Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   ...   34

 

 



 

 

§ 1. Naxçıvan Ərəb Xilafəti dövründə 

(VII - IX əsrlər) 

 

Ərəb yürüşlərinin başlanması. VII

 əsrin əvvəllərində tarixi Azərbaycan ərazisinin də daxil olduğu 

Cənubi Qafqaz regionu Orta Şərqin çox hissəsi kimi Bizans imperiyası ilə İran Sasanilər dövlətinin tabeliyində 

və ya nüfiız dairəsində idi. Həmin  əsrin 30-cu illərində Yaxın  Şərqdə yeni bir qüvvənin - Ərəb dövlətinin 

yaranması və az sonra onun həyata keçirdiyi işğalçı yürüşlər Məğribdən Məşriqədək geniş bir ərazidə yaşayan 

onlarla xalqın, о cümlədən, azərbaycanlıların həyatında taleyüklü dəyişikliklərə səbəb oldu. Çox keçmədən, yeni 

dövlət qurumu dövrün ən iri imperiyalarından olan Sasanilər İranının bütün, Bizansın isə bir çox torpaqlarını ələ 

keçirdi. 

Ərəblərin ilkin hücumlarını  dəf etməyə  cəhd göstərən  İran  şahənşahı III  Yəzdigərd ona tabe ölkə  və 

vilayətlərin hakimlərinə müraciət edərək, köməkçi qoşun dəstələri göndərmələrini tələb etdi. Yerli hakim və ya 

qoşun başçılarının rəhbərlik etdiyi müxtəlif yerlərdən, о cümlədən, tarixi Azərbaycan torpaqlarından olan yüz 

minədək könüllü bu çağırışa cavab olaraq, döyüşlərin getdiyi İraq  ərazisinə yollandı (müxtəlif isnadlara 

əsaslanan mənbələr döyüşçülərin 

[8 - 9]

 sayını 60 min ilə 120 min arasında qeyd edirlər) (1). 634-cü ildə 



Yəzdigərd  İran ordusunun baş komandanı  vəzifəsinə  hərbi  şücaəti ilə ad çıxarmış, yerli qaynaqların Midiya, 

Azərbaycan (Atrpatakan) hakimi adlandırdıqları Fərruxzad oğlu Rüstəmi təyin edir (2). 

Ərəb hücumu ərəfəsində Albaniyanın (Arranın) Mihranilər sülaləsinə mənsub ilk hökmdarı olan Varaz 

Qriqorun kiçik oğlu Cavanşirin "mütləq olaraq əzəmətlə  İberiya hüdudlarından hunların qapısına və Araz 

çayınadək ağalıq etdiyi" ərazi bu dövrdə Naxçıvan torpaqlarını da əhatə edirdi. Moisey Kalankatuklunun 

məlumatına görə,  ərəblərlə ilk ciddi döyüşlərdə albanlardan ibarət qoşun hissəsinə başçılıq edən sərkərdə 

Cavanşir öz şücaəti ilə  fərqlənə bilmişdi (3). Artıq Sasanilərin paytaxt şəhəri Ktesifon (Mədain) uğrunda 

vuruşmada (637) baş komandan sərkərdə Rüstəmin bilavasitə özünün Azərbaycandan topladığı 80 minlik 

qoşunla birlikdə Cavanşirin üç minlik dəstəsindən başqa erməni sərkərdəsi Muşeq Mamikonianın da üç minlik, 

Sünik knyazı Qriqorun isə min nəfərlik dəstələri iştirak edirdi (4). Ərəblərin qələbəsi, Ktesifonun alınması və III 

Yəzdigərdin qaçması ilə  nəticələnən bu qanlı döyüşdə  sərkərdə Rüstəmlə  bərabər Cənubi Qafqazdan olan bir 

çox döyüşçülər, о cümlədən, Sünik knyazı Qriqor və oğlu həlak oldular (5). Ağır yaralanmış Albaniya knyazı 

Cavanşir isə yaraları sağaldıqdan sonra da hələ bir müddət  İran ordusu tərəfmdə  ərəblərlə vuruşur, lakin 

mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edərək, 639-640-cı ildə vətəninə qayıdır (6). 

Yerli mənbə Cavanşirin elə bu illərdə Sisakan (Sünik) knyazının qızı ilə evlənməsi haqqında da məlumat verir 

[9 - 10]


Ərəblərin.Sasanilər imperiyasının  şimal  əyalətlərinə, eləcə  də, Cənubi Qafqaza doğru yürüşlərinin 

qarşısını keçilməz bir sədd kimi tutan Nihavəndin 642-ci ildə baş verən süqutu bu istiqamətdə hərəkət edən ərəb 

ordu hissələrinin yolunu açdı, ərəb tarixçisi ət-Təbərinin (IX əsr) sözləri ilə desək, о gündən iranlıların birliyi 

pozuldu; bundan belə hər vilayətin əhalisi düşmənlə yalnız öz ərazisi hüdudlarında döyüşdü (8). 

Azərbaycan  ərəblərin ilk yürüşlərində. Naxçıvana hücum.

  Tarixi Azərbaycan  ərazisinə  ərəb 

qoşunlarının real hücumları  həmin hadisədən bir il sonra - 643-cü ildə başladı (9). Dövrün mənbələrinin 

müqayisəli təhlilindən görünür ki, 643-644-cü illərdə, xəlifə Ömərin (632-644) dövründə, ərəblər ölkənin yalnız 

cənub və Dərbəndədək Xəzərsahili torpaqlarını tuta bilmişdilər (10). İşğalın bu mərhələsi yerli əhali ilə Xilafət 

üsul-idarəsi arasındakı münasibətləri tənzimləyən ilk sülh müqavilələrinin bağlanması ilə nəticələndi. Ərəblərə 

müqavimət göstərməyən "əhli-kitab", yəni vahid ilahi qüvvəni tanıyan və müqəddəs kitabı olan xristian, yəhudi 

əhalinin və eləcə  də  işğalın ilk dövründə atəşpərəstlərin həyatı,  əmlakı  və dini cizyə-can vergisi vermək 

müqabilində toxunulmaz elan edildi. İslamı qəbul edənlərə güzəştlər olundu, ərəblərlə birlikdə yürüşlərdə iştirak 

edən yerlilər xidmətləri əvəzində vergidən azad edildilər (11). 

Lakin, 644-645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra, mərkəzdə baş verən siyasi sabitsizlikdən 

istifadə edən azərbaycanlılar üsyan edərək,  ərəblərlə bağladıqları müqavilələrin  şərtlərini yerinə yetirməkdən 

imtina etdilər (12). 

[10 - 11]

 

Xilafətin yeni başçısı Osmanın (644-656) Azərbaycana göndərdiyi sərkərdə  əl-Valid ibn Ukbanın 



rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni - ikinci geniş yürüşü başlanır (13). Bir il əvvəl 

tutduqları Azərbaycan torpaqlarını bir daha işğal edə bilən və yeni sülh müqaviləsi bağlayan ərəblərin sərkərdə 

Səlman ibn Rəbiənin başçılığı ilə 12 minlik ön dəstəsi, mənbənin məlumatından göründüyü kimi, Arazı keçərək 

Albaniya  ərazisinə  də hücum edir, oranı talayıb çapır, zəngin qənimət və  əsirlərlə  əl-Validin qərargahına 




 

qayıdır. Ət-Təbərinin bu xəbəri (14) yerli mənbənin müəllifi Gevondun məlumatı ilə də təsdiq olunur. Həmin 



müəllifə görə  İran (Persiya) tərəfındən hücum edən  ərəblər Midiya (Cənubi Azərbaycan) kəndlərini, Qoğtən 

(Qoqtən, Gögtən) vilayətini və Naxçıvan obalarını viran qoydular; kişilərin bir çoxunu öldürdülər, qalanlarını 

isə arvad-uşaqları ilə əsir götürüb, Culfa keçidindən Arazın о tayına apardılar (15). 

Beləliklə, ərəblərin Naxçıvan ərazisinə ilkin hücumu ötərgi basqın xarakteri daşısa da, nəticə etibarilə 

ağır idi: kəndlər, obalar qarət edilmiş, əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi vətənindən didərgin salınaraq, 

uzaq Ərəbistana əsir aparılmışdı (16). 

Həmin dövr hadisələrinin yerli və  ərəb mənbələrində bir qədər dolaşıqlığa gətirib çıxaran ziddiyyətli 

təsviri ədəbiyyatda (müq. et: Z. Bünyadov, R. Məmmədov, A. Ter-Gevondyan, A. Kolesnikov, O. Bolşakov və 

başqalarının  əsərləri)  ərəb yürüşlərinin vaxtının və istiqamətinin fərqli verilməsinə  səbəb olmuşdur. Bu kimi 

fərqlərin meydana çıxmasına əsas səbəb bilavasitə işğal dövrünə (VII-VIII əsrlərə) dair mənbələrin (həm ərəb, 

həm yerli) yox dərəcəsində az olması, həmin dövrə aid, əsasən, IX əsrdə qeydə 

[11 - 12]

 alınmış məlumatların 

isnadlar (ötürmələr və soraqlaşmalar) vasitəsilə çatdırılması ilə yanaşı hadisələrin baş verdiyi dövrün gərginliyi, 

hücuma məruz yerli əhalinin, о cümlədən, azərbaycanlıların işğalçılara göstərdikləri ciddi müqaviməti üzündən 

eyni yerin bir neçə dəfəyə tutulması olmuşdu. 

Mənbələrin müqayisəli təhlili göstərir ki, Naxçıvanın  ərəblər tərəfindən işğalı da birdəfəyə mümkün 

olmamış, Xilafət qüvvələri bu əraziyə bir neçə dəfə hücumlar etmişlər. Yepiskop Sebeosun məlumatına görə, 

belə hücumlardan biri zamanı (mətnə  əsasən, Bizans hökmdarı Konstantinin (641-668) hakimiyyətinin ikinci 

ilində) ərəblər Naxçıvan qalasına hücum etsələr də, onu tuta bilməmiş, ətraf yerlərin işğalı ilə kifayətlənmişdilər 

(17). 

Ərəblərin və bizanslıların yeni hücumları. Naxçıvana hücumun ədəbiyyatda 

işıqlandırılması

644-cü ildə  xəlifə Osmanın göstərişilə bir qədər də güclənən yeni hücumlar bütün Cənubi 

Qafqaz, о cümlədən, Naxçıvan üçün daha ağır nəticələr verdi. Bu dəfə ərəb qoşımlarına Kiçik Asiya ərazisində 

bizanslılarla vuruşan sərkərdə Həbib ibn Məsləmə başçılıq edirdi. Xəlifə, iki Qafqaz yürüşünün iştirakçısı, bu 

yerlərə yaxşı  bələd olan, özünü mahir hərbiçi kimi tanıtdırmış  Səlman ibn Rəbiəni də  Həbibin köməyinə 

göndərir. Əl-Bəlazurinin bu yürüş haqqında məlumatı bir neçə isnada və varianta əsaslansa da, burada Nəşavə 

adlandırılan Naxçıvanın sülh müqaviləsi bağlanması ilə  nəticələnən işğalının Qaliqala-Xilat-Ərciş-Dəbil-

Naxçıvan-Sisəcan (Sünik), oradan isə Curzana (Gürcüstana) yönəldilən istiqamətdə, Həbib ibn Məsləmənin 

başçılığı ilə həyata keçirildiyi görünür (18). Ərəb tarixçisinin yazdığına görə, Həbibi bu yürüşə xəlifə Osmanın 

əmrilə onun Şam, əl-Cəzirə 

[12 - 13]

 və Suğurdakı (sərhəd vilayətindəki) valisi (amili) Müaviyə göndərmişdi 

(19). Əl-Bəlazurinin bu dedikləri cüzi fərqlərlə başqa ərəb mənbələri müəlliflərinin (əl-Yəqubi, ət-Təbəri, İbn 

əl-Əsir) məlumatı ilə də təsdiq olunur (20). VIII əsrin II yarısı - IX əsrin əvvəllərində (747-823) yaşamış, ərəb 

yürüşləri haqqında qiymətli kitabı dövrümüzədək gəlib çatmayan Ömər  əl-Vakidinin  əsərinə istinad edən  əl-

Bəlazuri (mətndə: "Məhəmməd ben Səd, əl-Vakidiyə, о isə Əbdülhəmid ben Cəfərə, о isə atasına əsaslanaraq 

mənə danışdı...") Həbibin ordusuna qarşı Bizans sərkərdəsi Mavrianın (mətndə:  əl-Mavriyan  ər-Rumi) 

qoşununun vuruşduğunu bildirir (21). Bu, Sebeosun məlumatı ilə də təsdiq olunur (22). Ərəb yürüşlərinin ilkin 

dövrünün bilavasitə müasiri olan bu müəllifin (onun əsərindəki son xəbər VII əsrin ortalarına aiddir) 

məlumatına  əsaslanan erməni tarixçisi A. N. Ter-Gevondyan Həbibin bu yürüşünün 652-653-cü ildə baş 

verdiyini irəli sürsə də, ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi, ət-Təbəri və b.), hadisənin 24 (644-45) və ya 25 

(645-646)-ci ildə olduğunu bildirirlər (23). Naxçıvanın ərəb ordusu tərəfındən işğalını akademik Ziya Bünyadov 

və onun ardınca Rauf Məmmədov dəqiq tarix göstərmədən "xəlifə Osmanın (644-656) dövrünə", Dağıstan 

tarixçisi Ə. Şıxsəidov isə 24/644-645-cü ilə aid edirlər (24). Hər iki Azərbaycan alimi Naxçıvana qarşı ancaq bir 

hücum haqqında məlumat verirlərsə, Ə. Şıxsəidov, haqlı olaraq, ərəblərin Cənubi Qafqaza 32/652-653-cü ildə 

baş verən yeni hücumundan da danışır (25). 

Onu da qeyd etməliyik ki, Həbibin 644-cü ildə baş verən yürüşünü inkar etməyən A. N. Ter-Gevondyan 

bizanslılara qarşı yönəldilmiş I yürüş zamanı  ərəb qoşunlarının yalnız  Şimşatadək irəlilədiklərini və onu 

tutduqlarını, 

[13 - 14]

 Cənubi Qafqazın içərilərinə girə bilmədiklərini, əsas, böyük yürüşün yalnız 10 il sonra 

baş verdiyini iddia edir (26). Mənbələrin təhlili göstərir ki, Həbibin Səlman ibn Rəbiənin köməyi ilə 

Qaliqaladan (Feodosiopol, Ərzurum) başladığı ilk hücum bu şəhərin alınması ilə nəticələnmişdi (27). Bundan 

sonra Mərbəlada (Mardali) möhkəmlənən  ərəb sərkərdəsi burada onun görüşünə  gələn Xilat batrikini qəbul 

etmiş, bu batrikin hələ 640-cı ildə baş verən ərəb hücumları dövründə Xilafət ordusu başçısı İyad ibn Ğənmlə 

bağladığı müqaviləni təsdiqləmiş, müəyyən olunan vergini qəbul etmişdi. Xilatdan sonra Həbib, tarixçi əl-

Bəlazurinin  əl-Busfurrucanın nahiyələrindən biri kimi təqdim etdiyi Moksun sahibi ilə görüşərək, onu hakim 

vəzifəsində  təsdiq etmiş, onunla sülh və  əmin-amanlıq müqaviləsi bağlamışdı.  Ərəb sərkərdəsinin  Ərciş  və 

Bacuneysin kəndlərinə göndərdiyi qoşun həmin yerləri tutmuş, adambaşına düşən cizyəni yığmış, onların 

sahiblərinə torpaq vergisi (xərac) ödəmək  şərtilə irsi mülklərində qalmağa icazə vermişdi (28). Əl-Vakidinin 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə