Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12

Əziz rəfiqəm, sənə deyə bilmirəm, qorxuram, ona görə də öz əl yazımla danıŞmaq 

istəyirəm.  İçimdə,  ürəyimdə  boŞluq  sıxır  məni.  HəmiŞə  ürəyimdə  hansısa 

problemlərimi  fikirləŞirdimsə,  indi  ürəyim  boŞdu,  ancaq  səninlə  danıŞıram 

ürəyimdə. Sən də xəyalımda mənə cavab verirsən. Fikrimi çatdıra bilmirəm, amma 

yəqin baŞa düŞürsən.  

Nədən baŞlayım bilmirəm. O qədər günahım, səhvim üst-üstə yığılıb ki...  

Vaxtında sənə qulaq assaydım, indi belə həyəcan içində bunları yazmazdım.  

Razıyam,  hər  Şeyin  dərmanı  vaxtdır.  Vaxt  istəyirsən,  gözləyim.  İkimiz  də  bir-

birimizi  çox  yaxŞı  tanıyırıq.  İkimizin  özəl  günlərimiz,  hadisələrimiz,  həyəcanlı 

vaxtlarımız,  mahnılarımız,  sevincimiz,  dərdimiz  olub.  Bütün  bunları  unutmağı 

çalıŞmaq  da  çoxlu  vaxt  itkisi  olar.  Çünki  biz  əsl  dost  olmuŞuq  axı.  Çoxlarının 

sözlərinə,  danıŞıqlarına  göz  yumub  ancaq  dostluğumuzu  qorumuŞuq.  Bütün 

bunların soyumağına mən səbəb olmaq istəməzdim, amma mən səbəb oldum.  

Biz  Bakıya  gələcəkdik  axı...  Anamla  bacım  getdilər,  ancaq  Azərlə  görüŞmək 

səbəbindən  mən  getmədim.  O  bizə  gəldi.  Neçə  saat  ancaq  söhbət  elədik,  özümüz 

haqda.  Onun  məni  öpməyinə  də  heç  razı  deyildim.  Ancaq  bu  günə  kimi  olanları 

danıŞırdıq.  Məndə  səhv  tuturdu.  Günah  axtarırdı  ki,  bizim  ayrılmağımızda  günah 

səndədi.  

Sonra məni qucaqladı, nə qədər də danıŞdı-danıŞdı: “Onsuz da sən mənimsən. Gəl 

olaq,  bir  də  toyumuzda  olacağıq.  Az  qalıb,  onsuz  da  mənimsən  də.  Səni  necə 

istədiyimi  bilirsən...  Səndən  baŞqasıyla  heç  olmaq  da  istəmirəm.  Sən  mənimsən, 

mən  də  sənin  olmaq  istəyirəm.  Səni  sevirəm.  İndi  sən  məni  özünə  yaxın 

qoymayacaqsan...?”  

Mən  də  onu  sevirəm  axı...  Bax  sənə  xəyanətim  elə  o  anlarda  oldu.  Sözünü 

eŞitmədim. Sən çox dedin, mən az eŞitdim.  

Yenə də onun oldum. Afət, indi yazdıqca da sən durursan gözümün qabağında. Sən 

demiŞdin, demiŞdin axı...  

downloaded from KitabYurdu.org




- Mən səninlə onda danıŞmaram ki, sən mənə deməyəsən olanları, yenə də eyni səhvi 

təkrar eləyib onun olasan, onda dostluğa da baxmaram, səni bağıŞlamaram.  

- Afət, bacarmadım. BağıŞla!!!  

Bilirəm, bağıŞla deməklə, ürək barıŞmır, amma…  

Azər getdi, bir az mən uzandım, sonrə gəldim Bakıya.  

Artıq  neçə  gün  keçdi.  Səni  görürdüm,  hər  dəfə  ikimiz  bir  dəqiqə  də  tək  qalanda 

səninlə danıŞmaq istəyirdim.  

Amma danıŞa bilməyəndə də təsəlli tapırdım ki, heç olmasa mənə nifrət eləmir. Heç 

nə bilmir...  

Mən günü-günə satdıqca artıq çox Şey dəyiŞirdi.  

Halsız  idim,  elə  bilirdim  ki,  təzyiqim  düŞüb  yenə.  Bir  az  ürəyim  bulanırdı.  Elə 

bilirdim  mədəmə  görədi.  Sonra  yavaŞ-yavaŞ  heç  yemək  də  yeyə  bilmirdim. 

Yeməyin  iyi  gəlirdi,  pis  olurdum.  Get-gedə  Şübhələr,  əlamətlər  hamiləliyi 

təsdiqləyirdi.  Qorxdum  test  almaqdan.  HəmiŞə  xəyalımda  uŞaq  olub,  ana  olmaq 

olub.  İndi  hamiləliyimin  testini  öz  gözümlə  görüm,  sonra  heç  nə  eləyə  bilmərəm 

axı...  


Sən  də  bilirsən  ki,  mən  pis  hadisələri  unutmağın  tək  çarəsini  heç  düŞünməməyə 

çalıŞmaqda görürəm. Özümü həmin Şeyi yadıma salmamağa məcbur edirəm.  

Neyləyəcəyimi  bilmirdim.  Azərlə  də  dalaŞmıŞdıq.  Yenə  zəng  eləyirdim,  cavab 

vermirdi. Gizli nömrəylə də yığırdım, səsimi eŞidəndə telefonu üzümə qapadırdı...  

Gülərə zəng elədim. Yenə Bakıya gələndə onunla görüŞdüm, ona danıŞdım. O da 

dedi əncam çəkərik.  

Mənim uŞaq üçün öldüyümü bilirsən, bilirsən ki, çox istəyirdim mənə aid təkcə bir 

Şey olsun - «uŞağım», məni nə olursa, olsun istəyən uŞağım. Həyatımda tək səbəb

yaŞamaq  səbəbim  olsun.  İndi  də  inana  bilmirdim.  Deməli,  doğrudan  da  ürəkdən 

istənilən  Şey  olur. Mən  də  ürəklə istəyirdim  də. Amma  belə  vaxtda  yox ki...  İndi 

yazdıqca yenə də o hissləri yaŞayıram.  

downloaded from KitabYurdu.org




O  hissləri  baŞa  düŞmək  yox,  yaŞamaq  lazımdı.  Çünki,  onu  ancaq  yaŞayan  baŞa 

düŞər.  


Mən Gülər verən dərmanı dilimin altına qoyanda necə vəziyyətdə olduğumu bir az 

da olsa təsəvvür eləmək istəsən – birinci dəfə sənin çiyninə baŞımı qoyub için-için 

ağladığım günü yadına sal. Onda Azərə görə, onu sevdiyim üçün ağlayırdım. İndi 

də  sevdiyim  adamdan  xəyalən  qurduğum  körpünü  yaradan,  ən  böyük  arzum  olan 

uŞaq üçün ağlayıram ki, o xəyalım içində mənimlə ola-ola mən onun düŞməyi üçün 

dərman atıram. Ən böyük xəyalım - sevdiyim insandan uŞaq – artıq yox olur. Bir də 

heç vaxt olmayacaq…  

O hissləri necə baŞa salım axı... İndi yazıram, indi də dəli oluram.  

Nəisə... Bütün bunlara görə mən səni axtara bilməmiŞdim. Sənə bunları danıŞmaq 

istəyirdim. Amma olsun ki, bəlkə də əsəbdən, bəlkə də nifrətdən... Məni həyatından 

silmək istəyəcəksən.  

Mən səni hamıdan çox istəyirəm. Bunu artıq baŞa düŞmək də istəmirsən…  

Heç  kəs  məni  baŞa  düŞmək  istəmir.  Mənim  sevgi  yolunda  qurban  verdiklərim, 

deməzsən ki, ən əziz adamlarım imiŞ…  

Həyatını,  acılı-Şirinli  günlərini  qeyd  etdiyi  dəftərçə  bitdi.  Atasızlığın  ağrı-acısı, 

sonra  ehtiyac,  sıxıntılar,  daha  sonra  ilk  sevginin  vurduğu  sinə  dağı...  Əslində,  o 

dəftərdə Şirin heç nə yox idi, hamısı acı idi...  

Növbəti  –  2-ci  dəftərini  isə  ən  yaxın  rəfiqəsinə  -  Afətə  həsr  etmiŞ,  ona  xitabən 

yazmıŞdı... Ondan gizlətdiyi hər Şeyi – xüsusən Azərə aldanaraq uŞağa qaldığını, 

uŞağı məcbur olub məhv etdiyini yazmıŞdı...  

Heç olmasa rəfiqəsini itirməmək istəyirdi...  

2-ci dəftərə qayıdaq...  

Mənim bu Şəhərdə kimim var axı!  

Hər qapı döyməyə əlim gəlməyir.  

Üzümü taleyə tutub gedirəm,  

downloaded from KitabYurdu.org




Tale də həmiŞə üzə gülməyir.  

(Nüsrət K.)  

Səhər  tamam  həvəssizəm,  heç  bəzənməmiŞəm, qüssəliyəm.  Hava  da  mənim  kimi 

qüssəlidir, günəŞ də çıxmayıb.  

Yenə fikirli-fikirli gedirdim Sumqayıta. Avtovağzalda bir qız gördüm. Elə mənim 

yaŞlarda olardı. Avtobusa oturdum, hələ adamlar çox oturmamıŞdı. Elə pəncərədən 

onu seyr etdim. Ürəyim pis olmuŞdu. Hava da çox küləkli idi. Fikrim həmin qızda 

idi.  Avtobus  gözləyirdi.  Gözlərinə  baxdım.  Gözlərindən  kədər  yağırdı.  Sözün  əsl 

mənasında ürəyimin baŞına od düŞdü. Qız xəstə idi. Arıq qız idi, beli donqar idi, bir 

az da axsayırdı. BaŞımı avtobusun pəncərəsinə söykəyib elə ancaq o qıza baxırdım.  

Hələ də avtobus dolmamıŞdı. Fikrim o qızda idi. Özüm də bilmədən ağlamaq tutdu 

məni. Nə bilim, bəlkə də öz içimdəkilərçün ağlamaq istəyirdim. Ağlaya-ağlaya bircə 

Allahıma  yalvarırdım  ki,  Allah,  qurban  olaram  o  qızın  aləmində  xoŞbəxtlik 

necədirsə, nədisə ona qismət elə, özünü dünyanın xoŞbəxti bilsin. Gözləri elə kədərli 

olmasın.  

Avtobus yavaŞ-yavaŞ tərpənirdi ki, sən zəng elədin. Adına baxdım, inana bilmədim.  

Afət, Allah Şahiddir ki, bədənimdən necə istilik çıxdı, ürəyim necə döyündü, cavab 

verdim. Sən məktəbə gələcəkdin. Mən sevindiyimdən bilmədim neyləyim. Ürəyim 

necə əsirdi... Səninlə danıŞacağımı, üzünə necə baxacağını fikirləŞirdim… Nəhayət, 

Sumqayıta çatdım.  

Sən gəldin...  

Özümü  saxlaya  bilmədim.  Ağladım.  Çünki  bir  də  səni  qucaqlayacağıma 

inanmırdım.  

Ağ paltarda UĞUR MƏLƏYİM gəlmiŞdi. Gözümün yaŞını silmək üçün. Məni tək 

qoymamaq üçün. İllərlə ana həsrətində olan uŞaq anasını görsə, nə hisslər keçirərsə, 

mən həmin an o hissələri keçirdim...  

downloaded from KitabYurdu.org



Afət, çox darıxmıŞdım sənin üçün... Sən məni həyata bağlayan yeganə təsəllim idin 

axı…  


***  

Afətim, sənə iki günüm barədə yazmaq istəyirəm. Necə yaŞadığımı, nələr çəkdiyimi 

bəlkə biləsən deyə.  

Azərlə  hər  Şeyi  son  dəfə  ayırd  etmək  qərarına  gələndə  zəng  vurdum,  dedi  dükan 

götürüb iŞlədirəm, ora gəl, söhbət eləyək. Getdim.  

Mən  gedəndən  15-20  dəqiqə  sonra  Əli  gəldi.  O  da  getdi  Azərin  bacısının  oğlunu 

tutub  gətirdi.  UŞaqla  oynadıq.  Əlinin  də  yanında  danıŞa  bilmədik.  Sonra  dayday 

zəng elədi. Azər soruŞdu ki, kimdi? Dedim ki, qohumdu, cavab vermədim. Mənim 

də  konturum  yox  idi.  Azər  nömrəni  götürdü  öz  nömrəsiylə  yığdı...  və  oğlan  səsi 

eŞitdi. Azər üzümə necə baxdı... Sonra da heç nə demədi. Dayandı-dayandı sonra 

üstümə qıŞqırdı ki, sən artıq mənə yalan da danıŞırsan? Qudurmusan? Sənə bu adam 

lazımdı?  O  sənin  nömrəni  hardan  bilir?  DalaŞdıq,  heç  mənə  qulaq  asmaq  da 

istəmirdi. BaŞa düŞdüm ki, sadəcə, bəhanə axtarır. Hətta Əli də dedi ki, dayısıdır, 

zəng vuran.  

Üzümü çevirib gedirdim, bircə soruŞdum ki, məni sevirsənsə, gözümün içinə bax, 

onsuz da gedirəm. Gözümün içinə baxdı, heç nə demədi. Baxdı-baxdı əlimi tutdu, 

bəlkə də axırıncı dəfə öpdü, «Səni sevirəm» dedi. Ancaq ardınca da dedi ki, hələ bu 

söhbətin axırına çıxacam...  

BaŞa düŞdüm ki, o daha yoxdur. Yox, mənimçün o var idi. Bu gün də var, sabah da 

olacaq.  Mən  onun  xəyalı  ilə  ruh  kimi  yaŞaya-yaŞaya  günlərimi  baŞa  vuracam. 

Ancaq onun üçün mən yox idim. Yalnız bu an bu acı həqiqəti bütün çılpaqlığı ilə 

baŞa düŞdüm...  

O ki qaldı 2-ci günümə, dayımdildə oturmuŞduq.  

downloaded from KitabYurdu.org




Dayımoğlum dedi ki, Orxan niyə ancaq bizim pəncərənin qabağında durur? O gün 

də sənin yanında oturmuŞdu... Onun cavabını verdim ki, elə acığına gəlir, get özünə 

de, oturmasın, mənə bir də elə söz demə. Yoxsa pis danıŞacam səninlə.  

AxŞam dayı gəldi, üzümdən öpdü, mehriban danıŞırdıq, zarafatlaŞırdıq, sonra dayı, 

oğlu və dayımın yoldaŞı qonaq getdilər. Neçə saatdan sonra gəldilər. Dayı içəri girən 

kimi  qıŞqırdı  üstümə  ki,  sənin  Orxanla  aranda  nə  var?  O  oğraŞ  ona  görə  sənin 

yanında  oturur?  Sənə  görə  bütün  gün  blokda,  pəncərədədi?  Ağzımı  açmağa 

qoymadı. Elə qıŞqıra-qıŞqıra qaldı, nə qədər də danıŞdı. Sonra gəlib durdu baŞımın 

üstündə  ki,  cavab  ver  də,  donuz.  Mən  də  heç  nə  demirdim.  BaŞımı  aŞağı  salıb 

durmuŞdum.  Əsəbdən  də  bütün  bədənim  əsirdi.  BaŞımın  üstündə  duranda  bircə 

kəlmə dedim ki, mənlə iŞin olmasın, mənə əl vurma.  

Mən  bunu  deyən  kimi  dayı  məni  vurdu.  Mən  də  üzümü  çevirdim,  o  biri  otağa 

keçdim.  

O məni niyə vurdu? HəmiŞə deyəndə acıqlarına gəlir, amma bugün dəqiq bildim ki, 

yetimin heç kimi olmur, heç vaxt. HəmiŞə hər yerdə yetimlik özünü göstərir.  

Saatlarla otaqdan çıxmadım, ağlamaqdan gözlərim ağrıyırdı. Mən ağlayıb-ağlayıb, 

yuxuya  getdim.  Oyanıb  gördüm  ki,  bacım  yanımda  oturub,  gizlincə  sakit-sakit 

ağlayır. Bu gün ikimiz də ac qaldıq, heç kim soruŞmadı bizdən ki, ay bala, acsız, 

susussuz. Heç  kim  maraqlanmadı  bizlə. Bəs  yetimlik  bu  deyilsə  nədi?  Allah  niyə 

bizi belə yaratdı? Heç bilirsən atalı-analı, hər Şeylə təmin olunan uŞaqlara necə qibtə 

edirəm?  

Tanıdım dünyanın hər üzünü mən,  

Qorxaq gecəsini, gündüzünü mən.  

Seçdim incisini, ilbizini mən  

Özümü tanıya bilmədim, anam.  

Yersizi saxladım, gözümün üstə,  

Çoxuna yer verdim dizimin üstə.  

downloaded from KitabYurdu.org




O qədər iz düŞdü izimin üstə  

İzimi tanıya bilmədim, anam.  

(Nüsrət Kəsəmənli)  

***  


Bu gün ikinci imtahanımdı. Səhər dayımın yoldaŞını çağırdım ki, imtahana gedirəm, 

dayıdan sən pul al da, nə olar...  

O da dedi ki, mən necə istəyim? Dünən sənə hirslənib, indi hirsini mənə tökər, özün 

istə. Dayı isə gec gedəcəkdi. Gəldim sakitcə dedim ki, imtahana pul lazımdı. Ağzımı 

açmağa da peŞman oldum. Yenə qıŞqırdı ki, sənə niyə pul verim ki? İŞləyib ərinə 

verəcəksən  də,  sənin  oxumağının,  iŞləməyinin  mənə  nə  xeyri  var?  Sənə  veriləsi 

pulum yoxdu. Get imtahanını ver.  

Ürəyim partlayırdı, gözlərim doldu ki, necə gedim axı... Dedi ki, mən bilmirəm, necə 

istəyirsən get də... Yetimçə...  

Bu sözə necə dözəydim? Səkkiz ildi atam rəhmətə gedib, heç anam hirslənəndə bizə 

o sözü deməyib...  

Kiməsə möhtac olmaq çox pisdi...  

Dayım mənə pul vermədi. Mən də yenə için-için ağlaya-ağlaya qaldım.  

Bacımın 4 manatı var idi. (Dayı ona kontur pulu verirdi, o da anam üçün yığırdı) 

Onu  aldım.  Dayımın  yoldaŞına  dedim  ki,  əziyyətini  halal  elə,  mən  evə 

gəlməyəcəyəm.  Bacımı  öpdüm.  Elə  çıxırdım,  bacım  dedi  ki,  bacı  gələrsən  də,  nə 

olar.  

Ağlaya-ağlaya çıxdım evdən…  



***  

Əzizim Afət. Bütün bunlarla yanaŞı sənin soyuqluğun, məni ataraq Gülərlə rəfiqəlik 

etməyin də məni əzir, təhqir edir. Nənən xəstə olanda səni tək qoymağımın səbəbini 

yazdım, bildin ki, həmin vaxtda mən Azərin yalanının acısını yaŞayırdım.  

Mən sənsiz neynəyim? Bu günə kimi axı sən mənim yanımda olmusan.  

downloaded from KitabYurdu.org




Anasına, atasına arxayın olan uŞaq dəcəllik eləyir e, bilir ki, atası, anası onu hamıdan 

çox istəyir, bax mən də eləyəm.  

Sənin  istəyinə  arxayın  olmuŞam,  amma  indi  artıq  arxayın  deyiləm.  Sən  bütün 

istəyini soyudursan, bəlkə də həyatında təzə səhifə açmısan, o səhifədə artıq mənim 

adım da heç olmayacaq. Mənsiz təzə dost, təzə həyat…  

Bu  gün  sənin  ad  günündür.  Bu  gün  sənin  yanına  ad  günü  hədiyyənlə  gəlmək 

istəyirdim. Ancaq cəmi 20 qəpik pulum var.  

Yenə  də  sənin  yanında  üzüm  qara  oldu.  BağıŞla!  Bəlkə  yenə  də  məndən 

inciyəcəksən, ancaq mənim həyatım budur.  

Bu dəftəri yazıram ki, məni bağıŞlayasan, özünü mənə çox görməyəsən. Son nöqtəni 

qoyuram. Nə olar, bağıŞla məni. Əvvəlki dostluğumuzu bərpa et. Yalvarıram.  

***  


Vəssalam. Daha heç nə yoxdur. Bəs sonrası? Axı sonrası necə olcaqdı? Axtarıb Afəti 

tapdım. Sonrasını ondan soruŞdum. Dedim Nərgiz sənə dəftər yazıb, ancaq verməyə 

risk  etməyib,  məndədir.  Götür  oxu.  Onu  bağıŞla.  Dəftəri  verdim.  Ertəsi  gün  Afət 

axtarıb məni tapdı. Dedi ki, Nərgiz indi Ucardadır. Həyatını müəyyənləŞdirib. Tək 

yaŞayacaq,  iŞləyib  qazandığı  pullarla  anasına  və  bacısına  köməklik  göstərəcək. 

Azərin xəyalı ilə, onunla, onsuz ömrünü sona vuracaq.  

SoruŞdum,  bəs  Azər  indi  neynəyir?  Vicdan  əzabı  çəkirmi?  Dedi  yox,  Azər  toya 

hazırlaŞır. İənbə günü toyudur, imkanlı bir adamın qızını alır. Tutuldum.  

-  Bəs  sən  niyə  hər  Şeyin  passiv  seyrçisisən?  Sən  axı  Nərgizdən  fərqli  olaraq 

melanxolik  deyilsən.  Sən  mübarizsən,  güclüsən.  Niyə  bütün  baŞ  verənlərə  göz 

yumursan?  

O köks ötürdü.  

-  Düz  deyirsiz.  Nərgizdən  incimiŞdim,  ancaq  mənə  olan  istəyini,  sədaqətini 

dəftərçəni oxuyandan sonra duydum. Mən nəsə etməliyəm…  

downloaded from KitabYurdu.org



Afətin nəsə etməsi özünü çox gözlətmədi. İənbə günü, durub Azərin toyuna – Şadlıq 

sarayına  gedib.  Toyun  ən  Şıdırğı  yerində  bəylə  gəlinin  qarŞısına  gəlib.  Azər  onu 

görcək gəlinlə toqquŞdurduğu fujeri əlindən yerə salıb və Şampanı təzə kostyumuna 

dağıdıb. Afət gəlinə deyib:  

- Bacım, sən xoŞbəxt olmaq üçün bu insanın yanında oturmusan. Ancaq o, mənim 

rəfiqəmi, bax bu qızı aldadıb bədbəxt edib…  

Gəlinə Azərlə Nərgizin birlikdə çəkdirdikləri Şəkli uzadıb.  

- Rəfiqəmi qızlıqdan məhrum edib, o hamilə qalanda isə qaçıb tülkü kimi gizlənib…  

Bir anda hər Şey dəyiŞilib, gəlin əlində Şəkil hönkürərək atasının yanına qaçıb… 

Beləcə, Azərin toyu vaya dönüb…  

BaŞqasının  bədbəxtçiliyi  üzərində  xoŞbəxtlik  qurmağın  axırı  doğrudan  da  yox 

imiŞ...  

***  

Mən səni itirsəm, dünya tərsinə dönər,  



Mən səni itirsəm içimdə hər Şey ölər…  

MaŞınımın  maqnitolasında  Natavanın  bu  ecazkar  ifasını  dinləyə-dinləyə 

düŞünürdüm  ki,  biz  bəzən  özümüz  də  istəmədən  sevgini  çox  müqəddəsləŞdirir, 

böyüdürük.  Halbuki,  hələ  heç  kəsin  itirilməsindən  nə  dünya  tərsinə  dönüb,  nə  də 

onun odu, alovu sönüb…  

Nərgizi heç vaxt görməyəcəyim səbəbindən digər dəftəri də Afətə verdim. Verdim 

ki, Nərgizə çatdırsın. Dəftəri ona uzadanda içimdəki qurumuŞ qızılgül ləçəkləri yerə 

töküldü. Bir vaxt bu qızılgülü ona Azər bağıŞlamıŞdı. O da ən Şirin xatirə kimi onu 

qoruyub saxlayırdı…  

Bir anda külək bu ləçəkləri uçurub görünməz etdi…  



SON

 

downloaded from KitabYurdu.org



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə