Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

34 

 

qapıları yanında baş verdiyini bildirir (12). Bu dəfəki vuruşmada da məğlub edilmiş  Məhəmməd,  əvvəlcə 



Ərcişə, sonra Şəddadilərə məxsus Aniyə, sonra isə Təbrizə çəkilir (13). 

Böyük Səlcuq imperiyasının xeyli zəifləməsinə  və son nəticə olaraq parçalanmasına gətirib çıxaran 

sülalədaxili qanlı mübarizə 1104-cü ildə sultan Börküyarıqla Məhəmməd Tapar arasında bağlanılan yeni 

barışıqla bir qədər səngiyir. Paytaxt Reydə qalan Börküyarığın adına "əl-Cibəldə, Təbəristanda, Xuzistanda, 

Qarsda, Diyarbəkirdə,  əl-Cəzirədə, Məkkədə  və  Mədinədə, Azərbaycanda qalan sultan Məhəmmədin adına 

Arranda,  Ərminiyədə,  İsfahanda, Tikritdən başqa bütün İraqda, Sultan Səncərin adına Curcandan başlanıb 

Məvaraənnəhrə qədər xütbələr oxunur" (14). Naxçıvan yenə də Gəncədə iqamətgah quran Məhəmməd Taparın 

idarəsində qalır. Lakin əldə edilən barışıq çox çəkmədən yenidən pozulur. İbn  əl-Əsir yazırdı: "Bunların 

arasındakı müharibələr uzandı və hər yeri fıtnə-fəsad bürüdü, var-dövlətlər talan olundu, qanlar axıdıldı, şəhərlər 

xarabaya döndərilib, kəndlər yandırıldı" (15). 

Barışıq ilinin son günlərində 12 ildən bir qədər artıq hakimiyyətdə qalan 25 yaşlı sultan Börküyarıq 

vəfat edir. 

[90 - 91] 

Onun vəsiyyətinə görə hakimiyyət varis təyin etdiyi oğlu II Məlikşaha keçir. Lakin Səlcuq 

dövlətinin yeni başçısı sultanlıq taxtını saxlaya bilmir və  əmisi Məhəmməd Taparın itaətinə keçir (16). Bu 

vaxtadək yalnız imperiyanın bir hissəsinə, о cümlədən, Naxçıvana sahib olan Məhəmməd Tapar bütün Səlcuq 

imperiyasının sultanı elan edilir. 

Hakimiyyətdə olduğu dövrdə (1105-1118) о vaxtadək "müstəqil hərəkətə alışmış  səlcuq vali və 

komandanlarının nüfuzunu qıraraq, imperatorluğun birliyini qurmaq" üçün böyük fəaliyyət göstərən Məhəmməd 

Taparın ölümü ilə sultanlıq taxt-tacı üstündə mübarizə yenidən qızışdı (17). O, öz böyük oğlu 14 yaşlı 

Mahmudu varis təyin etsə  də, nə Mahmudun özü, nə  də bütün hakimiyyəti boyu onunla çəkişən qardaşları, 

mövcud vəzyiyətdən sui-istifadə edən əmiləri Səncərin qarşısında dura bilmədilər. 1119-cu ilin avqustunda Save 

yaxınlığında (Reylə Həmədan arasında) baş verən döyüşdə Mahmudun ordusunun basılması о vaxtadək yalnız 

Xorasanda məlik olan Səncəri "əssultan  əl-muəzzəm" (böyük-əzəmətli sultan) titulu ilə bütün Səlcuq 

imperiyasının hökmdarı etdi (18). Elə  həmin vaxt Mahmuda qarşı hakimiyyət iddiası ilə  çıxış edən qardaşı 

Məsud iqta hüququ ilə Azərbaycana sahib olur. О zaman cəmi 10 yaşı olan, irsən Zəncan, Save və Aveyə 

sahiblik edən kiçik qardaş Toğrul isə öz atabəyi  Şirgirin fitvası ilə Mahmuda qarşı  uğursuz çıxışdan sonra 

Arrana-Gəncəyə qaçır (19). Mənbələrdəki məlumata görə, Gəncə ilə birlikdə "bütün Arran və Araz çayınadək 

Naxçıvan Toğrula tabe olur" (20). 

1119-cu ilin noyabrında aparılan danışıqlarda sultan Səncərin ali hakimiyyətini tanıdığını  təsdiq edən 

Mahmud səlcuq taxtının varisi-vəliəhdi elan olunur; Xorasandan Anadolu və  Şamadək olan torpaqlar, о 

cümlədən birlikdə 

[91 - 92] 

İraq (Qərb) Səlcuq sultanlığını təşkil edən Azərbaycan, Həmədan, İsfahan, Cibəl, 

Kirman, Fars, Xuzistan, İraq, Cəzirə, Diyar Mudar, Diyar Rəbiə, Şam və Rum iqta kimi ona verilir (21). 

İmperiyanın Şərq və Qərb sultanlıqlarına bölünməsindən sonra da səngimək əvəzinə arası  kəsilmədən 

davam etməkdə olan sülalədaxili çəkişmələr "bundan qabaqkı dövrlərdə  də" dəfələrlə qonşu Azərbaycan 

torpaqlarına basqınlar törədən gürcülərin yeni hücumları üçün əlverişli şərait yaradır. İbn əl-Əsirin məlumatına 

görə, qıpçaqlar və digər qonşu tayfalarla birləşmiş gürcülərin belə hücumlarından biri 1121-ci ilin əvvəllərində 

baş verdi. Bu hücumun qarşısını almaq üçün təşkil edilmiş müttəfiq müsəlman orduları  tərkibində Arran və 

Naxçıvanın hakimi şahzadə Toğrulun qoşunu da vardı (22). Gürcülərin qələbəsi ilə  nəticələnən bu döyüş 

təqribən 500 ildən bəri müsəlman hakimiyyəti altında olan Tiflis şəhərinin bir illik mühasirədən sonra (1122) 

gürcülər tərəfindən tutulması ilə başa çatır (23). 

Bu hadisədən sonra İraq sultanlığının taxtı üstündə açıq mübarizədən çəkinməyən Toğrul və  Məsud 

qardaşları imkan düşən kimi böyük qardaşları olan sultana qarşı qanlı vuruşlar həddinə çatan çıxışlar etdilər. 

1127-ci ildə növbəti çıxışdan sonra sultanlığın mərkəzində qərarlaşmağa çalışan şahzadələr, əksinə, mərkəzdən 

uzaqlaşdırılaraq, yeni atabəyləri Qara Sunqurla birlikdə təzədən Arrana göndərildilər (24). 1131-ci ildə sultan 

Mahmud vəfat edənədək Toğrul, eləcə  də  Məsud Naxçıvanda və  Gəncədə qalaraq, onlara iqta hüququnda 

verilmiş bu əraziləri idarə edirdilər. Sultan Mahmudun ölümü ilə yenidən taxt-tac davasına girişən qardaşlar 

Arranı tərk edərək, mübarizəni bu dəfə əks 

[92 - 93]

 cəbhələrdə davam etdirirlər. Həmədan yaxınlığında sultan 

Səncərlə şahzadə Toğrulun birləşmiş qüvvələri Məsud və Səlcuqşah qardaşlarının qoşunları ilə üzləşir. Məğlub 

edilmiş Məsud yenidən əfv olunur; Azərbaycan və Arran iqta hüququ ilə bundan sonra da sultanlıq iddiasından 

əl çəkməyən və dəfələrlə hərbi çıxışlar edən Məsuda verilir. Toğrul isə İraq sultanı, böyük Səlcuq sultanlığının 

varisi elan edilir (25). 

Göründüyü kimi, hələ ilk səlcuq hücumları dövründən hərbi-strateji əhəmiyyəti baxımından Gəncə ilə 

yanaşı Naxçıvan da səlcuq əmirlərinin iqamətgahına çevrilir. Maraqlıdır ki, sultanlıq taxtına çıxanadək, demək 

olar, əksər səlcuq sultanları (Məlikşah, Məhəmməd Tapar, Məsud, Toğrul) imperiyanın bu mühüm bölgəsində 

fəaliyyət göstərmişlər. 




35 

 

Hadisələrin sonrakı gedişatından görünür ki, Toğrul hələ Naxçıvanın  əmiri olduğu vaxt, sultanlığın 



paytaxtı Həmədana gedənədək, arvadı Möminə xatun və oğlu Arslanşahla Naxçıvanda da yaşamışdır. Sonrakı 

illər qardaşlar arasında hakimiyyət uğrunda mübarizə səngiməsə də, Naxçıvanda bu illərdə Gəncədə iqamətgah 

qurmuş atabəy Qara Sunqurun vasitəsi ilə bölgəyə sahiblik edən əmir Məsudun idarə sisteminə daxil idi. 

1133-cü ildə  cəmi iki ildən bir qədər artıq sultanlıq taxtında qala bilmiş Toğrul vəfat edir. Qardaşı 

Məsud, nəhayət,  İraq sultanlığına sahib olur. Onun hakimiyyət illəri (1133-1152) Səlcuqilərin sülalədaxili 

çəkişmələrindən istifadə edərək, onların boyunduruğundan qurtulmağa çalışan abbasi xəlifəsinin kəskin 

mübarizəsi ilə əlamətdardır (26). Daxili və xarici durumun gərginliyi, xəlifə-sultan qarşıdurmasının daha kəskin 

şəkil alması (27) mərkəzi hakimiyyətin 

[93 - 94]

 zəifləməsinə, hüquqları məhdudlaşdırılan vilayət hakimlərinin 

mərkəzlə açıq mübarizəyə girişməsinə səbəb oldu. Yerli əmirlərin özbaşınalıqlarını gücləndirən belə bir şəraitin 

meydana çıxması,  İbn  əl-Əsirin məlumatından göründüyü kimi, onların iqta torpaqlarını  ələ keçirmələrinə 

gətirib çıxartdı (28). 

Naxçıvan Azərbaycan atabəyləri dövləti tərkibində

.  Sultan Məsudun hakimiyyətinə qarşı 

qızışan mübarizəyə, paradoksal da olsa, onun və mərhum qardaşı Toğrulun atabəyi, Arran və Naxçıvanın əmiri 

Qara Sunqur özü başçılıq edirdi. Səltənət iddiasında olan səlcuq şahzadələri, Məsudun qardaşları Səlcuqşah və 

Davud da onu müdafiə edirdilər (29). Qədim səlcuq  ənənəsinə görə atabəylərə-azyaşlı  səlcuq  şahzadələrinin 

tərbiyəçisi və məsləhətçiləri olan şəxslərə həddindən artıq imtiyazlar, о cümlədən geniş iqta torpaqları verilməsi 

onların mövqeyini xeyli möhkəmlətmişdi. Uşaqlıqdan tərbiyələndirdikləri gələcək sultanlar da doğma atadan 

artıq hörmət bəslədikləri atabəylərinin dövlət idarəçiliyinə qarışmalarına, qoşun və vilayət başçıları kimi 

fəaliyyətlərinə alışdıqları üçün onların belə  hərəkətlərinə  təəccüblənmir, onlara haqq qazandırırdılar. Məhz 

Məsudun dövründə, onun təşəbbüsü ilə  mərhum sultan Toğrulun yeganə  oğlu Arslanşahın atabəyi olan 

Şəmsəddin Eldəniz sultanın dul qalmış arvadı Möminə xatunla evlənmişdi. Arranın bir iqta mülkü kimi 

Şəmsəddinə verilməsi də həmin vaxta (1136-cı ilə) aiddir. Görünür, bu zaman hələ də Gəncə və Naxçıvan əmiri 

olan Qara Sunqurun müxalifət cəbhəsinə keçməsi, sultan Məsudun bu addımı atmasına, "özünün ən sədaqətli 

xidmətçisi" (30) Şəmsəddin Eldənizi Arrana göndərməsinə səbəb olmuşdur. 

[94 – 95]

 

Özünün  ıqta mülkünə, Sədrəddin  əl-Hüseyninin xəbər verdıyı  kımi, "bütün varidati (əl-əmval)" (31), 



eləcə də ailəsi ilə yola düşən Şəmsəddin Eldəniz Arranda hələ də nüfuz sahibi olan Qara Sunqurun Gəncədəki 

və Naxçıvandakı mövqeyinin möhkəm olduğunu nəzərə alaraq, Arranın köhnə mərkəzi, artıq əvvəlki qüdrətini 

əldən vermis Bərdə şəhərində qərarlaşır (32). Maraqlıdır ki, Şərəf xan Bidlisi (XVI əsr) atabəy Eldənizə (əsərin 

rus dilinə tərcüməsində: "атабеку Илдавизу, который Кызыл Арслану приходится дедом") Azərbaycan və 

Ərminiyənin idarəsinin verilməsini sultan Məsuda deyil, sultan Mahmuda aid edir (33). Doğrudur, Eldəniz artıq 

sultan Mahmudun hakimiyyəti dövründə yalnız inanılmış adamlara həvalə edilən sultan mətbəxinin başçısı 

vəzifəsinədək yüksələ bilmişdi. Çox güman ki, hələ Mahmudun sağlığında Arran və Naxçıvanın hakimi olan 

şahzadə Toğrulun oğlu Arslanşahın atabəyi kimi Şəmsəddin də onlarla birlikdə müəyyən müddət Arranda - 

Naxçıvanda yaşamışdır. Lakin Gəncə kimi Naxçıvan da Qara Sunqurun tabeliyində olduğu üçün ailəsi ilə 

birlikdə Bərdədə möhkəmlənən Şəmsəddin Eldəniz, mənbənin verdiyi xəbərə görə, ləyaqətlə işə başlayaraq, ona 

həvalə olunan vilayətlərin qorunması və müdafıəsi üçün lazımi möhkəmlik və qeyrət göstərmişdi (34). 

Bərdədə qaldığı bir neçə ildə sultana hədsiz sədaqət nümayiş etdirən Şəmsəddin onun əmri ilə Arranda 

möhkəmlənmək üçün əlverişli məqamın yetişməsini gözləyirdi. Mənbələrin (Mirxond, Həsən bəy Rumlu) 

verdiyi xəbərə görə, o, sultan Məsudun tapşırığı ilə, Arrana qoşun yeritmiş,  Şirvanı,  о cümlədən Bakını  ələ 

keçirmişdi (35). Bu məlumatlardan hadisənin dəqiq tarixi aydın olmasa da, sultan Məsudun 1152-ci ilədək 

hakimiyyətdə qaldığı  nəzərə 

[95 - 96]

 alınarsa,  Şəmsəddin Eldənizin  Şirvana ilk hücumunun onun Arrandakı 

fəaliyyətinin ilk dövründə baş verdiyini demək olar (36). 

Qeyd edilməlidir ki, bu illərdə  də  İraq Səlcuq sultanlığı ilə  Şirvanşahlıq arasındakı münasibətlər 

süzeren-vassal səviyyəsində qalmaqda davam edirdi (37). Görünür, bu dövrdə sultan Məsud tərəfindən 

hüquqları  məhdudlaşdırılan vilayət  əmirləri və  səltənət iddiasında olan səlcuq  şahzadələri ilə birlikdə sultana 

qarşı açıq mübarizəyə başı qarışmış  əmir Qara Sunqurdan fərqli olaraq Şəmsəddin Eldəniz bu mübarizəyə 

qoşulmur və  əksinə, sultanın regiondakı müdafiəçisi rolunu oynayırdı. Lakin, gözlənilmədən Qara Sunqur 

mübarizə meydanından çıxır. Buna səbəb 1139-cu ildə Gəncədə və ətraf yerlərdə baş verən təbii fəlakət-dağıdıcı 

zəlzələnin baş verməsi oldu (38). Yerli və ərəb mənbələrinin (Mxitar Qoş, İbn əl-Əsir və b.) bütün dəhşətləri ilə 

təsvir etdikləri bu zəlzələ  nəticəsində yalnız xarabazara çevrilmiş Gəncədə 230 min insan tələf olmuşdu (39). 

1141-ci ildə mübarizədən uzaqlaşaraq  şəhər  əhalisinin köməkliyilə Arran paytaxtının  əvvəlki  əzəmətini 

qaytarmağa çalışan Qara Sunqur da vəfat edir. Hələ sağlığında varis təyin etdiyi əmir Çavlı  ət-Toğruli onu 

tutduğu vəzifədə əvəz edir. 

Dövrün mürəkkəb siyasi şəraiti əmir Çavlını gah onu Azərbaycan və Arranın hakimi vəzifəsində təsdiq 

edən sultan Məsudu, gah da Qara Sunqurdan sonra müxalifətə başçılıq edən Fars vilayəti hakimi əmir Boz 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə