Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

23 

 

(7). O, həmçinin,  şimal bölgəsinin valisi təyin etdiyi Məhəmməd ibn Əbu-s-Sacdan da onun nəzarəti altında 



olan yerlərdəki hakimlərin zor gücünə olsa da tabeliklərinin təminatını tələb edir. 

893-cü ildə, Məhəmməd xəlifənin tapşırığı ilə Xilafətin rəqibi Bizansla ittifaqa girmək istəyən, bir qədər 

əvvəl (892) xəlifənin özü tərəfindən Ərminiyə məliki təsdiq edilən I Smbata (890-913) qarşı göndərilir (8). Bu 

yürüş zamanı böyük bir qoşunla ərəb əmirinin iqamətgahı olan Naxçıvanı keçərək Dəbilə (Dvinə) hərəkət edən 

Məhəmməd ermənilərin katolikosu Georqun da əsir alınması  və  ağır vergilərin qoyulması ilə  nəticələnən 

hücumdan sonra yenidən özünün Bərdədəki sarayına qayıdır. Yalnız  о zamanlar (887-ci ildə) alban 

dövlətçiliyini bərpa edə bilmiş Qriqor Hamamın vasitəçiliyi və böyük miqdarda azadlıq pulu (fıdyə)  ödəməsi 

nəticəsində  Məhəmməd katolikosu azad edir (9). Ərəb canişininin bölgədəki sonrakı  fəaliyyəti də Xilafətin 

buradakı mövqeyinin möhkəmlənməsinə, xüsusilə yerli feodalların  ərəblərin tabeliyindən çıxmaq cəhdlərinin 

aradan götürülməsinə doğru yönəldilmişdi (10). 

285/898-ci ildə  xəlifə  əl-Mütədid bu zaman artıq qüvvətlənərək  ərəb üsul-idarəsinə tabe olmaq 

istəməyən Məhəmməd ibn Əbu-s-Sacın faktiki olaraq hakimlik etdiyi 

[60 - 61]

 Azərbaycan və  Ərminiyə 

vilayətlərinə vali təyin olunmasını bir daha təsdiq edir. Məhəmmədin, 901-ci ildə, Bərdədə, bütün Azərbaycanı 

bürüyən vəba xəstəliyindən vəfatından sonra, qardaşı Yusif ibn Əbu-s-Sac xəlifənin Azərbaycandakı canişini 

vəzifəsini tutur (11). Artıq 296/908-909-cu ildə yenidən getdikcə güclənən Xilafətin yeni başçısı  əl-Müqtədir 

(908-932) Sacilərin qarşısını almağın qeyri-mümkünlüyünü nəzərə alaraq, onlara qarşı yönəldilmiş siyasəti 

dəyişir və Yusifı Xilafətin Azərbaycan və Ərminiyədəki valisi təyin edir. Yusif ibn Əbu-s-Sac "hər il xəzinəyə 

120 min dinar göndərməyə  zəmanət verir" (12). Xilafətin Cənubi Qafqazdakı mövqeyini möhkəmlətməklə 

yanaşı, sözsüz ki, özünün buradakı hakimiyyətini qüvvətləndirmək və yerli hakimləri tabe etmək məqsədilə 

Yusif onun canişin təyin olunmasına etiraz edən erməni hökmdarı I Smbata qarşı çıxır. Böyük qoşunla Bərdə-

Tiflis-Taşırdən keçərək, Smbatın  Şırakdakı iqamətgahına hücum edən Yusif ermənilərin müqavimətinə 

baxmayaraq Dəbilə yaxınlaşa bilir və burada onlarla qısa müddətli barışıq bağlayaraq, Naxçıvan yolu ilə 

Marağaya qayıdır (13). 

Sonrakı hadisələr Naxçıvanın bu dövrdə də ərəblərin hərbi düşərgəsi rolunu oynadığını təsdiq edir. Belə 

ki, bir il sonra, Smbata qarşı hazırlanan yeni hücum ərəfəsində, Yusifın ordusu onunla ittifaqa girən Vaspurakan 

vilayətinin hakimi erməni Qaqik Arsruninin qoşunu ilə məhz Naxçıvanda birləşmişdi. Mənbələrdə (Asogik və 

b.)  İveriya hökmdarı Ater-Nersehin, eləcə  də I Smbatın öz qardaşı  Şapuhun oğlu Aşotun da qoşunları ilə 

Sacilərə qoşulması haqqında məlumat vardır (14). 

[61 - 62]

  

Bir neçə il müddətində davam edən bu qanlı mübarızə  Cənubi Qafqazın, demək olar, bütün qərb və 



cənub-qərb bölgələrini  əhatə edirdi. Yusifin düşərgə saldığı Araz sahilindən göndərilən qasidlər Sacilərin 

işğalına məruz qalmış ətraf yerlərin hakimlərindən tabeliyi qəbul etmək və vergi ödəmək tələblərini çatdırırdılar. 

Yusifə qarşı müqavimətə  cəhd göstərən Sünik hakimi məğlub edilərək, ondan aman istəməli olur (15). İbn 

Havqəl Yusifə tabe olub vergi verənlər sırasında Sünikə aid qalaların birinin sahibinin (sahibi Vayzur) də adnı 

çəkir (16). 

Nəhayət, Sacilərin hücumlarının qarşısını ala bilməyən I Smbat təslim olduğunu bildirir. Asogik 

"əyanların arvadlarının xəzinə ilə birlikdə sığındığı Yeröncək" (Əlincə) qalasının ələ keçirilməsi və I Smbatın 

915-ci ildə Dvində dar ağacından asılması ilə Yusifin qəti olaraq bu erməni knyazını tabe etməsi, öz müttəfiqi 

olan və artıq Xilafət xəzinəsinə deyil Sacilərə vergi ödəyən Baqratilərin son nümayəndəsi II Aşotun başına 

Yusif tərəfmdən tac qoyulması haqqında məlumat verir (17). 

Tədqiqatlara  əsasən məhz bu illərdə (918) Yusif artıq çoxdan bəri Xilafətin  şimal bögəsində,  о 

cümlədən tarixi Azərbaycan  ərazisində, baş verən hadisələrdə  iştirak edən  Əbu Duləfilər xanədanı 

nümayəndəsini Qoğtənin (Ordubad və Culfa), eləcə  də Naxçıvanın  əmiri təyin edir(18). Hadisələrin sonrakı 

inkişafından - Yusifin və onun varislərinin (898-941), eləcə  də onlardan sonra hakimiyyəti  ələ almış Salari 

sülaləsi nümayəndələrinin (941-981) bölgədəki çox mürəkkəb fəaliyyətlərindən asılı olmayaraq Naxçıvan əmiri 

Əbu Duləfilər nəslindən olmuşdur. Belə ki, X əsrin 80-ci illərində, yəni Yusifin təyinatından 64 il sonra, 

Naxçıvan ərazisində baş verən hadisələrdə biz Əbu Duləfin 

[62 - 63]

 yenidən meydana çıxdığının şahidi oluruq. 

Mənbələrin məlumatından görünür ki, Azərbaycan, Arran və  Ərminiyənin (Ermənistanın) "vahid hökmdar" 

tərəfindən idarə olunduğu Sacilər və Salarilər dövründə (19) onların tabeliyində olan yerlərin böyük 

malikanələrə sahib zəngin xırda "hökmdarları" (məlikləri) hər il Azərbaycan hökmdarlarına ("muluk 

Azərbaycan") müəyyən məbləğdə vergi ödəyirdi (20). 344 (955-956)-cü ildə Azərbaycanda olmuş İbn Havqəl 

öz  əsərində Azərbaycan hökmdarı (məliki) adlandırılan Sacilər və Salarilər sülalələri nümayəndələrinə vergi 

verən, yəni onlardan vassal asılılıqda olan Şirvanşahın, Curzan (Gürcüstan) hökmdarının, erməni Baqratilərin və 

Arsrunilərin (əd-Dirani,  əd-Dayrani) adları ilə yanaşı "Alban padşahlığını  bərpa" etmiş  Şəki, eləcə  də Sünik 

(Vayzur) və Xaçın hakimlərinin,  Əhər və Varzaqanın sahibləri olan, çox keçmədən müstəqil dövlət yarada 

bilmiş Rəvvadi əmirlərinin də adlarını sadalayır (21). Ərəb müəllifi həmin feodalların Salarilər dövrü süzereni 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə