Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

Yenə  mən  həmiŞəki  yerimdə  -  pəncərənin  yanıda  oturmuŞdum,  pərdə  də  həmiŞə 

olduğu kimi bağlı idi. Bu dəfə də o yaxınlaŞdı ki, mən də öpüm, barıŞaq... Nəysə 

barıŞdıq. MarŞrutdan düŞdük, mən bloka girənə qədər mənə baxdı, sonra iŞə getdi.  

Ondan ayrılıb evə gələndən, ta səhər onu görənə qədər ancaq onu düŞünürdüm. Onu 

necə sevirdim mən!!! Bütün varlığım qədər!!!  

***  


Birinci öpüŞdən sonra artıq aramızda hədsiz yaxınlıq hiss edilirdi.  

Mühazirə günü idi. Səhər tez gəlmiŞdim dərsə. Sinfə təzə girmiŞdim ki, Azər içəri 

girdi. Qapını əli ilə tutdu, məni qucaqladı, ikinci dəfə də onda öpdü. Hər tənəffüsdə 

də, məni tək görəndə öpməyə can atırdı.  

Əvvəl öpüŞündən qorxurdum, amma sevdiyim insanın öpüŞü indi həm adi hal idi, 

həm  də  mənimçün  qiymətli  idi.  Nə  olur  olsun,  birinci  öpüŞümə  xəyanət 

etməyəcəyimi bilirdim...  

Ona necə xəyanət etmək olardı axı?...  

***  

Yenə istirahət günləri o biz tərəfdən keçib gedirdi iŞə. Hər gedəndə də soruŞurdu ki, 



gəlim də sizə...  

Noyabrın  əvvəli  idi.  Mamagil  qohumlarla  rayona  getmiŞdilər.  Kiçik  bacım  da 

günorta növbəsində oxuyurdu. Dərsdə idi. Biz dərsdən tez çıxmıŞdıq. Yenə Azərlə 

gəlirdim.  Yolda  sözümüz  tərs  düŞdü,  yenə  mən  onun  xətrinə  dəymiŞdim. 

KüsmüŞdük. Evə çatana yaxın ona dedim:  

- Gəl gedək bizə... Evdə təkəm bu gün. Onsuz da söhbətimizi qurtamamıŞıq. Mən 

evə çatıram. Sonra söhbət uzanacaq. Yenə dalaŞacayıq. Gedək, bizdə danıŞarıq.  

Bilmirəm nə ağılla bunu ona dedim...  

Elə günahın ən böyüyü mənim özümdədi.  

downloaded from KitabYurdu.org




Nəysə... Mən qabaqda getdim, qapını açdım, paltarımı dəyiŞdim, o gəldi. İkimiz də 

dərsdən  həm  yorğun,  həm  də  ac  gəlmiŞdik.  Mətbəxə  keçdim,  çay  qoydum.  Çay 

qaynayana qədər Azərlə söhbətimiz uzandı. O təkidlə deyirdi:  

- Bax elə həmiŞə davanı salan sənsən. Niyə sənə yad nömrədən zəng gəlməlidi?  

Nə qədər çalıŞsam da onu inandıra bilmirdim. Günahım yox idi axı...  

Sonra mən çay dəmləyəndə arxadan məni qucaqladı. Mən də onu qucaqladım... Hər 

Şey yaddan çıxdı…  

Çay  tökdüm,  oturduq,  yenə  məni  öpdü.  Ac  olduğunu  bilirdim.  Evdə  hazır  yemək 

yox idi. Kartof gətirdim. O məni qucaqlayırdı. Mən də onun üçün kartof qızardırdım. 

Biz çayı ayrı-ayrı stəkanlarda içmirdik. Mənim çaŞkamda ikimiz bir içirdik. Yeməyi 

də. (Bu bizim birinci bir yerdə yemək yeməyimiz idi). Eyni boŞqabda bir vilkayla 

yedik. Oturdu, bir az televizora da baxdıq. Onun ürəyinin səsinə qulaq asırdım.  

- Canım, sənin ürəyin kiminçün döyünür?  

- İndi sənin yanındayamsa, deməli ancaq səninçün döyünür...  

Ürəyinin səsinə qulaq asdıqca elə bilirdim onun ürəyi də məni sevdiyini deyəcək.  

Amma  heç  o  bir  dəfə  də  olsun  «Səni  sevirəm»  deməmiŞdi.  Mən  də  özümü 

inandırmıŞdım  ki,  əsl  sevən  o  sözü  deməyə  utanar,  çəkinər.  Yəqin  o  da  məni  əsl 

sevgi ilə sevir...  

Onun yanında vaxt uçurdu. Özümü elə hiss edirdim, sanki evlənmiŞik. Eyni evdə 

yaŞayırıq.  Məni  çoxlu  öpdü,  ancaq  bir  söz  dedi  ki,  -  Səni  istəyirəm...  Bilmirəm, 

bəlkə  də  həyatımda  mənə  belə  yaxın  oğlan  olmadığı  üçün,  bəlkə  də  onda  uŞaq 

ağlında  olduğum  üçün  onun  konkret  nə  istədyini  baŞa  düŞməmiŞdim.  Elə 

bilmiŞdim məni çox istədiyini, sevdiyini deyir…  

***  


Zaman  sürətlə gedirdi. Daha  da  yaxınlaŞırdıq.  Əsas  o  idi  ki, mən  haçan  evdə  tək 

olurdumsa, Azər bizdə olurdu.  

downloaded from KitabYurdu.org



12 noyabr idi. YağıŞlı, tutqun hava. Anam bibim qızının toyuna - rayona getmiŞdi. 

2-3  gün  qalmalı  idi.  Yenə  Azər  bizə  gəldi.  Evdə  hazır  dolma  var  idi.  Qazanın 

qapağını açıb soruŞdu:  

- Balam, acmıŞam, yeməyə nə var?  

Onunçün yeməyi qızdırdım. Yedi, çay dəmlədik. Çox vaxt çayniki ona qaynadırdım.  

- Mənim iŞim var ürək, sən çayniki qoy qaynasın!  

- Mən nə bilim çayniki hara qoymaq lazımdı... Gəl də.  

Məni iŞimi görməyə qoymurdu gəlib hey arxadan qucaqlayırdı.  

- Gəl yanımda ol, səninçün darıxıram axı...  

Onun bu sözləri nə qədər ürəkdən dediyini dəqiq bilmirəm. Amma dəqiq onu bilirəm 

ki, mən onun yanında olanda da, o məni öpəndə də, qucaqlayanda da onunçün çox 

darıxırdım. Məntiqlə o mənim yanımdadırsa, necə darıxa bilərdim axı?! Amma mən 

həqiqətən də onun yanında ola-ola onun üçün dəhŞət darıxırdım. İçimdə narahatlıq, 

qorxu kimi qəribə hisslər vardı, özümə, ürəyimə yaxın buraxmaq istəməsəm də hiss 

eləyirdim  ayrılığı.  Çünki  mənim  kimi  bir  Şəxs  –  lap  körpəliyindən,  uŞaqlığından 

ürəyinində sevinc duymayan bir Şəxsə qəflətən belə sevinc qismət ola bilməzdi axı.  

Bu dəfəki gəliŞi onun bizə neçənci gəliŞi idi, bilmirəm. Tamam baŞqa cür idi. Mən 

ona çay gətirməyə keçdim. O da arxamca gəldi. Qucaqladı, fincanımı əlimdən alıb 

stola qoydu...  

Öpdü... Öpdü...  

-  Sən  harda  yatırdın?...  deyib  otağımın  qapısını  açdı.  (Anam  rayonda  olduğundan 

səhər  tənbəllik  edib  yerimi  də  səliqəyə  salmamıŞdım.  Bu  otaqda  tək  yatırdım. 

Günümün  çox  hissəsi  burda  olurdum.  Bacı  balaca  otaqda,  anam  isə  digər  otaqda 

yatırdılar).  Yorğanımı  kənara  çəkdi...  məni  qucaqlayıb  yatağa  atdı.  Onu  mən  də 

istəyirdim, ona heç cür yox deyə bilmirdim. Ondan çəkinmirdim də. Öpdü... Öpdü...  

- Mən səni istəyirəm... bəs sən?  

İirin bir yuxunun içindəydim...  

downloaded from KitabYurdu.org




- Hə... amma məni incidəcəysən...  

- Narahat olma, səni incitməyəcəyəm...  

Allahım  bu  nə  idi,  mən  elədim?  Hələ  mənə  tam  çatmırdı  elədiyim.  Yuxudan 

oyandım sanki. Ağlamaq tutdu məni. O yenə məni qucaqlayıb gözümün yaŞını sildi.  

- Narahat olma, balam, hər Şey yaxŞı olacaq…  

Artıq mən onun qadını idim.  

O küləkli, soyuq noyabr günləri onların münasibətlərinə dəhŞətli dərəcədə bir istilik 

gətirdi. Bu istilik nəfəslərini qarsadı... Odla, adovla oynadıqlarından xəbərsiz olaraq 

onlar  münasibətlərin  ən  epogey  nöqtəsinə  çatdılar.  Hisslərdən  yaranan  sevgi 

ehtirasın qarŞısında tab gətirə bilmədi...  

Beləcə,  sevənlərin  həyatında  yeni  dönüm  baŞladı.  Utancaq  görüŞlərdən  baŞlanan 

sevgi dolu günlər intim yaxınlıq münasibətlərinə keçdi...  

Soyuq  noyabr  günləri  qızğın,  atəŞlə  dolu  sevgi  görüŞləri  ilə  müŞayiət  olundu. 

Ancaq  bu  alovun,  atəŞin  içində  səhv  tutulan  bir  yolun  bumbuz  soyuqluğu  da 

sezilirdi.  

Bu  soyuqluq  Nərgizin  bütün  gələcəyini  məhv  edəcək,  onun  arzularını  gözündə 

qoyacaqdı...  

... Hələ ki, o, bütün bunlardan xəbərsiz idi. Hələ ki, onlar görüŞməkdə idilər... Keçək 

gündəliklərə.  

***  


«Bu, niyə belə oldu? Mən nə ağılla onun olmağa razı oldum?» Yerimin içində için-

için  ağlayırdım.  O  təkcə  məni  sevsin,  mənə  xəyanət  eləməsin,  ayrılmayaq.  Təkcə 

qorxduğum  ayrılmaq  idi.  İçimi  bürüyən  o  ayrılıq  narahatlıq  qorxusu  məni  rahat 

buraxmırdı.  Onu  itirməkdən  qorxduğumçün,  biz  ayrılmayaq  deyə  gör  mən  nədən 

keçdim. Öz gələcəyimdən. Hər Şeyimdən...  

Ondan ayrılmamaq üçün oldu bu. Məni mən onu sevdiyim qədər sevsin deyə oldu 

bu.  

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə