Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 
lar  da  olmuşdur  ki,  gündüz  axşama  qədər  düşüncə  dəryasına 
da
lıb, söz alması ilə məna gövhərini deşmişəm. Bunu görənləri 
bu m
əzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xo-
şagəlməzdir 
 dey
ər-deməz, o məzmun gözümdən  düşmüş, 
h
ətta onun üzünü köçürməmişəm» [91, c.3, s.20]. 
Şair türk dilində  olan  divanının  giriş  hissəsində  qeyd et-
mişdir  ki,  yaradıcılığa  mədrəsədə  oxuyarkən  başlamışdır. 
Ərəbcə, türkcə  və  farsca  şeir  yazdığını  farsca  divanının  mü-
q
əddiməsində  belə  izah  etmişdir:  «Bəzən  ərəbcə  şeir  yazdım 
v
ə ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu 
m
ənim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, ya-
xud mübahis
ə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında 
at çapdım və türk zəriflərinə türkcə şeirin gözəllikləri ilə zövq 
verdim. Bu da m
əni o qədər təşvişə salmadı, çünki türkcə şeir 
m
ənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci 
düzdüm v
ə o budaqdan könül meyvəsi dərdim» [91, c.3, s.20]. 
Füzuli kamal sahibl
ərindən təvəqqe  edir  ki,  şeirlərinin tərki-
bind
ə və ya məzmununda xətalar görsələr onları bağışlasınlar. 
Fars dilind
ə  olan  divanının  müqəddiməsində  şair  bütün  bu 
göst
ərilənlərdən əlavə həyat və yaradıcılığının mühüm cəhətlə-
rini ay
dınlaşdırmış, gəncliyi və təhsil illərindən, Kərbəla şəhə-
rinin v
əziyyətindən bəhs etmişdir.  Yalnız  divan  müqəddimə-
l
əri deyil, əsərləri də Füzulinin həyat və yaradıcılığının müəy-
y
ən məqamlarına aydınlıq gətirir. Məsələn, bir qitəsində Kər-
b
əlanı tərifləyir, orada yaşadığını göstərərək yazır: 
 Ey Füzuli, m
əskənin çün Kərbəladır, şeirimin 
 Hörm
əti hər yerdə vardır, xəlq onun müştağıdır, 
 N
ə qızıldır, nə gümüş, nə ləlü nə mirvarıdır 
 Sad
ə torpaqdırsa, lakin Kərbəla torpağıdır [91, c.3, s.23]. 
Füzulinin
 
«Şikayətnamə»sində
 
avtobioqrafik
 
m
əzmun özəl-
likl
ə üstünlük təşkil edir. Şair Sultan Süleyman tərəfindən ona 
t
əyin  edilmış  təqaüdü almaq üçün ovqaf idarəsinə  gedərkən 
burada hökm sür
ən  ədalətsizliyi  şəxsən  görmüş,  məmurların 
zülm v
ə haqsızlıqlarının şəxsən şahidi olmuşdur. Elə ona görə 
 
33 


 
d
ə «Şikayətnamə»də yazırdı: «Salam verdim 
 rüŞ
v
ət deyildir 
deyü almadılar. Hökm  göstərdim 
 faid
əsizdir deyü mültəfit 
olmadılar...» [91, c.2, s.302]. Əsərdə Füzulinin ağır maddi ya-
şayış şəraiti, əhvali-ruhiyyəsi, dünyagörüşü, insanlara və hadi-
s
ələrə  münasibəti verilməklə  bərabər  şairin  taleyə,  alın  yazı-
sına inandığı da təsvir olunur. 
Görk
əmli filoloq, tarixçi, publisist Məhəmməd Fuad Köp-
rülüzad
ə «Azəri ədəbiyyatına aid tədqiqlər» əsərində Məhəm-
m
əd  Füzulinin  bir  sıra  şeirlərində  şairin  həyatının  müəyyən 
cizgil
ərinin müəyyənləşdirdiyini  qeyd  edərək yazır:  «Yalnız 
941-d
ə  Sultan  Süleyman  Qanuni  Bağdadı  zəbt etdiyi zaman 
Füzulinin Osmanlı hökmdarına «Gəldi bürci övliyaye padişa-
hi-namdar», tarix m
əşhurini məhtəvi qəsidəsini təqdim etdiyi
g
əzəlik sədr əzəm İbrahim paşaya, qazi-əsgər Qədri Əfəndiyə, 
nişançı Cəlalzadəyə qəsidələr verərək orduda bulunan şair Xə-
yali il
ə də münasibəti-dustanədə bulunduğu məlumdur. Füzuli 
divanında  daha  bunlardan  başqa  bir  taqım  Osmanlı  rical  və 
üm
ərasinə, məsələn, Rüstəm paşaya, Məhəmməd paşaya, Ayas 
paşaya təqdim edilmiş qəsidələr vardır ki, bunlar zavallı şairin 
s
əfəvilər dövründə  olduğu  kimi,  osmanlılar  zamanında  da 
layiq  olduğu  dərəcədə  təqdir və  tərfiyə  edilmədiyini göstəri-
yor.  Nişançı  Məhəmməd  paşaya  yazdığı  məşhur məktub da 
buna mü
əyyədir» [129, s.23]. 
Artıq XVI yüzillikdə söz aləminin tanınmış simaları tərcü-
meyi-
hallarına  dair  məlumatları  əsərlərində  daha  əhatəli ver-
m
əyə cəhd  etmişlər. Nümunə üçün XVI – XVII əsrlər Azər-
baycan 
ədəbiyyatı  tarixində  özünəməxsus  yeri  olan  şair  və 
ədəbiyyatşünas  Sadiq  bəy Sadiqi Əfşarı  (1522-1609) göstər-
m
ək  olar.  O,  özünün  «Şərhi-hal»ında  və  «Qanunüs-süvər» 
(«T
əsvirlər qanunu») əsərinin  girişində  uşaqlıq  və  gənclik il-
l
ərindən, eləcə də dünyaya baxış və düşüncələrindən bəhs et-
mişdir ki, bu da araşdırıcılara onun tərcümeyi-halı, dünyagö-
rüşü haqqında məlumatı etibarlı mənbədən əldə etməyə imkan 
yaratmışdır. 
 
34 


 
XVII 
əsrdə  yaşayıb-yaratmış  şair  Əlican  Qövsi  Təbrizi 
əsərlərində özü haqqında məlumat verməsə də, orta əsr təzki-
r
əçiləri onun XVII əsrin əvvəllərində Təbrizdə, sənətkar ailə-
sind
ə doğulduğunu qeyd etmişlər. Şair özü də «şeirlərində tez-
tez T
əbrizin adını çəkir, doğulduğu şəhəri gözəllikdə İsfahana 
qarşı qoyur, ondan üstün tutur: 
 T
əbriz açar gönlümü Qövsi, gər açılsa, 
 H
ərçənd ki, firdovs İsfahanə yetişməz. 
C
ənnət kimi gözəl olan İsfahanda da şairin könlü açılmır, 
yalnız Təbriz onu qoynuna çəkir, cəzb edir: 
 T
əbriz cəzbəsi yaxamı tutmuş aparır, 
 Qovsi, 
əgərçi damənimi İsfahan tutur» [219, s.615]. 
Klassik Az
ərbaycan poeziyasında aşıq şeir növü vücudna-
m
ələrdə də xatirə örnəklərinə bol-bol rast gəlmək olar. Əslində 
«vücudnam
ə» sözünün mənası şəxsiyyət, həyat, vücud haqqın-
da yazı deməkdir ki, onu tərcümeyi-hal mənasında da işlətmək 
olar.  «Vücudnam
ələrdə insan həyatının bütün mərhələləri, hər 
yaşın səciyyəvi cəhətləri təsvir olunur. Əsasən qoşma və mü-
x
əmməs  formasında  yazılan  vücudnamələrdə  həyat  haqqında 
düşüncələr, dini görüşlər mühüm yer tutur. Aşıq Abbas Tufar-
qanlı, Məlikballı Qurban və başqalarının vücudnamələri var» 
[33, s.538]. Vücudnam
ə yazan müəlliflər öz şəxsiyyətləri haq-
qında  müəyyən məlumat versələr də, özlərinin ana bətnində 
olandan etibar
ən «qəbr evində  çəkdikləri  əzab-əziyyətləri» 
əhatə  etməklə  guya həyat  yollarını  təsvir  etmişlər. Vücudna-
m
ələr şeirlə yazıldığından müəlliflərin geniş təsvir etmək im-
ka
nı nəsrə nisbətən az olsa da toy məclislərində sazla ifa edi-
l
ən vücudnamələr xatirə ədəbiyyatımızın yaranması və inkişafı 
tarixini öyr
ənmək üçün az önəm daşımır. Məlikballı Qurbanın 
AMEA 
M.Füzuli  adına  Əlyazmalar  İnstitutunda  saxlanılan 
vücudnam
əsini nümunə üçün göstərmək maraqlı olar. 
 
...Bir yaşında öz anamdan şir aldım, 
 
İki yaşda əkli-şirbə yön aldım. 
 
Üç yaşda danışdım, oynadım, güldüm, 
 
35 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə