Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Mövzu 7. Bitkilərin zərərvericiləri ilə mübarizədə tətbiq edilən



Yüklə 0,86 Mb.
səhifə5/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Mövzu 7. Bitkilərin zərərvericiləri ilə mübarizədə tətbiq edilən

insektisid və akarisidlər
Plan:

  1. Həşəratlara qarşı kimyəvi mübarizələrin tətbiqi

  2. Xlorüzvi birləşmələrin ümumi səciyyəsi

  3. Spesifik akarisidlərin ümumi səciyyəsi



Ədəbiyyat

1.Г.С.Груздев – «Химическая защита растений» Москва 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya” Bakı 2002

3. Н.Н.Мельников – «Пестициды» Москва 1987



Mövzu 7. Bitkilərin zərərvericiləri ilə mübarizədə tətbiq edilən

insektisid və akarisidlər

Dünya miqyasında kənd təsərrüfatı məhsulunun itkisinin 1/3 hissəsi zərərverən orqanizimlərin fəaliyyəti nəticəsində baş verir. O cümlədən, həşərat və gənələrin vurduğu zərər ümumi məhsul itkisinin 13,8%-ni təşkil edir. Hazırda 70 min həşərat və gənə növü kənd təsərrüfatı bitkilərinin müxtəlif orqanlarını, vegetasiya dövründə və ambarlarda zədələyir. Onlardan 10 min növü bir çox ölkələrdə kənd təsərrüfatına böyük iqtisadi zərər vurur. Buna görə zərərverən orqanizimlərlə mübarizə aparmaq və onlara qarşı daha səmərəli kimyəvi preparatlar tətbiq etmək məqsədə uyğundur.

Həşəratlara qarşı kimyəvi preparatların tətbiqi qədim zamanlardan məlum idi. 1867-ci ildə arsenat turşusunun mis duzunu kolorado böcəyinə qarşı istifadə edirlər. XX əsrin əvvəllərində fumiqasiya üsulu ilə mübarizədə nikotin əsasında hazırlanmış preparatlar istehsal edilməyə başlanmışdır. 1925-ci ildə nitrofenol qrupundan olan üzvi sintetik preparatlar istehsal edilir. 1946-cı ildən isə sənaye fosfor üzvi birləşmələrdən ibarət olan insektisid və akarisid preparatlar istehsal edilməyə başlandı.

Zərərvericilərlə mübarizədə tətbiq edilən kimyəvi maddələr əsasən üzvi sintetik birləşmələrdən ibarət olaraq müxtəlif/ kimyəvi/ siniflərdəndir/ xlor üzvi, fosfor üzvi birləşmələr, karbonatlar, nitrofenollar, piretroidlər və s/ və az miqdarda qeyri-üzvi birləşmələr/ əsasən kükürdlü preparatlar/ və neft yağları əsasında hazırlanmış preparatlar.

Ölkəmizdə kənd təsərrüfatında tətbiq edilən preparatların miqdarı 130 insektisid və akarsiddən ibarətdir. Həmin preparatlar müxtəlif üsullarla tətbiq edilir.

Preparatların müxtəlif çeşidləri kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən mühafizə edərək məhsulu qorumağa imkan verir. Həmin preparatlardan məqsədə uyğun istifadə etmək üçün təsir spektrini, mexanizmini və çeşidlərinin xassələrini bilmək lazımdır.

Bitkilərin zərərvericiləri zərər vermə xassəsinə, qidalanma və yaşayış şəraitinə görə, bir neçə ekoloji qruplara bölünür.

Torpaq zərərvericiləri – danadışı, məftil qurdları, yalançı məftil qurdları və müxtəlif növ uzunburunların sürfələri, böcəklərin sürfələri-cücərən toxumları, kök sistemini, budaqları, torpaqda kökümsovları və kök yumrularını zədələyir. Bu növ zərərvericilərlə əsas mübarizə tədbirləri: səpin qabağı insektisidlərlə toxumların dərmanlanması – HXSH-nın qamma – izomeri, bazudin ya da furadanla sistem – kontakt ya da kontakt təsir edən insektisidlərin torpağa lokal verilməsi – HSXH-nın qamma-izomeri, bazudin, foksim, furadan, kauntera preparatları.

Gəmirici həşəratlar cücərtiləri zədələyirlər – torpağın üzərində ya da onun üst qatında yaşayanlar – taxıl böcəyi, birələr, uzunburunlar, gəmirici sovkalar. Bunlara qarşı mübarizə tədbirləri: sistem ya da sistem-kontakt insektisilərlə / furadan, kaunter, famidofos/ toxumların dərmanlanması və cərgə arasına torpağa verilməsi: dənəvərləşdirilmiş insektisidlərin torpağın səthinə səpələnməsi / bazudin, foksin/: yüksək kontakt fəallığa malik olan insektisidlərlə əkin sahələrinin çiləmə üsulu ilə dərmanlanması / bozudin, ftalofos, polixlorkamfen / və qısa müddətdə təsir edən preparatlardan tətbiq edilir.

Yarpaq gəmirici həşəratlar, yarpaq və gövdələrin səthində yaşayanlar – müxtəlif ailələrdən olan böcəklər, kəpənəklərin tırtırları, mişarlayıcıların sürfələri. Həmin zərərvericilərə qarşı kontakt və bağırsaq təsirli /zolon, metation, qardona, foksim, piretroidlər və digər/ insektisidlərin tətbiqi yüksək səmərəlik verir.

Yarpaqları minalyan həşəratlar – güvələrin tırtırları və milçəklərin sürfələri. Bunlara qarşı əsasən, metation, DDVF, xostakvin preparatlarını tətbiq edirlər.

Sorucu zərərvericilər dörd yarım qrupa bölünürlər:


  1. Acıq həyat tərzi keçirənlər və hərəkətli həşəratlar əsasən yarpaqları, budaqları, zoğları, cinsi üzvüləri zədələyir- yarpaq birələri, cırcıramalar, tripslər, taxta bitilər. Həmin həşəratlara qarşı metation, piretroid və s. preparatlarla çiləmə apardıqda yüksək səmərəlilik əldə edir.

  2. Gizli həyat tərzi keçirənlər və zəif hərəkətli həşəratlar çox zaman qıvrılmış yarpaqlarda və yarpaq qalıqlarında yaşayırlar – mənənələrin müxtəlif növləri. Bunlarla mübarizədə əsasən sistem insektisidlər tətbiq edilir: fosfamid, antio. Mənənələrə qarşı spesfik afisidlər də tətbiq edilir və yüksək səmərəlik verir:primor, kroneton. Bitki kollarının budaqlarında və gövdəsində yastıcalara qarşı tumurcyqlar açana qədər – DNOK, nitrafen, mineral yağ emulisiyaları /oleokuprit, preparat №30, 30a, 30c və s. / ilə çiləmə aparılır. Gənələrlə mübarizədə bir illik və çox illik bitkilərdə insektoakrisidlərdən istifadə - fosfamid, zolon, metation, karbofos, antio və spesfik akarisidlərlə də mübarizə aparılır – tedion, omayt, pliktran və s.

  3. Meyvələri zədələyən zərərvericilər meyvələrin və toxumların daxilində yerləşənlər – dənəyeyən uzunburun, meyvəyeyənlər, sovkaların tırtılları, meyvə mişarlayıcıları və s. Onlara qarşı mübarizə çox mürəkkəbdir. Meyvəyeyənlər və mişarlayıcılarla mübarizə apardıqda, dərmanlamanı yumurta qoyma qabağı, tırtırlar və sürfələr çıxmamış aparmaq lazımdır. Meyvələrin uçuş müddəti bir qədər uzun olduğuna və bəzi növlər bir neçə nəsil verdiklərinə görə dərmanlamanın miqdarı çoxalır. Bu məqsədlə tətbiq edilən zolon, qardona, metation, fosfamid, piretroidlər yüksək səmərəlik verir.

Tətbiq edilən insektisidlər və akarisidlər müxtəlif kimyəvi birləşmələr siniflərinə daxildirlər və təsir mexanizmləri də müxtəlifdir. Onların xüsusiyyətini və tətbiqinin reqlamentlərini öyrənmək məqsədilə uyğundur: xloruzvi, fosforuzvi birləşmələr karbamatlar, sintetik piretroidlər, nitrofenollar və s.

Xlorüzvi birləşmələr

Bu qrupa daxil olan insektisidlərin kimyəvi tərkibi müxtəlif maddələrdən ibarətdir. Müəyyən xassələrinin ümumi olması /yüksək insektisid fəallığı, kimyəvi və bioloji sabitliyi/ onları bir qrupa daxil etməyə imkan verir.

Xlorüzvi insektisidlər suda pis, üzvi həlledicilərdə və yağlarda yaxşı həll olur. Onların əsas hissəsi uçucu xassələrdir, termiki və kimyəvi davamlıdır., bir çox xarici amillərə qarşı da davamlıdırlar /temperatur, günəş şüasına, nəmliyə və s/. Preparatların qeyd edilən xüsusiyyətləri, zərərverən orqanizmlərə qarşı mühafizəedici təsirlərini artırır, ancaq əhatə edən mühitin və kənd təsərrüfatı məhsullarının çirklənməsinə səbəb olur. Torpaqda bu qrup preparatlar 2 ildən 15 ilə qədər qalırlar və uzun müddət üst qatda qalaraq tədricən aşağı laylara hərəkət edirlər. Torpaqdan preparatlar bitkilərə, xüsusən kök sistemindən və kökümeyvələrdən daxil olur. Müəyyən hissəsi qrunt sularına, su hövzələrinə daxil olur. Çoxlu miqdarda xlorüzvi birləşmələr torpağa verildikdə 1-8 həftə müddətində nitrifikasiya prosesini fəallaşdırırlar və qısa müddətdə orada gedən ümumi mikrobioloji prosesləri fəalsızlaşdırırlar. Ancaq torpağın xüsusiyyətlərinə təsir etmirlər.

Suya düşdükdə həmin maddələr orada bir neçə həftə ya da bir ay müddətində müşahidə edilir. Eyni zamanda bu birləşmələri suda yaşayan bitki və heyvan orqanizimləri mənimsəyir və onların toxumlarnında, orqanlarında toplanır. Kənd təsərrüfatında xlorüzvi insektisidlərin tətbiqi, onların havaya düşməsinə səbəb olur. Havada aerozolların, buxarın və müxtəlif toz hissəciklərinin qalması bir neçə gün müddətində müşahidə edilir, ancaq sonra preparatın buxarının və hissəciklərinin təkrarən havaya daxil olması müşahidə edilir, bu isə yüksək temperaturda və torpağı yumşaltdıqda baş verir və dərmanlanmış sahələrdə işləyən şəxslər üçün təhlükəlidir.

Bitkilərin daxilində və səthində xlorüzvi birləşmələr zəif parçalanır /bir dəfə tətbiq etdikdən sonra onların qalığı 30-75 gündən sonra müşahidə edilir və kök sistemindən daxil olması bütün vegetasiya dövründə müşahidə edilir/. Bu birləşmələrin qalıq miqdarı kənd təsərrüfatı məhsullarının tərkibindən termiki təsir etdikdə ya da mətbəx işlərində də çıxmır. Bu birləşmələr tövsiyyə edilən kəsafətlikdə mühafizə edilən bitkilərə mənfi təsir etmir, əksinə bir çoxu onların böyüməsini sürətləndirir.

Bu qrup insektisidlər əsasən uzun müddət və geniş spektr təsirli kontakt preparatlardır. Xlorüzvi insektisidlər həşəratın orqanizminə düşdükdə, onun sinir sisteminə təsir edir, mülahizələrə görə sinir hüceyrələrinin membranlarında lipoidlərin tənzimini pozur və sinir impulslarının paylanmasına maneçilik yaradır. Həşəratlar sinir sisteminin zədələnməsi nəticəsində iflic olaraq məhv olur. Zədələnmə müddəti 7 günə yaxındır.

Həşəratların və digər canlıların orqanizmində hidrogenli xlorlu karbonların metabolizmi üç istiqamətdə gedir:

1. Dehidroxlorlaşma, yəni bir ya da bir neçə hidrogen molekulunun ayrılması və nətcədə zəif toksiki məhsullar əmələ gəlir:

2. Oksidləşmə və epoksidlərin əmələ gəlməsi:

3. Hidroliz yolu ilə suda həll olan maddələrin əmələ gəlməsi və orqanizmdən asan çıxması.

Xlorüzvi birləşmələri ardıcıl olaraq tətbiq etdikdə həşəratların davamlı populyasiyası əmələ gəlir. Bu zaman qruplaşmış davamlılıq müşahidə edilir. Həmin qrupdan olan birləşmələrin əsas hissəsi insanlara və heyvanlara qarşı orta, yalnız bəziləri yüksək toksikidirlər. Dəridə toplanaraq toksiki təsiri yüksək deyil, ancaq onların əsas qismi dəriyə və selikli qişaya qıcıqlandırıcı təsir edir.

Ən kiçik dozaları xroniki təcrübədə ərzaqda 50mq 1kq qədərdir. Az miqdarda bu preparatların orqanizmə təkrarən düşməsi xroniki zəhərlənməyə səbəb olur. Onların belə xüsusiyyəti xlorüzvi birləşmələrin tətbiqini məhdudlaşdırır. Kənd təsərrüfatında qeyd edilən xlorüzvi preparatlar tətbiq edilir: HXSH, mezoks, polixlorkamfen və dilor.

Preparatın təsiredici maddəsi – 1,2,3,4,5,6–heksaxlorsikloheksandır. Karbom və xlor atomlarının yerdəyişməsi ilə maddənin xüsusiyyəti müəyyənləşdirilir. Heksaxlorsikloheksanın 11 stereozomeri mövcuddur, ancaq onların daxilində insektisid xassəli – izomeridir – lindan

Fiziki və kimyəvi xassələri. Heksaxlorsikloheksanın bütün izomerləri – kristallik maddədir. Acıdır və iysizdir. - izomerin ərimə temperaturu 112,90C. O yüksək temperatura qarşı davamlıdır və belə xüsusiyyətinə görə aerozol formada onu tətbiq etməyə imkan verir. Heksaxloran ultrabənövşəyi şüaların təsirindən zəif parçalanır, ancaq tətbiq edilən obyektin üzərindən buxarlanır.

Heksaxloranın - izomeri suda pis, benzol, etil və metil spirtlərində efirdə, asetonda, yağlarda, yağ turşularında yaxşı həll olur.

Bu preparat sənayedə benzolu xlorlaşdırma yolu ilə alınır.



Torpaqda davamlılığı. Heksaxloranın izomerləri yüksək temperaturda və kimyəvi quruluşuna görə davamlıdırlar, ona görə parçalanma zəif gedir və orta hesabla HXSH torpaqda 3-4 il öz təsirini saxlayır. Ardıcıl tətbiq etdikdə onun qalıq miqdarı 1kq torpaqda bir neçə mq çatır. HXSH torpaqda qalma müddəti, preparatın məsarif normasından, torpağın növündən, temperaturdan və mikroorqanizimlərin fəallığından asılıdır. Tərkibində humus olan torpaqlarda HSXH uzun müddət qalır. Torpaqda temperatur artdıqca preparatın həşərata qarşı toksikliyi artır. çoxaldıqca HSXH parçalanma prosesi sürətlənir və səmərəliyi azalır. Buna görə Cənub rayonlarda isti yay aylarında və qələvili torpaqlarda torpaq zərərvericilərinə qarşı digər insektisidlər tətbiq edilir. Suda pis həll olmasına baxmayaraq torpaqda 60sm dərinliyə hərəkət edərək qrunt sularına daxil olur. Tövsiyyə edilmiş dozalarda heksaxlorsikloheksan torpaqda olan mikroorqanizimlərə və orada gedən proseslərə mənfi təsir etmir.

Heksaxlorsiklohksanın bitkiyə təsiri

HXSH-nın qamma izomeri bitkiyə yarpaq və kök sistemindən daxil olur. Hərəkət edərək birkilərin müxtəlif toxumlarında toplanır. HXSH-nın miqdarı təsir dozasından, bitkinin növündən daxil olma yollarından, torpağın növündən və meteoroloji faktorlardan asılıdır. Bitkilərin yerüstü orqanlarına tətbiq etdikdə qamma izomerin miqdarı 20-40 gündən sonra dozasından asılı olaraq 10-30 dəfə azalır. Heksaxlorsikloheksan bitkilərə köklərindən də daxil olur. Bu pereparat torpaqda uzun müddət qaldığına görə bitkilərə tədricən daxil olurlar. Torpağın nəmliyi artdıqca heksaxloranın daxil olması sürətlənir. Meyvə və tərəvəzə daxil olduqda həmin məhsullara xoşa gəlməyən iy və tam verir.

Tövsiyə edilən dozalarda heksaxloran bitkilərdə yanıq ləkələri əmələ gətirmir və böyüməsinə təsir etmir. Preparatın tətbiqindən sonra bitkidə gedən metabolizm prosesində dəyişiriliklik müşahidə edilir, hidrolitik proseslər dəyişir, şəkərlərin miqdarı çoxalır. Müəyyən vaxtdan sonra bitkilərin böyüməsi nizamlanır. Toxumları dərmanladıqdan sonra da bitkilərin boyuna stimuləedici təsiri müşahidə edilir. Heksaxloranın məsarif normasının artırılması cücərtilərin əyilməsinə və deformasiya olmasına səbəb olur və kök sisteminin inkişafını ləngidir. Toxumları uzun müddət dərmanladıqda onların cücərmə qabiliyyəti aşağı düşür.

Həşəratlara təsiri. Heksaxloranın qamma izomeri / lindan/- fəal insektisiddir, kontakt və bağırsaq təsirlidir, bəzi hallarda fumiqant təsirə də malikdir. Torpağa verdikdən sonra insektisid, bitkiyə daxil olaraq sistem təsir edir və beləliklə cücərtiləri zərərvericilərdən 5-10 gün müddətində mühafizə edir. Müəyyən hallarda həşəratlara qovucu təsir edir.

Lindan – sinir sisteminə həşaratın xarici örtüyündən daxil olur və sinir sisteminə çataraq toplanır, orqanizmin zəhərlənməsi müşahidə edilir. Zəhərlənmə baş verdikdə tənəffüs prosesinin intensivliyi artır, asetilxolinin sintezi pozulur. Lindan preparatının təsir mexanizmi öyrənilməmişdir.

Heksaxolarnın qamma izomeri yüksək inteksid təsirli olduğuna görə tətbiq etdikdə xeyirli həşəratların məhv olmasına səbəb olur. Həmin preparata xüsusən trixoqramma, yırtıcı yastıcalar və s. həşəratlar həssasdırlar.

Heksaxloran istiqanlılara və insanlara təsir edir. İlk növbədə həmin preparat insanların mərkəzi və veketativ sinir sisteminə, böyrək və qara ciyərə təsir edir.

Heksaxloranın bütün izomerləri kumulyativ təsirlidir. Heksaxloran orqanizmə qida, tənəffüs yolu ilə dəri örtüyü vasitəsi ilə daxil ola bilər. Uzun müddət xlorüzvi birləşmələri tətbiq etdikdə həşəratlarda onlara qarşı davamlılıq əmələ gəlir.

Bu qrupdan olan preparatların əsas hissəsi insan və heyvanlar üçün orta toksikidir, ancaq bəziləri yüksək toksikidirlər. Bu birləşmələr dəriyə qıcıqlandırıcı təsir edirlər.

Ən aşağı dozada aparılan təcrübələr nəticəsində ərzaqda qalığı 50 mq/kq yuxarı olmamalıdır. Az miqdarda təkrarən tətbiq etdikdə həmin preparatlar orqanizmin xroniki zəhərlənməsinə səbəb olur. Bu birləşmələrin belə xassəsi onların geniş təsdiq edilməsini məhdudlaşdırır.

Hal-hazırda k/t-da aşağıda qeyd edilən xlorüzvi birləşmələrin tətbiqinə icazə verilir: heksaxlorsikloheksan, polixlorkafen, mezoks, tiodan və dilor.

Kond təsərrüfatında heksaxloranın 90%-li texniki qamma izomerinin əsasında hazırlanmış pereparatı tətbiq edilir.

Ambarları dezinfeksiya etmək məqsədilə şaşka “Qamma” lardan istifadə edilir. Onların tərkibinin 60%-i texniki izomerdən, 20% bertolet duzundan, 12%-li ammonium xlordan və 8% urotropindən ibarətdir. 0,5-1q/m3 zərərvericiləri məhv edir /anbar uzunburunu, ambar güvəsi, unyeyən və s./. heksaxloranın şəkərdə qalıq miqdarı 0.005mq/kq, süddə, bitki yağında, üzümdə 0.05, kartofda, şəkər çuğundurunda, ətdə yumurtada 0.1, dəndə, qarğıdalıda, kərə yağında, piydə, balıqda – 0.2, tərəvəzdə - 0.5, tütündə - 0.7, süd məhsullarında – 1.25 mq/kq.

Sağmal heyvanların və yumurtayan toyuqların yemlərində insektsidin qalıq miqdarı 0.05mq/kq.

Heksaxloran preparatını bar verməyən bağlarda tətbiqinə icazə verilir. Məhsul verən bağlarda isə bu preparatı çiçəkləməyə qədər tətbiq etmək lazımdır: kələm və digər tərəvəz bitkilərinin yalnız şitillərini örtülü şəraitdə əkinə 20 gün qalmış dərmanlamaq, dənli və texniki bitkiləri cücərti fəzasında, yoncanı – yeni böyüyən müddətdə, pambığı-qozalar açılana qədər.

Bağlarda cərgə aparılanda bitən otlara preparat tətbiq etdikdən sonra mal-qaraya vermək olmaz. Şəkər çuğundurunun və kartofun qalıqlarını yem kimi preparatın tətbiqindən 75 gün keçdikdən sonra vermək olar. Heksaxloranı torpağa verdikdə kökümeyvələri və kök yumrularını həmin sahəyə 4 ildən sonra əkmək olar. Preparat tətbiq edilən sahələrdə 4 gündən sonra fəhlələrin işləməsinə icazə verilir.

Mezoks /metoksiklor/- təmiz halda – ağ kristal maddədir, ərimə temperaturu 800C, suda həll olmur. Bitki üzərində 20 gün mühafizə təsirini saxlayır, tövsiyyə edilən qatılıqda bitkiləri yandırmır və məhsulun keyfiyyətini pisləşdirmir.

Mezoks – kontakt və bağırsaq təsirli insektisiddir, sərtqanadlıların və sürfələrinə qarşı yüksək səmərəlidir, sorucu həşəratlarla mənənə, yastıca və s. qarşı zəif təsirlidir. Uzun müddət tətbiq etdikdə həşəratların davamlılıq qrupu əmələ gəlir. Arı və digər xeyirli həşəratlara qarşı toksikidir. Insane və istiqanlılara qarşı /ÖD50 sıçovullara qarşı 6400/mq/kq zəif toksikidirlər.

Mezoks piy toxumalarında toplanmır və südə daxil olmur. Mezoksun /50%-li islanan tozu/ təcrübə-təsərrüfatında kartofda kolorada-becəyinə qarşı 5 kq/ha tətbiq edilir. Böcəklərin qışlamadan sonra əmələ gəlmə müddətində çiləmə aparılır. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır. Ərzaqda mezoks preparatının qalıq miqdarı 7mq/kq.
Spesifik akarsidlər

Bu preparatlar gənələrə qarşı tətbiq edilir. Spesifik akarsidlər (bitkilərlə qidalanan gənələrə qarşı tətbiq edilir) insektisid xassəyə malik deyildilər. Xüsusi akarisidlər istiqanlılara qarşı orta və zəif toksikidirlər.

Tedion- sulfon qruplarına daxildir. Ən fəal birləşməsi aromatlaşdırılmış birləşmələrdir. Tedion geniş tətbiq edilən akarisidir.

kristalik maddədir, ərimə temperaturu 146,5-1470 C. Suda həll olmur, xloroforumda isə yaxşı həll olur. Davamlı preparatdır, bitki üzərində və daxilində uzun müddət qalaraq onlar 60-80 gün müddətində mühafizə edici xassələrini saxlayırlar. Yarpaqdan daxil olduqdan sonra bitki daxilində hərəkət etmir. Tövsiyyə edilən kəsafətlikdə bitkilərə fitonsid təsir etmir və məhsulun keyfiyyətini pisləşdirir.

Tedion – kontakt akarisiddir və uzun müddət mühafizə etmə qabiliyyətinə malikdir. Xeyirli həşaratlara təsir etmir. İnsan və istiqanlı heyvanlara qarşı zəif toksikidir. (ÖD50 siçovullara 5000ml/kq).

Sənaye tedionun 30 və 50%-li islanan tozunu istehsal edir. Alma bağlarında boz və qırmızı gənələrə qarşı tətbiq edilir, məsarif norması 1,2-3,0 kq t.m/ha: üzümdə tor gənəsinə qarşı 0,9-3,0; sitrus plantasiyalarında qırmızı sitrus gənəsinə qarşı 3,0-4,5, pambıqda tor gənəsinə qarşı, tərəvəz və boctan bitkilərində 1,5-2,5; xiyarda tor gənəsinə qarşı və istixanada 1,5-4,5 kq t.m/ha.

Tedionun səmərəliliyini artırmaq üçün onu fosforüzvi birləşmələrlə kombinə edirlər. Bütün bitkilər üçün tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmış, parnik və istixana şəraitində xiyarda məhsul yığımına 5 gün qalmış tətbiq etməyə icazə verilir. Tərəvəz və meyvədə qalıq miqdarı 0,7 mq/kq. veketasiya dövründə tətbiqinin miqdarı 2 dəfədir.

Pliktran- təmiz halda ağ kristallik tozdur, iysizdir, uçucu deyil, suda pis, üzvi hılledicilərdə yaxşı həll olur. Pliktran – spesifik akarisiddir, kontakt təsirlidir, repellent, antifidant xassəlidir. Mühafizəedici təsiri 20 gündür. İnsanlara və heyvanlara qarşı orta toksikidir.(ÖD50 siçovullara – 235 – 650 mq/kq) dəriyə qıcıqlandırıcı təsir edir.

Pambıqda 25% - li islanan tozu tətbiq edilir, məsarif norması 2 – 2,5 kq/ha – tor gənəsinə qarşı əkin sahələrində qarağatda, quş üzümündə - 1,6 – 3; almada iki çiləmə aparılır 2 – 3; sitrusda – 6 – 10; gavalıda (tinklərdə) – 1,6 – 2 və üzümdə-1,6–2,4 kq/ha. Gözləmə müddəti 30 – 60 gün məhsul yığımı qalmış. Meyvə və giləmeyvədə qalıq miqdarına icazə verilmir; pambıq yağında 0,01mq/kq.

Omayt /komayt/.

Texniki məhsulu – tünd – qonur rənkli mayedir, suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. Tövsiyə edilən kəsafətlikdə bitkilərə mənfi təsir etmir.

Qmayt- spesifik akarisiddir, kontakt təsirlidir, mühafizəedici təsiri 15 gündür. Entomofaqlara və arılara qarşı toksiki deyil. İnsanlara və heyvanlara qarşı zəif toksikidir. /ÖD50 siçovullara 1800- 2000mq/kq /. Təcrübə - təsərrüfatlarında 30% - li islanan tozu və 57%-li konsentrat emulsiyası tətbiq edilir. Preparatın məsarif norması kq/ha: pambıqda – 2,5 - 3 və 1,5 – 2; almada – 2 - 4 və 1,5 – 3; gilasda – 1,6 – 2,4 və 1,2 – 1,8; xiyarda örtülü şəraitdə - 6.

Tətbiqinin axırıncı vaxtı pambıqda və almada məhsul yıgımında 45, digər bitkilərdə 60 gün qalmış. Xiyarda örtülü şəraitdə məhsul yığımına 3 gün qalmış tətbiqi dəyandırılır.

Vegetasiya müddətində iki dəfə çiləmə aparmaq olar. Preparatın məhsulda qalıq miqdarına icazə verilmir.

Mitran - Preparatın tərkibində iki təsiredici maddə var: (keltan) və (efirsulfonat).

Efirsulfonat davamlıdır, qələvili mühitdə hidrolizə uğrayır və kəskin iyli, davamlı 4 – xlorfenol və xlorbenzolsulfat turşusu əmələ qəlir. Yüksək fəal spesifik kontakt akarisiddir və ovisid təsirlidir.

Keltanla kombinə edərək uzun müddət mühafizə edici (40 gündən çox) təsirli preparat alınmışdır.

Bu preparat kontakt təsirlidir və bitki ilə qidalanan gənələrin inkişaf fazalarına təsir edir. Belə qarışıq preparatların tətbiqi davamlılığının əmələ gəlməsi prosessinə təsir edir və fosforüzvi akarisidlərə qarşı davamlılığı zəiflədir.

Mitran istiqanlı heyvanlara və insanlara zəif toksikidir.

Təcrübə - təsərrüfatında preparatın 50% - li islanan tozu fosforüzvi pestisidlərə qarşı davamlı olan gənələrə tətbiq edilir. Pambiqda vegetasiya dövründə - 2,5 kq/ha, işçi məhlulun məsarif 100 – 400 l/ha olarsa, almada, tənəkdə - 2 – 4, sitrus bitkilərində - 3 – 6 kq/ha, işçi məhlulun kəsafətləri 0,1 – 0,3%, tərəvəz bitkilərində - 1 – 1,5 kq/ha. Tətbiqinin axırıncı vaxtı məhsul tığımına 20 gün qalmış, möfsüm ərzində 4 dəfə dərmanlanma aparmağa icazə verilir. İcazə verilən qalıq miqdarı ərzaq məhsullarında müəyyən edilməmişdir.

Mitak /amitras/ - təmiz halda ağ kristalik maddədir, ərimə temperaturu 86-870C. Suda zəif, asetonda, toluolda yaxşı həll olur.

Bitkilərdə, torpaqda və əhatə edən mühitin digər obyektlərində toksiki olmayan maddələrə asan parçalanır.

Mitak – fəal spesefik akarisiddir, kontakt təsirlidir. Bir çox bitki ilə qidalanan gənələri 0,02-0,05% kəsafətlikdə təsiredici maddəyə görə məhv edir. Bir qədər yüksək kəsafətlikdə lipidioptera (sərt qanadlı) dəstəsinə daxil olan həşaratlara və sorucu zərərvericilərə də təsir edir. Arılara qarşı toksikidir, ona görə preparatı tətbiq etdikdə təhlükəsizlik qaydalarına əməl edərək, bir sutka ərzində arıların preparatlarla təmasda olmasının qarşısını dərmanlamadan sonra almaq lazımdır. Bu preparat müəyyən qrup hevan parazitlərinə (gənələrə) qarışıda səmərəlidir.

Mitak insanlara və istiqanlı heyvanlara qarşı ortatoksikidir (ÖD50 siçovullara 800 mq/kq), dəriyə və gözün selikli qişasına güclü qıcıqlandırıcı təsirlidir.

Təcrübə - təsərrüfatlarında 20%-li konsentrat emulsiyası alma bağlarında kompleks zərərvericilərə qarşı tətbiq edilir-3-6 l/ha. Almada 1 dəfə şiləmə aparmağa icazə verilir. Tətbiqin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır. Qalıq miqdarı ərzaq məhsullarında müəyyən edilməmişdir.

Xloretanol - 20%-li konsentrat emulsiyadır. Bu preparat – kontakt təsirli akarisiddir və bir çox bitki ilə qidalanan gənələrin yaşlı fərdlərinə və sürfələrinə qarşı tətbiq edilir. Tətbiq etdikdə yüksək səmərə almaq məqsədilə preparatın işçi məhlulu ilə bitki yaxşı islanmalıdır, çünki akarisid təsiri zərərverici ilə təmasda olduqda müşahidə edilir. Uzun müddət xlopetanolu tətbiq etdiqdə, gənələrdə preparata qarşı davamlılıq əmələ gəlir. Belə hal baş verməsin deyə xloretanol preparatını müxtəlif kimyavi birləşmələr qrupuna daxil olan akarisidlərlə növbəli sistem tətbiq edilməsi tövsiyyə edilir.

Xloretanol bitkilərlə qidalanan gənələrə qarşı tətbiq edilir: meyvə bitkilərində 0,2% kəsafətlikdə 1,6-5l/ha tərəvəz və bostan bitkilərində açıq sahədə 2-5, örtülü şəraitdə 8-10 l/ha; pambıqda 3-5 l/ha; üzümlükdə 1,5-4 l/ha; sitrus bitkilərində 8-10 l/ha. Meyvələrdə və sitrus bitkilərində gözləmə müddəti 30 gün, digər bitkilərdə açıq sahədə - 20 gün. Parniq və istixana şəraitində xiyarda çiləmə məhsul yığımına 3-4 gün qalmış dayandıpılmalıdır. Vegitasiya müddətində bütün bitkilərdə xloretanol kompleks preparatlar hazırlamaq məqsədilə istifadə edilir. Belə preparatlar akarisid və fungisid xassəlidir.

Xloretanol preparatı insanlara və istiqanlı heyvanlara qarşı ortatoksikidir (ÖD50 sışanlara430 mq/kq, siçovullara 900 mq/kq). İfadəli kumulyativ xassəlidir ona görə təhlükəlik sinifi ikidir.

Neron - 25%-li konsentrat emulsiyadır. Preparat kontakt akarisiddir və fumiqant təsirlidir. İnsanlara və istiqanlı heyvanlara qarşı zəif toksikidir (ÖD50 laboratoriya heyvanlarında 1700-1800 mq/kq). Dəriyə xroniki toksikliyi zəif ifadəlidir.

Neron müxtəlif nov gənələri bütün inkişaf fazasında məhv edir və ovisid təsirlidir. Fosforüzvi birləşmələrə qarşı davamlı gənələrə yüksək təsirlidir. Neron preparatına qarşı gənələrədə davamlılıq əmələ gəlməsin deyə, onu digər akarisidlərlə növbələşdirmək məqsədəuyğundur.

Bu preparat təcrübə-təsərrüfatlarında pambıqda tor gənəsinə qarşı tətbiq edilir. Neron preparatının məsarif norması 3-4 l/ha, tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə