MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

72 

Bəhlul İbrahimov 

 

edildi.  Skelet  yarımbükülü  vəziyyətdə,  üzü  qərbə  tərəf,  başı  şimal-



qərb istiqamətində idi, başının altına sal daş qoyulmuşdu. Bir qolunda 

tunc qolbaq, arxa tərəfində, kürək sümüyünə yaxın iki düzüm muncuq 

tapıldı. Muncuqlardan 54-ü balıqqulağından, 46-sı əqiqdən, 40-ı pasta-

dan,  ikisi  isə  travertindən  hazırlanmışdır.  Bundan  başqa  muncuq  dü-

zümlü  asma  bəzək  də  tapıldı.  Skeletin  kəllə  sümüyü  yanında  üç  gil 

qab  aşkar  edildi.  Onlardan  biri  çəhrayı  gilli,  ağzının  yanında  deşiyi 

olan boşqab, ikincisi ağzının hər iki tərəfində deşiyi olan dərin boşqab

üçüncüsü  isə  şar  gövdəli,  dar  boğazlı  küpədir.  Skeletdən  aşağıda  iki 

ədəd,  birinin  ayaqları  düz  dirək  formasında,  o  birisinin  ayaqları  isə 

çəkmə formasında olan altlıq, tuncdan 12 sm uzunluğunda baş sanca-

ğı, iki tunc məftilə düzülmüş muncuqlardan ibarət sırğa, iki ədəd üc-

ları iti tunc bilərzik, üç ədəd tunc üzük, 62 ədəd əqiq, 54 ədəd balıqqu-

lağı və 12 ədəd sürmədən hazırlanmış muncuqlar aşkar edildi. 

22N-li sərdabənin qurbangahı (22A) kvadrat planda olub (1x1 m) 

sərdabədən  cənub-qərb  tərəfdə  giriş  yolunun  qarşısında  yerləşmişdir, 

dərinliyi 0,5 m-dir. Örtük daşları saxlanmamışdır. Müxtəlif dərinlikdə 

21 ədəd gil qab aşkar edildi ki, bunlardan da kiçik həcmli qablar geniş 

ağızlı qabların içərisinə qoyulmuşdu. Gil qablar içərisində ücü qatlan-

mış  çəkmə  formalı  kubok,  mürəkkəb  profilli,  ağzının  kənarına  bayır 

və  içəri  tərəflərindən  qırmızı  boya  çəkilmiş  boşqab,  oturacağında 

1,5sm diametrində deşiyi olan küpə və çaynik tipli qablar diqqəti cəlb 

edir. 


23N-li  sərdabə  dördbucaqlı  planda  olub  uzunluğu  1,55m,  eni 

1,15m,  dərinliyi  isə  0,62  m-dir.  Örtük  daşları  saxlanmamışdır,  qərb 

divarında 0,45x0,55 m ölçülərində giriş yolu vardır. Qəbir qarət olun-

muşdur. Müxtəlif dərinlikdə  qara-boz  gilli qablar,  5 sm uzunluğunda 

yastı  tunc  təbəqə,  diametri  1,5  sm  olan  iki  tunc  düymə,  muncuq  dü-

zümlü tunc sırğa, 45 ədəd əqiq muncuq, 46 ədəd balıqqulağından ha-

zırlanmış muncuq, 13 ədəd bir tərəfində deşiyi olan bütün balıqqulağı, 

bir  ədəd  yumru  tunc  muncuq  və  bir  ədəd  mineraldan  hazırlanmış, 

üzəri pərgar naxışlı (konsentrik dairələr) muncuq aşkar edildi. 

23N-li sərdabənin qurbangahı (23A) dördbucaqlı planda, uzunluğu 

1,0 m, eni 0,8 m, dərinliyi 0,5 m olub ona qərb tərəfdən bitişik işlən-

mişdir.  Örtük  daşları  saxlanmamışdır.  Qurbangahdan  bir  ədəd  geniş 

boğazlı, yastı ağızlı, oturacağında 1,5 sm diametrində deşiyi olan kü-

pə, insan ayağı formasında, üstü düz, qıraqları 2 sm şaquli vəziyyətdə 




Muncuqlutəpə nekropolu                                                                                                     

73

 



 

qalxmış altlıq, dar boğazlı, ağzı azca kənara açılan küpə, düz divarlı, 

ağzının yanında iki deşiyi olan boşqab, kobud hazırlanmış kasa, çiyin 

hissəsində  iki  sıra  basma  naxışları  olan  çaynik  tipli  qab  və  stəkana 

oxşar qab aşkar edildi. Gil qablardan başqa qurbangahın şimai-qərb və 

cənub-qərb  künclərində  iki  ədəd  içi  boş,  yan  tərəflərində  üçbucaq 

kəsmələri olan quş formalı asma bəzək tapıldı. 

24N-li  sərdabənin  uzunluğu  1,9  m,  eni  1,65  m,  dərinliyi  0,65  m-

dir. Örtük daşlarından biri ortada sınaraq qəbrin içərisinə düşmüşdür, 

qalan örtük daşları saxlanmamışdır. Sərdabənin cənub-qərb küncundə 

1,0x0,5 m ölçülərində giriş yolu vardır. Giriş yolunun döşəməsi qəbrin 

döşəməsindən 10 sm hündürdədir. Sərdabənin mərkəzində, şimal-şərq 

divarına  yaxın  sınmış  örtük  daşının  altında  bir-birinə  qarışmış  insan 

sümükləri və nizamsız şəkildə çoxlu tunc əşya-ilgəkli qabarıq düymə, 

ilgəkli, yanları qatlanmış düymə, 24 ədəd qabarıq, arxasında kənarları 

birləşdirən  bir  qabırğalı,  diametri  0,5  sm  olan  düymələr,  dörd  ədəd 

yarımdairə  formalı  sirğa,  iki  ədəd  muncuq  düzümlü  sırğa,  bir  ədəd 

meandr  naxışlı  muncuq  düzümlü  sırğa,  bir  ədəd  balıqqulağı  asılmış 

sırğa, 6 ədəd tunc qolbaq, nazik tunc  məftildən hazırlanmış üç üzük, 

relyeflk  naxışlı,  ilgəkli  medalyon,  dörd  ədəd  baş  tərəfində  kəsmə 

naxışları olan baş sancağı, dörd ədəd başı səncirli sancağ, iki ox ucu, 

bütüntökmə üsulu ilə hazırlanmış, dəstəyi çərçivəli tunc xəncər aşkar 

edildi.  Analiji  formalı  xəncərlər  Gədəbəydən  tapılmışdır.  Bunlardan 

başqa  qəbirdən  çoxlu  miqdarda  çəhrayı,  boz  və  qara  gilli  qab  fraq-

mentləri və müxtəlif muncuqlar tapıldı. 

24N-li sərdabənin qurbangahı (24A) dördbucaqlı (1,1x1,2m) plan-

da olub dərinliyi 0,5 m-dir. Sərdabənin qərb tərəfindən 0,8 m aralıda 

yerləşir. Qurbangahın örtük daşlarından ikisi saxlanmışdı. Kameradan 

çəhrayı  və  qara  boz  gilli  kupə,  çolmək,  vaza,  boşqab  və  çaynik  tipli 

qablar aşkar edildi. 

25N-li  sərdabənin  uzunluğu  2,6  m,  eni  qərb  tərəfdə  1,4  m,  şərq 

tərəfdə 0,9 m, dərinliyi 0,65 m-dir. Örtük daşları saxlanmamışdır, giriş 

yolu yoxdur. Qəbrə dolmuş torpağın içərisindən gil qab fraqmentləri, 

tunc əşyalar və müxtəlif muncuqlar aşkar edildi. 

25N-li  sərdabənin  qurbangahı  dördbucaqlı  planda  olub  uzunluğu 

1,9  m,  eni  1,6  m-dir.  Qurbangahdan  qəbir  kimi  istifadə  olunmuşdur. 

Qarət  olunmuş və  dağıdılmlşdır. Kameraya  dolmuş torpağın içərisin-



74 

Bəhlul İbrahimov 

 

dən çox pis saxlanmış sümük qalıqları ilə birlikdə gil qab fraqmentlə-



ri, tunc əşyalar və müxtəlif muncuqlar aşkar edildi. 

26N-li sərdabənin uzunluğu 1,9 m, eni 1,6 m, dərinliyi 0,83 m-dir. 

Örtük daşları saxlanmamışdır. Şərq divarının ortasında 0,55 m enində 

üzəri sal daşla örtülmüş giriş yolu vardır. Kameraya dolmuş torpağın 

içərisindən bir neçə skeletə məxsus sümüklər, 115 ədəd çəhrayı gilli, 

63 ədəd boz gilli qab fraqmentləri, romb şəkilli ox ucu, nazik tunc qol-

baq,  dörd  ədəd  tunc  düymə,  zəncir  fraqmentləri,  bir  ədəd  tunc  mun-

cuq, 56 ədəd əqiq muncuq və bir ədəd ox ucu tökmək üçün gil qəlib 

aşkar edildi. 

26N-li  sərdabənin  qurbangahının  (26A)  uzunluğu  1,27m,  eni 

1,0m, dərinliyi 0,42 m-dir. Qurbangah sərdabənin şərq tərəfində, giriş 

yolunun qarşısında yerləşir. Örtük daşları yoxdur. Qurbangahdan çəh-

rayı  və  qırmızı  gilli  qab  fraqmentləri  və  iki  ədəd  tunc  qolbaq  aşkar 

edildi. 


27N-li sərdabə kvadrat planda olub uzunluğu və eni 1,55m, dərin-

liyi  isə  0,85  m-dir.  Şərq  divarına  bir  ədəd  sal  daş  dikinə  qoyulmuş, 

qalan üç divarı dağ daşı ilə 7 qat işlənmişdir. Örtük daşları saxlanma-

mışdır.  Kameraya  dolmuş  torpağın  içərisindən  bir  neçə  skeletə  aid 

sümük  qalıqları,  qırmızı  gilli,  silindrik  oturacaqlı  vaza,  çəhrayı  gilli, 

ucu  qatlanmış  çəkmə  formasında  olan  altlığın  ayaq  hissəsi,  boşqab 

fraqmentləri,  tunc  həlqə,  tuncdan  hazırlanmış  ürək  formalı  asma 

bəzək, iki ədəd tunc düymə, 21 ədəd əqiq və balıqqulağından hazırlan-

mış muncuqlar aşkar edildi. 

27N-li sərdabənin qurbangahı (27A) sərdabənin şərq tərəfində yer-

ləşir, 1,0x1,15 m ölçülərində olub, dərinliyi 0,75 m-dir. Kameranın cə-

nub-şərq  küncündən  başqa  hər  yerinə  çəhrayı  gilli  qablar  səliqə  ilə 

düzülmüşdü.  Gil  qablar  çiynində  çərtmə  naxışları  olan  çaynik  tipli 

qabdan,  on  ədəd  boşqabdan,  şar  gövdəli,  ağzına  yaxın  iki  yapma  bə-

zəyi olan qab,  yastı oturacaqlı,  konus gövdəli kubokdan,  çölməkdən, 

şar gövdəli, hundur oturacaqlı, ilgəyə  oxşar iri tək qulplu qabdan, üç 

ayaqlı, üstü düz altlıqdan və ilgəkvari qulplu kasadan ibarətdir. 

28N-li  sərdabənin  üstü  iri  həcmli  sal  daşlarla  örtülmüşdür,  şərq-

qərb istiqamətindədir. Ətrafına düzülmüş daşlardan yalnız şərq tərəfdə 

bir neçəsi salamat qalmışdır. Şimal divarının uzunluğu 1,95m, cənub 

divarının  uzuznluğu  2,15m,  qərb  divarının  uzunluğu  1,4m,  şərq  di-

varının uzunluğu 1,3m, dərinliyi isə 0,75m-dir. Qəbir qarət olunmuş-




Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə