Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

37 

 

etmiş, dövlət vəsaitləri üzərində nəzarəti öz əlində cəmləşdirmiş, vassalların gerçək süzereni olmuşdu. Daşıdığı 



"məlik" titulu atabəy hakimiyyətinin irsi olduğunu bildirirdi. Azərbaycan atabəyləri dövlətinin başçısı öz adına 

pul kəsilməsi, xəlifə və sultandan sonra adının xütbələrdə çəkilməsi haqqını da əldə edə bilmişdi (56). Sədrəddin 

əl-Hüseyninin ifadəsincə "sultan Arslanşah ibn Toğrulun hökmdarlığı zahiri, atabəy Eldənizinki isə gerçək idi. 

O, hökmlər verir, iqta torpaqları bölüşdürür, xəzinələrə başçılıq edir, onları istədiyi yerə köçürürdü" (57). 

Eldənizi "ağıllı  və etibarlı adam" kimi təqdim edən  İbn  əl-Əsirin yazdığına görə "sultan Arslanşahın onun 

yanında heç bir hökmü yox idi... o, rəiyyətin işləri ilə özü məşğul olur, onların şikayətlərinə qulaq asır və insaflı 

hökmlər çıxarırdı..." (58). İraq Səlcuq sultanlığının əsas şəhəri olan Həmədan yalnız sultan Arslanşahın deyil, 

"böyük atabəy" titulu almış Şəmsəddin Eldənizin də əsas şəhəri, dövlətin paytaxtı oldu. Bununla belə, özünün 

ilkin paytaxt və Eldəniz nəslinin  şəxsi mülkü statusunu saxlayan Naxçıvan siyasi-mədəni mərkəz və strateji 

mövqe kimi əhəmiyyətini itirmədi. Atabəy  Şəmsəddin Eldənizin 569/1173-74-cü ilədək, təqribən 12-13 il 

müddətində, Həmədanla yanaşı vaxtaşırı Naxçıvanda olması haqqında Sədrəddin əl-Hüseyninin məlumatı (59) 

da bunu təsdiq edir. Mənbələrdən 

[100 - 101]

 görünür ki, sultanın anası  və atabəyin arvadı olan Möminə 

xatunun bu dövrdə əsas iqamətgahı Naxçıvan şəhəri olmuşdur (60). 

Bu illərdə Naxçıvanın başqa Arran şəhərləri kimi tez-tez qonşu gürcülərin intensiv xarakter daşıyan 

hücumlarına məruz qalması  əlverişli strateji mövqeyə malik bu şəhərin, onun ətrafındakı qalaların, eləcə  də 

buradakı  hərbi düşərgənin möhkəmləndirilməsinə xüsusi diqqət yetirməyin vacibliyini günün əsas məsələsi 

etmişdi. Gürcü hökmdarına göndərdiyi xəbərdə Şəmsəddin Eldəniz Həmədanda qalmayaraq Naxçıvana gəlməsi 

səbəbini Azərbaycan  şəhərlərindən (Gəncə  və Beyləqandan) xərac tələb edən gürcülərin hücumlarına son 

qoymaq üçün özünün qoşun toplamaq və Tiflisi tutmaq qərarı ilə izah edirdi (61). Onun çağırışı ilə sultan 

Arslanşahın bu məqsədlə  Həmədandan gələn ordusu atabəyin qoşunu ilə Naxçıvanda birləşdi (62). Atabəy 

Eldənizin Xilat, Marağa, Ərzən ər-Rum və başqa yerlərin hakimləri və əmirləri ilə birlikdə yaratdığı birləşmiş 

qüvvə Gürcüstana hücum edərək, uzun sürən hərbi əməliyyata başladı, gürcülər məğlub edildi. 

Lakin məğlubiyyətə baxmayaraq, gürcü qoşunlarının qəfıl hücumları səngimək bilmirdi (63). 1174-cü 

ildə Naxçıvana edilən növbəti hücum xəbərini bu zaman Həmədanda olan Şəmsəddin Eldənizə arvadı Möminə 

xatun özü çatdırmışdı (64). Qurban bayramı günü (12 iyul 1174-cü il) gürcülərə qarşı Naxçıvandan başlanan 

yürüş atabəy ordusu içərisində yayılmış  vəba epidemiyasının ağır nəticəsinə baxmayaraq davam etdirildi. 

Ağşəhr qalasını ələ keçirən Şəmsəddin Naxçıvana qayıtdı (65). Mənbələr bundan sonra da gürcü qoşunlarının 

Ani (1174), Dvin (1175) və başqa yerlərə olan hücumlarının atabəy Eldənizin ümumi rəhbərliyi 

[101 - 102]

 ilə 


həyata keçirilən əks-hücumlarla dəf edildiyi haqqında məlumat verir (66). 

1175-ci ilin noyabrında Azərbaycan atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin arvadı, sultan 

Arslanşahın anası Möminə xatun Naxçıvanda vəfat edir. Dövlətin təşəkkül və ilkin inkişaf mərhələsində mühüm 

rol oynayan, siyasi həyatında fəal iştirak edən bu qadın İraq sultanlığının başçısı olmuş böyük oğlu Arslanşahla 

atabəy  Şəmsəddin arasında münasibətlərin tənzimlənməsinə nail ola bilmiş, beləliklə ara iğtişaşlarına yol 

verməmişdi. Məhz onun diplomatik səyi nəticəsində  Şəmsəddin Eldəniz sultanlığını gerçək sahibinə 

çevrilmişdi. Sədrəddin  əl-Hüseyninin  əsərində Möminə xatunun oğluna müraciətlə dediyi aşağıdakı sözləri 

atabəy - sultan münasibətlərinin məğzini açıqlayır: "Fikir vermə! Bu adam (yəni Eldəniz, - N. V. ) öz həyatını 

təhlükə altına qoyub, dəfələrlə amansız döyüşlərə atılıb. Bundan başqa, səni sultan edənədək özünün ən  əziz 

malından keçib, neçə qulamını və adamını ölümə göndərib. Səndən də yaşca böyük nə qədər səlcuqlar var ki, 

həbsxanalardadır, dara düşüblər. Yerlərindən hərəkət edə bilsəydilər, muradlarına çatardılar. Ancaq edə 

bilmirlər. Sən isə sultanlıq taxtındasan, o, və onun hər iki oğlu sənin xidmətində və sənin əlinin altındadır. Sənin 

düşmənlərinlə döyüşür, sənin rəqiblərinə qalib gəlirlər. Sənin canın bütün bunlardan azaddır. Atabəy nə qərar 

qəbul etsə-bağışlasa və ya əlindən tutub alsa, bunlar sənin dövlətinin möhkəmlənməsi, hakimiyyətinin davamlı 

olması üçündür. Qoy onun əməlləri səni sıxmasın, onun tədbirləri səni darıxdırmasın. Axı o, sənin 

məmlükündür" (67). 

Ömrünün sonunadək uzun illərdən bəri doğma yurd etdiyi Naxçıvanda yaşayan bu ağıllı qadın elə orada 

torpağa 


[102 - 103]

 tapşırıldı. Şəmsəddin Eldənizin öz sevimli qadınının şərəfinə tikdirməyə başladığı, bu gün 

də əzəməti və gözəlliyi ilə Naxçıvana gələnləri heyran edən məqbərəsinin tikintisini isə 1186-cı ildə oğlu Cahan 

Pəhləvan başa çatdırdı. Belə ki, Möminə xatunun vəfatından cəmi bir ay sonra, zəmanəsinin böyük siyasi 

xadimi, Azərbaycan atabəyləri dövlətinin yaradıcısı, bu dövlətin, о cümlədən Naxçıvanın həyatında mühüm rol 

oynamış Şəmsəddin Eldəniz özü də vəfat etdi (68). 



Naxçıvanın ictimai-iqtisadi-mədəni mərkəz kimi inkişafı

.  Mənbələrin müqayisəli təhlilindən 

görünür ki, hakimiyyətinin son 15 ilində  Şəmsəddin Eldənizin  İraq Səlcuq sultanlığında tutduğu yüksək 

mövqeyi bu sultanlığın tərkibində olan Azərbaycan atabəyləri dövlətinin, о cümlədən onun ilkin paytaxt şəhəri 

Naxçıvanın əhəmiyyət və qüdrətini də artırmışdı. Çox mühüm sərhəd vilayətində yerləşən bu şəhər bölgənin ən 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə