N.Ə.İMamverdiyev


Qranit maqması. Peqmatitlər



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

4.5. Qranit maqması. Peqmatitlər 
 
Qranitoidlərin əsas mineralları kalium çöl şpatı (KAlSi
3
O
8

və albit (NaAlSi
3
O
8
) – anortit  (CaAl
2
Si
2
O
8
) sülb birləşmə 
sırasının üzvləridir. Bir çox illər ərzində aparılan eksperimental 
tədqiqatlar göstərmişdir ki, çöl şpatları mürəkkəb faza 
quruluşlu minerallardır. Laboratoriya şəraitində  və  əlbəttə, 
təbiətdə çöl şpatlarının nisbəti silikat ərinti ilə müvazinətdə 
olan su buxarının təzyiqindən güclü asılıdır. Buna şəkil 4.3-də 
göstərilmiş  KAlSi
3
O
8
 - NaAlSi
3
O
8
 sistemini misal göstərmək 
olar.  Şəkil 4.3a-da vulkanik (səthə yaxın),  şəkil 4.3b-də isə 
plutonik (dərinlik) şəraitdəki kristallaşma göstərilmişdir.  
 
Şəkil 4.3. 1 kbar (a) və 5 kbar (b) su təzyiqində KAlSi
3
O
8
 - NaAlSi
3
O
8
 siste-
mi.  İzah mətndə verilmişdir (Tatl və Bouenə görə, 1950). Ls-leysit,  Fsp – 
çöl  şpatı,  San-sanidin,  Anor-anortoklaz,  Ab-albit,  Or-ortoklaz,  Mic-mik-
roklin, Pert-pertit. 
 
Sistemdəki ümumi təzyiqə bərabər olan suyun təzyiqi 1 kbar 
olduqda soyuyan ərintidən 1078 
0
C-dən yuxarı temperaturda 
birinci sülb faza kristallaşacaqdır (Z nöqtəsində).  Əgər  ərinti 
kaliumla zəngin olarsa birinci leysit əmələ gəlir. Temperatur aşağı 
düşdükdə son halda bütün çökən leysit ərinti ilə reaksiyaya 
girəcəkdir və 1100
 
87
0
C-dən aşağı temperaturda ərinti ilə kalium-nat-
rium çöl şpatı bir yerdə mövcud olacaqdır. (WY xəttində olivin və 
piroksendə olduğu kimi leysit kalium çöl şpatı ilə reaksiya mü-
nasibətində olacaqdır). 1078 
0
C-dən aşağı temperaturda vahid ho-
mogen çöl şpatı ilkin ərintinin tərkibi ilə birgə mövcud olacaqdır. 
Beləliklə,  X  tərkibli soyuyan ərintinin təkamülü aşağıdakı 
kimi olacaqdır. 1200 
0
C temperatura yaxın  ərinti likvidus 
əyrisinə çatdıqda leysit ayrılmağa başlayacaqdır. Sonra 
ərintinin tərkibi likvidus əyrisi üzrə  Y nöqtəsi istiqamətində 
dəyişəcəkdir.  Y temperaturunda çöl şpatı  əmələ  gəlməyə 
başlayacaqdır və leysit tamamilə  ərintidə  həll olacaqdır. Sülb 
faza kimi W tərkibli kaliumla zəngin olan çöl şpatı qalacaqdır. 
Temperatur aşağı düşdükdə ərintinin və çöl şpatının tərkibləri Z 
nöqtəsi istiqamətində  YZ likvidusu və  WZ solidusu üzrə 
dəyişəcəkdir. Bu, ərintinin birgə mövcud olduğu minimal 
temperaturdur.  Z  nöqtəsinə çatan anda bütün ərinti sərf 
olunacaq və sülb faza X nöqtəsi ilə eyni tərkibli homogen çöl 
şpatından ibarət olacaqdır (təqribən Or
60
Ab
40
).  
Daha aşağı temperaturda çöl şpatlarının sülb birləşmələri 
dayanıqlı olmadığı üçün sistemin təkamülü bununla başa 
çatmır.  Şəkil 4.3a-da olan aşağı  əyri (solvus) bir çöl şpatının 
stabil olduğu sahəni iki çöl şpatının dayanıqlı olduğu sahədən 
ayırır. Solidusun yuxarı nöqtəsi 660 
0
C-yə yaxın temperatura 
uyğun gəlir.  İstənilən aşağı temperaturda horizontal izoterm 
solvusu bu temperaturda dayanıqlı olan iki çöl şpatının 
tərkibinə cavab verən iki nöqtədə  kəsəcəkdir.  X  tərkibi üçün 
500 
0
C-də birgə mövcud olan iki çöl şpatının tərkibi Or
75
Ab
25
 
və  Or
10
Ab
90
 –a uyğun olacaqdır. Birinci faza çox miqdarda 
iştirak edəcəkdir. Bu iki fazanın ilkin homogen fazadan 
ayrılması (sülb birləşmələrin parçalanması) pertitlər kimi 
məlum olan bitişiklərin əmələ gəlməsinə səbəb olacaqdır. Qeyd 
etmək lazımdır ki, temperatur 660 
0
C-dən aşağı düşdükdə sülb 
 
86


birləşmələrin sahəsi məhdudlaşır. 
Çöl  şpatlarının nizamlanmasını da bununla izah edirlər. 
Şəkil 4.3a-ya uyğun olaraq 700 
0
C-dən yuxarı temperaturda 
kaliumla zəngin olan çöl şpatı sanidindən ibarət olacaqdır (alü-
minium və silisium atomlarının tam nizamsız yerləşməsilə). 
700 
0
C-dən aşağı temperaturda stabil forma ortoklazdır və daha 
aşağı temperaturda isə mikroklindir (alüminium və silisiumun 
nizamlı yerləşməsilə). Sahənin orta hissəsində olan qələvi çöl 
şpatı anortoklaz (K, Na) AlSi
3
O
8
 adlanır. Sanidin monoklinik, 
anortoklaz isə triklinik mineraldır. Daha çox natriumlu yüksək 
temperaturlu çöl şpatları eyni tərkibli aşağı temperaturludan 
kristalloqrafik olaraq fərqlənir. Onlar uyğun olaraq yüksək və 
aşağı albitə aid edilir. Beləliklə, pertit monoklin ortoklazın və 
ya triklin mikroklinin aşağı albitlə bitişi-yidir. Kalium çöl 
şpatında kaliumun az bir miqdarı natriumla əvəz olunur, aşağı 
albitdə bir qədər kalium iştirak edir. 
Suyun təzyiqinin artması likvidusla təyin olunan 
kristallaşma temperaturunun azalmasına səbəb olur. Məsələn, 
şəkil 4.3a-da 1 kbar su buxarının təzyiqində Z nöqtəsi 850 
0
C-
yə, 2 kbar təzyiqdə isə 750 
0
C-yə  qədər yerini dəyişəcəkdir. 
Bundan başqa, su buxarının təzyiqi solvus temperaturun 
artmasına da səbəb olur.  
Şəkil 4.3b-dən görünür ki, temperatur 800 
0
C-yə qədər düş-
məyənə  və  WT  likvidus  əyrisinə çatmayana qədər  S  tərkibli 
ərintidən sülb fazanın kristallaşması baş verməyəcəkdir. Bu 
temperaturda əsasən kalium çöl şpatı ayrılmağa başlayacaqdır. 
Onun tərkibi  WUT solidusunda Or
95
Ab
5
  tərkibinə cavab 
verəcəkdir.  Ərintinin tərkibi  WUT  xətti üzrə  T  nöqtəsi 
istiqamətində, sülb fazanın tərkibi isə  WUT  xətti üzrə  həmin 
nöqtəyə doğru dəyişəcəkdir.  Ərintinin tərkbi bu nöqtəyə 
çatdıqda (703 
0
C temperaturda) U  V  tərkibli birgə mövcud 
olan iki müxtəlif çöl şpatı kristallaşacaqdır. Bütün ərinti sərf 
olunduqda çöl şpatları soyuyacaqdır və iki cüt pertit bitişiyi 
əmələ  gələn parçalanma baş verəcəkdir.  U  fazasının 
parçalanması  nəticəsində  əmələ  gələn kalium çöl şpatından 
ibarət mineral-sahibdə olan albit böyümələri məxsusi pertitlər, 
V  fazası bölündükdə albit kristallarında (plagioklazda) kalium 
çöl  şpatının böyüməsi isə  antipertit  adlanır. Təbiətdə pertit 
antipertitə nisbətən daha geniş yayılmışdır. 
4.3  şəklində çöl şpatlarının üçüncü fazası olan anortitə 
baxılmadı. Bütün üç komponentin faza münasibəti  şəkil 4.4-də 
göstərilmişdir. İstənilən temperaturda albit və anortit arasında tam 
qarışma müşahidə edilir (həqiqətən də çox aşağı temperaturda və 
çox məhdud miqyasda sülb birləşmənin parçalanmanın yeri 
vardır). Kalium çöl şpatının şəbəkəsinə kalsium çox məhdud miq-
darda, eyni zamanda kalium da anortitin tərkibinə  məhdud miq-
darda daxil olur.  
Diaqramdan görünür ki, X  tərkibli  ərintidən 1400 
0

temperaturda birinci plagioklaz kristallaşır.  Ərintinin tərkibi 
tam xəttin istiqamətində (kotektikaya) dəyişəcəkdir (kotektika – 
verilən fiziki-kimyəvi  şəraitdə  ərintilə sonradan reaksiyaya 
girməyən və onunla tarazlıqda olan, eyni vaxtda iki və ya daha 
çox bərk fazanın kristallaşdığı sistemin vəziyyətidir).  Əyriyə 
çatdıqda plagioklaz və kalium çöl şpatı birgə ayrılacaqdır və 
üçbucağın albit-ortoklaz tərəfində  ərintinin tərkibi 1078 
0

nöqtəsinə doğru yaxınlaşacaqdır (şəkil 4.3-dəki Z nöqtəsi). Bu 
nöqtəyə çatdıqda bütün ərinti sərf olunacaqdır. Son məhsul iki 
çöl şpatı olacaqdır.   
Y  tərkibli  ərintidən də 1400 
0
C-də plagioklaz əmələ 
gəlməyə başlayacaqdır, lakin ərinti bir çöl şpatının sahəsində 
qalacaq və bu halda az miqdarda kalium qatışığı saxlayan 
plagioklaz son məhsul olacaqdır. Bu üç komponentli sistemdə 
suyun təzyiqinin artması likvidus temperaturunun azalmasına 
və iki çöl şpatının sahəsinin genişlənməsinə  səbəb olacaqdır 
(şəkil 4.4.b). Qranit maqmasını daha tam şəkildə  şəkil 4.5-də 
göstərilmiş üç komponentli sistem təşkil edir. SiO
2
 - KAlSi
3
O
8
 - 
NaAlSi
3
O
8
 sistemi əvvəlki kimi 1 kbar və 5 kbar təzyiqdə 
baxılır (uyğun olaraq vulkanik və plutonik şəraitlər).   
 
88
 
89


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə