Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

15 

 

qiyamçı  Əbu Müslimün rəhbərliyi ilə Beyləqanda başlanan və sonra 



[40 - 41] 

bölgənin bir çox yerlərini,  о 

cümlədən, Naxçıvanı da əhatə edən hərəkata səbəb bərdəlilərin xəlifə  tərəfindən xərac toplamaq üçün ora 

göndərilən  Əbu-s-Sabahı öldürmələri olmuşdu. Geniş intişar tapmış bu üsyanın yatırılması üçün xəlifənin 

göndərdiyi bir neçə ordu üsyançılar tərəfındən məhv edilmiş, xəlifə qoşunlarının nəzarət etdiyi bəzi şəhərlər, о 

cümlədən Naxçıvan, üsyançıların  əlinə keçmişdi (125). Əl-Kufinin yazdığına görə, artıq üç xəlifə ordusunu 

məğlub etmiş  Əbu Muslim "Naxçıvan  şəhərinə  (əlyazmasında Nəşavə  əvəzinə  səhvən Kəsavə yazılmışdır, - 

N. V. )  gəlib onu tutur, xərac toplayıb, onu öz silahdaşları  (əshabları) arasında bölüşdürür. Buradan o, Dəbil 

şəhərinə tərəf gedir..." (126). 

Dövrün mənbələrində VIII əsrin sonu IX əsrin əvvəllərində Xilafətin bir çox vilayətlərini, о cümlədən, 

Arran və Azərbaycanı bürüyən üsyan və  çıxışların nəhayət böyük bir hərəkata - Xürrəmilər hərəkatına 

çevrilməsi, Babəkin başçılıq etdiyi xürrəmi qoşunlarının digər yerli qüvvələrlə birləşərək Xilafətə qarşı,  ərəb 

üsul-idarəsinə qarşı mübarizə aparması haqqında geniş məlumat vardır. Qeyd etməliyik ki, bu dövr Naxçıvanı 

istər yerli, istərsə də ərəb mənbələrinin xüsusi tədqiqat obyekti olmasa da, baş verən hadisələrin axarında onun 

bu və ya digər münasibətlə bağlı adının çəkilməsi, öyrənilən dövrdə bu şəhər və onun ətrafında cərəyan edən 

hadisələri izləmək imkanı verir. 

Abbasilərin hakimiyyətə  gəlməsi ilə regionda qızışan və qanlı vuruşmalaradək dərinləşən ciddi 

çıxışlarda yerli əhali ilə birlikdə burada yaşadıqları uzun illər ərzində artıq yerliləşmiş və mal-mülk sahibi olmuş 

həmin "köhnə"  ərəblər də  iştirak edirdi. "Mutəğəllib" ("qalib gəlmiş" mənasını daşıyan  ərəb sözüdür) 

adlandırılan bu ərəblər də separatçılıq 

[41 - 42]

 nümayiş etdirərək, mərkəzi hakimıyyətə qarşı çıxışlar törədirdilər 

(127). Xəlifə əl-Məmımun (813-833) dövründə, xüsusilə Babəkin başçılığı ilə xürrəmilərin uğur qazandıqları IX 

yüzilin 20-ci illərinin əvvəllərində, həmin mutəğəlliblərdən biri, "avaranşan" ləqəbli Savada ibn Əbdülhəmid əl-

Cəhhafinin mərkəzi hakimiyyətə, eləcə də ətraf yerlərin feodal mülk sahiblərinə qarşı çıxışları nəzəri xüsusilə 

cəlb edir (128). Erməni Baqratilərlə qohumluq əlaqəsi yaratmış Savada yerli alban feodallarından Sünik knyazı 

Səhəki də Xilafətə qarşı mübarizəyə  cəlb edə bilmişdi. Uğursuz döyüşdən az sonra (Sünik knyazı  Səhək bu 

döyüşdə öldürülmüşdü) ətraf yerləri, о cümlədən, sözsüz ki, Naxçıvanın kənd və başqa yaşayış yerlərini də qarət 

etməklə məşğul olan, sonra isə öz dəstəsi ilə Sünik qalasında möhkəmlənən Savadanın çıxışları yalnız Sünikin 

yeni knyazı Vasaqın dəvət etdiyi Babək tərəfındən yatırıla bilir. Knyazın qızı ilə evlənən Babək həmin tərəflərdə 

bir çox yerləri ələ keçirir. Bu gün də Naxçıvan ərazisində Babək və xürrəmilərin adı ilə bağlı sayılan abidələr 

vardır (Babək qalası, babəkilərin qəbirləri və s.). 

20-ci illərin sonlarında (828/29) xəlifə  əl-Məmun tərəfindən Azərbaycan, Arran və  Ərminiyəyə vali 

təyin edilən Yəzid ibn Məzyəd  əş-Şeybaninin oğlu Xalidin ölkədə atdığı ilk addımlardan biri Xilatda 

üzrxahlıqla onun qarşısına çıxmış Savadaya aman vermək olmuşdu (129). 

Xilafətin hakimiyyətinin ilk dövründən başlayaraq strateji mövqeyinə görə  ərəb qoşunu qarnizonu 

yerləşdirilmiş Naxçıvan, artıq gördüyümüz kimi, dəfələrlə müxtəlif hücumlara məruz qalsa da, IX yüzilin 

əvvəllərində  də, çoxdan bəri burada qərarlaşmış  ərəb  əmirlərinin və ya onların mavlələrinin  əlində qalmışdı. 

Hələ islamaqədərki 

[42 - 43]

 Ərəbistanda geniş yayılmış mavlə istilahı "kimdənsə əsil adam" mənasını daşıyır, 

qan qohumluğu ilə bağlı olanlar və ya qəbilənin hamiliyə götürdüyü adamları nəzərdə tuturdu; işğal dövründə 

isə mavlə hər hansı ərəb qəbiləsinin himayə etdiyi qeyri-ərəb adamlara aid edilirdi. Naxçıvanda IX yüzilin 20-ci 

illərində xüsusi mövqe tutan, bəlkə də hakimlik edən Yəzid ibn Hisn (Husn) də, əl-Yəqubinin məlumatına görə, 

muharib tayfasının (şimal ərəb ğatafan qəbiləsindən) mavləsi idi (130), yəni o, mənşəcə ərəb deyil, islamı qəbul 

etmiş yerlilərdən idi. 

Xəlifə  əl-Məmunun  ərəb idarə sistemini yerlərdə möhkəmlətmək siyasətini həyata keçirən yeni vali 

Xalid ibn Məzyəd mərkəzi hakimiyyətə qarşı çıxan digər yerli və separatçılığa cəhd göstərən ərəb feodallarının 

çıxışlarını amansızlıqla yatırmağa çalışırdı. Onun ordusu İraq həbsxanalarından buraxdırdığı  həmqəbilə 

üzvlərindən və əl-Cəzirədə onlara qoşulan rəbiə qəbiləsi döyüşçülərindən təşkil olunmuşdu (131). Elə bu ordu 

ilə Naxçıvana gələn Xalid burada hakimiyyətini möhkəmlətməyə çalışan Yəzid ibn Hisnə qarşı  çıxır.  Əl-

Yəqubinin məlumatından aydın olur ki, məğlubiyyətə uğrayan naxçıvanlı əmir qaçmalı olur (132). Mənbədəki 

məlumata görə  əslində mavlə olan Yəzid ibn Hisn (133) ərəb qoşun dəstələrindən birinin başçısı adlandırılır. 

Erməni tədqiqatçısı A. Ter-Gevondyan isə əl-Yəqubiyə istinadən Yəzidin Kisala (Qazax ərazisində) qaçdığını 

qeyd edir (134). Doğrudur,  əl-Yəqubi öz mətnində  Yəzidin Naxçıvandan qaçdığını  xəbər verir. Lakin onun 

qaçdığı yeri bildirmir (135). Kisala, oradan Curzana (Gürcüstana) yürüşünü davam etdirən isə Xalidin özü 

olmuşdur. 

[43 - 44] 

Özünün Şirvan və Dərbəndin tarixinə dair əsərindəXalidin bu dövr fəaliyyətindən yazan Münəccimbaşı 

bilavasitə Naxçıvanın adını  çəkməsə  də, Xalidin ölkədə baş verən iğtişaş  və  çıxışların yatırılması üçün xəlifə 

tərəfindən Cənubi Qafqaza göndərilməsi, bölgənin müxtəlif yerlərində (Şəkidə, gürcü və sanarların yaşadıqları 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə