Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   ...   34

 

Görünür, erkən mənbələrin bəzən Basoropedaya, bəzən də Sünikə aid etdiyi Naxçıvan,  əvvəl 



Sasanilərin, sonralar isə  ərəblərin hücumları  nəticəsində hüdudları  dəyişdirilən həmin  ərazilərlə birlikdə 

işğalçıların tabeliyinə keçdikdə, onlar üçün inzibati mərkəz rolunu oynamışdır. Məhz buna görə  də  ərəb 

mənbələrində Arrana (Albaniyaya) aid əl-Busfurrucan vilayətinin əsas şəhəri kimi qeyd edilmişdi. 

Naxçıvanın hələ Sasanilər dövründə inzibati mərkəz mövqeyində olmasın burada Azərbaycanın  ən 

qədim zərbxanalarından birinin fəaliyyət göstərməsi də  təsdiq edir. Maraqlıdır ki, Naxçıvan zərbxanasında 

"Naxç" monoqramı ilə (pəhləvi dilində) gümüş Sasani sikkələrinin kəsilməsi də tarixçi-numizmat professor 

Y. A. Paxomova görə 590-cı ildən, yəni Naxçıvan Sasanilərə tabe vilayətin mərkəzi olduqdan sonra baş vermis 

və  ərəblərin  şəhəri ələ keçirməsinədək davam etdirilmişdir. Həmin dövrdə Cənubi Qafqazda İrana tabe bütün 

yerlərdə (o cümlədən Albaniyada) olduğu kimi Sasani mərzbanının idarə etdiyi Naxçıvanda da IV Hürmüzdən 

(579-590) başlayaraq son hökmdar III Yəzdigərdədək (632-652) olan bütün Sasani şahənşahlarının adlarından 

gümüş dirhəmlər kəsilmişdir (53). 

Beləliklə, Xilafət ordusu tərəfındən  ələ keçirilmiş Naxçıvanın və  əl-Busfurrucanın (burada: 

Vaspurakanın) hakimləri ilə ətraf yerlərin hakimləri kimi ərəb üsul-idarəsinə tabeçilik və vergi ödəmək şərtilə 

ayrı-ayrılıqda sülh müqavilələri imzalamış Həbib ibn Məsləmə, tarixçi əl-Bəlazurinin məlumatına görə, buradan 

Sisəcana (Sünikə) hücum 

[21 - 22]

 edir, qızğın vuruşmadan sonra Vays qalasını tutur və  "əs-Sisəcandakı 

qalaların sakinləri ilə ona vəd etdikləri xərcin ödənilməsi şərtilə sülh bağlayır" (54). Əl-Bəlazurinin və digər orta 

əsr müəlliflərinin ərəb işğalları ilə əlaqədar qeyd etdikləri Naxçıvan qalalarının - Naxçıvançayın sol sahilində 

eyni adlı yaşayış  məntəqələri yaxınlığında yerləşən Vays-Vayxır,  Şahbuz (Şahabuz), eləcə  də  Şapurqala, 

Naxçıvan  şəhərinin cənubunda olan Yəzidabad (Köhnə qala), Arpaçayın sol sahilində  Aşağı Yayçı  kəndində 

ucalan Yayçı  və başqalarının arxeoloji tədqiqinin nəticələri  ətraf  ərazinin relyefinə uyğun inşa edilmiş bu 

qalaların çox vaxt əlavə müdafıə istehkamları və bürclərlə möhkəmləndirildiklərini, içlərində müxtəlif təyinatlı 

tikililərin salındığını, əksəriyyətinin bu gün yalnız xarabalıqları qalsa da, vaxtilə bütövlüklə diyarın, о cümlədən, 

yaxınlıqdakı  şəhər və digər yaşayış  məntəqələrinin işğalçıların müdafiəsində mühüm rol oynadıqlarını  təsdiq 

edir (55). 

Cənubi Qafqaza səyahəti zamanı yazılı  mənbələrlə yanaşı yerli camaatın  şifahi məlumatından da 

bəhrələnən  əl-Bəlazuri Həbibin Naxçıvanı  və bütün əs-Sisəcan (Sünik) qalalarını  ələ keçirdikdən sonra, çox 

güman, Bizans sərkərdəsi Mavrianın ardınca Curzana (Gürcüstana) getməsi, orada bağlanılan sülh müqavilələri 

və s. haqqında məlumat verir (56). Xəlifə Osmanın xüsusi əmrilə "Arrana yollanan" və  Həbibə bu yürüşdə 

kömək edən Səlman ibn Rəbiə əl-Bəhili isə elə burada, Sünik ərazisində, kufəlilərdən təşkil edilmiş altı minlik 

qoşunu ilə ondan ayrılır. Naxçıvandan Beyləqana, oradan isə  Bərdəyə aparan yeganə yolun üstündə yerləşən 

Biçənək aşırımı  (Şahbuz rayonu ərazisindədir) vasitəsiləArranın içərilərinə daxil olur (57). 

[22 - 23]

 Tarixi 

Azərbaycan ərazisinin şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır (58). 



Naxçıvan VII əsrin II yarısında. İşğal dövrü hadisələrini ardıcıllıqla izləyən əl-Bəlazuri ilə yanaşı eyni 

adda əsər yazmış  Əhməd ibn Əsəm əl-Kufi də (926-cı ildə vəfat edib) Səlman ibn Rəbiənin Arran ərazisində 

"rastına çıxan bütün şəhər və qalaları" tutaraq, Beyləqana yetişməsini və  nəhayət, Dərbənddən  şimalda, 

xəzərlərin ölkəsinədək davam edən işğalçı yürüşünü təsvir edir (59). Lakin ərəblərin işğal etdikləri yerlərdə 

yaratdıqları  və  əsasən müqavilələrdə  nəzərdə tutulan vergilərin toplanması ilə  məşğul olan idarə sistemi 

orqanları  hələ kifayət qədər möhkəm deyildi (məhz buna görə  işğalın ilk illərində canişin terminini "amil" - 

"vergi məmuru" sözü əvəz edirdi). İstər ölkənin daxilində, istərsə də Xilafətin mərkəzində baş verən hər hansı 

bir siyasi dəyişiklik yerli əhalinin xarici tabeçilikdən qurtarmaq cəhdlərilə  nəticələnirdi. Məhz bu səbəbdən 

Cənubi Qafqazın bir çox böyük şəhərləri, о cümlədən, Naxçıvanla bağlanılan sülh də uzun sürmədi. 32 (652-

653)-ci ildə, növbəti qarşıdurmaların birində, hətta Dərbənddən şimala-xəzərlərin şəhəri Bələncərədək irəliləyə 

bilmiş  ərəb sərkərdəsi Səlman ibn Rəbiənin öldürülməsindən sonra (60) Azərbaycanın çox hissəsi yenidən 

ərəblərin itaətindən çıxdı (61). Lakin bu da uzun sürmür. Heç 2 il keçməmiş xəlifə Osman artıq Cənubi Qafqaza 

yaxşı  bələd olan Həbib ibn Məsləməni yeni qüvvələrlə buraya göndərir. Tarixçi əl-Kufı altı min süvarisi və 

piyadası olan Həbibin Xilat və Sirac Tayra (Şiraka) yeni - ikinci yürüşü, orada düşərgə salması, sonra Curzana 

(Gürcüstana) məktub göndərərək, bu ölkənin hakimi ilə  əvvəllər bağladığı sülh müqaviləsini təzələməsi 

haqqında məlumat verir (62). Yerli müəllif Gevond 

[23 - 24] 

da  ərəblərin yeni yürüşünün yalnız 10 il sonra 

"onların (yəni  ərəblərin,  N.V.)  hakimiyyətinin 36-cı ilındə" baş verdiyini təsdiq edir (63). Bu məlumata görə, 

Ermənistan hüdudlarında üç dəstəyə bölünən  ərəblərin bir dəstəsi Vaspurakan vilayətinə hücum edərək, 

Naxçıvan şəhərinədək о ərazidə yerləşən bütün kənd və qalaları ələ keçirə bilmişdilər (64). Burada bilavasitə 

Naxçıvanın özündən söhbət getməsə də, biri digərini əvəz edən bu yürüşlərin, sözsüz ki, Naxçıvandan da yan 

keçmədiyi anlaşılır. 

Ərəb mənbələrində  (əl-Bəlazuri,  əl-Kufı,  əl-Yəqubi) olan məlumata görə, xəlifə Osman Cənubi 

Qafqazda işğal edilmiş yerləri, о cümlədən, Naxçıvanı öz idarəsi altında birləşdirə bilən Həbib ibn Məsləməni, 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə