N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI 
 
 
109 
S.473–475].  «Kitab»ın  dilinə  tarixi  baxımdan 
həssas  yanaşan  araşdırıcının  mövqeyi  digərləri 
ilə  müqayisədə  inandırıcı  görünsə  də,  soyla-
manın məntiqi axarına aydınlıq gətirmir. Belə ki, 
ikinci  sözün  eyni  məna  daşıyan  ərəb  mənşəli 
‘tənəf (< tənab)’, yaxud türk mənşəli tanğı sözü 
kimi açıqlanması deyimin mahiyyətini dəyişmir. 
Bu  soylama  parçasının  əvvəlki  misralarında 
dizin  qatlayıb  ailəsinə  halallıqla  qulluq  edən  ev 
qadını, öz toxumundan övlad böyüdüb boya-ba-
şa çatdıran, pərvazlandıran ata, ağ, müqəddəs sü-
dünü doyunca əmizdirən ana alqışlanaraq örnək 
sayılır  (ətraflı  bax:  [20.  S.73–76]).  Məntiqi  ba-
xımdan  həmin  hökmlərlə  səsləşib,  biri  digərini 
tamamlayan sonrakı deyimlər də olduqca maraq-
lı fikir üzərində qurulmuşdur.  
Öncə qeyd etdiyimiz kimi, Yañal ala uya-
nında  dikilsə,  gərdək  görkli  deyimi  ilə  bəylə 
gəlinin  ilk  zifaf  gecəsini  keçirdikləri  al-qırmızı 
çadırın  müqəddəsliyi  dəyərləndirilir.  Türk  inan-
cında  qırmızı  rəng  eşq,  şəhvət,  ehtiras  rəmzidir 
ki,  gərdək  də  bəylə  gəlinin  cismani  qovuşduğu 
ülvi  bir  məkandır.  Urunca  tınğı  görklı.  Oğul 
görkli  deyimi  bu  fikrin  məntiqi  davamı  kimi 
araşdırıldıqda  həqiqi  mənasını  tapmış  olur.  Na-
şirlərin  çoxaltma  dərəcə  şəkilçili  uzunca  sifəti 
kimi  oxuduqları  urunca  sözü  əslində  ur-  arxaik 
feilinin -unca feili bağlama şəkilçisi qəbul etmiş 
formasıdır.  Bir  nöqtə  qoyuluşu  ilə  fərqlənən 
urunca  və  uzunca  sözlərinin  əski  əlifba  ilə 
  şəklində  yazılışı  ilk  mənanın  nəzərdən 
qaçırılmasına  şərait  yaratmışdır  ki,  sürətli  yazı 
prosesinin  fəsadlarından  biri  kimi  üzə  çıxan  bu 
oxşar  qrafik  forma  mətndə  -r-  kimi  oxunması 
tələb  olunan  neçə-neçə  sözün  tərkibində  özünü 
göstərir. Məsələn, qara qoç [D–3. 10], urun [D–
27.  5],  Tondar  [D–37.  1]  sözlərindəki  -r- 
hərfinin  bir  nöqtə  qoyuluşu  ilə  yazılışı  həmin 
sözlərin  ‘qazağuc’,  ‘uzun’,  ‘Tondaz’  variantla-
rında  oxunması  üçün  əsas  olmuşdur.  Dil  tarixi 
faktları  göstərir  ki,  arxaik  ur-  feili  ‘toxum  səp-
mək’,  ‘doğmaq’,  ‘nəsil  vermək’,  ‘mayalanmaq’ 
mənalarında  işlənməklə  müasir  türk  dillərində 
‘ailə’, ‘nəsil’, ‘övlad’, ‘toxum’ anlamlarını verən 
bir  çox  sözlərin  mənşəyində  durur  [21.  I.  2h. 
S.1651, 1658; 22. S.604–605]. Bu qədim feil kö-
künə ‘qoymaq, taxmaq’  mənalarında M.Kaşğari 
lüğətində də [17. IV. S.606–607] rast gəlinir ki, 
‘urağut  =  qadın,  arvad’  [17.  I.  S.194],  ‘urı  = 
oğul’ [17. I. S.152], ‘uruğ = dənə, toxum, həbbə’ 
[17.  I.  S.133]  kimi  arxaizmlər  məhz  həmin  se-
mantik özüldən qaynaqlanmışdır. Bundan əlavə, 
«Kitab»ın dilində cəmi bircə dəfə işlənib qohum, 
bir nəsildən törəyən ailə üzvü anlamını verən ur-
ğun sözü də (Yettügimdə yel yetməzdi yedi urğu-
num  [D–207.  9–10])  bu  arxaik  feil  kökündən 
törəmişdir  [23.  S.166–169].  Odur  ki  ‘nəsil  ver-
mək’ mənalı ur- feilinin göstərilən məqamda iş-
lənməsinə şübhə yeri qalmır.  
‘Tınğı’  kimi  transkripsiya  etdiyimiz 
  sözünün  məna  açımı,  ümumilikdə,  soy-
lama  parçasının  və  deyimin  semantik  ruhu  ilə 
tam  səsləşir.  Təhlil  göstərir  ki,  M.Kaşğari 
lüğətində ‘ruh, nəfəs’ və ‘nəfəs almaq’ anlam-
larında tın- feil-ad sinkretizmi işlənmişdir [17. 
I. S.349. II. S.54].  Bu korrelyativ  sözə  ‘nəfəs, 
ruh,  həyat’  və ‘nəfəs  almaq, rahatlanmaq,  isti-
rahət  etmək’  mənalarında  müasir  türk  dillə-
rinin  bir  çoxunda  həm  müstəqil  şəkildə,  həm 
də  ‘həyat  vermək,  həvəsləndirmək’  mənalı 
tınıt- [21. III. 2h. S.1316], ‘nəfəs’  mənalı tınış 
[21.  III.  2h.  S.1317]  sözlərinin  tərkibində  rast 
gəlinir.  Görünür,  tarixən  işlək  olan  tın-  feili 
M.Kaşğari  lüğətində  müşahidə  etdiyimiz  ‘ra-
hat  etdirmək,  dincəltmək’  mənalı  tındır-  feili-
nin [17. II. S.189] və ‘nəfəs alma’ mənalı tınığ 
isminin  [17.  II.  S.63]  yaranmasında  da  iştirak 
etmişdir.  Bu  sinkretik  söz  kökünə  ‘ruh,  nəfəs’ 
və ‘nəfəs almaq’ anlamlarında eyni əsrin məh-
sulu olan «Kutadgu Bilig» didaktik poemasın-
da  da  rast  gəlinir  [24.  S.1243].  Bundan  əlavə, 
həmin əsərdə tın- feil kökündən törəmiş canlı; 
şüurlu  həyat  sürən  varlıq  anlamını  daşıyan 
tınığlı (-ığ isim, -lı sifət düzəldən şəkilçilərdir) 
sözü ilə də qarşılaşmaq mümkündür: 
 
23 uçuğlı yorığlı tınığlı nece 
tiriliğü seningdin bulup bir içe [24. S.94]. 


ASİF HACIYEV (ŞİRVANELLİ) 
 
 
110 
1741 negü tir eşitgil ukuşluğ amul 
yorığlı tınığlı küdezçisi ol [24. S.366]. 
 
3106 tilin sözledi barşa edgü sena 
dua birle tınmaz tınığlı tına [24. S.564].
 
 
Bu feil kökü dilimizin tarixi inkişaf prose-
sində  izsiz  ötüşməmiş,  bəzi  şivələrimizdə  ‘ha-
vası  çatmamaq,  təngnəfəs  olmaq,  boğulmaq’ 
mənasında işlənən tıncıxmaq feilinin [15. S.496] 
kökündə daşlaşmış şəkildə yaşamaqdadır. 
Qorqud  deyimində  işlənmiş  tınğı arxaiz-
mi  də  həmin  tın-  feilindən  -ğı  leksik  şəkilçisi 
ilə  yaranmışdır  ki,  güclü  nəfəsalma  ilə  müşa-
hidə  edilən  ehtiras  hissini  ifadə  etdiyini  düşü-
nürük.  Etimoloji  açımdan  əlavə,  bu,  aşağıdakı 
faktlarla da özünü doğruldur.  
Müasir  canlı  xalq  danışıq  dilində  ‘kefi 
durmaq’ [15. S.496],  ‘keyfi  gelmek,  canı...  is-
temek’  [25.  S.504]  anlamlı  ‘tınqılığı  durmaq’ 
deyimi  işlənir  ki,  buradakı tınqılığı (  mənsu-
biyyət  şəkilçisidir)  sözü  məhz  bəhs  etdiyimiz 
tınğı  arxaizmindən  -lıq  morfemi  ilə  düzəlmiş 
və ‘kef’ anlamı ilə müqayisədə daha dəqiq gö-
rünən ‘ehtiras, həvəs’ mənasını ifadə etmişdir.  
Beləliklə,  zəncirvarı  fikirlərin  keçid  həl-
qəsini təşkil edən yuxarıdakı deyim bəylə gəli-
nin  qovuşmasına  şərait  yaradan  gərdəyin  şəh-
vət  hissi  oyadan  parlaq  al  rəngində  qurulması 
şərti  ilə  başlanır,  nəsil  artırmaq  ehtirasının 
gözəlliyinin təqdir edilməsi  ilə davam  etdirilir 
və  bu  prosesin  nəticəsi  kimi  dünyaya  gələcək 
oğul övladın üstün tutulması ilə tamamlanır. 
 
Məqalənin elmi yeniliyi və tətbiqi əhə-
miyyəti.  «Dədə  Qorqud»  eposunda  verilmiş 
soylamaların semantikası xalqımızın bu gün də 
yaşamaqda  olan  inancları,  adət-ənənəsi,  həya-
ta, təbiətə baxışları ilə sıx bağlıdır. Bu mühüm 
faktı  nəzərə  almadan  qorqudşünaslıqda  müba-
hisə obyektinə çevrilən bəzi oxunuş və yozum-
lara  münasibət  bildirmək  olduqca  çətindir. 
Abidənin orfoqrafik xüsusiyyətlərini və arxaik 
leksik layını dərindən araşdırmaqla bəzi müba-
hisəli  söz,  deyim  və  mətn  parçalarını  əslinə 
uyğun transkripsiya edib açıqlamaq olur ki, bu 
da,  ümumilikdə,  abidənin  daha  dəqiq  tərtibini 
hazırlamağa imkan yaradır.  
 
Ə D Ə B İ Y Y A T 
 
1.  Hacıyev  A.  Zamanı  yaşayan  Qorqud 
sözləri  //  Dədə  Qorqud:  Elmi-ədəbi  toplu. 
Bakı: Nurlan, 2010. 2. 
2.  Ergin M. Dede Korkut Kitabı: Giriş – 
Metin  –  Faksimile.  Ankara:  Türk  Tarix  Kuru-
mu Basımevi, 1958. C. 1; 1963. C. 2. 
3.  Yenə onun. Dede Korkut kitabı. İstan-
bul: Boğaziçi Yayınları, 2008. 
4.  Kitabi-Dədə  Qorqud  /  Tərtib  edən 
H.Araslı. Bakı: Gənclik, 1978. 
5.  Cəmşidov Ş. Kitabi-Dədə Qorqud: (ta-
rixi,  coğrafi,  tekstoloji  tədqiq  və  Drezden  əl-
yazmasının  dürüstləşdirilmiş  elmi  mətni).  Ba-
kı: Elm, 1999. 
6.  Kitabi-Dədə  Qorqud  /  Tərtib,  trans-
kripsiya,  sadələşdirilmiş  variant  və  müqəd-
dimə  F.Zeynalov  və  S.Əlizadənindir.  Bakı: 
Yazıçı, 1988. 
7.  Kitabi-Dədə  Qorqud  /  Tərtib  edəni, 
çapa  hazırlayanı,  ön  sözün  və  lüğətin  müəllifi 
S.Əlizadə. Bakı, 1999. 
8.  Kitabi-Dədə  Qorqud  Ensiklopediyası. 
Bakı, 2000. C. 1. 
9.  Zahidoğlu  V.  «Dədə  Qorqud  kitabı»-
nın  nəşrlərindəki  yanlışlıqlar  və  mətn  həqiqət-
ləri  //  Dədə  Qorqud:  Elmi-ədəbi  toplu.  Bakı: 
Nurlan, 2013. С. 4. 
10.   Gökyay O.Ş. Dedem Korkutun Kita-
bı. İstanbul: Kabalcı Yayınevi, 2006. 
11.   Tezcan  S.,  Boeschoten  H.  Dede 
Korkut Oğuznameleri. İstanbul, 2001. 
12.   Tezcan  S.  Dede  Korkut  Oğuzname-
leri Üzerine Notlar. İstanbul, 2001. 
13.   karacaoglansiirleri.blogspot.com 
14.   pirsultanabdalsiirleri.blogspot.com 
15.   Azərbaycan  dilinin  dialektoloji  lü-
ğəti. Bakı: Şərq-Qərb, 2007.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə