Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

27 

 

Maraqlıdır ki, elə bu illərdə, gürcü-şəddadi münasibətlərinin gərginliyi də  Fəzlin Rəvvadilərin  əlində olan 



Arazdan cənuba Azərbaycan torpaqlarına hücumunun qarşısını ala bilmədi. Anonim Dərbənd  əlyazmasındakı 

məlumata görə, Fəzl 418(1027/28)-ci ildə Araz çayı üzərində, mənbədə  "əsəri azim" (yəni "əzəmətli abidə") 

adlandırılan, sözsüz ki, əsasən hərbi məqsəd güdən bir кörpü tikdirmişdi (69). Bu məlumat, əlbəttə, arranşah 

titullu Şəddadi əmirlərinə məxsus torpaqların Arazacan, yəni Arranın cənub hüdudlarınadək davam etdiyini, bir 

çox feodal mülk sahiblərinin,  о cümlədən, Duləfılərin də onların tabeliyində olduğunu təsdiq edir. Əsədi 

Tusinin, yuxarıda qeyd etdiyimiz kimi, Əbu Duləfı  həmçinin  arranşah  adlandırması da onun mülklərinin 

Şəddadilərə tabe ərazidə yerləşməsinə  dəlalət edir. Həmdullah Qəzviniyə istinad 

[73 - 74]

 edən M. Şərifli I 

Fəzlin məhz bu dövrdə Arazdan cənubda, Qaracadağ nahiyəsində, təqribən, əlliyədək kəndi əhatə edən "Cilan-

Fəzlun" adlanan yerə sahib olduğunu göstərir (70). 

İbn  əl-Əsirin məlumatına görə, 1029-cu ildə Azərbaycana gələrək, Rəvvadi hökmdarı Vahsudanın 

icazəsi ilə ölkədə  məskən salan oğuzlar, çox çəkmədən, barışığı pozaraq Marağa, Urmiya və başqa  şəhərlərə 

hücum edib, qarət və talana başlayırlar (71). 

Qətran Təbrizi yaradıcılığının ilk tədqiqatçılarından olan Y. E. Bertels Qətranın Gəncədə və Naxçıvanda 

1029-1039-cu illər arasında yaşayıb -yaratdığını qeyd edir (72). Bu isə tarix etibarı ilə  oğuzların haqqında 

danışdığımız hücumları vaxtına düşür. Görünür, elə bu dövrdə  Qətran Təbrizi "Naxçıvan qalasında düşmənə 

qələbə çaldığı zaman" Əbu Duləfı (Əbu Dələfı) mədh edir (73). Eyni məzmunlu başqa bir qəsidədə də (74) nə 

tarix, nə də ki, düşmənin kimliyi göstərilməsə də, Əbu Duləfın vuruşduğu adamların müsəlman-oğuz olduqları 

və barışığı pozduqları bilinir ("Hamısı təslim olub, itaətinə baş əydilər. Yanına qaçıb torpağını öpdülər. Hamısı 

torpağa sərilib tövbə etdilər. Əgər yolundan çıxıb boyun qaçırmışıqsa, layiqincə  qılıncından cəzamızı  çəkdik-

dedilər. Kafərlər müsəlmanın yolunu kəsərlər. Sən gəl burada kafərlər yolu ilə getmə-dedilər...") (75). Qətranın 

qəsidələrində Əbu Duləfın "Şahi Naxçıvan" (76), "Şah Əbudələf (77), "ədalətli şahənşah", "bəndəpərvərpadşah 

məlik  Əbudələf" (78) titulları ilə  mədh edilməsinə, eləcə  də Naxçıvanda  Əbu Duləfin sarayında olmuş  şair 

Əsədi Tusinin özünün "Gərşasb-namə  əsərində onu "ölkələr hakimi" (79) və başqa yuxarıda sadaladığımız 

titullarla adlandırmasına baxmayaraq Əbu 

[74 - 75]

 Duləf dövlət başçısı deyil, yalnız Naxçıvanın hakimi-əmiri 

olmuşdur. Rəvvadilərlə Şəddadilər arasında baş verən ərazi çəkişmələrinin davam etdiyi bu dövrdə Fəzlin, artıq 

qeyd etdiyimiz kimi, tabeliyində olan torpaqların Arranın cənub hüdudlarınadək davam etməsi, Dəbil-Dvin 

şəhərinin bu sülalənin əmirliyi olması Naxçıvanın da Araz sahili başqa yerlər kimi Şəddadilər dövlətinə aidliyini 

təsdiq edir. 

İstər Qətranın, istərsə  də  Əsədi Tusinin mədhiyyələrində, ümumiyyətlə, bu janra xas olan şişirtmələr 

olsa da "düşmənlərin bəlası şah Əbudələf" (80) adlandırılan bu şəxs IX yüzilin əvvəllərində yaşamış ulu babası 

kimi mahir bir sərkərdə timsalında təsvir edilir: "Döyüş günü düşmənin dəbilqəsi qan ağlayar. О qədər düşmən 

öldürdü ki, qılıncının bucaqları qırıldı. О qədər düşmən tutdu ki, kəməndinin halqası sürtüldü" (81) və ya: "Elə 

ki, о pəhləvan bədəninə zireh geyindin, Elə ki, о sərkərdə başına dəbilqə qoydun, Sənin nərənin qorxusundan 

düşmən qoşunları  bərbər pələnginin səsindən qorxan qulanlara döndülər. Bircə hücumuna məruz qalmaqla 

dərhal dəbilqələrini çarğatla dəyişməyə çalışdılar (82)". 

Qətranın qəsidələrində Əbu Duləfin igidliyi ("dəmir divar qılıncı qarşısında dayanmaz"), ağlı ("tək bircə 

sözündə iki yüz yunan elmi var"), səxavəti ("tək bircə  bəxşişində iki yüz qeysər xəzinəsi var"), geniş  qəlbi 

("yeddi ölkə geniş ürəyi qarşısında darısqaldır"), elmi ("ey, hökmdar! Dünya qiyamət gününə qədər sənin elmin, 

ədəbin və tədbirinlə fəxr edər"), alimə hörməti ("yanında dinar xar, elm isə əzizdir"), quruculuğu ("dünyanı abad 

edib, xəzinəni xarab etmişdir") (83) və başqa müsbət xüsusiyyətləri mədh edilir (84); Qətran onu "şahların tacı" 

(85), "ruzigarın tacı", eləcə də 

[75 - 76]

 "Cəstan sülaləsinin (yəni Rəvvadilərin, N. V. ) fəxri" (86), Əsədu Tusi 

isə, artıq qeyd edildiyi kimi, "Şeybanilərin tacı", "Şahi Ərmən" və s. adlandırır. Əbu Duləfin Rəvvadi hökmdarı 

Vahsudanla (qəsidədə Əmiri Əcəll adlandırılır) qohumluğunu təsdiq edən Qətran (87) onun həmin hökmdarın 

"əzizi", "yanında qardaşından da irəli və yüksək" olduğunu, hətta düşmənlərə qarşı onunla birgə vuruşduğunu 

bildirir (88). 

Kəsrəvi Təbrizi öz araşdırmalarında Duləfilərin "əd-Deyrani" (Dirani) adı ilə tanınan Arsranilərlə 

qohumluğunu təsdiq edən mülahizə irəli sürür (89). Duləfılərin istər Rəvvadilərlə, istərsə də, Kəsrəvi Təbrizinin 

gümanına görə, Arsranilərlə  məlum qohumluq əlaqələri  о dövrün məşhur feodal nəsilləri arasında geniş 

yayılmış siyasi izdivaclardan sayıla bilər. Məhz bu dövrdə  Şəddadilərin  Şirvanşahlarla, erməni Baqratilərlə

Tiflis əmirləri Cəfərilərlə və b. ilə qohumluq əlaqələri mövcud olmuşdur. 

1033/34-cü ildə  Şəddadilər dövlətində hakimiyyəti  ələ almış, dövrün mənbələrində ziddiyyətli 

xarakterizə edilən  Əbülhəsən II Ləşkəri qonşu feodal hakimləri,  о cümlədən Rəvvadi hökmdarı  əmir 

Vahsudanla dostluq əlaqəsi yaratmışdı. Onun haqqında mənfi təəssürat yaradan Münəccimbaşıdan fərqli olaraq 

(90), Gəncə sarayında bir müddət yaşamış Qətran Təbrizi II Ləşkəriyə 10-dan artıq qəsidə həsr etmiş (91), onu 

"Şəddadilərin tərifli hökmdarı, dövlətin başını ucaldan" (92), "Şəddadilərin mövqeyini göylərə qaldırmış" (93) 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə