N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI 
 
 
105 
transkripsiya variantı barəsində yığcam şərh ver-
məyimizə  baxmayaraq  [1.  S.15–19],  son  dövr-
lərdə dərc edilən bəzi məqalələr bu məsələyə bir 
daha ətraflı qayıtmaq zərurətini ortaya qoydu. 
Qorqudşünaslıqda  ‘ev  yanında’  kimi 
oxunan  uyanında  sözü  istisna  olunmaqla  mü-
bahisə  daha  çox  birinci  misradakı  ilk  sözün 
üzərində  açılmış  və  gərdəyin  –  gəlin  otağının 
uca  ev  yanında  qurulmasına  görə  dəyərləndi-
rildiyi qənaətinə gəlinmişdir. 
M.Ergin  nəşrində  yañal  sözü  ‘yan  tərəf’ 
mənasında  [2.  II.  S.319]  şərh  olunmuşdur  ki, 
bu  zaman  belə  bir  sual  doğur:  əgər  həmin  ar-
xaik  söz  ev  sözünə  aiddirsə,  onda  ev  yanında 
birləşməsinə  nə  ehtiyac  var  idi,  yox,  gərdək 
sözünə  aid  edilirsə,  onu  necə  əlaqələndirmək 
olar və buradan hansı nəticəni almaq olar? Gö-
rünür,  elə  buna  görə  də  müəllif  mətni  müasir-
ləşdirərkən  qrammatik  formanı  dəyişdirməli 
olmuş  və  bütövlükdə,  göstərilən  soylama  par-
çasını  belə  incələmişdir:  «Yan  tarafta,  ev  ya-
nında  dikilse  gelin  odası  güzel,  uzunca  çadır 
ipi güzel. Oğul güzel» [3. S.17]. 
H.Araslı  həmin  sözə  daha  sərbəst  yana-
şaraq,  onu  nüsxə  yazılışı  ilə  təsdiqlənməyən 
‘bunar’  variantında oxumuş [4. S.16],  mənası-
nı  isə  izah  etməmişdir.  Ş.Cəmşidov  bu  sözün 
özündən  sonrakı  sözlə  birləşmə  təşkil  etdiyini 
düşünərək  ‘yanal  ələ’  variantını  irəli  sürmüş 
və  fikrini  belə  əsaslandırmışdır:  «Dilimizdə 
yan almaq (yanaşmaq)  ifadəsinin olduğunu  və 
ələ  sözünün  ‘tərəf’  mənasında  işləndiyini  (ba-
şın ələ baxar  olsam başsız ağac, dibin  ələ ba-
xar olsam dibsiz ağac) [D–55, 13, 54–1], əsas 
götürüb  bu  cümləni  ‘yanal  ələ  ev  yanında  di-
kilsə  gərdək  görklü’  şəklində  oxumağı  dürüst 
hesab  edirik»  [5.  S.103–104].  Göründüyü  ki-
mi,  müəllifin  yañal  sözünü  yan  al(maq)  feili 
birləşməsi  ilə  əlaqələndirməsi  formal  xarakter 
daşıyır. Hətta buna baxmayaraq, yañal ala bir-
ləşməsini  yan  alınan  ‘tərəf’  şəklində  anlasaq 
belə, cümlədəki fikir özünü durultmur. 
Təkzib edilməz həqiqətdir ki, ulu Qorqu-
da  məxsus  bütün  deyimlər tarixin  həyat təcrü-
bəsində sınanılmış  xalq təfəkkürünün məntiqi 
süzgəcindən  süzülmüş  mülahizələrə  söykənir. 
Burada  söz  oyunu,  gəlişi  gözəl  ifadələr  işlənil-
məmişdir. Şübhəsiz, haqqında danışılan deyimdə 
də müdrik ozanın ailə qurmağa hazırlaşan gənc-
lərə gərdəyin qurulması ilə bağlı ən sağlam arzu-
ları, düşüncələri ifadə olunmuşdur. Odur ki, söy-
lənilən hər bir fikir yozum xatirinə deyil, həqiqə-
ti üzə çıxarmaq naminə yürüdülməlidir. 
F.Zeynalov,  S.Əlizadə  nəşrində  əlamət 
bildirən  sifətlərin  ardıcıllığı  və  qoşalaşmasına 
istinadən  ilk  iki  söz  ‘ban  al-ala’  variantında 
oxunaraq [6. S.33] əlavə şərhdə belə əsaslandı-
rılmışdır: «KDQ-un şifahi şəkildə formalaşdığı 
ilkin  mərhələdə  cümlədəki  ev  sözünün  təyini 
‘ban  ala’  şəklində  imiş,  lakin  yazıya  köçürü-
lərkən artıq al (‘qırmızı’ mənasında) sözü daha 
düşümlü  sayılırmış;  ona  görə  də  katib  dastan-
ların  dilindəki  qoşa  sözlər  sisteminə  uyğun 
olaraq al sözünü ala sözü ilə qoşalaşdırmışdır. 
Əlbəttə,  məqsəd  gərdəyin  (gəlin  otağının)  to-
xunulmaz, hörmətli, bəlkə də, müqəddəs oldu-
ğunu  bildirməkdədir.  Beləliklə,  həmin  qoşa 
sözlərin  işləndiyi  cümlənin  məzmunu  belədir: 
Gəlin  otağı  (çadırı)  uca,  qırmızı  və  müqəddəs 
bir evin yanında qurulsa, gözəldir» [6. S.227]. 
Sözlərin  məna  çalarlarından  bacarıqla  yararla-
nan alimin gəldiyi nəticə olduqca orijinaldır və 
o  bu  mövqeyini  müstəqil  tərtib  etdiyi  nəşrdə 
də  saxlamışdır  [7.  S.32].  Xüsusilə  gərdəyin 
məhz  ‘qırmızı’  və  ‘müqəddəs’  anlayışları  ilə 
əlaqələndirilməsi  maraqlı  tapıntıdır  və  yadda 
saxlamağa  dəyər. Lakin  ilk  baxımdan  bu oxu-
nuş  və  yozum  etiraz  doğurur.  Birincisi,  abi-
dənin  əsas  mətnində 
  şəklində  yazıl-
mış ilk sözlərin ‘ban al-ala’ variantında oxunu-
şunun  mümkünsüzlüyüdür  ki,  görünür,  elə 
buna  görə  də  «Kitabi-  Dədə  Qorqud  Ensiklo-
pediyası»nda  abidəni  Drezden,  Vatikan  əlyaz-
ma  nüsxələri  və  M.Ergin  nəşri  əsasında  tərtib 
edib çapa  hazırlayan  müəllif  bəzən daha  məq-
bul  bildiyi  oxunuş  variantları  sırasında  onu 
qeyd  etməmişdir  [8.  S.37].  İkincisi,  uca,  qır-
mızı  və  müqəddəs  epitetlərinin  gərdəyə  deyil, 


ASİF HACIYEV (ŞİRVANELLİ) 
 
 
106 
hansısa  bir  evə  aid  edilməsi  deyimin  abidənin 
mətnində öz əksini bütün incəlikləri ilə tapmış 
gərdəkqurma adəti ilə təsdiqlənmir.  
Yañal sözünün oxunuşu və mənalandırıl-
ması  qorqudşünaslıqda  öz  fərqli  mövqeyi  ilə 
seçilən  V.Zahidoğlunun  da  araşdırma  obyekti 
olmuşdur. Tədqiqatçı bu sözün Azərbaycan və 
Türkiyə  nəşrlərində  oxunuş  və  mənalandırma 
variantlarını  təhlilə  cəlb  etmiş,  onu  ‘parlaq, 
qırmızı’  anlamında  şərh  edən  O.Ş.Gökyay, 
S.Tezcan,  ‘alaca’  anlamında  açıqlayan  M.S.Ka-
çalin yozumları ilə razılaşmayaraq, M.Ergin mü-
lahizəsini doğru saymaqla ‘kənardakı, qıraqdakı’ 
mənasında şərh etmiş və hətta etimoloji açımı ilə 
bağlı  öz  fərziyyəsini  irəli  sürmüşdür [9. S.7–9]. 
Araşdırıcı  «Kitab»ın  mətninə  əsasən  «çadırın 
və  ya  gərdəyin kənar  yerdə qurulması  faktını» 
[9.  S.8]  müxtəlif  boylardan  gətirdiyi  nümunə-
lərlə  diqqətə çatdırmaqla öz  fikrini  qüvvətlən-
dirmək  istəmişdirsə  də,  ən  mühüm  faktı,  yəni 
bu  deyimdə  ümumilikdə  söhbətin  ‘çadır’, 
‘otaq’  və  ya  ‘ban  ev’  adlanan  yaşayış  obyekt-
lərindən  deyil,  məhz  gəlin  üçün  hazırlanmış 
gərdəkdən  getdiyini  nəzərdən  qaçırmışdır. 
Abidənin  mətni  göstərir  ki,  qədim  oğuzlar 
bəylə  gəlinin  ilk  izdivac  gecəsini  keçirdikləri 
gərdəyin qurulmasına xüsusi ritual kimi yanaş-
mış  və  bu  proses  bütün  elementləri  gözlənil-
məklə boylarda əhatəli təsvir olunmuşdur.  
Gəlin  həmin  prosesi  izləyək.  «Bamsı 
Beyrək  boyu»nda  bu  belə  əks  olunmuşdur: 
Oğuz  zamanında  bir yigit ki, evlənsə,  ox  atar-
dı, oxu nə  yerdə düşərsə, anda gərdək dikərdi 
[D–89. 4–6].  Bütün oğuz  igidləri  kimi  Beyrək 
də  oxun  atıb  gərdəyin  qurur.  Burada  diqqəti 
çəkən  ən  önəmli  fakt  odur  ki,  gərdək  məhz 
yaşayış  yerindən aralıda qurulur. Elə buna gö-
rə də Beyrək və onun yoldaşları əsir götürülür. 
Göründüyü  kimi,  gərdəyin  hər  hansı  bir 
ev  yanında  və  ya  qıraqdakı,  kənardakı  ev 
yanında  qurulması  fikri  özünü  doğrultmur. 
Böyük  bir  mərasim  kimi  geniş  təsviri  verilən 
gərdəkqurma  ilə  bağlı  daha  iki  nümunəni  nə-
zərdən keçirək: 
1.  «Bamsı  Beyrək  boyu»nun  sonunda 
Beyrək  və  onun  əsirlikdən  xilas  edilən  otuz 
doqquz yoldaşının toyu belə təsvir olunur: Bay 
Bura bəgiñ oğlancuğı Beyrək Bay Bican bəgiñ 
qızın  aldı.  Ağ-ban  evinə,  ağ  otağına  gerü 
döndi. Dügünə başladı. Bu qırq yigidiñ bir qa-
çına  xan  Qazan,  bir  qaçına  Bayındır  xan  qız-
lar  verdilər.  Beyrək  dəxi  yedi  qız  qarındaşını 
yedi  yigidə  verdi.  Qırq  yerdə  otaq  dikdi.  Otuz 
toquz  qız  talelü  taleinə  birər  ox  atdı.  Otuz 
toquz  yigit  oxunun  ardınca  getdi.  Qırq  gün-
qırq  gecə  toy-dügün  eylədilər.  Beyrək  yigitlə-
riylə murad verdi, murad aldı [D–121. 5–12]. 
2.  «Uşun  qoca  oğlı  Səgrək  boyu»nun 
sonluğunda  iki  qardaşın  evlənməsi  isə  belə 
verilir: Ulu oğlına dəxi görkli gəlin gətürdi. İki 
qardaş bir-birinə  sağdıc oldular, gərdəklərinə 
çapub  düşdülər.  Murada-məqsuda  irişdilər 
[D–271. 6–8].  
Buradan belə nəticə hasil olur ki, yaşayış 
yerindən  kənarda  qurulduğu  üçün  toy  məcli-
sindən  sonra  gərdəyə  at  çapmaqla  gedilərmiş. 
Ona  görə  də  deyimin  digər  oxunuş  variantla-
rında  verilməsi  bizə  inandırıcı  görünmür  və 
əvəzində onu yuxarıdakı variantdakı kimi trans-
kripsiya etməyi məqsədəuyğun bilirik. Fikrimi-
zi əsaslandıraq.  
Diqqət çəkən önəmli faktdır ki, abidənin 
dilində  gərdək  sözü  çox  zaman  apalaca  sifəti 
ilə  yanaşı  işlədilir,  məs.:  Parasarıñ  Bayburd 
hisarından  parlayıb  uçan,  apalaca  gərdəginə 
qarşu gələn, yedi qızıñ umudı, Qalın Oğuz im-
rəncisi, Qazan bəgiñ inağı Boz ayğırlı Beyrək-
çapar  yetdi,  «Çal  qılıcıñ,  ağam  Qazan,  yet-
dim!» – dedi [D–61. 3–7]. 
 
Parasaruñ Bayburd hisarından uça görgil! 
Apalaca gərdəgünə gələ görgil! [D–95. 12– 96, 1]. 
 
Parasarıñ  Bayburd  hisarından  parlayıb 
uçan,  apalaca  gərdəginə  qarşu  gələn  Qalın 
Oğuz imrəncisi, Qazan bəgüñ inağı, Boz ayğırlu 
Beyrək  çapar  yetdi,  «Çal  qılıcıñ,  xanım  Qazan, 
yetdim!» – dedi [D–150. 12–151, 3]. 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə