Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

Nərgiz Azərin həyatına ona sevgi bəxŞ etmək, onunla xoŞbəxt bir ailə qurub ana 

olmaq  üçün  girmiŞdi.  Ancaq  Azər  Nərgizin  həyatına  sadəlövh  bir  qızı  aldadıb 

bədbəxt etməkçün gəlmiŞdi… İndi Nərgizçün həyat bitib. Azərçünsə əvvəlki axarı 

ilə davam edir…  

Bu  gün  cəmiyyətimizdə  nərgizlər  və  azərlər  yetərincədir.  Hər  gün  bir  nərgizin 

səhvindən bir azər yaranır…  

Səhvləri  görmək  azdır.  Onlardan  nəticə  çıxarmaq  lazımdır.  Nəticə  çıxaranlar,  hər 

halda  uduzmurlar.  Növbəti  addımlarını  atanda  ehtiyatla  atırlar.  Nəticə  çıxara 

bilməyənlər isə bədbəxt olurlar…  

Gündəliklərə qayıdaq…  

Dərd ortağım, sevimli günlüyüm. Artıq neçə vaxtdır ki, yaza bilmirdim...  

Yenə təkəm, onsuz da elə bu yazıq ürək təkdi də...  

Həyatımda  olanlar,  baŞıma  gələnlər  məni  rahat  qoymur.  Çox  narahatam.  Bu  gün 

yenə  adi  gündür,  dayımgildəyəm,  Bakıda.  Günortadı,  istidi,  uŞaqlar  həyətdədir. 

Dayımın  yoldaŞı  yemək  biŞirir,  dayı  iŞdədi,  mən  də  indi  pəncərənin  yanında 

oturmuŞam.  

Sevimli günlüyüm, sənə hər gün bu maraqsız ömrümdə nələr baŞ verdiyini yazmaq 

istərdim. Elə anlar olur ki, çox zəif olduğumu baŞa düŞürəm. Çünki olanlardan qaça 

bilmirəm. İndi də eyni vəziyyətdəyəm. O olanları tam olaraq açıq-aydın heç kimə 

deməmiŞəm  axı...  Ona  görə  ağlımdan  keçəndə  də  dəli  oluram.  İndi  elə 

vəziyyətdəyəm  ki,  artıq  məni  maraqlandırmır,  qorxutmur  ki,  mənim  dəftərim 

kiminsə  əlinə  keçər…  Mən  də  insanam  axı...  Mənim  hisslərim,  yəni  heç  kimi 

maraqlandırmır?! KaŞ mən də yazar olaydım, baŞıma gələnləri yazardım, minlərlə 

insan  oxuyub  nəticə  çıxaraydı…  Ancaq  eybi  yox,  mən  də  ürəyimi  bu  dəftərimə, 

sevimli günlüyümə, dərd ortağıma yazaram.  

***  


downloaded from KitabYurdu.org


25 may idi, praktikaya çıxırdıq. Zaçotlar tam qurtarmamıŞdı. Anam xəstə idi. Həm 

ürəyi pis ağrıyırdı, həm də təzyiqi onu çox narahat edirdi. Qısası evdə vəziyyət çox 

pis  idi. Pulumuz  da yox  idi. Həm  də  ki, pul hardan  olsun?!  Atamın  vəfatına  görə 

ayda 100 manat pensiya alırıq. O pula kommunal borclar, yeməyimiz, geyimimiz, 

evə lazım olan nə varsa, hamısı - mənim, anamın yol pulum, bacımla mənim məktəb 

xərclərimiz  ödənirdi.  Heç  bir  qohum  bir  dəfə  də  maraqlanmırdı  ki,  biz  necə 

dolanırıq... Dayım, hələ məni böyüdən dayım da elə də çox maraqlanmır. Təkcə illik 

təhsil haqqını 210 manatı verir. İstəsəm, bilirəm ki, heç vaxt yox deməz, amma istəyə 

bilmirəm...  

Praktika vaxtları idi. Zaçotların da yarısı qalmıŞdı. Starostamız pul tələb edirdi. Mən 

evə  gəlib  evdəki  vəziyyəti  görürdüm,  anama  da  yazığım  gəlirdi.  Pul  istədiklərini 

deyə  bilmirdim.  Hardan  tapacaqdı  kı?  Gedib  ən  yaxŞı  halda  o  da  kimdənsə  borc 

alacaqdı, sonra da o 100 manat pensiyadan çox  Şeyə qənaet edib pulu qaytarmaq 

məcburiyyətində qalacaqdı… Artıq axırıncı semestr idi deyə zaçota hazırlaŞmağa 

vaxt vermədilər. Təkcə tarix dedilər ki, bu tarixdə bu fənnin zaçotu yekunlaŞmalıdır. 

Çox  əlacsız  qalmıŞdım.  Səhərə  kimi  Allahıma  yalvardım  ki,  möcüzə  yaratsın. 

Səhərin açılmağından qorxurdum. Starosta zəng eləyəcək – Şöbə müdirinin yanına 

çağıracaqdır, danlamağa. Neyniyəcəkdim...?  

Gecə idi. Anam çox ağrıyırdı, yatmıŞdı. Bacı da yatmıŞdı. Yerimin içində oturub 

ancaq fikirləŞirdim ki, sabah neynəyəcəm?  

Mənə  dost  deyən,  həmiŞə  yanındayam  deyən,  bir  süfrədə  çörək  kəsdiyim  İəhla 

yadıma düŞdü, qərara gəldim ki, ondan istəyim. Mesaj  yazdım ki, səhər mənə 50 

manat  gətirə  bilərsən?  Günortaya  dayıya  zəng  eliyəcəm,  dəqiq  bilirəm  verəcək. 

Amma səhər mənə 50 manat ver, Şöbə müdiri ilə üzülüŞüm.  

İəhladan elə reaksiya gözləmirdim. Yazdı ki, pulumuz yoxdu, mama əlində olan pulu 

qonŞu istədi, ona verdi.  

downloaded from KitabYurdu.org



Mən ağlamayım, bəs kim ağlasın mənim günümə? Yenə yazdım ki, bacı qurban, sən 

(sevgilindən)  istəyə  bilməzsən?  Günortaya  100  faiz  qaytaracam.  Sadəcə,  səhərə 

lazımdır.  

Yazdığı o oldu ki, sənə görə sevdiyimdən pul istəyə bilmərəm, baŞqasından tap.  

İstəyəcəyim kim ola bilərdi, onu fikirləŞirdim. Əliyə (Azərin dostu) mesaj yazdım - 

dedi ki, vallah bu gün imtahanlara verdim.  

Ağlıma  gələn  inandığım  axırıncı  adam  Ramil  (o  da  Azərin  yaxın  dostu  idi)  oldu. 

Ona yazan kimi dedi ki, o nə sözdür, problem deyil, səhər imtahanda gəl götür, o 

biri imtahanın pulunu verərəm sənə.  

Rahat oldum. Səhər Ramildən pul aldım (yerin dibinə girsəydim, bundan yaxŞı idi). 

Pulu starostaya verdim, canım qurtardı. İndi dayıya zəng eləməliyəm. Bir yandan isə 

səfeh  Şeyləri  fikirləŞirəm.  FikirləŞirdim  ki,  Azər  məni  sevsəydi,  maraqlanardı 

mənim problemlərimlə. Amma mən Ramillə söhbət eləyirəm, gəlib maraqlanmır da 

ki, biz nə danıŞırıq. Hələ də nəyəsə ümid edirdim. Hər Şeyin bitdiyini bilə-bilə.  

***  

Bu arada məni bütün varlığı ilə sevən Sabir əsgər getdi.  



O hərdən zəng eliyəndə demək olar bəhanələr tapırdım ki, zənginə cavab verməyim. 

O,  elə  bilirdi  onun  yolunu  gözləyirəm.  Vallah,  neçə  dəfə  olub  ki,  sevmədiyimi 

bildirmiŞdim  ona.  Amma  mən  Azəri  sevdiyim  kimi  o  da  məni  sevirdi.  Məsələn, 

anam da bilirdi, üzümə vururdu ki, Sabirə ərə gedəcəksən.  

Nəysə...  Günorta  dayıya  zəng  elədim  pul  istəməkçün.  Dayıya  zəng  çatmadı. 

Dayımın yoldaŞıyla danıŞdım, dayını soruŞdum, səsi tutqun idi.  

-  Nərgiz,  dayı  Moskvaya,  mal  verməyə  gedib,  artıq  3  gündü.  Uzağı  bir  həftəyə 

qayıdar.  

Telefon əlimdə donub qalmıŞdım. Axı Ramilə söz vermiŞdim ki, pulu çatdıracam. 

2  gün  də  keçdi.  Onların  imtahanıydı,  dayıdan  xəbər  yox,  anam  xəstə,  evdə  heç  5 

manatımız da yox idi.  

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə