Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

31 

 

58. Şərifli. Naxçıvanşahlıq, s. 29. 



59. Şərifli. Feodal dövlətləri, s. 241 

60. Asogik, s. 121; bax həmçinin: Şərifli. Naxçıvanşahlıq s. 30. 

61. Yenə orada; bax həmçinin: Qətran Təbrizi. Divan. Bakı. 1967, s. 84-85; 119-123;127-129. 

62. Şərifli. Naxçıvanşahlıq, s. 32. 

63. Vardan, s. 126. 

64. Yenə orada; bax: Şərifli. Feodal dövlətləri, s. 196-197. 

65. Bax: Azərbaycan tarixi, с. II, s. 344. 

66. Yenə orada, s. 350. 

67. Повествование Вардапета Аристакэса Ластиверци. Qədim erməni dilindən tərcüməsi,  

giriş, qeyd və şərhlər 

[84 - 85]

 K. N. Yüzbaşyanındır (bundan sonra Lastiversi). M., 1968, s.  

22-25; История армянско народа. Ереван, 1980, s. 127. 

68. Aristakes Lastiversi, s.158; Minorski. Şəddadilər s 50; Şərifli. Feodal dövlətləri, s. 209. 

69. Minorski. Şəddadilər, s. 17; ərəb mətni, s. 14; 

70. Şərifli, Feodal dövlətləri, s. 201. 

71. İbn əl-Əsir, s. 93-94. 

72. Qətran Təbrizi. Divan, s. 17. 

73. Yenə orada, s.51. 

74. Yenə orada, s. 119-123. 

75. Yenə orada, s. 122-123. 

76. Yenə orada, s. 127. 

77. Yenə orada, s. 84. 

78. Yenə orada, s. 121. 

79. Bax: Şərifli. Naxçıvanşahlıq, s. 31. 

80. Qətran Təbrizi. Divan, s. 84. 

81. Yenə orada. 

82. Yenə orada, s. 122. 

83. Yenə orada, s. 121. 

84. Yenə orada, s. 121-122. 

85. Yenə orada, s. 128. 

86. Yenə orada, s. 129. 

87. Yenə orada, s. 122. 

88. Yenə orada. 

89. Bu haqda bax: Şərifli. Naxçıvanşahlıq, s. 30, 31. Ərəb mənbələrində Arsrunilərə aid  

edilən əd-Dirani (əd-Deyrani) ləqəbi, bəlkə də, IX əsrin II yarısında Vaspurakan hakimi olan  

Derenik Arsruninin adı ilə bağlıdır. 

90. Minorski. Şəddadilər, s. 17-18. 

91. Qətran Təbrizi. Divan, s. 338. 

92. Yenə orada, s. 351. 

93. Bu haqda bax: Qətran Təbrizi. Divan (giriş Q. Beqdelinindir), s. 19; 

94. Şərifli. Feodal dövlətləri, s. 203. 

[85 - 86] 

95. Yenə orada, qeyd 82. 

96. Qətran Təbrizi. Divan, s. 352. 

97. Bax: Rafael Hüseynov. Məhsəti necə varsa. Bakı, Yazıçı, 1989, s. 22. 

98. Садр ад-Дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-селджукиййа. Издание текста,  

перевод, введение, примечания и приложения З. М. Буниятова. М., 1980, s. 35-36;  

С. Г. Агаджанов. Государство Сельджукидов и Средняя Азия в XI-XII вв. М., 1991,  

s. 69; Azərbaycan tarixi, с.II, s. 345. 

99. Azərbaycan tarixi, с. II, s.346. 

100. Aristakes Lastiversi, s. 105. Əbul-Əsvar Şavurun Baqratilərdən olan Aşotun qızı ilə  

izdivacından Aşot və Fəzl adlı iki oğlu olmuşdu. 

101. Azərbaycan tarixi, с. II, s. 353-354. 

102. İbn əl-Əsir, s. 98. 

103. Yenə orada. 

104. Yenə orada. 

105. Yenə orada, s. 99; Həmçinin bax: Aristakes Lastiversi, s. l71, fəs. 25, qeyd 2. 




32 

 

106. Şərifli. Naxçıvanşahlıq, s.32. 



107. Yenə orada, s. 31. 

108. Yenə orada, s. 32. 




33 

 

 



 

 

§ 3. Naxçıvan Azərbaycan atabəyləri dövləti dövründə 

(XII XIII əsrin I rübü) 

 

XI əsrin sonu XII əsrin əvvəllərində bölgədə siyasi durum.



 Alp Arslandan sonra hakimiyyətə 

gəlmiş sultan Məlikşahın dövründə (1072-1092) şimallı-cənublu, demək olar bütün Azərbaycan torpaqlarının da 

daxil edildiyi Səlcuq-Oğuz imperiyasının hərbi-siyasi qüdrəti  ən yüksək zirvəyə çatdı. Bir qədər  əvvəl 

Rəvvadilərə  və  Şəddadilərə  məxsus Azərbaycan və Arran vilayətləri sultanın təyin etdiyi səlcuq  əmirləri 

tərəfindən idarə edilməyə başlandı. Yalnız şirvanşah Fəribürzün siyasi çevikliyi Səlcuqilərdən vassal asılılıqda 

olan Şirvanın dövlətçiliyini saxlaya bildi. Şəddadilərin Gəncədəki hakimiyyətinə son qoyulduqdan (1075) sonra, 

Alp Arslanın, sonra isə onun oğlu Məlikşahın məşhur sərkərdələrindən olan, Cənubi Qafqazın işğalında xüsusi 

fəaliyyət göstərən  əmir Savtəkin Arranı,  о cümlədən iqta kimi ona verilmiş  əl-Babı (Dərbəndi) tabelikdə  və 

nəzarətdə saxlamaq üçün Gəncədə  qərarlaşdı  və bu şəhəri  əsas bazaya çevirdi. Şəddadilər dövlətinə  mənsub, 

"naxçıvanşah" titullu əmir  Əbu Duləfin idarə etdiyi Naxçıvan da bu dövlət ləğv ediləndən bəri səlcuq 

əmirlərinin idarəsinə keçdi. 

[87 - 88]

 

Dövrün mənbələri sultan Məlikşahın və onun vəziri və atabəyi Nizamülmülkün hakimiyyətdə olduqları 



illəri "səlcuq sülələsinin baharı" kimi xarakterizə edirlər. Sədrəddin əl-Hüseyni Məlikşahı "səlcuq hökmdarları 

boyunbağısının  ən iri mirvarisi (vasitatu-l-aqd)" adlandırır (1). Tədqiqatçılar bunu, bir qədər idealizə edilmiş 

qiymət hesab etsələr də, belə  qənaəti "vahid geniş imperiya çərçivəsində ictimai və  mədəni həyatın sonrakı 

inkişafının obyektiv prosesləri" ilə izah edirlər (2). Bu böyük imperiyanın mərkəzləşdirilmiş idarə sistemini 

asanlaşdırmaq, oğuz qəbilə başçılarının separatizminə son qoymaq məqsədilə tarixi Azərbaycan ərazisində də, 

xüsusilə, Nizamülmülkün təşəbbüsü ilə  həyata keçirilən iqta sistemi tətbiq edildi. Məlikşah öz qohumlarına, 

vassallarına, sərkərdələrinə və başqalarına iqta payı verməyə başladı. Azərbaycanı, Arranı, о cümlədən, hələ Alp 

Arslan dövründən səlcuq əmirlərinin strateji mövqe kimi Gəncə qədər əhəmiyyətli hesab etdikləri Naxçıvanı da 

Məlikşah öz əmisi Yaqutinin oğlu İsmayıla verdi. Mənbələrdəki məlumatdan İsmayıl ibn Yaqutinin Məlikşahın 

vəfatından sonra da bir müddət bu bölgədə valilik etdiyi görünür (3). Lakin sultanlıq taxtı üstündə Məlikşahın 

anaayrı oğlanları Börküyarıq (anası - İsmayılın bacısı Zübeydə xatun) və Mahmud (anası Tərkən xatun) arasında 

gedən qanlı mübarizədə İsmayıl öz bacısı oğlu Börküyarığa qarşı çıxdığı üçün sonuncunun əmri ilə edam edilir 

(1093) (4). Yerli mənbədə  İsmayıl ibn Yaqutinin bölgədə abadlığa,  əmin-amanlığın yaradılmasına böyük 

əhəmiyyət verməsi haqqında məlumat vardır (5). 

Məlikşahın oğlanları arasında hakimiyyət uğrunda mübarizənin davam etdiyi bu dövrdə  İsmayıl ibn 

Yaqutinin Gəncədə qalan oğlu məlik Mavdud atasının bölgədəki fəaliyyətini 

[88 - 89]

 davam etdirirdi. 

Sədrəddin  əl-Hüseyni onu "Arranın sahibi" adlandırır (6). Onun bacısının  əri-sultan Börküyarığın qardaşı 

Məhəmməd Tapar da bu vaxt Gəncədə idi. Sülalədaxili mübarizə qardaşların başçılıq etdikləri qoşunların bir 

neçə  dəfə döyüş meydanında üzləşməsinə  səbəb olur; gah bu, gah da digər tərəfin üstünlüyü ilə keçən bu 

döyüşlərdə  Məhəmmədin doğma qardaşı sultan Səncər də Börküyarığa qarşı  çıxış edirdi (7). Uzun sürən bu 

qanlı  çəkişmələrdən biri 1101-ci ilin aprelində, Həmədan yaxınlığında Börküyarığın qoşununun qələbəsi ilə 

nəticələnsə  də sultan Səncərin işə qarışması, Məhəmməd Taparla birlikdə  xəlifə  əl-Mustəhzirin (1094-1118) 

hüzuruna Bağdada getməsi, xəlifənin vasitəçiliyi ilə  Məhəmməd Taparın adına Xilafətin paytaxtında xütbə 

oxunması qardaşlar arasında mübarizənin davam etməsinə  səbəb olur (8). Bir neçə ay keçmiş, həmin ilin 

sonunda, Həmədan yaxınlığında yenidən üz-üzə  gələn qardaşlar bu dəfə döyüşə girmədən sülh bağlayırlar: 

Börküyarıq sultanlığında qalır, Məhəmməd Tapar isə varis elan olunur. Ətraf vilayətlər, о cümlədən, Naxçıvanla 

birlikdə  Gəncə (Arran), Azərbaycan, Diyarbəkir,  əl-Cəzirə  və Mosul rəsmi olaraq onun tabeliyinə keçir (9). 

Mənbələrdəki məlumatın təhlili hadisələrin gedişindən asılı olmayaraq məlik Maydud ibn İsmayılın Arranda, о 

cümlədən Naxçıvanda səlcuq üsul-idarəsinə başçılıq etdiyini təsdiqləyir. 

Lakin barışıq uzun sürmür. Sultanlıq iddiasından əl çəkməyən Məhəmmədin qoşunu ilə sultan qoşunu 

arasında 1102-ci ilin martında Rey yaxınlığında yeni döyüş baş verir. Bu dəfəki məğlubiyyətdən sonra zorla 

mühasirədən çıxa bilən Məhəmməd hələ  də  Gəncədə olan, atasının intiqamını sultan Börküyarıqdan almaq 

istəyən məlik Mavdud [

89 - 90] 

ibn İsmayılın təkidi ilə Arrana yola düşür. Lakin məlik Mavdudun ov zamanı 

təsadüfən həlak olması  Gəncəyə  gələn Məhəmməd Taparı Arranda qalıb, burada möhkəmlənməyə vadar edir 

(10). "Arran qoşunlarının hesabına" ordusunun qüvvəsini artıran Məhəmməd Tapar sultanla mübarizəni davam 

etdirmək qərarına gəlir. Sədrəddin  əl-Hüseyninin məlumatına görə, hər iki qoşun 1103-cü ilin martında Dvin 

(Dəbil) yaxınlığında üzləşir (11). İbn əl-Əsir isə sayca beşinci olan bu döyüşün Azərbaycanda, Xoy şəhərinin 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə