Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

26 

 

Məhz bu Əbu Duləf, Asogikin məlumatına görə, yuxarıda qeyd etdiyimiz kimi, 982-ci ildə Salarilərə 



məxsus Naxçıvan və Dvini tutduqdan sonra, 983-cü ildə erməni feodal nəsli Arsrunilərin xanədanı olan 

Vaspurakan vilayətinə hücum edir (54). Müəllif Əbu Duləfin 905 nəfərlik qoşun dəstəsi ilə həyata keçirdiyi bu 

hücumun təsvirinə xüsusi fəsil (XIII) ayırmışdır. Qeyd etməliyik ki, Asogikin əlyazmasının tədqiqatçısı 

N. Emin Əbu Duləfın qoşununun tərkibi haqqında mənbədə olan sözün (xazkok-xazik) anlaşılmadığını bildirsə 

də, bu sözün "xəzərlər" kimi tərcüməsinə üstünlük vermişdir (55). Bizə elə gəlir ki, burada "tazik-tacik" (ərəb) 

oxunuşu daha düzgün olardı. Belə ki, mətnin sonrakı hissəsində  Əbu Duləfin döyüşçüləri haqqında bir neçə 

yerdə "tacik qoşunu" ("войско татчиков") ifadəsi işlənmişdir (56). 

Asogikin məlumatından görünür ki, torpaqlarını genişləndirməyə çalışan Naxçıvan  əmiri Vaspurakan 

ərazisində "Kakyar" adlı yerdə düşərgə salmış, Vaspurakan hakimi Aşot Arsruninin göndərdiyi erməni 

knyazlarının başçılıq etdikləri ordunu geri çəkilməyə  və  tərk-silah olmağa məc-bur etmişdi. Yalnız  şəhərin 

əhalisi pul və qiymətli  əşyalar ödəməklə xilas ola bilmişdi. Asogik öldürülən erməni döyüşçülərinin çoxunun 

xristianlıqdan dönmə müsəlman olduqlarını və buna görə də Allahın qəzəbinə gəldiklərini iddia edirdi (57). 

[70 

- 71] 


M. Şərıflinin gümanına görə Əbu Duləf tutduğu yerləri, yəqin ki, 987-ci ilə qədər əlində saxlaya bilmişdi 

(58). 987-88-ci illərdə Asogikin "taciklər", yəni ərəblər adlandırdığı Əbu Duləf qoşunu Rəvvadilər sülaləsinin 

görkəmli nümayəndəsi, hələ Salarilərin hakimiyyəti dövründə  Cənubi Azərbaycan "feodalları içərisində  ən 

qüdrətlisi" hesab olunan (59) Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə  uğradılır,  Əbu Duləfin  ələ 

keçirdiyi torpaqlar Rəvvadilər tərəfindən geri alınır. Lakin, Vaspurakana növbəti yürüş zamanı (988) Rəvvadi 

hökmdarının vəfat etməsi  Əbu Duləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsi üçün şərait yaradır. 

Asogikə görə, Əbu Duləf hətta erməni hökmdarı Smbatla sazişə girib, dinc yaşamaq haqqında onunla müahidə 

də bağlayır (60). Bu hadisələrdən sonra Əbu Duləf adı çox uzun, təqribən 77 il müddətinə tarixi qaynaqların 

səhifələrindən çıxır və yalnız XI əsrin 60-cı illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan təbrizli 

Qətranın və Tusdan olan Əli  Əsədinin  əsərlərində görünür (61). İran alimi Kəsrəvi Təbrizinin mülahizəsini 

dəstəkləyən M. Şərifli, Əbu Duləf nəslinin 983-cü ildən bəri mərkəzi Naxçıvan olan Naxçıvanşahlıq müstəqil 

dövlətinə başçılıq etdiyini və bu dövlətin 1065-66-cı ildə  Səlcuq sultanı Alp Arslan tərəfındən ləğv olunaraq 

Səlcuq dövlətinə tabe edildiyini də göstərir (62). 

Dövrün reallıqlarını üzə  çıxarmaq, tarixi həqiqətləri dəqiqləşdirmək üçün 988-1064-cü illərdə, yəni 

Duləfilər haqqında tarixi mənbələrdə heç bir məlumatın verilmədiyi dövrdə, bu regionda, eləcə də Naxçıvanda 

baş verən hadisələri izləmək vacibdir. 

Mənbələrin araşdırılmasından doğan nəticələrdən görünür ki, bu dövrdə  cərəyan edən hadisələri 

mürəkkəbləşdirən 

[71 -72]

 əsas amil regiondakı iri və xırda dövlətlərin, о cümlədən, onların tabeliyində olan, 

lakin müstəqilliyə can atan feodal mülk sahiblərinin qarşılıqlı münasibətləri idi. Bu dövlətlərin hər biri kiçik bir 

imkanı da əldən vermədən biri digərinin hesabına  ərazilərini genişləndirməyə, öz qüdrətlərini nümayiş 

etdirməyə çalışırdı. 375(985/86)-ci il-də qardaşı Mərzbanı aradan götürməklə hakimiyyəti ələ keçirmiş Şəddadi 

hökmdarı I Fəzl ibn Məhəmməd özünün demək olar bütün qonşuları ilə müharibələr etmiş, Vardanın dili ilə 

desək, "onlara rahatlıq verməmişdi" (63). Fəzlin bu dövrdə (yəni X əsrin son illərində) Arranda müstəqil 

hakimlik etməyə çalışan feodal mülkləri - Xaçını, Gorusu, Tavuş-Sevordiki, Süniki, о cümlədən, Naxçıvanı 

Şəddadilər dövlətinin tərkibinə qatması, Dvini tutması, Ermənistanın bir neçə vilayətini tabe edərək, ildə 3000 

dinar vergi verməyə məcbur etməsi Arranşahların regiondakı öncül mövqeyini təsdiqləyir (64). Belə çıxır ki, X 

əsrin sonlarında, erməni mənbəyində Qoğtən  əmiri adlandırılan  Əbu Duləf  əgər Naxçıvanı tutsaydı da, bu 

ərazidə müstəqil dövlət yarada bilməzdi. Belə ki, yuxarıda gördüyümüz kimi, həmin yerlər  Şəddadi  əmiri I 

Fəzlin tabeliyinə keçən torpaqlar sırasında idi. 

XI əsrin əvvəllərində də I Fəzlin qonşu torpaqlar hesabına ölkəsini genişləndirmək siyasəti davam edir; 

bu isə  Şəddadilərə qarşı  bəzi yerli feodallarla birləşmiş erməni-gürcü koalisiyasının yaranmasına səbəb olur. 

Ərəb və gürcü mənbələrinin bu münaqişələrin nəticələri haqqında ziddiyyətli və  qərəzli məlumatlarına 

baxmayaraq, Fəzlin uzun müddətli hökmranlığı dövründə (985-1031) yürütdüyü xarici siyasət  Şəddadilər 

dövlətinin müstəqilliyinin, onun güc və qüdrətinin göstəricisi idi (65). 

[72 - 73]

 

Tədqiq edilən dövrün mürəkkəbliyi regiondaxili münaqişələrdən başqa Orta Asiyadan gələrək 



Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana basqınlar törədən oğuzların fəaliyyəti ilə daha da artır. 

1018-1021-ci illərdə Araz çayını adlayan oğuzlar Rəvvadilərin tabeliyində olan cənub istiqamətindən Arran 

torpaqlarına soxularaq, Naxçıvan, sonra isə  Dəbil  şəhərlərinə hücum edirlər (66). Mənbələrdə bu zaman 

Naxçıvandakı hakimin adı çəkilməsə də onun Duləfilərdən olması şübhəsizdir. 

Bu dövrdə Bizansın da Ermənistan və Gürcüstan ərazilərinə etdiyi hücumlar, nəhayət, 1021 -ci ildə 

Arsrunilər sülaləsinin idarə etdiyi Vaspurakanın, daha sonra isə bir çox erməni torpaqlarının Bizansın tabeliyinə 

keçməsinə  gətirib çıxarır (67); Şəddadi hökmdarı I Fəzl tərəfindən üzərinə qoyulmuş vergisinin məbləği 

artırılmış Dvin şəhəri məhz bu illərdə (1022-1049) Fəzlin oğlu Əbuləsvar Şavur tərəfındən idarə olunurdu (68). 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə