Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

36 

 

Apanı dəstəkləməyə sövq edir. Son məqamda müxalifətə qoşulan əmir Çavlı 1146 ildə Zəncanda qəflətən vəfat 



edir. Sultan Məsud, əvvəllər iqta hüququnda Xalxala və Azərbaycanın bir hissəsinə sahib olan Fəxrəddin Toğan 

Yürəkə Arranı 

[96 - 97]

 (Gəncəni) da hədiyyə edir. Lakin sultanın bu addımı da muxalifətə qoşulmuş Toğan 

Yürəki ona yaxınlaşdırmır (40). Hələ  də  Bərdəni özünə iqamətgah edən və vilayət  əmirlərinin çəkişməsinə 

qarışmayan Şəmsəddin isə  əmir Çavlının ölümündən sonrakı qarışıqlıq zamanı gözlədiyi məqamın yetişdiyini 

başa düşür. Sədrəddin əl-Hüseyninin verdiyi xəbərə görə, o, nə baş verdiyini anlamaq üçün gözləmə mövqeyini 

seçir. Arranın Bərdə qarışıq böyük bir hissəsinə sahib olmuş  Şəmsəddin  əmir Çavlının ölümündən istifadə 

edərək Naxçıvan vilayətini də öz mülklərinə qatır, iqamətgahını və ailəsini Bərdədən Naxçıvana köçürür (41). 

Mənbələr bu barədə açıq yazmasalar da, görünür, Şəmsəddinin bölgədə fəal və müstəqil hərəkətindən çəkinən, 

bəlkə  də, ona da tam etibar etməyən sultan Məsud, paytaxtı  Gəncə olan Arranın, eləcə  də bütövlükdə 

Azərbaycanın idarəsini ona deyil, vəziri Xass bəyə  həvalə edir. Məsudun bu hərəkəti bir çox vilayət 

hakimlərinin,  о cümlədən  Şəmsəddin Eldənizin narazılığına səbəb olur. Yalnız Xass bəyin vəzifədən 

uzaqlaşdırılması ilə ara çəkişmələri bir qədər səngiyir. Artıq bu dövrün (1148-1149) hadisələri ilə əlaqədar İbn 

əl-Əsir Şəmsəddin Eldənizin adını "Gəncə və Arranın sahibi" kimi çəkir (42). Mxitar Qoş isə onu "Naxçıvan 

şəhəri və vilayətinin hakimi" adlandırır (43). 

1153-cü ildə yeni səlcuq sultanı  Məhəmmədin (1153-1159) hakimiyyətə  gəlməsi ilə taxt-tac üçün 

təhlükəli sayılan vəzir Xass bəy edam edildi, əsas şəhəri Naxçıvan olan Azərbaycan atabəyləri dövləti Arranın 

xeyli hissəsini özündə birləşdirdi. Mxitar Qoşun yazdığına görə Eldənizin (mətndə Eltquz) "qüdrəti artdı və o, 

bütün hakimləri məğlub edib, çoxunu özünə tabe etdi, üsyan etmiş tərəkəmələrin 

[97 - 98]

 (türkmanların, N. V. ) 

başçılarını  məğlubiyyətə  uğratdı. Eltkuz Alban ölkəsindəki iğtişaşı yatırtdı, zalım ismaililər tayfasını  (ərəblər 

nəzərdə tutulur, N. V. ) sakitləşdirdi və beləliklə də, həmin tayfanın Alban ölkəsində tez-tez törətdiyi talanların 

qarşısını aldı" (44). Digər mənbələr də Eldənizin bu dövrdə artıq Naxçıvanda möhkəmlənməsi, "daim 

Naxçıvanda olması" haqqında məlumat verirlər (45). XI əsrin II yarısından səlcuq əmirlərinin iqamətgahı olan, 

az sonra bu yerləri qarış-qarış gəzmiş Yaqut əl-Həməvinin Ərminiyə ilə sərhəddə, Azərbaycanın böyük şəhəri 

adlandırdığı "Naxçıvan (Nəşavə)"  şəhəri artıq sonrakı - XII yüzilin 40-cı illərindən başlayaraq Eldənizlər 

sülaləsinin nümayəndələri olan Azərbaycan atabəylərinin doğma (xass) mülk-tac şəhərinə çevrilir (46). 

Şəmsəddin Eldəniz burada arvadı Möminə xatun və övladları ilə birlik-də yaşamağa başlayır (47). Bu dövrdə 

hələ  də  İraq Səlcuq sultanlığının bölgədəki müdafiəçisi olduğunu hakimiyyətdə olan sultan Məhəmmədə 

bildirməyə çalışan Şəmsəddin Naxçıvandan Həmədana - sultana göndərdiyi məktubunda özünün, lazım gələrsə, 

"türkmanlardan böyük bir dəstə ilə" çıxış edəcəyini vəd edir (48). Tabeliyində olan ölkələri ona sadiq əmirlərin 

vasitəsilə itaətdə saxlamaq və bu məqsədlə yerlərdə  də möhkəm dayaq yaratmaq üçün sultan Məhəmməd 

Naxçıvanda olan Şəmsəddinə belə bir xəbər göndərir: "Hal-hazırda sənin xidmətə  gəlməyinə ehtiyac yoxdur; 

orada (yəni Naxçıvanda, - N. V. ) müsəlmanların dayağı və şərəfsiz yolunuazmışları dəf etmək üçün istinadgahı 

ol" (49). Sədrəddin əl-Hüseyninin fikrincə, sultanın Şəmsəddin Eldənizi Naxçıvanda saxlamaqdan əsas məqsədi 

bölgədə bu illərdə də davam edən gürcü təhlükəsi idi (50). 

[98 - 99]

 

Beləliklə, XII yüzilin ortalarında Naxçıvan yalnız Azərbaycan atabəylərinin paytaxt şəhəri deyil, eləcə 



də  hələ  səngimək bilməyən gürcü müdaxiləsinə qarşı müqavimətin dayaq məntəqəsi oldu. Bu müqavimətin 

başında  о illərdə  hələ zahirən də olsa sultan Məhəmmədə  sədaqətini nümayiş etdirən  Şəmsəddin Eldəniz 

dururdu. Lakin hakimiyyət uğrunda davam edən çəkişmələr, xəlifəsultan qarşıdurması, xəlifənin - Eldəniz 

sultana qarşı  çıxarsa, onun oğulluğu  şahzadə Arslanşahı (sultan Toğrulla Möminə xatunun oğlu) sultanlıq 

taxtına çıxarmaq vədi Azərbaycan atabəyinin mövqeyini dəyişdirdi, sultana qarşı müxalifətdə olan əmisi 

Süleymanşahın tərəfinə keçməyə sövq etdi (51). Naxçıvan yaxınlığında, Araz çayı sahilində yeni müttəfiqlərlə 

sultan ordusu arasında baş verən qanlı döyüş sultan qoşunlarının qələbəsi ilə  nəticələndi. Bir müddət 

Naxçıvanda qalan sultan Məhəmməd, burada Səlcuqilərin Gürcüstana hücum edəcəyindən ehtiyat edən gürcü 

hökmdarı III Davidin (1155-1156) elçilərini qəbul edərək, onlarla barışıq müqaviləsi imzaladı (52). 

Şəmsəddinin  əfv müraciəti hətta düşmənlərinin də "ağıllı  rəqib" (53) kimi qiymətləndirdikləri sultan 

Məhəmmədin onu bağışlaması, yenidən Arran hakimi təyin etməsi ilə nəticələndi. Marağanın sahibi Arslan Ара 

ibn Ağsunqur əl-Əhmədili Azərbaycan hakimi təsdiq olundu (54). 

Bu hadisədən sonra Naxçıvan yenidən, bu dəfə son ata-bəylərədək, Eldənizlər xanədanının  əsas 

iqamətgahı oldu. Lakin sultan Məhəmmədin vəfatından sonra hakimiyyətə gətirilən Süleymanşahın (1159-1161) 

çox keçmədən taxtdan salınması  və Eldənizin himayəsində olan Arslanşahın (1161-1176) bilavasitə onun 

köməyilə taxta çıxarılması Azərbaycan atabəyləri dövlətinin tarixində yeni mərhələ 

[99 - 110]

 açdı; dövlətin 

sərhədləri genişləndi. İbn əl-Əsirin məlumatına görə, "Eldəniz Azərbaycanın böyük hissəsinə, əl-Cibəl ölkəsinə, 

Həmədana və onun torpaqlarına, İsfahana, Reyə və başqa yerlərə malik oldu və bu ölkələrdə arvadının oğlu olan 

Arslanşah ibn Toğrula xütbə oxutdurdu" (55). Bu zamandan etibarən özünəməxsus diarxiyanın 

(ikihakimiyyətliyin) yaradıcısına çevrilən Azərbaycan atabəyləri dövlətinin başçısı qoşunlara özü rəhbərlik 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə