Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

52 
The main directions of
 increasing the efficiency of information provision for personnel 
management and social processes 
 
Gurbanov Namaddin Deputat  
 
SUMMARY 
 
The article explores the improvement of the staff management system in industrial enterprises. 
The possibilities of improving the information provision for management of social processes are 
revealed. The main directions of increasing the effectiveness of information provision for personnel 
management and social processes have been identified. 
Key words: information provision, industry, personnel, social management, social processes. 
 
 


53 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 130-135 
 
 
UOT: 338.46 
 
AZƏRBAYCANIN MƏNZİL SFERASINDA İSTİLİK TƏCHİZATI SİSTEMİNİN 
İNKİŞAFININ İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
Əliyev Ruslan Yusif oğlu 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı 
e-mail: elesger_eliyev@list.ru 
 
 
Mənzil sferasının istilik təchizatı sisteminin fəaliyyətinin məqsədi əhalinin və müəssisənin istilik 
enerjisi və isti suya tələbatının təmin edilməsidir. 
İri  şəhərlərin  mərkəzləşdirilmiş  istilik  təchizatı  bu  gün  şəhər  təsərrüfatı  sistemində  qarşılıqlı 
əlaqəli və yerli müəssisələrin çoxsaylı qrupu ilə təmsil edilir. Şəhərlərin istilik təchizatında sənaye və 
kommunal müəssisələrinin istehsal və təşkilati strukturları istilik təchizatının növləri və güclərindən, 
istilik şəbəkəsinin uzunluğundan, mərkəzi və fərdi istilik məntəqələrinin miqdarından, onların texniki 
vəziyyətindən,  müəyyən  edilmiş  güclərin  istifadəsi  dərəcəsindən  və  istismar  vəziyyətindən  asılı 
olaraq müəyyən edilir. 
Şəhərlərin istilik şəbəkəsi elementlərinin sayı, onların arasındakı əlaqələrin tipi və xarakterini, 
istilik  energetika  müəssisələrinin  texnologiyasının  funksional  əhəmiyyəti  və  onların  idarə  edilməsi 
sistemini  mürəkkəb  mühəndis  –  texniki  sistem  kimi  xarakterizə  etmək  olar.  Eyni  zamanda  istilik 
təchizatı  sisteminin  qiymətləndirmə  meyarları  və  funksiyalarına  məqsədləri  nöqteyi  –  nəzərindən 
sosial – 
iqtisadi məsələlər kimi baxmaq olar. 
Açar  sözlər:  təkmilləşdirmə,  inkişaf,  idarəetmə,  sistem,  istilik  təchizatı,  sahə,  fəaliyyət, 
səmərəlilik, istismar, güc, mənbəə.  
 
Gi
riş 
“Azərbaycan  Respublikası  regionlarının  2014–2018-ci  illərdə  sosial  –  iqtisadi  inkişafı  üzrə 
Dövlət Proqramı”na uyğun olaraq ölkənin müxtəlif bölgələrində istilik təchizatının yaxşılaşdırılması 
məqsədilə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilmiş, istilik xətlərində təmir – tikinti işləri 
aparılmış, qazanxanalar tikilmiş və əsaslı təmir edilmişdir. Yaşayış binalarının məhəllədaxili və aşağı 
paylama istilik sistemlərinin əsaslı təmiri istiqamətində bir sıra işlər həyata keçirilmişdir. 
Azərbaycanda şəhərlərin istilik təchizatı sistemi fəaliyyətinin məqsədi əhalinin və müəssisənin 
istilik enerjisinə və isti suya tələbatının təmin edilməsidir. 
1. İri şəhərlərin istilik təchizatı sistemi. 
İri  şəhərlərin  mərkəzləşdirilmiş  istilik  təchizatı  bu  gün  şəhər  təsərrüfatı  sistemində  qarşılıqlı 
əlaqəli  və  yerli  müəssisələrin  çoxsaylı  qrupu  kimi  təsəvvür  edilir.  Şəhərlərin  istilik  təchizatında 
sənaye  və  kommunal  müəssisələrinin  istehsal  və  təşkilati  strukturları  istilik  təchizatının  növləri  və 
güclərindən, istilik şəbəkəsinin uzunluğundan, mərkəzi və fərdi istilik məntəqələrinin miqdarından, 
onların  texniki  vəziyyətindən,  müəyyən  edilmiş  güclərin  istifadəsi  dərəcəsindən  və  istismar  səviy-
yəsindən asılı olaraq müəyyən edilir. 
Şəhərlərin istilik şəbəkəsi elementlərinin sayı, onların arasındakı əlaqələrin tipi və xarakterləri, 
istilik-
energetika  müəssisələrinin  texnologiyasının  funksional  əhəmiyyəti  və  onların  idarə  edilməsi 
sistemini  mürəkkəb  mühəndis  –  texniki  sistemi  kimi  xarakterizə  etmək  olar.  Eyni  zamanda istilik 
təchizatı  sisteminin  məqsədləri  və  funksiyalarına,  qiymətləndirmə  meyarları  nöqteyi  –  nəzərindən 
sosial – 
məsələlər kimi baxmaq olar. 
İri şəhərlərin mərkəzləşdirilmiş istilik təchizatının təşkili mürəkkəb xarakterli olur [4, s.113]. Bu 
onu
n  altsistemlərinin  müxtəlif  sahələrə  mənsub  olması  və  istilik  energetika  müəssisələrinin 
tabeliliyinin  ikili  (ərazi–sahə)  xarakterli  olması  ilə  şərtləndirilir.  Ona  görə  də  iri  şəhərlərdə  istilik 
enerjisi sisteminin təşkilində problemlər əmələ gəlir.  


54 
Müxt
əlif idarə mənsubiyyətliliyi istilik təchizatı sistemində idarəetmə dərə-cəsini aşağı salır və 
nəzarəti zəiflədir. Bu isə şəhərlərin istiliklə təchizatında çoxsaylı çatışmazlıqların əmələ gəlməsinə 
səbəb  olur  və  istilik  energetika  müəssisələrinin  fəaliyyətinin  səmərəliliyini  aşağı  salır.  Şəhərsalma 
sferası  müəssisələrinin  fəaliyyəti,  adətən,  ölkənin  müxtəlif  sahələrinə  yayılır,  istilik  təchizatı 
müəssisələrinin  fəaliyyəti  isə  fərqli  olaraq  bir  şəhərin  tələbatı  ilə  məhdudlaşdırılır  və  xidməti 
xarakteri  daşıyır.  Eyni  zamanda  da  şəhərsalma  bazasının  inkişaf  tempi,  istehsal  sferası  və  mənzil 
fondu  çox  halda  şəhərsalma  sferasından  asılıdır,  bu  isə  həm  insanların  əmək  şəraitini,  məişəti  və 
istirahətini,  həm  də  sənaye  və  digər  təşkilatları  su,  qaz,  istilik  və  s.  ilə  təchiz  edən,  şəhərsalma 
bazasının özünün inkişafını yaxşılaşdırır [1, s.141]. 
İstilik  təchizatı  –  şəhər  təsərrüfatı  strukturunda  ərazicə  möhkəmləndirilmiş,  müəssisə  və 
təşkilatların məcmusu kimi təsəvvür edilir, istilik və isti su ilə onun tələbatını təmin etmək məqsədilə 
fəaliyyət göstərir. 1 saylı cədvəlin məlumatları Bakıda istiliyin istehlakının daima artmasını göstərir. 
Bakı şəhərinin rayonlarında istehsal təyinatlı sənaye obyektləri və mənzil tikintisinin həcminin 
artması ilə bağlı istilik elektrik mərkəzlərinin (İEM) kifayət qədər olmadıqlarını nəzərə alaraq, yerli 
istilik  mənbələrinin  (yeni  evlərdə  kombilərin  qurulması  daxil  olmaqla)  yaradılması  zərurəti  əmələ 
gəlmişdir. Bu isə məhəllə və rayon istilik stansiyalarının yaradılmasını şərtləndirir. 
Cədvəl 1. 
Bakı şəhərində istilik istehlakının dinamikası  
№ 
Göst
əricilər 
Ölçü 
vahidi 
İLLƏR 
Proqnoz 
1990  1995  2000  2005  2010  2015 2020  2025 
1. 
Şəhərin istilik istehlakı 
min.QDİ  75  81 
87 
92 
98 
101  106  109 
o cüml
ədən: 
2. 
İstilik elektrik mərkəzi 
(İEM) 

38,4  41,3  41,8  40,1  39,6  38,7  37,9  36,8 
3. 
Rayon v
ə məhəllə 
qazanxanaları 

25,4  27,2  32,0  38,2  37,5  36,9  36,4  36,0 
4. 
Kiçik qazanxanalar 

36,2  31,5  26,2  21,7  22,9  24,4  25,7  27,2 
5. 
Xüsusi istilik istehlakı 
illd
ə 
QDİ/adam 
11,5  12,7  133  14,5  15,6  16,2  16,5  16,7 
6. 
Şəhər və qəsəbələrin mənzil 
fon-
dunun abadlaşdırılması 
s
əviyyəsi, binalarda 
sisteml
ərin mövcudluğu
İstilik 
İsti su təchizatı 
 
 
 


 
 
 
75,2 
24,2 
 
 
 
76,1 
24,3 
 
 
 
78,4 
24,7 
 
 
 
79,1 
25,2 
 
 
 
80,5 
26,2 
 
 
 
85,2 
23,2 
 
 
 
90,1 
24,3 
 
 
 
92,1 
25,6 
 
Yüksək  keyfiyyətli  istilik  elektrik  təchizatı  xidmətlərini  genişləndirmək  məqsədilə  yeni  şəhər 
strukturlarının  yaradılması  məqsədyönlüdür.  Beynəlxalq  inkişaf  (USAİD)  üzrə  PA  Consaltinq 
Agentliyi  Bakı  şəhərinin  Xətai  rayonunda  “Mənzil  –  kommunal  təsərrüfatı  islahatı  üzrə  nümayiş 
(nilot)  layihəsi”  həyata  keçirdi.  Üç  mənzil  binasını  əhatə  edən  şəxsi  qazanxana  tikdi.  Sonra 
hesablayıcı cihazları quraşdırdı, qapı və pəncərələri təmir etdi. Axırıncı mərhələdə özünü ida-rəetmə 
prinsipi  üzrə  “Mənzillərin  sahibkarlarının  Assosiasiyasını”  (kondo-miniumu)  yaratdı.  Binalar  həm 
istilik və həm də isti su ilə təchiz olunurlar [12, s.102]. Azərbaycanın mənzil sferasında belə qabaqcıl 
təcrübəni həyata keçirmək lazımdır.  
2. İstilik enerji təsərrüfatının məqsədli strukturu. 
İstilik enerji təsərrüfatının istehsal strukturu və idarəetmə sisteminin işlənməsində sistemli təhlil 
və sistemli yanaşmadan istifadə etmək lazımdır [5, s.7].     
Məsələ ondan ibarətdir ki, iri şəhərlərin istilik təchizatının perspektivlərini müəyyən etmək üçün 
onu  yaxşı nəzarət edilən, sabit və səmərəli fəaliyyət  göstərən istilik enerjisinə çevirmək məqsədilə 
optimallaşdırılma  metodları  və  imkanlarından  istifadə  edilməlidir.  Bu  zaman  həmçinin  məqsəd 
funksiyasının da müəyyənləşdirilməsi vacib şərtdir. 
Məqsədli  funksiya  anlayışına  sistemin  məqsədləri  ilə  bağlı  problemlər    kompleksinə  ardıcıl 
baxılmasının  zəruruliyini  şərtləndirir.  Eyni  zamanda  uğurların  təminatçısı  məqsədli  sistemlərin 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə