Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

40 

 

dövründə formal olaraq sultan titulu daşıyan 18 yaşlı III Toğrul Qızıl Arslanın nüfuzundan ehtiyat edərək, onu 



özünün atabəyi təyin etməli olur. Əri Cahan Pəhləvanın ölümündən sonra Naxçıvanda yaşayan Zahidə xatun 

həm şəhərin idarəsini, həm də Əlincə qalasındakı dövlət xəzinəsini ələ keçirir (98). Müxalif qüvvələr isə sakit 

olmaq bilmirdi. Az sonra Həmədanda, sultan sarayında, dövlətin idarəsini üzərinə götürən yeni atabəyə - öz 

tərbiyəçisinə qarşı sultan III Toğrul, Cahan Pəhləvanın arvadı İnanc xatun və bir sıra əmirlər müxalif çıxdılar. 

Qızıl Arslan qardaşı arvadı İnanc xatuna evlənməklə onun özü və oğlanları ilə barışığa nail ola bilir. 

Lakin sultan III Toğrul mövcud vəziyyətlə barışmaq istəmir.  Əmisi Qızıl Arslanla Həmədan 

yaxınlığında baş verən son həlledici döyüşdən sonra o, Naxçıvan yaxınlığındakı Qəhrəm qalasına salınır (99). 

Qızıl Arslan İraq sultanlığının mütləq hakimi olur. Lakin hökmdar sarayında baş alıb gedən fitnə-fəsad, nəhayət, 

1191-ci ildə onun qətli ilə nəticələnir (100). 

Qızıl Arslanın nisbətən qısa - cəmi beşillik hakimiyyəti dövründə Azərbaycan atabəyləri dövlətinin 

hərbi-siyasi uğurları artdı,  ərazi bütövlüyü qorundu. Atası  və böyük qardaşı kimi, o, da ölkə  ərazisində,  о 

cümlədən Naxçıvanda elm və  mədəniyyətin də  tərəqqisinə xüsusi əhəmiyyət vermiş,  şairləri, memarları, 

həkimləri, müxtəlif elm xadimlərini himayə etmişdir. Bu dövrün məşhur ziyalılarından 

[110 - 111]

 mənbələrdə 

(Yaqut əl-Həməvi, İbn əl-Fuvati və b. əsərlərində) Əcəminin davamçısı memar Əmirəddin Məsud Naxçivaninin, 

alim və  ədib  İzzəddin Naxçivaninin, vəkil Qəvaməddin Naxçıvaninin, fəqih və hüquqşünas Fəxrəddin 

Naxçıvaninin, bədii metal ustası Osman ibn Salmanın və neçə-neçə başqasının adı vardır. Azərbaycan 

atabəylərinin müasiri olan dahi Nizami atabəy Məhəmməd Cahan Pəhləvan kimi Qızıl Arslanın da fəaliyyətini 

yüksək qiymətləndirmiş, onu "səadətli, xoşbəxt padşah" adlandırmış, ədalətli və səxavətli bir hökmdar ("onun 

əli yüz gövhər xəzinəsi bağışlar", "qapısını dəniz kimi hamıya açar"), cəsur və qorxmaz sərkərdə ("düşməni div 

dəmirdən qaçan kimi qaçar, hər kəsə [qılıncı] dəysə, yerindən qalxmaz" və s.) kimi sözlərlə tərifləmişdir (101). 

Naxçıvanın abad bir şəhər kimi daha da inkişaf etməsi bu illərdə də davam etmişdir. XIII yüzil alimi 

Zəkəriyyə əl-Qəzvininin müxtəlif ölkələrin abidələrinə həsr olunmuş məşhur coğrafi əsərinin ixtisarını vermis, 

əsli Bakıdan olan Əbdürrəşid  əl-Bakuvi (XIV əsr) monqollaraqədərki Naxçıvan haqqında yazırdı: "Naxçıvan 

Azərbaycanın yaraşıqlı (tayyibə)  şəhəridir. [Qala] divarları  və kuhəndizi var. Düzənliyin Araz çayının 

göründüyü hündür yerində salınıb. Oranın bağları, ağacları çoxdur, taxılı, meyvəsi boldur. Havası təmizdir, suyu 

şirindir. Orada ehtiram [yeri olan] memarlıq abidələri (imarətun  şərifə), mədrəsələr, xanəgahlar var" (102). 

Müəllifin verdiyi məlumata görə, yerli əhalinin "xələnc"dən hazırladığı naxışlı taxta qablar başqa ölkələrə  də 

aparılır (103). 



Naxçıvan son atabəylər dövründə.

  Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları 

arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən 

[111 - 112] 

sonrakı tarixində 

mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə  də  Qızıl Arslanın zamanında Naxçıvan 

Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci 

ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının 

vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən  Əbu Bəkr  əmisi və atabəyi olan Qızıl Arslanın 

hakimiyyəti illərində qoşun başçısı  təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən 

sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana 

gəlir və  Əlincə qalasındakı dövlət xəzinəsinin qoruyucusu analığı Zahidə xatunun köməkliyi ilə bu xəzinəyə 

sahib olur (104). 

Naxçıvanda bu dövrdə baş verən hadisələrin maraqlı  xəbərçisi olan Sədrəddin  əl-Hüseyni Zahidə 

xatunun, adı bizim üçün naməlum qalan şəhər valisinə müraciətlə dediyi sözləri təqdim edir: "Bu (yəni,  Əbu 

Bəkr, N. V. ) ölkənin sahibidir və sən onun tabeliyindəsən" (105). Əlincə qalası valisinə isə Əbu Bəkri təqdim 

edərkən: "Bu [adam], qalanın sahibidir" - sözlərini deyən Zahidə xatun valini Əbu Bəkrə itaət andı içməyə 

məcbur edir (106). Beləliklə, Naxçıvanın və  Əlincənin valiləri Əbu Bəkrin ali hakimiyyətini tanıyırlar. Lakin 

bütün Azərbaycan və Arranın yerli əmirlərini itaətə gətirmək üçün Əbu Bəkr "atlanaraq" əvvəl Gəncəyə gəlir

şəhərin ona tabe olmuş yerli əmirini özünün oradakı müavini təyin edir; sonra isə "bir şəhərdən  о birinə 

gedərək", dövrün mənbələrinin təsdiq etdiyi kimi "bütün Azərbaycanı və Arranı tabe edir" (107). 

Eldənizlər ailəsində hakimiyyət uğrunda gedən çəkiş-mələr Cahan Pəhləvanın  İnanc xatundan olan 

oğlanları 

[112 - 113]

 Qutluq İnanc və  Əmir  Əmiranın Həmədan və ona qonşu vilayətlərdə hakimiyyəti  ələ 

keçirmələrinə gətirib çıxarır. İnanc xatunun özü isə Reydə qalır. 

Bu qarışıq dövrdə Naxçıvan yaxınlığındakı Qəhrəm qalasından azad ola bilən III Toğrul Qəzvin yanında 

Qutluq  İnancla apardığı  uğurlu döyüşdən (1192) sonra yenidən Həmədana daxil olub, sultan taxtına oturur. 

Beləliklə, atabəy  Əbu Bəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin  əksər illərini Naxçıvanda qalaraq, 

yalnız Azərbaycana və Arrana hakimlik etməklə kifayətlənməli olur. Lakin bu ərazini saxlamaqda ona asanlıqla 

başa gəlmir. Xarici (xarəzmşahlar, gürcülər) və daxili (qardaşları,  əmirlər) qüvvələrlə tez-tez baş verən, qanlı 

döyüşlər həddinə çatan toqquşmalar  Əbu Bəkrin də öz sələfləri kimi Naxçıvanın,  ətrafdakı mövcud qala və 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə