Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   26   27   28   29   30   31   32   33   34

43 

 

talağın (boşanmanın)  şahidlərinə  xələt verdi. Onları nemətləndirdi. [Vəzir Rəbib  əd-Din] dedi: О (Özbək), 



başını balışa qoydu, hərarəti qalxdı  və bir neçə gündən sonra öldü" (131). Beləliklə,  Əlincə qalasında 

Azərbaycan atabəyləri dövlətinin son nümayəndəsi Özbək vəfat etdi. Onun vəfatı ilə dövrün ən qüdrətli 

dövlətlərindən olan Azərbaycan atabəyləri dövlətinə son qoyuldu. Şəmsəddin Eldənizin övladlarına tabe olan 

ərazilər 1231-ci ilədək Azərbaycanda, Arranda, Şirvanda və Gürcüstanda ağalıq edən Xarəzmşah Cəlaləddin 

Manqburnının əlinə keçdi (132). 

Naxçıvan isə hələ də məlikə Cəlaliyyənin mülkü olaraq qalırdı. Qiyasəddin Pirşaha ərə getdikdən sonra, 

ərinin ölkəni tərk edərək İraqa getməsinə baxmayaraq, o, yenədə Naxçıvanı və ona aid torpaqları idarə edirdi. 

Atabəylərin Naxçıvandakı iqamətgahında hökmdarlara məxsus cah-cəlalla yaşayan Cəlaliyyənin öz mühafizə 

dəstəsi,  şəhəri və  ətraf mahalları müdafiə edə biləcək qoşunu, inzibati idarə sistemi, о cümlədən hacibə (bu 

vəzifə demək olar, həmişə kişilərə həvalə olunurdu) vəzifəsini daşıyan saray xadiməsi vardı. Onun Cəlaləddin 

Manqbumınin vəziri  Şərəf  əl-Mülkə göndərdiyi xəbərdən görünür ki, Naxçıvan və onun mahallarından hər il 

sultan sarayına göndərilən vergilərin miqdarı Naxçıvanın gəlirini iki dəfə üstələyirdi (133). Lakin Naxçıvandan 

gələn vergilərlə kifayətlənməyən  Şərəf  əl-Mülk, Eldənizlər nəslindən olan məlikə  Cəlaliyyəni hakimiyyətdən 

uzaqlaşdırmaq, şəhəri ələ keçirmək qərarına gəlir. 

[120 - 121]

 

Maraqlıdır ki, bu illərdə Azərbaycan atabəylərinin Xarəzmşahın xidmətinə keçmiş son kişi 



nümayəndələrindən fərqli olaraq onların qadınlarının tabeliyində Eldənizlərə məxsus mülklər hələ də qalmaqda 

idi. Əsasən, xarəzmşahlarla nigah münasibətləri yaratmaqla öz mülkünü - Naxçıvanı qoruyub saxlayan məlikə 

Cəlaliyyə kimi, Özbəyin arvadı Məleykə də Səlmas, Urmiya və Xoy şəhərlərini (-134), Özbəyin oğlu Xamuşun 

arvadı Sülafə xatun isə Ruindej qalasını tabeliklərində saxlamışdılar (135). Eldənizlər xanədanına son qoymaq 

və bu xanədanın xarəzmşahlara qarşı çıxan tərəfdarlarını aradan götürmək məqsədilə vəzir Şərəf əl-Mülk həmin 

qadınların, о cümlədən Naxçıvanın sahibəsi Cəlaliyyənin tabeliyində olan yerləri tutmaq qərarını verir. 1227-ci 

ilin yayında o, atabəy Özbəyin xarəzmşah Cəlaləddinə  ərə getmiş arvadı  Məleykənin tabeliyində olan Xoy 

şəhərini ələ keçirir (136). Lakin bu qadının çağırışı ilə köməyə gəlmiş Xilat hakiminin naibi, hacib Hüsaməddin 

Əlinin ölkəyə  gəlişi Xarəzmşah vəzirinin planlarını müvəqqəti də olsa pozur (137). İbn  əl-Əsirin məlumatına 

görə "Hüsaməddin Əli əsgərləri ilə Azərbaycan ölkəsinə gəlib, Cəlaləddinin arvadının əlində olan Xoy şəhərini, 

onun ətrafında olan qalaları və Mərəndi öz əlinə keçirdi. Bundan sonra Naxçıvan əhli ona müraciət etdi. Hacib 

oraya gedəndən sonra naxçıvanlılar şəhəri ona təslim etdilər. Hacibin buradakı şan-şöhrəti qüvvətləndi və əgər 

o, istəsəydi, əsgərləri bütün ölkəyə malik ola bilərdilər. Lakin hacib burada qalmayıb Xilata qayıtdı" (138). 

Görünür,  İbn  əl-Əsir "Naxçıvan  əhli" dedikdə  məhz xarəzmşahların ağalığından özünü və mülklərini xilas 

etmək istəyən şəhərin sahibəsi məlikə Cəlaliyyəni nəzərdə tuturdu. Güman etmək olar ki, Cəlaliyyənin elə bu 

addımı 


[121 - 122] 

Şərəf  əl-Mülkün həmin hadisədən az sonra Naxçıvana hücum etməsinə  səbəb olur. Ən-

Nəsəvinin yazdığına görə, vəzir bu işdə məlikə Cəlaliyyənin öz oğlu kimi böyütdüyü, atası Cahan Pəhləvanın 

məmlüklərindən olan Aytuğmış adlı  gəncdən istifadə edir (139). Mənbədəki məlumata görə, onu böyüdən 

qadına naxələf çıxmış bu gənc "Şərəf əl-Mülkü Naxçıvanı və onun mahallarını tutmağa şirnikləndirirdi" (140). 

Şərəf  əl-Mülk ona boyun olunan müəyyən nəqd və sonra isə  hər il ödəniləcək pul müqabilində 

Aytuğmışa Naxçıvanı  ələ keçirməyə kömək etməli idi. Bu şərtlə razılaşan  Şərəf  əl-Mülk Aytuğmışı öz şəxsi 

mühafızə  dəstəsi ilə Naxçıvana göndərməli, məlikə  Cəlaliyyənin ona olan inamından istifadə edərək,  şəhərə 

daxil olmalı, məlikə həbs edilməli, Aytuğmış isə onu böyüdən qadının yerini tutmalı idi. Lakin Şərəf əl-Mülkün 

göndərdiyi dəstə Naxçıvan yaxınlığında artıq bu məsələ haqqında xəbərdar edilmiş məlikənin qoşunu ilə döyüşə 

girir. Məğlub edilmiş Aytuğmış geri çəkilməli, Cəlaliyyənin öz hacibəsi ilə göndərdiyi xəbərdən pərt olmuş 

Şərəf əl-Mülk isə, məcburiyyət qarşısında məlikədən üzr istəməli olur (141). 

Şərəf əl-Mülkün və Aytuğmışın Naxçıvanı tutmaq cəhdləri məlikə Cəlaliyyəni о dövrdə "dəbdə olan" 

yeni bir addıma - Naxçıvanı tabeliyində saxlamaq üçün 1229-cu ildə qətlə yetirilmiş əri Qiyasəddin Pirşahını 

ölümündən sonra bu dəfə qaynı xarəzmşah Cəlaləddinə ərə getməyə vadar edir (142). Bu haqda məlumat verən 

ən-Nəsəvi, gürcülərlə apardığı  uğurlu döyüşlərdən sonra məlikə  Cəlaliyyənin dəvətilə sultan Cəlaləddinin 

Naxçıvana gəldiyi, burada onunla izdivaca girdiyini bildirir (143). Cəmi bir neçə gün Naxçıvanda qalan sultan 

ona tabe vilayətlərin (Xorasan, 

[122 - 123]

 İraq, Mazandaran) buraya dəvət edilmiş divan başçıları ilə müşavirə 

keçirir, müharibə  şəraitində yaşayan ölkə  əhalisinin  şikayətlərinin həll olunması, vəziyyətin tənzimlənməsi 

yollarını arayır (144). Lakin görülən tədbirlərin, atılan addımların heç biri Cəlaləddinin süqutunun qarşısını ala 

bilmir. Onun qətlindən (1231-ci ildə) az sonra, uzun sürən gərgin mübarizəyə və ciddi müqavimətə baxmayaraq

monqollar Azərbaycanı, о cümlədən Naxçıvanı ələ keçirir, talan və qarət edir, dağıdır, yandırırlar. 

Bununla da, tədqiq edilən dövrdə mövcud olan olduqca mürəkkəb siyasi duruma rəğmən regionun 

yüksək mədəniyyət, ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət tapan, yüz ildən bəri Eldənizlər xanədanının əsas 

iqamətgahı və "xass" mülkü olan Naxçıvan şəhəri bütün tarixi boyu dəfələrlə üzləşdiyi bəlaya bir daha düçar 

olur. Azərbaycan atabəylərinin hakimiyyəti dövründə özünün ən parlaq çağını keçirən, müasirlərin və xələflərin 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə