Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

38 

 

möhkəmləndirilmiş abad yaşayış məntəqəsinə çevrilmişdi. Dövrün müəllifləri Naxçıvanın, xüsusilə, Eldənizlər 



dövründə daha böyük əzəmət kəsb etdiyini vurğulayırlar. 

Bu dövrdə yaşayan anonim müəllifin (XIII əsrin əvvəli) yazdığı "Əcaib əd-dünya" əsərində Naxçıvan 

haqqında olduqca qiymətli məlumat vardır. Atabəyləri "dünyəvi və dini işlərdə qalibiyyət carçısı, islam padşahı, 

böyük hökmdar" adlandıran müəllif bu şəhər haqqında yazırdı: "Naxçıvan - Azərbaycanda şəhərdir, böyükdür 

və  əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı  qəsrlər - 

köşklər və təmtəraqlı eyvanlar tikilib; şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid inşa ediblər; 

qalada  şirinsulu bulaq var. Deyirlər ki, yer üzündə bundan çox əhalisi olan şəhər yoxdur; 

[103 104]

 bütün 

tikililər kəcdən və bişmiş kərpicdəndir. Köşklərin çoxu qalalar kimi üç və dörd mərtəbəlidir. Şəhər ətrafı (sa-



vad) çox gözəldir, axar suyu, bağları və yaşıllığı çoxdur. Araz çayı şəhərin içərisindən axır. Əlahəzrət Eldənizin 

mübarək zamanında  şəhər özünün ən yüksək  əzəmətinə çatdı. Orada hökmdarın iqamətgahı (dar əl-mülk) və 

hökumət binaları (dövlətxanalar) tikildi" (69). 

Orta əsr müəllifinin Naxçıvan və onun tarixi abidələri haqqında verdiyi bu məlumat mühüm beynəlxalq 

ticarət yolları qovşağında yerləşən qədim  şəhərdə, xüsusilə, atabəylərin hakimiyyəti illərində aparılan geniş 

abadlıq və quruculuq işlərindən də xəbər verir. Tədqiqatçıların ümumi rəyinə görə Azərbaycanda, memarlıq və 

şəhərsalma sahəsində ən yüksək inkişaf məhz Eldənizlərin hakimiyyəti çağına düşür (70). Dövrün dahi memarı 

Əbu Bəkr  Əcəmi Naxçıvaninin öz doğma  şəhərində, eləcə  də başqa yerlərdə ucaltdığı abidələr bu gün də 

özünün yüzillərdən bəri itirilməyən təravət, zəriflik və əzəmətini saxlaya bilmişdir. Bu ustad sənətkarın əsasını 

qoyduğu Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndələri onun memarlıq üslubunun davamçısı olmuş, 

dini və xatirə memarlığı ilə yanaşı mülki və ictimai binaların - sarayların, qəsrlərin, karvansaraların, körpülərin, 

eləcə də qalaların, türbələrin və s. inşasında da böyük məharət göstərmişlər. Bu dövrdə müxtəlif istiqamətlərdən 

gələn karvanları Şərq-Qərb transkontinental ticarət yolu olan Böyük İpək Yolunun ana qolu ilə qovuşduran yeni 

körpülər tikilmiş, köhnələri bərpa edilmiş (Xudafərin, Cuğa, Dədəli və b.), bəziləri hətta bu gün də öz gözəlliyi 

ilə göz oxşayan türbələr (Yusif ibn Kuseyir, Möminə xatun, Qarabağlar, Gülüstan, Gilan və b.) və  məscidlər 

(Ordubad cümə məscidi, Culfa rayonunda Kirna cünıə 

[104 - 105]

 məscidi və b.) inşa və ya bərpa edilmişlər. XIX 

əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, paytaxt şəhərin yaraşığı olan Möminə xatun türbəsinin 

də daxil olduğu Atabəylər kompleksində elə türbənin özü tikildiyi dövrdə indi mövcud olmayan əzəmətli 

tikililər,  о cümlədən, qoşa minarədən və binaları birləşdirən baştağdan-portaldan ibarət tikilidən başqa 

mənbələrdə xatırlanan hökmdar sarayı, cümə məscidi, inzibati bina və s. də olmuşdur. Tədqiqatlar göstərir ki, 

bu dövrün memarlığı abidələrin həm kəmiyyət, həm də keyfiyyət üstünlüyü ilə  əvvəlki dövrlərdəkindən 

fərqlənir (71). 

Arxeoloji qazıntılar Naxçıvan ərazisində о dövrə aid, bəzən əsl adları da bizə naməlum qalan neçə-neçə 

yaşayış  məskənini aşkar etmişdir (Şahtaxtı,  Şahbuz, Xarabagilan-Kiran, Köhnə Vayxır, Qaraçuq, İtqıran 

Söyüdlü və s.). Həmin yaşayış yerlərindən tapılan zəngin maddi-mədəniyyət nümunələri, о cümlədən, Naxçıvan 

zərbxanalarında İraq Səlcuq sultanlarının, Azərbaycan atabəylərinin adından kəsilən pullar (72) həmin yerlərin 

özündə ticarətin və  sənətkarlığın yüksək inkişafına dəlalət edir. Naxçıvanlı ustaların yüksək zövqlə 

hazırladıqları müxtəlif məişət əşyaları və zərgərlik məmulatları həm yerli, həm də Böyük İpək Yolunun qolları 

vasitəsilə xarici bazarlarda satılırdı (naxçıvanlı  sənətkar Osman ibn Salmanın 1190-cı ildə hazırladığı oyma 

naxışlı bürünc dolça bu gün də Parisdə Luvr muzeyini bəzəyir). 

Mühüm strateji yer olan bu şəhərdə  əvvəlki dövrlərdə olduğu kimi atabəylərin hərbi düşərgəsi və 

qoşunu yerləş-dirilmişdi. Naxçıvanın yerli əhalisini təqdim edən "Əcaib  əd-dünyä"nın müəllifı buranın  şiə  və 

sünnilərdən ibarət din uğrunda "qazi" olan müsəlman (türk) əhalisinin igid, sərrast 

[105 - 106] 

nişançı (ox atan) 

olduqları haqqında məlumat verır (73). 



Haşiyə

 - Naxçıvanın yerli müsəlman  əhalisinin türkdilli olması el ozanı  Dədə Qorqudun dili ilə 

söylənilən, bütün türk ədəbi-bədii fıkrinin  ən qədim və  zəngin qaynaqlarından olan "Kitabi-Dədə Qorqud" 

dastanında bu ərazidə yerləşən türk mənşəli yer adlarının olması ilə də təsdiq olunur (Əlincə, Qaraçuq, Qara 

dağ, Göyçə, Dərəşam və s.) (74). Onu da qeyd etmək vacibdir ki, orta əsrlərə aid nekropollar (Yardımçı, 

Qazançı, Qoçüstü, Parçı, Quzey, Söyüdlü və s), eləcə də Batabat, Ordubad və s. yaylaqlarda qoç və daş heykəlli 

abidələr, siklop istehkamlar, daş qutu qəbirlər, Naxçıvan və Əlincə qalalarında, Oğlanqala ərazilərində "Oğuz 

qəbirləri"adlanan abidələrdə türkdilli etnoslara məxsusdur

Əlçatmaz  Əlincə qalasında isə  hələ  Şəmsəddinin özünün, ondan sonra isə  oğlunun "İraq və 

Azərbaycandan toplanan gəlirləri" - dövlət xəzinəsi yerləşirdi (75). 

Naxçıvan Şəmsəddin Eldənizin xələfləri dövründə.

 Valideynlərinin vəfatından sonra, о vaxtadək 

Həmədanda, sultan sarayında, "haciblərin əmiri" vəzifəsini daşıyan Cahan Pəhləvan ata mülkünə - Naxçıvana 

qayıdır. Dövlətin buradakı  xəzinəsini, taxt-tacın  əmlakını, eləcə  də bütün süvari və piyada qoşunlarını öz 

nəzarəti altına alır (76). Eldənizin rəqibləri olan İraq  əmirləri öz atası kimi Cahan Pəhləvanın da sultanlığın 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə