Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

donanmaları ilə müqayisə etmiş​dir: Amerikanın donanmasında 18-i birinci dərəcəli olmaqla 81 hərbi
gəmi olduğu halda, İngiltərənin 80-i birinci dərəcəli olmaqla 581 hərbi gəmisi, Fransanın 50-si
birinci dərəcəli olmaqla 403 hərbi gəmisi, Rusiyanın 40-ı birinci dərəcəli olmaqla 286 hərbi gə​misi,
Almaniyanın isə 28-i birinci dərəcəli olmaqla 216 hərbi gə​mi​si var idi.
Senatda dəniz proqramı qəbul edildikdən sonra Amerikanın bü​tün tərsanələri gecə-gündüz müxtəlif
növlü hərbi gəmilər isteh​sal etməyə başladılar. Rokfellerin bütün qayəsi həm öz mənfəət​ləri​ni, həm
də Amerikanın mənfəətlərini qoruya biləcək gücə sahib olmaq idi.
Amerika tərsanələrində hərbi gəmilərin durmadan inşa edildiyi 1928-ci ildə «Standard Oyl» ilə
«Anglo Persian»ın Mərkəzi Ame​rikadakı mücadiləsi də kulminasiya nöqtəsinə çatmışdı. Bu mü​-
cadilənin birinci səhifəsini ingilislər qazanmış, yəni Kolumbi​ya​nın zəngin yeraltı və yerüstü
sərvətləri ilə bərabər neftin imtiya​zını almışdı.
«Anglo Persian»ın Kolumbiyada neft imtiyazları aldığı xəbəri Amerikaya çatanda mətbuat ingilislərin
əleyhinə kampaniyaya başladılar. «Nyu York Tayms» qəzeti amerikalılara xitabən «İn​giltərə hərbi
dəniz donanmasına arxalanaraq Amerikanı mühasirəyə almaqdadır. Bu gün Kolumbiyada yerləşən
ingilis​lər sabah Panamaya, o biri gün isə Amerikaya yerləşəcəklər. Amerika millətinin yeni bir Corc
Vaşinqtona ehtiyacı vardır» fikrini irəli sürmüşdür.
Amerikalılar narahatçılıq və şübhə içində idilər. Xalqın bu na​rahatçılıqlarını dilə gətirən bir neçə
bəyanatlar da verilmişdi.
«Standard Oyl»un İdarə Heyətinin üzvlərindən biri olan Ludvel Denny Amerikada artıq dəniz
proqramının gerçəkləşdiyini bildirir və yazılarının birində «Anglo Persian»ın hərəkətlərinin Panama
kanalını ələ keçirmək məqsədilə Kolumbiyada yerləşdiyi​ni və bunun da gələcəkdə beynəlxalq
miqyaslı bir toqquşmaya səbəb olacağı fikrini irəli sürürdü.
«Nyu-York Tayms» Amerika xalqının düşüncələrini əks etdi​rir, Ludvel Denny isə neft üzündən baş
verə biləcək beynəlxalq bir toqquşmadan bəhs edərək dünyanın diqqətini neft üzərinə çə​kir​di.
Vəziyyət həqiqətən də amerikalıların narahatçılıq keçirəcək​ləri qədər ciddi idi. Çünki, Deterdinq bu
cür hədələrə və çıxışlara o qədər də əhəmiyyət verən deyildi. O, belə hədələri 1890-cı ildən bəri
eşidirdi və bilirdi ki, bunlar sadəcə söz idi. Deterdinq Kolumbiyada mücadiləni «Anglo Persian»
şirkətinin adından davam etdirən Pearson adlı şəxsin qabiliyyətinə bələd idi. Artıq Deterdinqin
yardımı ilə Kolumbiyada Pearson istəyinə nail ol​muş​dur, yəni çevriliş baş tutmuş, hakimiyyətə
onların mənafelə​ri​nə cavab verən qüvvələr gəlmişdir. İngilislər Boqota hökumətin​dən Kolumbiyada
yeraltı və yerüstü sərvətlərdən 66 il ərzində sər​bəst istifadə və istehsal etmə imtiyazını almağa
müvəffəq oldular.
Amerikalıların bu təhdidlərinə cavab olaraq şəxsən Deterdin​qin dəstəklədiyi Latın Amerikası
mətbuatı “Yanki” ifadəsini iş​lət​məyə başladı. Bu ifadə Latın Amerikası əhalisinin ABŞ-ı təh​qir etmək
üçün ortaya atdığı bir şüardı. Latın Amerikasının əksər dövlətləri Kolumbiyanı müdafiə edərək
Amerikanın təhdidlərinə qarşı çıxdılar. Onlar Amerikanın hərəkətini Kolumbiya​nın daxili işlərinə
qarışması kimi dünyaya car çəkdilər.
Amerika əleyhinə aparılan bu kampaniya Deterdinqə çox ba​ha başa gəlmişdir. Onun kimlərə nə qədər
pul xərcləməsi uzun müddət Amerika mətbuatında müzakirə olunmuşdur.
«Standard Oyl»un apardığı mücadilə, Amerika hökumətinin sərt etiraz notaları və hərbi hədələr
Deterdinqin gördüyü əks tədbirlər nəticəsində təsirli olmamış və «Anglo Persian» şirkəti Boqota
hökumətindən imtiyazları asanlıqla almışdır.
Bundan sonra «Standard Oyl»un rəhbərliyi hədələyici bəya​nat​larını yenə verməkdə idi. Onlar


«Tətbiq ediləcək dəniz proq​ra​mı nəticəsində dənizlərdə üstünlüyü ingilislərdən aldığımız gün
«Standard Oyl» dünya neft hakimiyyətinə sahib olacaq​dır» deyirdilər.
Amerika tərəfindən hədələnən ingilislər də dəniz islahatı keçir​məyə başladılar. İngilislərin bu islahat
proqramı ilə yaxın tarixin ən böyük dəniz islahat mücadiləsi başladı. Amerikan – İngiltərə do​nanma
rəqabəti adlandırdığımız bu mücadilə İkinci Dünya mü​ha​ribəsində iştirak edəcək nəhəng hərbi dəniz
donanmalarının ya​ranmasına səbəb oldu.
Pearsonun Boqotadakı hökumətdən aldığı geniş imtiyaz içə​risində Kolumbiyanın Panama kanalına
sərhəd bölgəsi də var idi. İngilislər hər işlərində olduğu kimi Kolumbiyada da əldə etdikləri
imtiyazların tətbiqini çox dəqiqliklə ölçüb-biçmişdilər. Burada Pa​nama kanalına paralel yeni kanal
açmaq haqqı da vardır. İngilislər bununla dünyanın ən strateji su yollarından biri olan və yaxud da
on​dan amerikalılarla bərabər şəkildə istifadə etmək məqsədini güdürdü.
Amerika hökuməti və «Standard Oyl»un idarəçilərini ən çox qorxudan cəhət bu yeni kanal imtiyazı
idi. Əgər ingilislər əllərinə keçirdikləri bu yeni imtiyazdan faydalanmaq və kanalı açmaq üçün
hərəkətə keçməyə çalışarlarsa bu gələcəkdə qorxulu vəziyyət yara​da bilərdi. Amerika hökumətinin
rəsmi şəxsləri bu xüsusu artıq açıq söyləməkdən çəkinmirdilər. «Standard Oyl» Panama kanalı
məsələsində yenə səhnəyə çıxmış olurdu. «Standard Oyl»un bu hərəkəti ilə Amerika prezidenti
Vilsonun Panama kanalı ilə əlaqə​dar ingilislərin layihəsinin əleyhinə çıxış etməsi üst-üstə düşürdü.
Amerika prezidenti Vilson verdiyi bir bəyanatda: «Əgər in​gilislər Kolumbiyada əldə etdikləri bütün
imtiyazlardan vaz keçməzlərsə Panama kanalından keçəcək bütün Amerika Bir​ləşmiş Dövlətləri
gəmilərindən alınmaqda olan xərclərin ləğv ediləcəyini və bunun üçün də bir qanunu senata təqdim
edə​cəyini» bildirdi.
Neft artıq iki şirkətin mücadiləsi olmaqdan çıxaraq iki dövlətin mücadiləsi halına gəlmişdi. Bu iki
dövlət Birinci Dünya müharibə​si​nin qalibi olmaqla dünya xəritəsini dəyişdirə biləcək qüdrətə sa​hib
idilər. İngilislər amerikalıların bu hədələrinə sərt reaksiya ver​di​lər. Yəni ingilis hökuməti dünyanın
hər yerində amerikalılarla ara​la​rında bağlanmış müqavilələrin verdiyi bütün haqları tanıma​ya​caq​-
larını elan etdi. Artıq iki dövlət arasındakı mücadilə kulimi​na​siya nöqtəsinə çatmışdı.
«Standard Oyl» ingilislərin istər Sevr müqaviləsinin ən mə​sul dövləti, istərsə Lloyd Corcun uğursuz
siyasəti ilə ən yaxın müt​​tə​fiqləri ilə də münasibətlərinin normal olmadığını bilirdi. Onun qə​na​ətinə
görə ingilislərin təşviqi ilə Anadoluya hücum edən yunan ordusunun biabırcasına məğlub olması
Lloyd Corcun həm nüma​yəndələr palatasında, həm də ingilislər arasındakı nüfuzuna mənfi təsir
etmişdir. Elə bu səbəbdən artıq ingilis siyasətçiləri müvəqqəti olaraq Boqotadakı adamları
Peaorsonu müdafiə etməkdən vaz keçdilər.
Qarşıya belə bir sual çıxır. Görəsən ingilislərin Boqotadakı adam​ları olan Pearsonu himayə etməkdən
vaz keçmələri ilə Pa​nama kanalına paralel yeni bir kanal çəkmə layihəsini müvəqqəti olaraq
dayandırmaları «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasındakı mücadiləyə təsir edə
bilmişdirmi? Bu suala ra​hat​ca xeyr deyə bilərik. Çünki, Deterdinq əlinə keçirdiyi imti​yaz​la​rı heç vaxt
ləğv etməmişdir. O «Standard Oyl»a da, Amerika hö​kumətinə də yeni bir oyun oynamaq üçün
hərəkətə keçdi.
Deterdinqin əmri ilə Entelijans Servis ilə «Royyal Datç-Şell Qrup»un ən mahir cəsusları Meksika və
Nikaraquada toplaşmağa başladılar.
Hər an üsyan qaldırılmağa əlverişli şəraiti olan bu məmlə​kət​lər​də Deterdinqin qızılları üsyanlar və
çevrilişlər yaratmaqda ge​cik​mədi. Həm Meksikada, həm də Nikaraquada inqilablar baş ver​di.
Amerika sərhədlərinə yaxın bir məmləkətdə baş verən hadisə​lə​rə biganə qala bilməzdi. Diplomatik


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə