Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi



Yüklə 0,86 Mb.
səhifə4/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Növ (родовая)rezistentlik müxtəlif orqanizmlərin fərdlərinin bioloji xüsusiyyətlərinə əsaslanır. Məsələn, qırmızı tor gənəsi akarisidlərə qarşı adi tor gənəsindən davamlıdır. Güman edilir ki, onda olan ferment yığımı . onu akarisidin mənfi təsirindən mühafizə edir.

Cinsi rezistentlik isə dişi və erkək fərdlərin pestisidlərə qarşı davamlılığının müxtəlifliyi ilə izah edilir. Bir sıra növlərin dişi fərdləri erkəklərə nisbətən daha davamlıdır.

Ontogenez (mərhələ) rezistentlik, yeni fərdinin müxtəlif inkişaf mərhələlərində pestisidlərə qarşı davamlılığıdır. Zəhərlərə qarşı çox həssasdır həşaratların və gənələrin sürfələri, nimfaları, göbələklərin konidiləri inkişaf fazasında, bitkilər cücərmə fazasında. Əksinə ən davamlı qidalanmayan fərdlər, məsələn həşaratların yumurta və pupları, patogenlərin sistaları hasılar ki nisbətən davamlı xarici qatla mühafizə olunurlar. Fərdlər diapauzada olduqda davamlıdır, çünki həmin dövürdə metabolizm prosesləri çox zəif olur və onlarda həmin müddətdə xüsusi ehtiyat plastik maddələr olur.

Ekoloji (поведенческая) rezistentlik orqanizmin özünü idarə etmə reaksiyalarına əsaslanır və fərdlərin bir başa pestisidlərin təsirindən qaçması ilə əlaqədardır. Məsələn, kəpənəklər və digər uçan həşəratlar traktor aqreqatı ilə çiləmə aparılan sahədən səsə görə uzaqlaşırlar. Moruq-çiyələk böcəkləri və alma çiçək yeyən uzunburunları tonaton xassəyə (təhlükə olduqda əyaqlarını yığaraq aşağı düşürlər) malik olduqlarına görə istektisidlədərmanladıqdan sonra sağ qalırlar. Soyuq və ya isti hava şəraitində fərdlər deşiklərdə və ya torpaq topalarda gizlənərək zəhərlənmədən və məhv olmadan özlərini mühafizə edirlər.

Nəhayət fizioloji rezistentlikyəni o davamlılıqdır ki, müxtəlif fərdlər eyni inkişaf mərhələsində, eyni cinsdə və bir populyasiyadan olmaqla müxtəlif davamlılığa malikdirlər, çünki onların qidalanma şəraiti, bütünlük ilə yaşam mühiti müxtəlifdir. Məsələn, bağacığın qışlayan yetkin fərdləri, özlərinin piy və digər ehtiyat enerji mənbələrini qışlama müddətində istifadə edərək pestisidlərə qarşı digər yetkin qışlamaya gedən ehtiyat maddələrini sərf edən populyasiyalarla müqayisədə daha davamlı olur. Sıxlıq olan koloniyalarda yaşayan və qida mühiti zəif şəraitdə olan fərdlər yaxşı qida mənbəyi olan fərdlərə nisbətən pestisidlərə qarşı daha həssas olurlar.



Qazanılmış rezistentlikməhdudlaşdırılmış ərazidə və ya izolə edilmiş populyasiyalarda bir neçə dəfə eyni preparatı tətbiq etdikdə əmələ gəlir. Onun əmələ gəlməsinin səbəbləri aşağıda qeyd edilənlərdir:

  1. Zərərli orqanizmlərə qarşı eyni preparatın tətbiqi və ya da eyni təsir qrupundan olan pestisidlərdir, bu zaman davamlılığın əmələ gəlməsinə səbəb preparat olmur, onlar seçmə rolu oynayır;

  2. Orqanizmin bioloji xüsusiyyətləri, yəni bioloji imkanları ilə ifadə olunur və mövsüm müddətində nəslinin sayı ilə, rezistentlik daha sürətlə və çox məhsulda populyasiyalarda və polietilen növlərdə müşahidə edilir, polivoltin növlərdə (bir mövsümdə çox nəsil verənlər);

  3. Populyasiyaların orqanizmində rezistentgenllərin tez-tez qarşılaşmasından;

  4. Genomdarezistent genlərinin xassəsindən və genlərin miqdarı ilə ifadə edilir və pestisidlərə təsir edən struktur quruluşa nəzarət edən (preparata təsir edən) və prosesləri idarə edən genlərin miqdarı azaldıqca populyasiyalarda rezistentlik sürətlənir.

  5. Pestisidlərin seçicilik təsiri onların orqanizmə təsir etmə yoludur, əsasən sürətlə rezistentlik əmələ gəlir antibiotik və sistem preparatlara qarşı, əksinə kontakt preparatlar bir çox biokimyəvi prosesləri inhibidləşdirirlər və davamlılıq onlara qarşı sistem preparatlara nisbətən 3- dəfə zəif inkişaf edir.

Aşkar edilmişdir ki, daha tez rezistentlik əmələ gəlir qeyd edilən fungisidlər qrupuna qarşı: fenilamidlər, benzimidazollar, triazinlər, pirimidinlər və fosfoüzvi insektisidlər.

Onlar davamlı genlərin xassəsi ilə əlaqədardır. Sistem fungisidləri tətbiq etdikdə göbələklərin yüksək rezistentlik formaları toplanır. Bu onunla izah edilir ki,fuhgisidlərə qarşıdabamlılıq bir ya da az miqdarda genlərə nəzarət edilir, ona görə bir genin daxilində bir mutasiya kifayətdir ki, göbələyin rezistentştampı əmələ gəlsin.

Qazanılmış rezistentlik bölünür: qrup və çalpa zrezistentliyə.

Qrup rezistentliyi–iki ya da bir neçə pestisidə olan davamlılıqdı hansılar ki, quruluşuna və təsir mexanizminə görə eynudurlər, bir kimyəvi qrupa daxildirlər, məsələn piretroidlərə. O bir genetik amillə əsaslanır.

Saysiz çalpaz rezistentlik–iki ya da bir neçə müxtəlif kimyəvi qruplardan olan birləşmələrdir., hansılar ki, müxtəlif genetik amillər ilə idarə olunur. Çox davamlı populyasiyalar müxtəlif fərdlərdir və müxtəlif kimyəvi birləşmələrə qarşı davamlıdırlar. Bu zaman bir fərdi bir neçə davamlı genin daşıyıcısı ola bilər.

Hollandiyada, məsələn, qırmızı meyvə gənəsinin populyasiyanın eyni zamanda 19 akarisidə davamlılığı müşahidə edilmişdir.



Rezistentliyin qarşısının alınması

Populyasiyalarda pestisidlərə qarşı rezistentliyin qarşısını almaq məqsədi ilə mübarizəyə başlamamış rezistentliyin monitorinqini aparmaq lazımdır və onun formalaşma mərhələləri nəzərə alınmalıdır.

Rezistentliyin qeyd edilən formalaşma mərhələləri müəyyənləşdirilmişdir. Birinci rezistentliyin aşağı mərhələsi tolerant (PR=5-10), ikinci – rezistentliyin sürətlə inkişafı (PR=11-50 və daha çox), üçüncü – rezistentliyin stabilləşmə mərhələsinin səviyyəsi orqanizmin növü yada həmin kimyəvi qrup preparatlar üçün son həddir.

Əgər rezistent fərdlər çox deyillərsə və rezistentlik tolerantlıq səviyyəsindədirsə, yəni bu zaman pestisidlərin tətbiqinin səmərəliliyi müəyyən qədər yüksəkdirsə istifadə edilən preparatı digəri ilə, yəni toksiki və eyni sinifdən olan ilə əvəz etmək yada həmin preparatı digər birləşmələr ilə qarışdırmaq olar. Əgər rezistentlik tez-tez artırsa və 50%-ə yaxınlaşırsa PR=11-50 müvafiqdirsə belə şəraitdə qrup davamlılığı əmələ gəlir. Belə olan şəraitdə tətbiq edilən preparatları digər kimyəvi sinifdən olanlar ilə əvəz etmək olar, və müxtəlif təsir mexanizmi olanlar ilə əvəz etmək olar. Məsələn, Kolorado böcəyinin piretroidlərə qarşı rezistentliyinimüəyyənləşdirəndə onları neonikotinoidlər ilə növbələşdirmək məqsədə uyğundur.

Mosplannan və ya aktarayla, konfidornan müxtəlif sahələri dərmanlamaq.Rezistent fərdlərin miqdarı 50% dən yuxarı olan və PR=50-dən yuxarı olduqda bu populyasiyalarda çarpaz rezistentlik müşahidə olunur və onun aradan qaldırmaq üçün pestisidlərdən imtina etmək lazımdır, və digər mübarizə tədbirlərindənistifadə etmək lazımdır (davamlı sortlar, transgen bitkilər, bioloji və s.) (Çuxorurenko, 2001, 2002).

Insektisidlərin qarışığını istifadə etmək tövsiyə edilmir, məsələn piretroidlər və fosforüzvi birləşmələr tam tövsiyyə edilən dozadan az miqdarda. Rezistent xəstəlik törədicilərinə qarşı fungisidlərin qarşılığını tətbiq etməyəicazə verilir. Məsələn, unlu şeh xəstəliyinin törədicisininrezistentliyinin inkişafını benzimidazollara yada fitoftorozufenilamidlərəsəmərəliliyiniməhdudlaşdırmaq üçün sistem fungisidləri kontaktla növbələşdirmək lazımdır.

Populyasiyalar əvvəlki rezistentlik səviyyəsinə uzun müddətdən sonra qayıdırlar (15 il və daha çox), bu zaman rezistent fərdlərin həssaslar ilə əvəz edilməsi sürəti orqanizmin təşkilinin səviyyəsindən asılıdır, onun bioloji xassəsindən rezistentliyin sabitliyinin tipindən. Bəzən populyasiyalar həssaslığın ilkin səviyyəsinə qalxmırlar (məsələn, şaftalı mənənəsi, istixana ağ qanadlısı). Hətta populyasiyalar rezistentliyini güclü azaldılarsada yaxın kimyəvi sinifdən olan pestisidi təkrar tətbiq etdikdə sürətlə onu formalaşdırırlar.

Mövzu: 6 Pestisidlərin tətbiqinin fiziki-kimyəvi əsasları
Plan


  1. Pestisidlərin preparativ(əmtəə) formaları

  2. Pestisidlərin kompleks tətbiqi

  3. Pestisidlərin tətbiq üsulları


Ədəbiyyat
1.Г.С. Груздев, - «Химическая защита растений», Москва, 1987.

2. Г.A.Беглярова – «Химическая и биологическая защита растений»Москва, 1983.

3. С. Р. Попов, Л.А. Доржкина и др. – «Основы Химической защиты растений», Москва, 2004.

4.F.Ə.Babayev-“ Bitkilərin kimyəvi muhafizəsi”. Bakı,1992


Mövzu: 6 Pestisidlərin tətbiqinin fiziki-kimyəvi əsasları

Pestisidlərin preparativ formaları
Bitki ziyanvericilərinə, xəstəliklərinə və alaq otlarına qarşı pestisidlərin müvəffəqiyətlə tətbiqi, nəinki onların zərərli orqanizmlərə görə toksikliyindən, həmdə əhəmiyyətli dərəcədə preparatın formasındanda asılıdır.

Bitkilərin zərərli orqanizmlərdən mühafizəsində təcrübədə istifadə etmək məqsədi ilə preparatlar aşağıdakı formalarda hazırlanır.

Toz(dust)-Tozlanma və pudralanma üçün, islanan toz-su ilə suspenziya yaradan;

Dənəvərləşdirilmiş preparatlar-həm bitkini işləmək üçün həmdə torpağa vermək üçün;

Suda və üzvi həlledicilərdə olan məhlullar.

Emulsiya konsentratlar-su ilə qarışdırıldıqda emulsiya əmələ gətirən,mikrokapsullaşdırılmış preparatlar və pastalar.

Bir çox pestisidlərin təsiredici maddələri təmiz halda tətbiq fəallığı üçün yararsızdır. Bioloji maddələrin yüksək şəraitdə realizasiyasını təmin etmək üçün preparat formalar istehsal olur və maddənin fiziki-kimyəvi parametrlərinin uzlaşması yayılma texnologiyasının xüsusiyyətləri ilə əlaqəlidir.

Pestisidlərin tətbiqinin səmərəli və ətraf bir çox hallarda onların preparat formasından mühitin çirklənmə səviyyəsindən asılıdır.

Preparat formaları, pestisidlərin tətbiq üsulunu müəyyənləşdirir.

Pestisidlərin tətbiq edilən formaları aşağıda qeyd edilir:

bərk formada dust (D), islanan tozlar (İ T), suda həll olan tozlar (SHQ); pastalar (ps), quru axan suspenziya (QAS), sulu dispergirləşmişqranulyatlar (S.D.D), mikroqranullar (MQ), qranullar (Q), karandaşlar (K) və s.

məhlullar: sulu məhlul (SM), konsentrat emulsiya (KE), konsentrat suspenziya (KS), yağlı konsentrat (U.K) yağlı suspenzion konsentrat (USK) və s.

Dustları tozlama və toxumları dərmanlamaq məqsədilə istifadə edirlər. Preparatlar təsir edici maddədən tamamlayıcıdan və mineral yağlar ibarətdir. Tozlama üsulu ilə tətbiq edilən dustlarda təsir edici maddənin aşağı olması ilə fərqlənir – yəni preparatın ümumi kütləsinin 2-10% təşkil edir, çünki təsir edici maddənin bərabər yayılması üçün preparatın məsarif norması yüksək olmalıdır (15-30kq/ha). Toxumların dərmanlanması üçün istifadə olan dustlarda təsir edici maddə 50-80% təşkil edir.

Hal-hazırda havanın çirklənməsinin qarşısını almaq məqsədilə üyüdülmüş kükürd istisna olmaqla dustların istehsalı dayandırılıb

Bir sıra ölkələrdə, məsələn Yaponiyada, dustların xüsusi formaları istehsal olur – DZ. Onun tərkibində ki, hissəciklərin ölçüsü 20mkm və aqqliotipogendilər, xırda hissəcikləri birləşdirilmiş formadadır. Tamamlayıcı maddə kimi dustlara əlavə edirlər, qat-qat struktur quruluşu olan minerallar, tam qarışmış kütlə almaq çün və bitkilərin səthinə yapışqanlığını yaxşılaşdırmaq məqsədilə. Adətən hidrofob tamamlayıcılardan istifadə edirlər: talk, pirofilit və s. Tətbiq edilən obyektin üzərində qalmasını yaxşılaşdırmaqvə itkinin qarşısını almaq məqsədilə dustların tərkibinə mineral yağlar (3-5%) əlavə edilir.

İslanan toz – təsir edici maddədən, tamamlayıcıdan, səthi-fəal maddələrdən (SFM), yapışdırıcılardan və sabitləşdiricilərdən ibarətdir.

Bu preparatın forma çiləmə üsulu ilə tətbiq edilir. İslanan toz suda həll edildikdə davamlı suspenziya əmələ gəlir.

İslanan tozların tətbiqi dustlarla müqayisədə üstündür. Ona görə ki, suspenziya bitkilərin səthində yaxşı dayanır. Buna səthi fəal maddələr əlavə etməklə nail olmaq olar, çünki, bu zaman suyun səthi gərilməsi aşağı düşür və nəticədə yarpaqların isladılması yapışqanlığın artması hesabına yaxşılaşır.

Sabitləşdiricilər, sabit suspenziya almaq məqsədilə əlavə edilir. Suda həll olan toz – təsir edici maddədən, tamamlayıcıdan, səthi fəal maddədən və yapışdırıcıdan ibarətdir. Suda həll etdikdə həqiqi məhlul alınır.

Mövcud olan preparat formalarından işçi məhlul hazırlamaq üçün lazım olan miqdarda preparat çəkdikdə o, tozlanır və havanın işçi zonasını çirkləndirir. Ona görə əməyin gigiyenasını yüksəltmək üçün yeni formalarından istifadə edilir: mikroqranullardan, mikrokapsullardan, quru axan suspenziyalardan, sulu-dispergiləşmiş qranullardan, hansılarki, suda həll edildikdə suspenziya əmələ gətirir.

İslanan tozlardan fərqli olaraq bu preparat formalar onları çəkəndə tozlanmırlar, miqdarını kütləyə görə yox, həcmə əsasən götürürlər.

Qura axan suspenziya xırda hissəciklərdən ibarətdir və o maye kimi axır. Sulu-dispergirləşmiş qranullar da sərbəst axma xassəlidirlər.

Yeni preparat formalarda, islanan tozlarla müqayisədə tamamlayıcı maddələr daha keyfiyyətlidir. Onların tərkibinə disperqatorlar daxildir və bu suspenziyaların keyfiyyətini daha da yüksəldir. Bu suspenziyalar çiləyicilərin üysüklərini çirkləndirmirlər, çünki onlar daha xırda hissəciklərdən ibarətdir. Bütün bu preparat formaların 50-80% təsir edici maddədən ibarətdir.

Mikrokonsullar təsir edici maddədən və polimer materiyadan ibarətdir. Mikrokapsulları bitkilərə su ilə birlikdə tətbiq edirlər. Təsir edici maddənin kapsuldan çıxmasının sürəti dərəcəsi hissəciklərin ölçüsü divarların qalınlığı və keçiciyi ilə nizamlanır. Mikrokapsullar isti qanlı heyvanlara qarşı zəif toksikidirlər bitkilərə və fitotoksiki xassəsi aşağıdır.

Dənəvərləşdirilmiş preparatların tərkibləri hazırlama üsulundan asılıdır. Onları hazır (qranulları) pestisidlə hopturmaq yolu ilə, pestisidləri tamamlayıcı və yapışdırıcı maddələrlə qarışdırmaq və sonra alınmış kütləni qurutmaq; yapışqanlı pestisid kütləsini keçiciliyi pis olan qranullara birləşdirirlər.

Dənəvərləşdirilmiş formada əsasən insektisidlər istehsal edirlər, torpaq zərərvericiləri ilə mübarizə aparmaq üçün, torpaq təsirli herbisidlər, rodentisidlər və s. Onları səpmə üsulu ilə tətbiq edirlər, ona görə məsarif norması keyfiyyət qədər yüksək (25-50kq/ka) olmalıdır Bununla əlaqədar olaraq qlanullarda təsir edici maddə cəmi 2-10% təşkil edir.

Dənəvərləşdirilmiş preparatların istifadəsi havanın işçi zonası çirklənmədən imkan verir ki, qorumağa, insanlara və istiqanlı heyvanlara təhlükəsini azaldır.

Konsul preparatlarla yanaşı, bu pestisidlərin ən təmiz ekoloji formasıdır.

Konsentrat emulsiyalar – təsir edici maddədən, həll edicidən, emulqatordan və isladıcıdan ibarətdir. Həll edici kimi üzvi birləşmələrdən istifadə edirlər: ksilol, sulu karbonlar və s. Həll edici, təsir edici maddənin stabilliyinə güclü təsir edir. Emulqatorlar üç növ ola bilər: anion, qeyri anion və kation, ancaq çox zaman qeyri anion və anion qarışığı ya da kation birləşmələrdən istifadə edilir, maddələr əsasən bioloji fəallığa malikdirlər. Məsələn, tvin 80 hüceyrələrin bölünmə prosesini dayandırılır, triton K-100 fosforlaşmaya təsir edir. Qeyd edilən preparatın formalarda təsir edici maddələrin miqdarı aşağıdır, ona görə onlar bitkilərə mənfi təsir etmir.

Konsentrat emulsiyanın damcısının ölçüsü suda 0,5-2,0 mkm bərabərdir. Preparatda təsir edici maddənin miqdarı 2,5-50%-ə qədər təşkil edir.

Konsentrat emulsiya formasında əsasən insektisidlər istehsal olur, bəzən herbisid və fungisidlər də çünki onların təsir edici maddələri üzvi həll edicilərdə pis həll olur.

Sulu məhlul (konsentrat) təsir edici maddədən, sudan və səthi fəal maddələrdən ibarətdir. Qeyd etmək lazımdır ki, onlara antioksidantlar, antifirizlər (həmin maddələr donma temperaturunu aşağı salır) daxil edirlər, çünki bu formanın mənfi cəhəti ondan ibarətdir ki, aşağı temperaturda qışda donur. Sulu məhlulu təsir edici maddə suda yaxşı həll olan zaman hazırlayırlar.

Konsentrat suspenziya. Bu preparat formada bərk maddənin hissəcikləri mayedə dispergiləşmirlər. Tərkibi təsir edici maddədən sudan və yapışqanlığını nizamlayan maddələrdən ibarətdir. Bəzən donma temperaturunu aşağı salan maddələr əlavə edilir. Suda həll edildikdə suspenziya əmələ gəlir. Hissəciklərin ölçüsü 0,5-10 mkm qədər olur, ona görə pestisidin bu preparat forması daha səmərəlidir nəinki islanan tozlar. Konsentral suspenziya, konsentral emulsiya nisbətən zəif fitotoksiki xassəlidir.
Pestisidlərin kompleks tətbiqi
Pestisidlərin qarışığı (qarışıq preparat). Qarışıq pestisid preparatlar onların təsir müxtəlif obyektlərə qarşı spektrini genişləndirmək, toksikliyi artırmaq, müvafiq olaraq məsarif normasını aşağı salmaq məqsədilə və mühafizə təsirinin müddətini uzatmaq, çiləmələrin sayını azaltmaq, ətraf mühitdə olan obyektlərə pestisidlərin yükünü azaltmaq, toksikantların toksiki olmayan maddələrin parçalanma sürətini artırmaq, kulturalarafitotoksiki təsirini aşağı salmaq zəruri populyasiyalarda rezistentliyin qarşısını almaq, istifadə edilən pestisidlərdən ən yüksək səmərə almaq məqsədilə hazırlanır. Pestisid qarışıqlarını çox zaman ayrı-ayrı pestisidlərin təsir spektrini genişləndirmək üçün tətbiq edirlər. Bu məqsədlə hazır qarışıqlar istehsal edirlər: kovboy (xlorosulfuron - dikamba), vitavaks 200 (karboksintizam) və s.məsələn, karboksin dənli taxıllarda sürmə xəstəliklərinin törədicilərinə yaxşı təsir edir, tiram isə kök çürüməsinə və toxumlarda kifə qarşı tətbiq edilir, ona görə vitavaks 200 daha geniş təsir diapazonuna malikdir, nəinki qeyd edilən preparatları ayrılıqda tətbiq etdikdə. Kavboyda analoji xassəyə malikdir, yəni daha çox alaq bitkisi məhv edir. Tərkibində ki, preparatlarla müqaisədə ayrılıqda tətbiq etdikdə.

İstehsalatda bitkilərin mühafizəsində insektisid, fungisid və digər pestisidlərin tətbiq müddəti eyni vaxtda təsadüf edir. Bununla əlaqədar olaraq xərcləri azaltmaq məqsədilə köməkci qarışıqlardan istifadə edirlər.

Ancaq bu zaman onların kombinələşdirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. O, preparatları qarışdırmaq olarki hər ikisində fiziki-kimyəvi xassəsində dəyişiriliklik baş verməsin və onların səmərəliliyi, ayrılıqda tətbiq etdikləri kimi olsun, bitkiyə fitotoksiki təsir etməsin.

Adətən kombinələşdirilmiş birləşmələrdə köməkçi qarışıqda kompanentlərin fiziki və kimyəvi xüsusiyyətlərini qiymətləndirirlər. Fiziki kombinələşməni təyin etmək üçün çöküntülərin əmələ gəlməsinə əsaslanırlar.İki komponentli qarışıq hazırladıqda (A+B) – 4 silindir götürülür və onları işçi məhlulla doldururlar: 1 – “A”, 2 – “B”, 3 – “A+B” və 4 – “B+A”.

Əgər 15 dəqiqədən sonra çöküntü əmələ gəlmirsə, ya da xırda yumaqlar-hissəciklər müşahidə edirlərsə və onları 3 dəfə qarışdırdıqdan sonra yox olur və tərkib ilkin kimi görünür ona heç bir məhdudiyyətsiz tətbiq etmək olar.

15 dəqiqədən sonra yumaqlar əmələ gələrsə və az miqdarda çöküntü 4 dəfə qarışdırdıqdan sonra yox olarsa, bu tərkibi daima qarışdıraraq tətbiq etmək olar. Əgər iri hissəciklər və çöküntü əmələ gələrsə və silindrin 1/10-1/5 hissəsinə çatarsa və 5 dəfə qarışdırdıqdan sonra olan hissəciklər yox olmazlarsa və çöküntü diametri olan ələkdən keçərsə, o qarışığı hazırladıqdan sonra 1-2 saat müddətində qarışdıra-qarışdıra tətbiq etmək olar. Əmələ gələn hissəciklər topavaridilərsə və əmələ gələn çöküntü 10 dəfə qarşıdırıldıqdan sonra da dağılmırsa, o qarışığı tətbiq etmək olmaz, çünki onlar kombinələşmirlər.

Komponentlərin kimyəvi qarsımasını qeyd edilən səmərəliliyə görə müəyyənləşdirmək olar: - asılı olmayan, bu zaman qarışığın hər komponentinin zərərli obyektə qarşı öz təsir mexanizmi varsa;

-birgə təsir edənlər, bu zaman komponentlər birgə təsir edirlər;

- sipergism təsir, bu səmərə digər təsir üsullarını da əhatə edir (gücləndirici və zəiflədici).

Qarışıqlarda komponentlərin əlaqəsi addutuv, sinegizm yada antaqonist xassələrdir. Additivlik yəni qarışığın təsirinin cəminin səmərəliliyi hər komponentin cəminin təsirinə bərabərdir və onların hasısa biri digəri ilə eyni miqdarda əvəz edilə bilər. Qarışığın toksiklik səviyyəsi dəyişməmək şərti ilə yəni ÖD50 qarışıqda (A+B) = ½ ÖD50 “A” + 1/2 ÖD50 “B”.



Sinergizm, o zaman müşahidə edilir ki, qarışığın toksikliyinin səviyyəsi ayrı-ayrı komponentlərintoksiklik səviyyəsinin cəmindən xeyli yüksək olur yəni, ÖD50 qarışıqda (A+B) >1/2 ÖD50 “A” + 1/2 ÖD50 “B”.

Sinergizmin 4 növü var: həqiqi sinergizm, aldadıcı psedosinergizm, güclü və şərti.

Həqiqi sinergizm canlı orqanizmdə biokimyəvi proseslər nəticəsində baş verir. Aldadıcı sinergizm qarışığın fiziki-kimyəvi xassəsinin yaxşılaşması ilə əlaqədardır, yapışqanlığının artması, işçi tərkibinin sabitliyi, buxarlanmanın aşağı düşməsi (zəifləməsi) və s. qarışıqda komponentləri qarışdırdıqda yeni daha toksiki maddə alındıqda sinergizmin güclənməsi müşahidə edilir.

Şərti sinergizm isə o zaman müşahidə edilir ki, qarışığın təsirinin səmərəliliyi onun komponentlərinin nisbəti ilə müəyyənləşdirilir.

Qarışığın sinergizmsəmərəliliyi aşağıda qeyd edilən şəraitdə müşahidə edilir:


  • Qarışığın bir maddənin zərərli orqanizmə digərinin daxil olmasını yaxşılaşdırır;

  • zərərli orqanizmin daxilində birləşmənin biri fəal komponentin detoksikasiyasını dayandırır;

  • qarışığın komponentlər təsir mexanizminə görə fərqli olaraq eyni həyatilik əhəmiyyəti olan fizioloji funksiyasını ingibirləşdirir, onun müxtəlif inkişaf mərhələlərində paralel gedən reaksiyalarda.

Potensial təsir – pestisidlərin bu təsiri o zaman müşahidə edilir ki, obyektə toksiki olmayan maddə onları birgə tətbiq etdikdə digərinin təsirini gücləndirir.

Antaqonizm - o vaxt müşahidə edilir ki, qarışığın toksikliyi onun tərkibində olan komponentlərin təsirinin cəmindən aşağı olur yəni qarışığın ÖD50 (A+B) <1/2 ÖD50 “A” + 1/2 ÖD50 “B”. Bu proses o zaman baş verə bilər ki, qarışığın komponentlərindənyeni toksiki olmayan birləşmə əmələ gəlir, yada bir qədər zəif fəal komponent daha fəalı yerindən çıxarır. Bu proses o zaman baş verir ki, əgər onun təsir yeri ilə daha yüksək oxşarlığı var.

Qarışığın təsirinin ən yüksək səmərəliliyinə o zaman nail olunur ki, əgər onunkomponentləri müxtəlif təsir mexanizminə malikdirlər, məsələn alaqların fotosintez və tənəffüs prosesinə herbisidlərin təsiri.

Qarışıqların komponentlərinin qarşılıqlı təsirinin xassəsini müəyyənləşdirmək üçün birgə təsirinin koffisentindən istifadə edilir (KCД-ОТК) və o aşağıda qeyd edilən düstura əsasən hesablanır:


Кофициеитсовместдействй

KCД =


BTK

B.T.K. Q.T.K = 1 – additivlik tam müşahidə edilir.

B.T.K. Q.T.K = 0,5 – 1 – natamam additivlik

B.T.K. Q.T.K< 1 – sinegizm yada B.T.K. Q.T.K > 0,5 antoqonizm.

Təcrübədə istifadə edilən qarışıqlar sinergetiksəməkrəli olanlar yada tam addetiv xassələrdir. Qarışığın komponentləri antaqonist xassəli olduqda onlar çıxdaş edilir.

Bir çox müşahidələrin nəticəsində qarışıq preparatlar yaradılıb: ridomilМЦ, oksikom, vitavak 200, kovboy, krass, dialen və s.


Pestisidlərin tətbiqi üsulları
Pestisidlərin tətbiq üsulları onların preparatın formalarından asılıdır. Qeyd edilən üsullar mövcuddur: çiləmə, tozlama, dənlərin səpilməsi, aldadıcı yemlərin hazırlanması, fumiqasiya, toxumların dərmanlanması (əkin materialının).

Çiləmə - pestisidlərin ən geniş yayılan tətbiq üsuludur. Bu zaman pestisidin işçi tərkibi bitkilərin səthinə damcı halında tətbiq edilir. Preparatın bərabər yayılması işçi məhlulun məsarif norması ilə nizamlanır. Damcıların ölçülərinə görə çiləmələr bölünür: iri damlalılara yada çox litirliyə, bu zaman damcıların diametri D = 300mkm yuxarıdır; orta damcılara ya da adi D =150-300mkm; xırfa damcılılara ya da kiçik həcimlilərə D – 50-150mkm;netra kiçik həcmli çiləməyə (UKH)-D=50 mkm və daha kiçik.

Məhlulun məsarif nəinki damcıların ölçüsündən asılıdır eləcə də bitkinin çətiri ilə də əlaqədardır. Məsələn, iri damlalı çiləmədə alma bağında çiləmə apardıqda 2000l/ha sərf edilir, ancaq dənli taxıllarda isə 400l/ha; kiçik həcmli çiləmədə müvafiq olaraq 500-600 və 25-50l/ha işçi məhlul sərf olur.

UKH-li çiləmədə bütün bitkilərdə preparatın məsarif norması 0,5-5l/ha, ancaq zavodda hazırlanmış preparat formada olan preparatı tətbiq etdikdə su ilə durultduğumuz, üzərində UKH–liçiləmədə konsentrat otaq temperaturunda axımlı, sıxlığı 1q/ml çox olur, fitoksiki təsiri zəifdir, bioloji fəallığı yüksəkdir. Bu pestisidlərin ən müasir tətbiq üsuludur, yüksək bioloji və iqtisadi səmərəliliyi ilə fərqlənir.

Çiləmə üsulu ilə qeyd edilən preparatdan istifadə edirlər: islanan toz (it), suda dispergirləşmiş dənələr (SDD), Mq, SHP, KS, KE, MK, MKSK və s. onların tərkibində isladıcılar və yapışdırıcılar oluğuna görə mayenin damcılarının bitki səthində yaxşı qalmasını təmin edirlər. çiləmə apardıqda küləyin sürəti 5m/s yuxarı olmamalıdır – iri damcılı çiləmədə, orta damcılı çiləmə 4m/s, xırda damlalıda – 3m/s , ultra kiçik çiləmədə - 2m/s. təyyarə ilə çiləmə aparıldıqda küləyin sürəti 3m/s-dan çox olmamalı, hündürlüyü dərmanlanan bitkilərin səthindən 5-10m arasında olmalıdır.

Aviasiya texnikasından istifadə etdikdə adətən xırda damlalı (kiçik həcmli) çiləmədən ya da ultra kiçik çiləmədən, nadir hallarda isə orta damlalıdan istifadə edirlər.

Çiləmə üsulu ilə pestisidləri tətbiq etdikdə köməkçi qarışıqlardam müxtəlif məqsədlər üçün tətbiq edilən preparatlardan, məsələn fungisid və insektisidin qarışığını eyni zamanda tətbiq etmək olar, fitoftorozudəf etmək üçün,insektisidi ilə Kolorado böcəyinə qarşı, ya da pestisidlə mineral gübrələrin qarışığı və s.

Çiləmə üsulunun mənfi cəhətləri ondan ibarətdir ki, preparatın tövsiyə edilən məsarif normasının nizamlamaq mürəkkəb prosesdir, pestisidin işçi tərkibinin hazırlanması zəhmətlidir, çiləyicinin çiləmə bakı korroziyaya uğrayır və əməyin məhsuldarlığı bitkilərdə çiləmə apardıqda iri və orta damlalı çiləmədə nisbətən aşağıdır.

Tozlama – bitkiyə preparatın (dust) toz hissəciklərinin səpilməsidir. Bu üsul çox sadədir və ucuzdur, ancaq havanın işçi (zonasının) təbəqəsini güclü çirkləndirir, toz uzaq məsafələrə yayılır. Preparatın məsarif norması tozlamada adətən 15-30kq/ha təşkil edir, çünki aşağı miqdarda bitkiyə maddənin təsiredici maddəsini bərabər yaymaq çox çətindir.

Tozlama apardıqda küləyin sürəti 3 m/s çox olmalıdır. Toz hissəciklərinin yayılmasının qarşısını almaq üçün yaxşı olar ki, yerüstü texnikadan istifadə edilsin. Dərmanlamanın keyfiyyətini yaxşılaşdırmaq məqsədilə düstura mineral yağ əlavə edilir və o bir qədər hissəcikləri iriləşdirir, onların bitkiyə çökməsinə və qalmasına səbəb olur.

Tozlamanı səhər saatlarında ya da axşam küləksiz havada, eləcə də yağışdan və şehdən sonra aparmaq daha da məqsədə uyğundur. Hal hazırda tozlama üçün yalnız üyüdülmüş kükürd istehsal edilir və o bir çox kulturalardafungisid və akarisid kimi tətbiq edilir.

Fumiqasiya- yəni qaz və par halında preparatların tətbiqidir. Onlar ilk növbədə karantin obyektləri məhv etmək üçün istifadə edilir, toxum (əkin üçün) və digər materiallar xaricdən daxil olduqdaya da ehtiyac qida maddələrinin zərərvericilərini məhv etmək üçün ambarları, binaları, torpağı, bitkiləri və s dezinfeksiya etmək məqsədilə.

Fumiqasiyanın səmərəliliyi fumiqantın fiziki-kimyəvi xassəsindən asılıdır, əsasən onun uçuculuğundan, buxarlanma sürətindən müxtəlif obyektləri sorbsiyasından (udma xassəsindən). Uçuculuğu havanın temperaturu artdıqda və təzyiq aşağı düşdükdə artır. Qeyd edilən parametrləri dəyişərək, fumiqantınməsarif normasını aşağı salmaq olar, ya da dərmanlamanın müddətini azaltmaq. Fumiqasiya üçün istifadə edilənpreparatlar mexaniki, fiziki sorbsiya xassəli olmalıdır və kimyəvi sorbsiyaya girməməlidir, yəni onlar deqazasiya prosesində asan azad olmalıdır.

Fumiqasiyanın qeyd edilən növləri: binaları (ambarları, dən və kökümeyvəli elevatorları və s.boş olanları və ərzaqla dolu olanları), istixanaları, torpağı, ağacları, kolları. Fumiqasiya vakuumlu və vakuumsuz ola bilər. Fumiqasiyaya başlamazdan əvvəl bina germetirləşməlidir, lazım xüsusi neytrallaşdırıcı maddələırdən istifadə edilir.

Deqazasiya müddətində küləyin sürəti 7m/s yuxarı olmamalıdır. İri obyektlərdə deqazasiya apardıqda fumiqantın həcminə nəzarət etmək lazımdır, atmosferdən daxil olan havaya görə.

Ağacların və kolların fumiqasiyası xüsusi qiymətli növlər və sortlar üçün aparılır. Onları hazırlanmış palatka ilə örtürlər və sonra qaz buxarlayan materiallardan müəyyən edilmiş kəsafətlikdən fumiqatı daxil edirlər.

İstixanaların fumiqasiyanın məqsədi konstruksiyaların və istixana binalarının özünü, orada yerləşən bitkiləri zərərsizləşdirməkdir. Çox zaman istixanaları aerozol dərmanlamadan istifadə edirlər.

Torpağın fumiqasiyası torpaq zərərvericilərini məhv etmək məqsədilə aparılır, hansılar ki, digər üsullarla məhv etmək mümkün olmur. Bu üsuldan üzümün kök forması olan fillokseraya qarşı istifadə edirlər.

Toxumları, əkin materialını (soğanaqları, kökyumrularını, toxmacaları və s.) meyvələrin, ərzağın çox zaman xüsusi kameralardan tətbiq edirlər və orada temperaturu, fumiqantınverilməsinin dozasına nəzarət edirlər. Bu kamera fumiqasiyası vakuumlu və vakuumsuz ola bilər. Ərzağı kameradan tam deqazasiya olduqdan sonra çıxarırlar və qazın təmizlənməsi yoxlanılır. Fumiqant kimi əsasən metil bromistifadə edilir ya da metil bromid. Şəxsi və ictimai təhlükəsizlik tədbirlərinə ciddi əməl edilir, çünki fumiqantlar yüksək uçucudurlar, təhlükəlidirlər, insanlara və istiqanlı heyvanlara.

İş müddəti 4 saatdan artıq olmamalıdır və işləmə zamanı sənaye əleyhiqazlarından istifadə etmək lazımdır.

Toxumaların və əkin materiallarının işlənməsiəsasən xəstəlik törədicilərini məhv etməkdir, hansılar ki, toxumaların üzərində ya da daxilindədir (kök yumrularında, soğanaqlarda). O, eyni zamanda onları torpaq infeksiyasından və zərərvericilərindən mühafizə edir. Çox zaman bu üsula toxumların dərmanlanması deyilir. Toxumların dərmanlanması quru, yarım yaş və yaş üsulla aparilir.

Quru üsulla dərmanlama apardıqda toz halında olan preparat toxumla qarışdırılır. Bu üsul bir o qədər səmərəli deyil, çünki quru toxumların üzərində pis qalır və işləmə zamanı hava tozlanır.

Əsasən toxumları nəmləmə üsulu ilə işçi tərkibin məsarif norması 5-10 l/t olmaq şərti ilə. Bu üsul quru və yaş dərmanlamanın arasında yerləşir.Yaş üsulla dərmanlandıqda toxumların meşoklara doldururlar pestisidin məhlulu olan qablara yerləşdirirlər. Sonra toxumu boşaldırlar və üzərinibrezentlə örtürlər, 3-4 saat dərmanda saxlayırlar. Bu ən səmərəli toxumların dərmanlama üsuludur, ancaq zəhmətli olduğuna görə demək olar ki, tətbiq etmirlər.

Toxumları dərmanlamaq üçün yalnız fungisidləri yox, eləcə də insektisidləri də tətbiq edirlər, məsələn, fipronil (preparat kosmos) və karbofuran (preparatlar alifuz, fuzadan və s.), onlar bitkiləri torpaq zərərvericilərindən mühafizə edirlər. Təhlükəli olduqlarına görə qeyd edilə preparatlar toxumları dərmanlamaq üçün zavodlarda tətbiq edirlər.

Bitkilərin xəstəliklərində və zərərvericilərindən mühafizəsinin inkrustasiya və drojlaşdırma üsulu ilə də aparmaq olar. Bu məqsədlə plyonka əmələ gətirən birləşmələr (ПВС, NaKMЦ və s.) pestisidlərlə birgə istifadə edirlər.

İnkrustasiya – yəni iri ölçülü toxumları plyonka əmələ gətirən birləşmələri pestisidlərlə birgə təhlili üzərini örtürlər. Bu zaman preparat toxumların üzərində yaxşı qalır və onları daşıdıqda və səpdikdə tozlanmırlar. Drojlaşdırma xırda toxumlar (yer göyü, şüyüd və s.) toxumlarda tətbiq edilir.

Bu zaman toxumlar plyonka əmələ gətirən birləşməni müxtəlif pestisidlərlə birgə bir neçə qatı ilə örtülür. Məsələn, birinci qat fungisid, ikinci-gübrə, üçüncü – insektisid, dördüncüsü – neytral kimi formalaşır. Beləliklə drojlaşma eyni zamanda nəinki toxumları mühafizə edir, müxtəlif zərərli obyektlərdən və eləcə də onları qida elementləri ilə təmin edir, ölçülərini böyüdür və bu səpin zamanda toxumların məsarifliyini azaldır bitkilərin sıxlığını nizamlayır və ona görə də cüərtiləri seyrəltməyə ehtiyac olmur.

Toxumların dərmanlanmasını pestisidlər saxlanan ambarlarda aparmaq lazımdır. Toxumların inkrustasiya və drojlaşmasızavodlarda aparılmalıdır. Pestisidlərlə dərmanlanan toxumlar ayrıca pestisidlər saxlanan ambarlarda səpinə qədər saxlanmalıdır.

Aldadıcı yemlər, siçanabənzər gəmiriciləri məhv etmək tətbiq edilir. Onlar rotlentisidlərin aldadıcı yemlərin qaışığından ibarətdir. Aldadıcı yem kimi istifadə edilir – dəndən, krupadan, jmıxdan və s. Aldadıcı yemlərə daxildir yapışdırıcı maddələr, bəzən attraktantlarvə onlar gəmiricilər tərəfindən yaxşı yeyilməlidir.

Onların tərkibində pestisidlərin miqdarı digər tətbiq üsulları ilə müqayisədə ən aşağı olur.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə