Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

28 

 

bir şəxs kimi təqdim etmişdir. Rəvvadilərlə Şəddadilər arasında məhz bu hökmdarların dövründə əldə edilmiş 



dostluq və ittifaq (94) sözsüz ki, Duləfilərin hakimlik etdikləri Naxçıvanda da, müvəqqəti olsa da, 

əminamanlığın bərpası üçün şərait yaratmışdı. Qətranın mədhiyyəsındə 

[76 - 77] 

verilmiş "Sənin üçün Syuni 

(yəni, Sünik, N. V. ) nemətlı olacaqdır,  Şirvan ölkəsi sənin üçün Arran kimi bir ölkə olacaqdır" (95) sözləri 

Sünikin (eləcə də Naxçıvanın), həmçinin II Ləşkərinin ana yurdu Şirvanın Şəddadilərdən asılılığını təsdiq edir. 

"Turanın hökmdarı, bütün İranın şahı sənsən, ey ağılca qoca olan gənc padşah" (96) deməklə, Qətran Şəddadi 

hökmdarını hətta Rəvvadilərdən də üstün edir. Onu da qeyd edək ki, Qətran Təbrizi və Əsədi Tusinin Şəddadi 

hökmdarı II Ləşkərini "Turan hökmdarı" və ya "bütün İranın şahı", Əbu Duləfı "Naxçıvanşah", "Arranşah" və 

ya "Şahi Ərmən" və s. adlandırmaları "təsadüfı deyil və dövrün poeziyası və nəsrində buna bir çox paralellər də 

tapmaq mümkündür" (97). Yeri gəlmişkən əlavə, etməliyik ki, XI-XII əsrlər poeziyasında və nəsrində doğrudan 

da "şahi Gəncə", "şahi Şamaxı" və b. bu kimi titullara rast gəlinir. Bu dövrdə ayrı-ayrı şəhərləri və vilayətləri 

(Beyləqan, Bərdə, Dvin və b.) demək olar müstəqil idarə edən hakimlər tabe olduqları dövlətlərə müəyyən 

edilmiş miqdarda vergilər verir, dövriyyədə onların pullarını  işlədir, cümə xütbələrində  əvvəl həmin 

hökmdarların adlarını  çəkirdilər. Bəzən xütbələrdə bu və ya başqa hadisədən istifadə edilərək həmin 

hökmdarların adları yad edilmirdisə, bu müvəqqəti hal daşıyır, şəhəri və ya vilayəti idarə edən hakimə dövlət 

başçısı, həmin əraziyə isə dövlət statusu qazandırmırdı; məsələn, hələ Sacilər və Salarilər dövrlərində Rəvvadi 

nəslinə mənsub əmirlərin idarə etdikləri Əhər, Varzaqan, Təbriz və başqa şəhərlər, Şəddadilərin dövründə Şavur 

və başqaları  tərəfindən idarə edilən Dvin şəhəri, eləcə  də Duləfilərin idarə etdikləri Naxçıvan dövlət deyil, 

feodal hakimlərin idarə etdikləri şəhər və ya vilayətlər idi. Başqa sülalələrlə qohumluq əlaqələri olan 

[77 - 78]

 

Duləfilərin idarə etdiyi Naxçıvan da bu dövrdə Şəddadilər dövlətinin tərkibində bir əmirlik idi. 



Artıq II Ləşkərinin hakimiyyətinin son illərində -1046/47-ci ildə Azərbaycanın və Ermənistanın bir çox 

dağlıq yerlərini  ələ keçirmiş  Səlcuq  əmiri Qutulmış ibn İsrail dövlətinin başçısı Sultan Toğrulun  əmri ilə 

Şəddadilərə qarşı uğursuz əməliyyatlar keçirir (98). 

Səlcuqilərin Rəvvadilər və Şəddadilər dövlətlərinə qarşı daha ciddi addımları isə bir neçə il sonraya -

1054-55-ci ildə Sultan Toğrulun Azərbaycana yürüşü zamanına aiddir: digər feodal dövlətlərinin başçıları kimi 

həm Rəvvadi Vahsudan, həm də Şəddadi Şavur səlcuq sultanın hakimiyyətini qəbul edib, onun adını xütbələrdə 

çəkməyə, vergi ödəməyə başlayırlar.  Şəddadilər hətta Səlcuqilərin müttəfıqinə, onların bölgədə yürütdükləri 

siyasətin aparıcılarına çevrilirlər (99). Aristakes Lastiversinin məlumatına görə, erməni tarixi ilə 504-cü ildə 

(1055/56) Ermənistana səlcuq sultanı Toğrulun adı ilə "erməni hökmdarı Aşotun kürəkəni, Dvin və Qandzakın 

(Gəncənin, N. V. ) sahibi Apusuarın (Əbuləsvar Şavurun, N. V. )" döyüşçülərindən ibarət qoşun daxil olmuşdur 

(100). Mənbələrdə bu dövrə aid hadisələrlə bağlı Duləfilərin adı  çəkilməsə  də, cənub istiqamətindən hücuma 

keçən səlcuq qoşunlarının Naxçıvandan уan keçməsi mümkün deyildi. 

1063-cü ildə hakimiyyətə gəlmiş ikinci səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycandakı feodal 

mülklərin səlcuqilərin vassalı olan sahibləri üzərində  təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş etdi 

(101).  İbn  əl-Əsir bu yürüşün 406-cı ilin rəbi  əl-əvvəl ayının ilk günlərində baş verdiyini, sultan qoşununun 

Reydən Mərəndə, oradan da "ölkənin dərələri və sərt dağları ilə Naxçıvana" gəldiyini 

[78 - 79]

 bildirir (102). 

Sultan burada "Araz çayını keçmək üçün gəmilər hazırlamağı  əmr edir" (103). Yenə  həmin müəllifın 

məlumatına görə, Naxçıvanda olarkən "sultanın ətrafında saysız-hesabsız hökmdar və əsgər toplandı". Qoşun və 

gəmi hazırlığı tamamlanan kimi sultan "gürcülərin ölkəsinə yola düşdü" (104). Bundan sonra səlcuqlar 

"müsəlmanların sərhədyanı dayağı" olan iki qalanı (Sürmərini və Qarabağı) tutur və "əsgərlərlə, sursatla, pulla 

və silahla təmin edib, Naxçıvan  əmirinin sərəncamına verirlər" (105). Bu məlumatda Naxçıvan  əmirinin adı 

çəkilməsə  də M. Şəriflinin fıkrincə, o, Əbu Duləf deyil; belə ki, sultan Alp Arslan Naxçıvan  şahlığını  ləğv 

edərək, Səlcuq dövlətinə tabe etmiş, Naxçıvana öz əmirini təyin etmişdi (106). Belə  çıxır ki, İbn  əl-Əsirin 

haqqında danışdığı Naxçıvan  əmiri artıq Duləfilərdən deyil, səlcuqlardan olmuşdur. Lakin, məlumdur ki, 

"Gərşasb-namə"  əsərini  Əbu Duləfə  həsr etmiş  şair Tusi Əli  Əsədi 458(1065/66)-ci ildə Naxçıvanda onun 

sarayında olmuş,  Əbu Duləf haqqında yazdığı dastanı adı  çəkilən  əsərinə salmışdı (107). Burada bir qədər 

dolaşıqlıq yaranır: əgər Alp Arslanın Naxçıvanı tutması və onun yerli hakimini səlcuq əmiri ilə əvəz etməsi faktı 

h. 456-cı ildə baş vermişdisə, bundan iki il sonra - h.458-ci il-də Naxçıvanda Əbu Duləfin sarayında olmuş Tusi 

Əli  Əsədi artıq "Naxçıvanşah  Əbu Duləfi"  əmir vəzifəsində görə bilməzdi. Görünür, Kəsrəvi Təbrizinin 

araşdırmalarını  dəstəkləyən M. Şərifli məhz buna görə sultan Alp Arslanın Naxçıvanşahlığı  ləğv edərək 

Naxçıvana əmir təyin etməsi hadisəsini Əsədinin Naxçıvanda olduğu 458-ci ildən "az sonra" baş verdiyini qeyd 

edir (108). Bu isə tarixi həqiqəti təhrif edir; belə ki, artıq qeyd etdiyimiz kimi, sultan Naxçıvanda h. 456-cı ildə 

olmuşdu. Əgər Əsədinin Əbu Duləfı 

[79 - 80]

 Naxçıvanda öz sarayında görməsi realdırsa, onda onun bu dəfə 

səlcuq  əmiri kimi Naxçıvanı  hələ bir müddət də, bəlkə  də  Şəddadilər dövləti süqut edənədək, idarə etdiyini 

güman etmək olar. Bu tarixdən sonra mənbələrdə bir daha Naxçıvanşah Əbu Duləf adına rast gəlinmir. Az sonra 

isə Azərbaycanşah və Arranşahların yerlərini də səlcuq əmirləri tuturlar. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə