«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI
107
Dəyərli araşdırıcı S.Əlizadənin yadda
saxlanılmasını məqsədəuyğun bildiyimiz belə
bir fikrinə tam şərikik ki, apalaca sifəti gərdə-
yin düşərli olmasını ifadə edən qrammatik
təyindir. Ümumiyyətlə, qırmızı rəng dastanda
bütün əlvanlığı ilə əksini tapmış qədim toy
adət-ənənəsinin vacib elementi kimi çıxış edir,
məs.: Beyrək dəxi oxın atdı, dibinə gərdəgin
dikdi. Adağlusından ərgənlik bir qırmızı qaftan
gəldi. Beyrək geydi [D–89. 6–8]; Banı Çiçək
qırmızı qaftanın geydi [D–114. 10]; Altunluca
günlügin diküb, Qan Turalı gərdəginə girüb,
muradına-məqsudına irişdi [D–200. 13–201, 1].
Toy günü bəy və gəlinin qırmızı qaftan
geyib gərdəyə girmələri məhz qırmızının dü-
şərli rəng olması ilə izah oluna bilər. Selcan
xatunun Qan Turalının tərsliyinə, inadına qarşı
etirazını kəskin şəkildə ifadə edən soylamada
işlənmiş Al duvağım altından söyləşmədim
[D–198. 6] cümləsindən də aydın olur ki, gəlin
al (‘qırmızı’) rəngli duvağa bürünərmiş. Son
dövrlərə qədər el toylarında gəlinin məhz
qırmızı gəlinlik paltarı geyinməsi, al duvağa
bürünməsi, bəyin boynuna qırmızı parça (xü-
susilə xara) doladılması bu qədim inancın ya-
şantılarıdır. Bu mənada deyimdəki yañal arxa-
ik sözünün ‘parlaq’ və ‘qırmızı’ rəngləri ifadə
etməsi fikri [10. S.439] yerinə düşür. Onun ey-
ni mənalı ala sözü ilə yanaşı işlədilməsi (alaca
sifəti də bu sözə -ca çoxaltma dərəcə şəkilçisi-
nin artırılması ilə düzəlib) ‘al qırmızı’, yaxud
elə abidənin dilində dəfələrlə rast gəlinən
‘apalaca’ anlamının sintaktik üsulla ifadə
olunmuş digər formasıdır. Maraqlıdır ki, yañal
arxaizmi ‘qırmızımtraq’ mənasında eposun
«Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı
boy»da da işlənilmişdir:
Əzvay qurd ənigi erkəgində bir köküm var,
Ağca yañal
tümən qoyunıñ gəzdirmiyə
[D–280. 11–12].
Bu məqamda qoyunun rəngini bildirmə-
yə xidmət edən yañal sözü nədənsə ‘yunlu’
mənasında O.Ş.Gökyay nəşrində ‘yüñlü’ [10.
S.179, 457], M.Ergin nəşrində ‘yuñlu’ [2. I.
S.238. II. S.341], H.Araslı nəşrində isə ‘yunlu’
kimi [4. S.147] transkripsiya edilmişdir.
S.Əlizadə F.Zeynalovla birgə hazırladığı nəşr-
də ‘bəkil’ kimi oxuduqları bu sözə belə bir
şərh yazır: «Bu söz (yəni yuñlu. – A.H.) tərtib-
çi-naşirlər tərəfindən yaxşı tapılıb. Lakin D-
dəki qrafik kompleksi heç cür ‘yuñlu’ kimi
oxumaq mümkün deyil. Bəkil sözü isə mətndə
‘gözətçi’ mənasında anlaşıla bilər» [6. S.253].
Düzü, tümən qoyun birləşməsinin ‘on min qo-
yun’ demək olduğunu nəzərə aldıqda bu cüm-
lədə rəng bildirən ağca sifətindən sonra ‘gö-
zətçi’ anlamlı bəkil sözünün işlədilməsi mən-
tiqsiz görünür. Elə buna görə də S.Tezcan–
H.Boes – choten nəşrində sözün yañal varian-
tında transkripsiyasını [11. S.182] daha düz-
gün və yerinə düşmüş variant hesab edirik.
S.Tezcan bu oxunuşa verdiyi şərhdə
yazı-
lışının məhz ‘alaça’ mənalı yañal sözü olduğunu
gətirdiyi dil faktları ilə sübuta yetirməyə çalış-
mışdır [12. S.366–367]. Həqiqətən, bu cümlədə-
ki sözlərin düzülüşünü diqqətlə nəzərdən keçir-
dikdə ağca və yañal sözlərinin həmcins təyinlər
kimi qoyunların rəngini bildirməyə xidmət etdiyi
müəyyənləşir. Bundan əlavə, yañal sözünün
‘qırmızı’, ‘parlaq qırmızı’, ‘qırmızımtraq’ məna-
larında işlənildiyi türk dünyasının böyük söz us-
talarının dilində də rast gəlinməkdədir.
Qaracaoğlanda:
Birağaçta biter kırk yanal alma,
Birindengayriyeelinisalma.
Irak, yakındiyeeğlenipkalma,
Turnayârinselâmsaldı gel diye.
[13. Bitti m'ola şam ilinin hurmasi?]
Pir sultan Abdalda:
Allah Allahdesem, gelsem,
Hakk'ındivanınadursam,
Ben biryanılalmaolsam,
Dalındabitsem, ne dersin?
ASİF HACIYEV (ŞİRVANELLİ)
108
Senbiryanılalmaolsan,
Dalımdabitmeyegelsen,
Ben birgümüşçövmenolsam,
Çeksem, indirsem, ne dersin?
[14. Allah Allah desem gelsem]
Firdevs-i Ala'dabiryanalelma,
On sekiz bin ilminnurudediler.
Muhammet Mustafa Haydar-i Kerrar,
HünkarHacıBektaşVelidediler.
[14. Firdevs-i ala'da bir yanal elma]
Göründüyü kimi, orta əsr ozanlarının di-
lində yanal və yanıl fonetik variantlarında işlə-
nilmiş bu söz rəng bildirən sifətdir.
Bu da diqqəti çəkən faktdır ki, Azərbay-
can dilinin Gədəbəy şivəsində indi də işlən-
məkdə olan bu söz ‘qırmızımtraq’ anlamını
daşıyır [15. S.539]. Bütün bunlar belə bir nəti-
cəyə gəlməyə əsas verir ki, yañal sözü məhz
‘qırmızı’ mənasında qavranılmalıdır. Ən ma-
raqlı cəhət budur ki, gərdəyi səciyyələndirən
yañal ala təyinləri «Kitab»la bağlı digər bir
məqamda ‘qızıl ala’ şəklində işlənilmişdir:
Qırq yerdə otaq dikdirdi, qırq yerdə qızıl ala
gərdək dikdirdi [D–189. 10–12].
Fikrimizcə, yañal və qızıl sözlərinin ey-
ni, yəni ‘qırmızı’ anlamını daşımaları onların
bir-birini əvəz etmələrinə imkan yaratmışdır.
Təbii ki, sözün ‘qırmızı’ anlamında izahı onun
etimoloji açımının fərqli şəkildə olduğunu söy-
ləməyə əsas verir. V.Zahidoğlu yandakı, kəna-
rdakı kimi açıqladığı bu sözü etimoloji cəhət-
dən ‘yan, ətraf’ mənalı yañ kökü ilə bağlayır
və -a feil düzəldən şəkilçi vasitəsilə ‘yana
doğru dönmək’ mənalı yaña- feilindən -l şə-
kilçisi ilə yarandığını irəli sürür [9. S.8–9].
Bizə görə isə bu arxaik söz bir çox sifətlər kimi
feildən -al//-əl şəkilçisi ilə düzəlmişdir. Müqa-
yisə et: gözəl < göz- (/gör-)-əl [16. S. 63–64].
Görünür, yañal sifəti tarixən ‘alışıb yanmaq’
mənasında işlənmiş yan- feilindən [17. III.
S.62] -al şəkilçisi ilə düzəlmişdir. Sözün -ñ-
samiti ilə yazılışına gəlincə, n ~ ñ səs müvazi-
liyi deyilişə əsaslanan bu variantın mümkün-
lüyünü məqbul sayır.
Bütün deyilənlərdən əlavə, qorqudşünas-
lıqda ‘ev yanında’ formasında transkripsiya
edilən
qrafik formasının ‘uyanında’
variantında oxunması da yañal sözünün məhz
‘qırmızı’ mənasında işlənilməsi fikrini tam
qüvvətləndirir. Əski yazılışa əsasən demək
olur ki, burada əlif və vaf hərflərinin birləşmə-
si olan
qrafemi ev sözü ilə yanaşı, -u- səsini
də ifadə edə bilir. Ona görə də həmin sözü
müasir dilimizdə işlənən uyğun, uyğunlaşmaq
sözlərinin kökündə yaşayan uy- feilinin -an
feili sifət, -ı mənsubiyyət (-n bitişdirici samitdir)
və -da yerlik hal şəkilçisi qəbul etmiş forma
kimi də oxumaq mümkündür. Faktlar göstərir ki,
bu qrammatik forma abidənin dili üçün yad
deyil. Belə ki, Keçənindən otuz aqça alurdı,
keçməyənindən dögə-dögə qırq aqça alurdı [D–
155. 3–4] cümləsində işlənmiş feili sifətlər
müvafiq kateqoriyalar üzrə dəyişməklə isimləş-
mişlər. Uy- arxaik feili ‘uyğun olmaq’ mə-
nasında Əbu Həyyan lüğətində də iki dəfə veril-
mişdir [18. S.23] ki, bu da xalqımızın qədim
düşüncə tərzini canlandıran deyimin Al-qırmızı
uyğunluğunda (müvafiqliyində) qurulsa, gərdək
gözəldir fikrini ifadə etdiyini söyləməyə əsas
verir.
Əksər nəşrlərdə ‘Uzunca tənəfi görkli’
kimi oxunan ikinci misradakı deyimdə isə məi-
şətlə bağlı çadır ipinin uzun olmasının gərəkliyi
fikrinin irəli sürüldüyü göstərilir. Bu yozum
urunca sözünün ilk baxışda əski əlifba ilə yazılı-
şa uyğun ‘uzunca’, ‘çadır ipi’ anlamını verən
ərəb mənşəli tənab sözünün isə ‘tənəfi’ fonetik
variantında oxuna bilməsi ehtimalına əsaslanır.
Qorqudşünas-alim V.Zahidoğlu tənab sözünün
hətta xalq danışıq dilinin təsiri ilə ‘tənəfi’ (-i
mənsubiyyət şəkilçisi kimi düşünülür) forma-
sında işlənmə imkanının mümkünsüzlüyünü və
ən başlıcası, daxil olduğu sətrin, mətn parçasının
sintaktik quruluşuna uyğunsuzluğunu əsas gəti-
rərək, onu qədim türk dilində ‘çadır ipi, şərid’
mənalı tanğı arxaizmi kimi bərpa edir [19.
Dostları ilə paylaş: |