Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

39 

 

faktiki hakimiyyətini ələ ala biləcəyindən ehtiyat edərək, anabir qardaşı sultan Arslanşahı ona qarşı qaldırmağa 



çalışırlar.  Əmirlərin təhriki ilə "Azərbaycanı xilas etmək" məqsədilə Naxçıvana doğru hücuma keçən sultan, 

Zəncan yaxınlığında xəstələnərək, az sonra vəfat edir (77). Dövrün bəzi müəllifləri (əl-Bundari, Ravəndi və b.) 

ölümündən əvvəl Cahan Pəhləvanla barışaraq, sultanlığın idarəsini ona tapşıran Arslanşahın öz əcəli ilə deyil, 

elə Cahan Pəhləvanın adamları tərəfındən zəhərləndirilərək öldürülməsi haqqında məlumat verirlər (78). Cahan 

Pəhləvan onunla birlikdə Arslanşahın bu vaxt Naxçıvanda olan 7 yaşlı  oğlu şahzadə III Toğrulu (1176-1179) 

sultanlıq taxtına oturdaraq, özü də onun atabəyi olur. Bu haqda məlumat verən  İbn  əl-Əsirin dilincə desək

"xütbə  də onun (yəni, sultan Toğrulun, - N. V. )  adına oxunurdu və başqa işlərdə heç bir səlahiyyəti yox idi. 

Ölkə, əmirləri və xəzinə - hamısı Cahan Pəhləvanın sərəncamında idi" (79). Yenə həmin müəllifin məlumatına 

görə, Cahan Pəhləvana "Arran, Azərbaycan, Həmədan, İsfahan, Rey və bunların arasında yerləşən torpaqlar tabe 

idi və ona Farsın və Xuzistanın hakimləri itaət edirdilər" (80). 

Azərbaycan atabəyləri dövləti tarixinin ən istedadlı  tədqiqatçısı akademik Ziya Bünyadov Cahan 

Pəhləvanın çox böyük uğura kimi Ağsunqurilər xanədanına mənsub Təbriz  şəhərini öz mülklərinə qatmasını 

qeyd edir (81). Onun mənbələrdəki məlumata  əsaslanan fıkrinə görə, "Atabəy [Cahan Pəhləvanın] onillik 

fəaliyyəti dövründə dövlət xaricdən heç bir müdaxiləyə  məruz qalmadı. Məhz onun hakimiyyəti dövründə 

gürcülər onunla sülh bağlayıb, tələblərini qəbul etdilər" (82). Həmədanda, sultanın yanında fəaliyyətini davam 

etdirən Cahan Pəhləvan mərkəzi hakimiyyətin möhkəmləndirilməsi üçün mühüm tədbirlər gördü. Azərbaycan 

və Arranı  tərk edərək sultanlığın paytaxtına getdiyi üçün, o, ilk vaxtlar qardaşı Müzəffərəddin Qızıl Arslanı 

Naxçıvanda öz yerində qoydu (83). 

Dövrün müəllifləri sultanlığın  əməli olaraq bütün işlərini idarə edən Cahan Pəhləvanın, atası  Şəmsəddin 

Eldənizin həyata keçirdiyi quruculuq işlərini davam etdirməsi, bir çox mədrəsə, məscid, imarət və saray 

tikdirməsi haqqında məlumat verirlər (84). Məhz Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvanda məşhur 

yerli memar Əbu Bəkr Əcəminin şah əsəri olan möhtəşəm Möminə xatun türbəsinin tikintisi başa çatdırılmışdır. 



Haşiyə

 - Tədqiqatlara görə, bu dövrdə Naxçıvanda da fəaliyyətə başlayan mədrəsələrin tarixi məhz 

Əbu Bəkrin tikdiyi türbələrin tarixinə uyğundur. Bu mədrəsələr mənsub olduqları  məqbərə  vəqflərinin gəliri 

hesabına saxlanırdı. XII əsrə aid Elxani fərmanı Azərbaycan atabəylərinin hakimiyyəti illərində Naxçıvanda 

təsis edilmiş iki mədrəsəyə aiddir (85). 

Tarixçi Sibt ibn əl-Cauzi (1185-1256) Cahan Pəhləvanın özündən sonra bu vaxtadək kimsənin yığa 

bilmədiyi miqdarda var-dövlət qoyub getdiyindən xəbər verir (86). Əgər bu var-dövlətin bir hissəsi Deyləm 

dağlarında yerləşən,  ərəb alimi Yaqutun möhkəm,  əzəmətli qala kimi təsvir etdiyi (87) Sərcahan qalasındakı 

xəzinədə yerləşirdisə (88), bir hissəsi də, artıq qeyd etdiyimiz kimi, Naxçıvan yaxınlığındakı Əlincə qalasında 

olan  Şəmsəddin xəzinəsində qorunurdu (89). Atabəyin vəfatından sonra Sərcahandakı  xəzinəyə onun arvadı 

İnanc xatun sahib olmuşdu (90). Əlincə qalasındakı  xəzinə isə Cahan Pəhləvanın ölümündən sonra о vaxt 

Naxçıvanda yaşayan ikinci arvadı Zahidə xatunun əlində qalmışdı (91). 

Cahan Pəhləvanın türk qızı Quteybə xatundan olan oğlu, atabəy Qızıl Arslanın himayəsində qalan Əbu 

Bəkr hələ atasının sağlığında Azərbaycan və Arrana vali təyin olunduğu vaxtdan Naxçıvanda yaşayırdı (92). 

Atabəylər dövlətinin inzibati idarə sisteminə görə dövlət başçısının bölgədəki 

[108 - 109]

 müavini vəzifəsini 

icra edən vali ilk növbədə  rəiyyətin qayğısına qalmalı, islamın qaydalarına riayət etməli, mədrəsələrə ancaq 

bacarıqlı müəllimləri təyin etməli və onları nəzarətdə saxlamalı, məhkəmə işlərini əlinə almalı, ədalətli hökmlər 

çıxarmalı, məmurların işini yoxlamalı, onların istər kasıb, istər varlılarla ədalətlə davranmalarını təmin etməli, 

maliyyə və hərbi işlərə rəhbərlik etməli idi və s. (93). Sənədlərə əsaslanan tədqiqatlara görə, Naxçıvan sərhəd 

vilayətində yerləşən xüsusi rejimli bölgə olduğu üçün, buraya, demək olar, həmişə Eldənizlər xanədanı 

üzvlərindən olan valilər təyin olunurdu. Şəhərləri isə valinin adından "adətən tanınmış yerli nəsildən olan" 

rəislər idarə edirdilər. Onların vəzifəsi irsən atadan oğula keçirdi (94). İlk Azərbaycan atabəyləri dövründə 

Naxçıvanda yaşayan Yusif ibn Kuseyir belə  rəislərdən olmuşdur. Belə ki, 1162-ci ildə, hələ  Şəmsəddin 

Eldənizin hakimiyyəti illərində, memar Əcəminin tikdiyi Yusif ibn Kuseyir (95) türbəsinin (türbənin üstündə 

onun təyinatını bildirən "əl-məşhəd" sözü "müqəddəsin ziyarətgaha çevrilmiş qəbiri" deməkdir) qapısı üstündəki 

yazıda onun "əl-xəvac ər-rəis əl-əcəl"- "xaçə, tanınmış rəis" titulu verilmişdir (96). Bəzi tədqiqatçılar belə titul 

daşıyan şəxsin tacirlər gildiyasının başçısı olduğunu və onun şəhərin idarəsində mühüm rol oynadığını güman 

edirlər (97). Görünür, şərəfinə dövrün ən görkəmli memarı  tərəfindən türbə tikilən Yusif ibn Kuseyir 

Naxçıvanda XII əsrin ortalarında yüksək mövqe-rəis vəzifəsini tuturdu və daşıdığı  vəzifəsinə görə geniş 

səlahiyyətləri olan mötəbər, nüfuzlu və ləyaqətli şəxsiyyət kimi tanınırdı. 

Cahan Pəhləvanın ölümündən sonra onun vəsiyyəti ilə hakimiyyətə  gələn qardaşı Müzəffərəddin Osman ibn 

Eldəniz 


[109 - 110]

  Qızıl Arslanın (1186-1191) siyasi hadisələrlə  zəngin hökmdarlığı dövründə  də Naxçıvan 

özünün Azərbaycan atabəylərinin mərkəzi şəhəri statusunu saxlayırdı. Qardaşının vəfatından sonra Qızıl Arslan 

özünün Naxçıvandakı iqamətgahını  tərk edərək, sultanlığın paytaxtı  Həmədana gəlir. Hələ Cahan Pəhləvanın 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə