mənfi təsir etmir.

Preparatın təsir müddəti onların kimyavi xassəsindən, daxil olma sürətindən və torpağa yayılmasından, torpağın fiziki-kimyavi, bioloji xüsusittətindən və iqlim şəraitindən asılıdır. Nematosid kimi aşağıdakı preparatlar tətbiq edilir: karbation, tiozon, DD, DD5 və üzvi fosfortərkibli birləşmə heterofos. Torpağın udma qabiliyyəti yaxşı olduğuna görə zəhər effektli olsun deyə preparatın məsarifi 2000 kq/hek olur.

Nematosidi torpağa verdikdə, onun hər tərəfə eyni dəracədə yaymaq lazımdır. Nematosidləri QAN-8 FP-4 markalı fumiqatorla vermək olar. Tətbiq edilmiş nematosidlərin səmərəliyini artırmaq üçün həmin sahəni suvarırlar. Nematosidlər bitkilərə pis təsir etdiklərinə görə onları səpindən və əkindən sonra ya da məhsul yığımından sonra tətbiq edirlər.

Tiazon (dazomet) – kristallik maddədir, ərimə temperaturu 1050C, su da pis, xloroforumda yaxşı həll olur. Tiazon müxtəlif patogen orqanizmləri məhv etmək məqsədi ilə tətbiq edilir. Bu preparat kompleks təsirlidir, nematosid, insektisid, fungisid və herbisid təsirlidir. 85%-li tozu istehsal edilir. Preparat hiqroskopik xassəli olduğuna görə kip örtülü qabda saxlanılmalıdır. Tətbiq etməzdən əvvəl tiazonu qumla 1:3 nisbətində qarışdırırlar və sonra səpirlər, torpağı şumlayırlar, suvarırlar. Tiazonla torpağın dezinfeksiyası 10 gün müddətində aparılır əmələ gələn qazlardan təmizlənmək üçün, sonra torpağı yumşaldırlar. Tiazon ortatoksikidir (ÖD50 = 500-6000 mq/kq) . Ərzaqda preparatın qalıq miqdarı 0,5 mq/kq.

Karbation – ağ kristalik maddədir. Suda yzxşı həll olur üzvi birləşmələrdə isə pis. Bu preparat torpağın sterilizatorudur. Həşaratları, nematodları, xəstəlik törədicilərini və alaqların toxumlarını məhv edir.

Sənaye preparatın 40%-li sulu məhlulunu istehsal edir. Bu preparat kartofda, çuğundurda, soğanda və sarımsaqda nematodlara qarşı tətbiq edilir. Preparatın 2%-li məhlulu ilə torpağı suvarırlar karbation parçalanmasın deyə, məsarif norması 1500-2000 kq/hek. Parnikdə və istixanalarda torpağı sterilizə etdikdə 1m3/kq preparat sərf edilir. İstixanalarda torpağı zərərsizləşdirmək məqsədilə karbotionun 2%-li məhlulundan istifadə edirlər, məsarifi 3-10l-1m2, 1%-li məhlulun 15l 1m2.

Karbotionun məhlulunu suvarma boruları AHŞ maşını və hidroburla torpağa verirlər. Preparat uçucu olduğuna görə çiləyicilərdən istifadə etmək olmaz. İşçi məhlulu tətbiq etdikdə hazırmaq. Nematodaya qarşı davamlı kartof sortlarına karbation tətbiq etdikdə payızda 15 sm dərinliyə ya da yazda əkinə 30 gün qalmış torpağa verilir məsarifi 60 ml/m2. Kartofda gövdə nematodu ilə mübarizə apardıqda toxumluq əkin materialını əki qabağı 3% sulu suzpenziya ilə 400 l/t dərmanlayırlar. Saxlama vaxtı 20 dəqiqə 7-200 C temperaturda. Karbation preparatının səmərəliliyi temperatur artdıqça artır. Karbationu ədadən səhər tezdən havanın temperaturu 5-80 C olduqda tətbiq edirlər. Istiqanlı heyvanlara və insalara qarşı ortatoksikidir (ÖD siçovullara 450 ml/kq). Havanın işçi zonasında qalıq miqdarı 0,1ml/ m3 , suda 0,02 ml/l



Mövzu 10. Fungisidlər və onların tətbiqinin bioloji əsasları, təsnifatı.

Mis tərkibli birləşmələr və onların tətbiqi qaydaları
Plan:


  1. Fungisidlərin ümumi səciyyəsi.

  2. Onların tətbiqinin bioloji əsasları.

  3. Fungisidlərin toksiki təsir mexanizmi.



Ədəbiyyat

1. Г.С.Груздёв – «Химическая защита растений» Москва 1987.

2. М.М.Голшин – «Фунгициды в сельском хозяйстве» Москва 1982.

3. С. Р. Попов, Л. А. Дорожкина и др. – «Основы химической защиты

растений», Москва, 2004.
Mövzu 10. Fungisidlər və onların tətbiqinin bioloji əsasları, təsnifatı.

Mis tərkibli birləşmələr və onların tətbiqi qaydaları
Funqisidlərin ümumi səciyyəsi. Tətbiqinin bioloji əsasları
Kənd təsərrüfatı bitkilərini göbələk xəstəliklərindən mühafizə edən kimyəvi maddələr fungisidlər adlanır.

Məlumdur ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və keyfiyyətini aşağı salan amillərdən ən vacibi respublikamızda geniş yayılan müxtəlif xəstəliklərdir. Xəstəliklərlə mübarizə aparmaq məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Bitki xəstəlikləri kənd təsərrüfatına böyük ziyan verərək məhsulun aşağı düşməsinə və keyfiyyətsiz olmasına səbəb olur. Xəstəliklərin qarşısını almaq üçün törədicilərinin bioloji xüsusiyyətlərini bilməli və onların əsasında mübarizə sistemi təşkil edilməlidir. Mübarizə sistemi yerli şəraitdə uyğun, plan əsasında aparılmalı və təsərrüfatda xəstəliklərin yayılması, vurduğu ziyan, toxum və əkin materiallarının törədicilərlə yoluxması müəyyən edilməlidir. Mövcud olan mübarizə tədbirlərə həm qarşı alıcı həm də məhvedici məqsəd güdür. Bir və ya bir neçə xəstəliklərlə mübarizə apardıqda mübarizə üsullarını ayrılıqda deyil, müntəzəm olaraq biri digərini tamamlamaq şərtilə tətbiq edilərsə, o zaman həmin mühafizə yüksək səmərə verə bilər.

Kənd təsərrüfatında bitkilərin xəstəlikləri ilə mübarizədə əsas yerlərdən birini kimyəvi mübarizə üsulu tutur. Bitki xəstəliklərinə qarşı tətbiq edilən kimyəvi maddələrə funqisidlər deyilir. İstehsalına, tətbiqinə və növ tərkibinə görə fungisidlər pestisidlərin içərisində üçüncü yeri tutur.

Hər il funqisidlərin yeni növləri və kombinə formalarının istehsalı artır. Bütün ölkələrdə məhsulu saxlamaq və yüksək keyfiyyətli ərzaq məhsulları hazırlamaq üçün xəstəlik və ziyan vericilərə qarşı kimyəvi mühafizə üsulundan geniş istifadə edilir.

Fungisidlər İtaliyada, Yaponiyada, ABŞ, Almaniya, Bolqarıstanda, Macarıstanda və s. ölkələrdə geniş tətbiq edilir. Fungisidlər aşağıda geyd edilən tələblərə uyğun olmalıdır:



  1. az məsarif normada və zəif kəsafətlikdə olduqda yüksək səmərəli;

  2. yüksək seçicilik qabiliyyətli və istiqanlı heyvanlara, inssanlara qarşı zəif toksiki;

  3. əhatə edən mühitə qarşı zərərsiz;

  4. funqisidlər xeyirli entomofaqa və fitofaunaya, o cümlədən torpaq mikroflorasının entomofaqına təsir etməməlidir;

  5. onların kimyəvi tərkiblərindəki biləşmələr müxtəlif dərəcədə davamlı birləşmələrdən ibarət olmalıdır;

Möhkəm birləşmələrdən ibarət olan funqisidlərin qalıq miqdarının azalmasına görə, onlar yazda və vegetasiyanın sonunda tətbiq edilir.

Son zamanlar funqisidlərin kombinə edilməsi prosesində çox işlər aparılmışdır. Belə kimyəvi birləşmələrin böyük əhəmiyyəti var. Kombinə edilmiş fungisidlər müxtəlif siniflərdən olan birləşmələrdən ibarət olaraq geniş təsiredici xassəyə malikdirlər və ona görə təsərrüfatda ayrı-ayrı xəstəliklərə qarşı tətbiq edilir.

Fungisidlərin düzgün və məqsədə uyğun tətbiq edilməsi bitki mühafizəsində işləyən mütəxəsislərin qarşısında duran əsas məsələlərdəndir.

Kənd təsərrüfatında tətbiq edilən fungisidlərin çeşidi hər il təzələnir, köhnə preparatlar tətbiqindən çıxarılır və onları yeni daha səmərəli preparatlar əvəz edir.

Fungisidlər təsir etmə xüsusiyyətlərinə görə aşağıdakı tələblərə uyğun olmalıdır: preparatlar bir çox xəstəliklərin törədicilərinə qarşı toksiki olaraq eyni zamanda bitkiyə mənfi təsir etməməlidir; fungisidlər tərkiblərinə, preparativ normalarına və fiziki- kimyəvi xassələrinə görə bitkilərin və toxumların üzərinə yaxşı yapışmalıdır, preparatlar yaxşı kombinə edilərək aqrobiosenoza mənfi təsir etməməlidir; fungisidlər və onların metabolizm məhsulları istiqanlı heyvanlara və insanlara xroniki toksiki təsir etməməlidir.

Başqa qrup pestisidlərlə müqayisə etdikdə fungisidlər zəif və orta toksiki maddələrdir. Bir çox üzvi birləşmədən olan fungisidlər zəif birləşmələrdir və torpaqda bir neçə gün ya da bir neçə həftə müddətində parçalanırlar. Məsələn: TMTD bir neçə ay müddətində parçalanır, benomil torpağın tipindən asılı olaraq, bir neçə aydan iki ilə olan müddətdə parçalanırlar.

Qeyri üzvi fungisidlər civə və mis tərkibli preparatlar torpaqda çox davamlıdırlar və torpaq mikroflorası, faunası üçün təhlükəlidirlər. Bordo mayesini uzun müddət bağlarda tətbiq etdikdə torpaqda onun qalıqı olan misin toplanması müşahidə edilir. Belə hal bitkilərdə xlorozun əmələ gəlməsinə səbəb olur.

Təcrübələr göstərir ki, uzun müddət yüksək dozalarda fungisidləri tətbiq etdikdə, onlar torpaq faunasına və mikroflorasına mənfi təsir edir.

Fungisidlər çox toksiki olduqlarından müxtəlif bioloji obyektlərdə toplanaraq uzun müddət qalırlar. Buna görə onların qalıq miqdarını müəyyən edərək, yüksək toksiki zəhərlərin tətbiqi qadağan edilir və ya məhdudlaşır.

Fungisidlərin bitkilərdə və meyvədə, suda, torpaqda, ərzaqda və mal-qara üçün yemdə qalıq miqdarı olmamalıdır. Ərzaq məhsullarında icazə verilən miqdarda zəhər qalığı insanlar üçün zərərsiz olmalıdır. Buna görə də tətbiq olunan pestisidlərin, o cümlədən fungisidlərin qalığı müəyyən edilir. Fungisidlərlə işləyərkən xüsusi “Sanitar gigiyenik qaydalara, onların saxlanması, daşınması və kənd təsərrüfatında tətbiq edilməsinə” dair təlimata riayət etmək lazımdır.

Kimyəvi mühafizə üsulunun əsas məqsədi müxtəlif kimyəvi birləşmələr və digər zəhərli madddələrlə bitkilərin köbələk, bakterial və virus xəstəliklərinə qarşı mübarizə üsulunu öyrənməkdən ibarətdir. Bu preparatlar müəyyən xəstəliklərin aralıq sahib bitkilərinə qarşı də tətbiq edilir. Bitki xəstəlikləri ilə mübarizədə kimyəvi mübarizə üsulunun əsasən profilaktiki əhamiyyəti vardır, çünki bitkilərin kimyəvi maddələrin dərmanlanması onların sirayyətlənməsindən əvvəl aparılır. Yəni patogen bitki toxumasına daxil olmamışdan əvvəl onu məhv etmək məqsədilə bitkilər dərmanlanır. Belə halda kimyəvi maddələrlə bitkilərin yer üstü orqanları yarpaqları, zoğları, gövdələri, meyvələri və.s dərmanlanır və xaricdən xəstəlik törədicisindən mühafizə edilir.

Kimyəvi mühafizə üsulu ilə bitkiləri nəinki xaricdən mühafizə etmək, həm də onlarda immunitet yaratmaqda mümkündür. Beləliklə bitkilərə daxil olan xəstəlik törədicilərinə qarşı fəal mübarizə aparılır. Xəstəliklərlə mübarizədə hemoterapiya üsulundan da geniş istifadə edilir. Hemoterapiya yəni tətbiq edilən preparatlar mühafizə olunan bitkilərin daxilinə yeridilir. Belə preparatlar daxili təsirə malikdir. Bitkiləri (ya da toxumaları) daxilindən dərmanladıqda onlarda tüfeyli orqanizmə qarşı davamlılıq yaranır.

Kimyəvi preparatlar patogeni bitkilərin ya da toxumaların səthində məhv edir. Hər-hansı bir xəstəliyin kütləvi yayılması zamanı kimyəvi mühafizə ən səmərəli mübarizə üsuludur. Belə preparatlarla tozlama, və ya çiləmə üsulu ilə sirayətlənmiş əkin sahələrində xəstəlik törəridicilərini tamamilə məhv edərək, məhsulun saxlanmasına imkan verir. Müəyyən hallarda vegetasiya müddətində xəstəliyin kütləvi yayilmasının(məsələn, üzümdə mildium, almada dəmkil) qarşısını yalnız fungisidlərlə çiləmə aparmaqla mümkün olur.

Kimyəvi mübarizə üsulundan bitkiləri bəzi infeksion olmayan (xloroz, mineral elementlərin çatışmamazlılığı və. s) xəstəliklərdən mühafizə etmək və pas xəstəliyi törədən köbələklərin aralıq sahib bitkilərini məhv etmək məqsədilə də istifadə edilir.

Bitki xəstəlikləri ilə mübarizədə kimyəvi preparatların tətbiqi iqtisadi cəhətdən əsaslandırılmalı və yüksək səmərəli olmalıdır. Müəyyən edilmişdir ki, xəstəliklərlə mübarizədə hər xərclənmiş manata həmin ildə 10-12 manat əlavə gəlir götürülür. Xüsusən səpin qabağı toxumların dərmanlanması daha yüksək səmərəlik verir (məsələn, 150 qr fungisid bir hektarda məhsulu bir sentner artırır). Fungisidlərin meyvə bağlarında və üzüm plantasiyalarında tətbiqi daha yüksək səmərə verir. Kimya sənayesi inkişaf etdikçə kimyəvi mühafizə üsulunun rolu genişlənir və mineral kübrələrin, kimyəvi mühafizə vəsaitlərinin istehsalı artır.
Fungisidlərin tətbiqinin bioloji əsasları.
Bitkilərin xəstəlikləri 2 qrupa bölünür: infeksion və qeyri infeksion . İnfeksion olmayan bitki xəstəlikləri bir bitkidən digərinə keçmir və əlverişsiz torpaq iqlim şəraiti, qidalanma pozulduqda, zərərli kimyavi maddələrin düzgün aparılmaması nəticəsində və mexaniki zədələnmənin təsirindən baş verir.

İnfeksion xəstəlikləri köbələklər, bakterialar və mikoplazmalar, viruslar törədir. Mikoplazmalar və viruslar törədən xəstəliklərdə mübarizədə kimyavi preparatlardan hələlik geniş istifadə edilmir. Fungisidlər əsasən bitkiləri infeksion xəstəliklərdən (köbələk və bakterialar törədən) mühafizə etmək məqsədilə tətbiq edilir. İnfeksion xəstəliklər küləklə, yağışla, həşaratlarla və insanlar bitkilərə qulluq etdikdə yayılırlar. Bitkilərin daxilinə infeksiya ağızcıqlar, su yolları, gözcüklərdən daxil olurlar, mexaniki zədələnmə nəticəsində də infeksiya daxil ola bilər. Bəzi parazitlər o cümlədən unlu şeh xəstəliyini törədən köbələklər bitkiyə epidermis təbəqəsindən daxil olur. Onların sporları bitki üzərinə düşərək cücərir və bitkiyə daxil olaraq mitsel əmələ gətirir, ona görə bu köbələklər bitki səthində əmələ gəlir. Endoparazit – törədicilər bitkilərin daxilində hüceyrə aralarında inkişaf edir məsələn, kələmdə gila, kartofda xərçənk, xiyarda unlu şeh xəstəliyinin törədiciləri. Belə parazitlərlə mübarizə aparmaq bir qədər çətindir, çünki mühafizə edici preparatlar bitkilərin xəstəliyə yoluxmasının qarşısını alır. Bitkilərin xəstəliklərinə qarşı mübarizə tədbirləri apardıqda fungisidləri seçərkən bitkilərin inkişaf xüsusiyyətlərini, xəstəliklə yoluxmasını, infeksiyanın xassəsini və fungisidin təsir xarakterini nəzərə almaq lazımdır.

Kimyəvi mübarizə üsulunun əsas məqsədi bitkilərin xəstəliyə yoluxmasının qarşısını almaqdır. Bir illik bitkilərin xəstəliklə yoluxması əsasən əkin materialı vasitəsilə olur, ona ğörə ilk növbədə toxumların dərmanlanması nəzərə alınmalıdır. Toxumları vaxtında kombinə edilmiş preparatlarla dərmanalnması yüksək səmərəlilik verir.

Toxum dərmanlayan fungisidlərin düzgün tətbiqi zərərverən orqanizmlərin fəallığını və miqdarını azaldır bu isə vegetasiya dövründə fungisidlərin tətbiqinin miqdarının azalmasına səbəb olur. Bir illik bitkiləri şitillə əkdikdə toxumları dərmanlamaq və istixana – parniklərin torpaqlarını dezinfeksiya etmək lazımdır. Bu isə sağlam şitil becərməyə imkan verir və sahəyə infeksiyanın yatılmasının qarşısını alır. Çoxillik bitkilərdə bitki qalıqlarında infeksiya mənbəyini məhv etməyin böyük əhəmiyyəti var. Xəstəlik törədicilərinin qışlayan mərhələsini məhv etməklə bitkilərin ontogenezinin erkən inkişaf mərhələsində, onlar xəstəliklə yoluxmadan mühafizə edilir. Bitkilərin vegetasiyası dövründə tətbiq edilən preparatlar mühafizə təsirlidir.

Fungisidlərin düzgün seçilməsi və vaxtaşırı digərləri ilə əvəz edilməsi daha yüksək səmərəlilik verir. Unlu şeh xəstəliyinə qarşı məhv edici fungisidlər daha yüksək səmərə verir. Fungisidlərin yaşıl bitkilərin üzərində az müddət qalması, vegetativ orqanların çoxalması yeni infeksiyanın əmələ gəlməsinə səbəb olur, ona görə bitkiləri vegetasiya dövrünün sonuna qədər dərmanlamaq lazım gəlir. Bitkiləri ardıcıl olaraq eyni fungisidlərlə çilədikdə fitopatogen orqanizmlərdə immunitet yaranır. Ona görə fungisidləri vaxtaşırı dəyşdirmək və müxtəlif qrup və müxtəlif kimyəvi quruluşlu fungisidlərdən istifadə etmək lazımdır.

Fungisidlərin qalıq miqdarı məhsulda az toplansın deyə preparatların tətbiq reqlamentlərinin yəni məsarif normasına, tətbiq vaxtına və s. düzgün riayət etmək lazımdır.


Kimyəvi mühafizə üsulunun əsasını kimyəvi maddələrin tətbiqi təşkil edir. Bu preparatlar xəstəliyin törədicisini məhv edirlər. Zəhər elə birləşmələrdirki ki, orqanizmə az miqdarad düşərək, onun zəhərlənməsinə ya da məhv olmasına səbəb olur.

Zəhərli maddənin toksiki təsiri onun fiziki-kimyəvi xassəsi və dozası, təsir müddəti, tətbiq üsulu iəl əlaqədardır. Zəhərli maddə fiziki xassəsinə görə məhlul və qaz halında hüceyrəyə daxil olur və toksiki təsir edir. Məhlulun kəsafətliyi və dozası nə gədər yüksək olarsa, bir o qədər zəhərli maddə toksiki təsir edər. Patogen orqanizmin zəhərli maddəyə qarşı davamlılığı onun inkişaf fazası ilə bağlıdır: köbələk spor halında (xlamidosporlar, oosporlar, skleposilər və.s) mitsellərə cavan sporların cücərtilərinə nisbətən, zəhərli maddələrə qarşı daha davamlıdır. Bir çox zəhərli maddələr seçici təsirə malikdir və xəstəlik törədicilərinə qarşı spesifikdirlər.

Fungisidlərin toksiki təsir mexanizmi.

Aparılan müşahidələr nəticəsində fungisidlərin patogenə və sahib-bitkinin hüceyrələrinə təsiri müxtəlif və mürəkkəbdir. Fungisidlərin toksiki təsir xassəsi, təsiredici maddədən və xəstəlik törədicisi ilə sahib-bitki arasında olan mübadilə prosesi ilə əlaqədardır. Bu preparatların təsir mexanizmi aşağıda geyd edilən kimi izah edilir.

Fungisidlərin toksiki təsir mexanizmi həmin birləşmələrin protoplazma ilə adsorbsiya edilməsi nəticəsində müşahidə edilir. Belə halda adsorbsiya edilən maddələr hüceyrənin tərkibində olan birləşmələrlə reaksiyaya girmir, ancaq orada gedən mübadilə proseslərini ləngidir və hüceyrənin funksiyasını pozur. Məsələn, fungisidlərin adsorbsiya üsulu ilə təsir mexanizmi mis və civə tərkibli birləşmələrdə müşahidə edilir.

Fungisid və antibiotiklərin toksiki təsiri bu birləşmələrlə köbələyin hüceyrələrinin plazması arasında olan müxtəlif kimyavi reaksiyalar nəticəsindədə baş verir. Belə reaksiyalar nəticəsində məsələn, zülalların püxtələşməsi müşahidə edilir. Bəzi fungisidlər məsələn, anhidridlər, fenol birləşmələrinə toksiki təsir edərək zülalın püxtələşməsinə səbəb olur. Mis birləşmələri ilə zəhərləndikdə, zəhər daxil olan hüceyrələrdə ağır metallar zülalı püxtələşdirir. Fungisidlərin təsirinin nəticəsində parazit orqanizmdə gedən maddələr mübadiləsində iştirak edən fermentlərə təsir edir. Məsələn, mis tərkibli birləşmələr orqanizmə daxil olduqda yarpaqda diastaza fermentinə təsir edərək nişastanın şəkərə çevrilmə prosesinə mənfi təsir edir. Fungisidlərin təsir mexanizmi orqanizmdə olan vitaminlərlə də bağlıdır. Onlar həmin birləşmələri fəalsızlaşdırır. Məsələn, fiqon K vitamininə təsir edir, akridin – riboflavinə.

Fungisidlərin digər birləşmələrə təsiri oksidləşmə və bərpaetmə prosesləri nəticəsində baş verir və hüceyrələrdə oksigen şatışmamazlığı ya da normadan artıq olması törədicinin hüceyrəsində protoplazmaya təsir edir. Bəzi fungisidlər sahib-bitkidə gedən mübadilə proseslərinə təsir edərək tüfetli orqanizmə ya da sporların cücərməsi üşün əlverişli olmayan çərait yaradır.

Qeyd edilənlərdən aydın olur ki, fungisidlərin toksiki təsir mexanizmi çox mürəkkəb və kifayət qədər öyrənilməmişdir.



Fungisidlərin təsnifatı.

Hal-hazırda tətbiq edilən fungisidlər üç sinfə bölünür: xəstəliyin törədicisinə təsir etmə xassəsinə, tətbiq məqsədinə və kimyəvi quruluşuna görə.



Təsir xassəsinə görə təsnifat.

Fungisidlər xəstəliyin törədicisinə təsir xassəsinə görə iki qrupa bölünür: mühafizə (profilaktiki) və müalicəvi fungisidlər.

Mühafizə xassəli fungisidlər bitkilərin fitopatogen köbələklərlə yoluxmasının qarşısını alır, ancaq müalicəvi təsir etmir. Bu qrup fungisidlər kontakt ya da sistem təsirlidirlər.

Kontakt mühafizə təsirli fungisidlər bitkiyə daxil olmurlar, yalnız onun səthində qalaraq xəstəliyin törədicisi ilə təmasda olduqda təsir edirlər. Fungisidlər köbələyin əsas reproduktiv orqanlarına təsir edirlər və beləliklə bitkilərin digər orqanlarının yoluxmasının qarşısını alırlar (meyvəni, yarpaqları, gövdəni, toxumları).

Mühafizə təsirli fungisidlər qrupuna bir çox zəhərli maddələr daxildir: bordo mayesi, mis xlor oksidi, polikarbosin, sineb, kaptan, TMTD və s. bu preparatları bitkilərə vaxtaşırı tətbiq etmək məqsədə uyğundur.

Sistem mühafizə fungisidlər bitkiyə daxil olur və beləliklə onların müxtəlif orqanlarının yoluxmasının qarşısını alır.

Son illər bitki mühafizəsi sahəsində sistem təsirli fungisidlərin çeşidi xeyli genişlənmişdi. Aşağıda geyd edilən fungisidlər təsərrüfatda tətbiq edilir: mis xlor oksid, curtaze,iteral,clip, talendo, punch, kaptan, ftalan, Afuqan, topsin-M, milqo, bayleton, tekto, pavlina və s.

Qeyd edilən fungisidlər əsasən unlu şeh, ləkəlik, dəmgil, serkosporoz və digər askomisetlərlə və natamam köbələklər bazidiomisetlər törədən xəstəliklərə qarşı tətbiq edilirlər.

Tətbiq edilən preparatlar bitkiyə daxil olaraq kök sistemi vasitəsi ilə transpirasiya prosesi nəticəsində yuxarı orqanlara yayılır.

Sistem fingisidlərin toksiki təsir mexanizmi maddələrin fingisidliyindən asılıdır.

Kimyəvi birləşmələrin təsir mexanizmi ondan ibarətdir ki, ali bitkilərdə fungitoksiki metabolitlər, ya da qidalanma prosesinə təsir edən amillər əmələ gəlir. Məsələn, pararodananilin buğda toxumlarında fenol və azotlu birləşmələrin, ümumi fosforun əmələ gəlməsini stimulya edir. Fenol birləşmələrin əmələ gəlməsi fenollusidik cövhəri törəmələrini əmələ gətirir. Biokimyavi çevrilmələrin nəticəsində polifenol əmələ gəlir, pektolitik fermenləri fəallaşdırır və beləliklə xəstəliyin törədicisinə təsir edir. Fenolsidik cövhərinin törəmələrinin əmələ gəlməsi bitkidə immunitetin artmasına səbəb olur və bitkinin xəstəliyə davamlılığını artırır.

Məlumdur ki, noxud fitopotogen göbələklərlə yoluxduqda, bitkidə toksikant əmələ gəlir. Həmin maddə pizatin adlanır. Müəyyən edilmişdir ki, bitkilərə ağır metallarım ionlarını tətbiq etdikdə (civə, mis) olarda pizatin əmələ gəlir.

Kimyəvi maddələri bitkilərə tətbiq etdikdə qida amillərinə təsir edir: sulu karbonlar, bitkilərin xəstəliyə yolumasını şiddətləndirir, qida mühitində amin turşularının dəyişməsi immunitet mexanizminə təsir edir, nəhayət pektinli maddələr hüceyrə qlaflarına təsir edir.

Mualicəvi fingisidlər- bitkilərə daxil olmuş fitopotogen orqanizmləri məhv edir və 2 qrupa bölünür: kontakt və sistem.

Müalicəvi kontakt fungisidlər bitki toxumalarına daxil olmuş fitopotogenləri məhv edir, ancaq bitki orqanizmində hərəkət etmək qabiliyyətimə malik deyil. Bu fungisidlər seçici təsir olmayanlara bölünürlər.

Mualicəvi kontakt fungisidlər nəinki törədicinin reproduktiv hətta vegetativ orqanlarını da məhv edir. Belə fungisidlərdən aşağıdakıları qeyd etmək olar: civəli birləşmələr dənli-taxıl bitkilərində pas xəstəliyinə qarşı tətbiq edilir. Unlu şeh və digər xəstəliklərə qarşı müxtəlif bitkilərdə morestan, rovlal, ronilan, plondren və s. preparatlar tətbiq edilir.

Bu preparatlar ən yüksək konsentrasiyada da tətbiq edildikdə, bitkilərə təsir etmir, onlara daxil olmuş patogenləri məhv edir.

Mualicəvi kontakt seçici olmayan fungisidlər törədicinin reproduktiv, vegetativ orqanlarını və qışlayan formalarını məhv edir. Bu fungisidlər eyni zamanda herbisid və insektisid təsirədə malikdirlər. Bu qrupa aşağıdakı preparatlar daxildir:

DNOK, nitrofen, dəmir kuporosu. Qeyd edilən fungisidlər optimal kəsafətlikdə fitonsid təsirə malik olduqlarına görə - DNOK, nitrofen, dəmir kuporosu erkən yazda, ya da payızda tətbiq elilirlər.

Mualicəvi sistem fungisidlər bitkiyə daxil olurlar ya da, mənimsənilərək təhlükəli olmayan kök sistemində gövdəyə və yarpaqlara hərəkət edərək bitkiyə daxil olur, xəstəliyin törədicisini məhv edir.

Bu qrupa daxil olan fungisidlər – bitkidə yaxşı hərəkət etmək qabiliyyətinə malik və yüksək seçici xassəli olmalıdır, fitopatogeni məhv edərək bitkiyə heç bir ziyan verməməlidir.

Mühafizə sistem fungisidlər əsasən müalicəvi sistem təsirə malikdir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə