N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

Bu və ya başqa süxurun son olaraq formalaşması parsial 
ərimə dərəcəsi, maqmanın ayrılma dərinliyi və növbəti fraksion   
kristallaşmanın intensivliyindən başqa maqmanın mantiyadan 
yer qabığına hərəkəti zamanı  kənar süxurlarla qarşılıqlı 
əlaqəsindən də asılıdır. Ona görə də üst mantiyanın ekvivalenti 
o süxurlar hesab edilir ki, onların formalaşmasına kənar süxur-
larla qarşılıqlı əlaqə və fraksion kristallaşma az təsir göstərsin. 
Qalan bazaltlar öz tərkibinə görə ilkin maqmadan kifayət qədər 
fərqlənir. Hal-hazırda ilkin maqmanı müəyyənləşdirərkən 
mikroelementlərin, xüsusilə də süxur əmələ gətirən minerallara 
daxil ola bilməyən elementlərin, məsələn, nadir elementlərin 
öyrənilməsi və həmçinin müxtəlif izotop nisbətlərinin analizini 
aparmaq lazımdır.  
Maqmaların ərimə mexanizmi və onun təkamülü məsələləri 
Qrin və Rinqvudun, Yoderin, İ.D.Ryabçikovun, L.N.Koqar-
konun və bir çox başqa petroloq və geokimyaçıların fundamen-
tal  əsərlərində geniş  işıqlandırılmışdır. Hal-hazırda maqmanın 
əmələ gəlməsi və təkamülünə maqmatizmin plitələr tektonikası 
ilə əlaqəsi nöqteyi-nəzərindən baxılır.  
 
4.2. Maqmatik süxurların əmələ gəlməsi haqqında  
müasir təsəvvürlər 
 
Maqmatik süxurların əmələ gəlməsi haqqında bir-birinə əks 
olan konsepsiyalar vardır. Bu konsepsiyaların hər biri faktiki 
materiallarla əsaslandırılsa da, bir sıra çətin həll olunan suallar 
ortaya çıxır.  
Əsasi süxurların  əmələ  gəlməsi haqqında  əsasən iki 
nöqteyi-nəzər vardır: 1. Əsasi maqma bazalt qatından  əmələ 
gəlmişdir və onun bütün müxtəlif növləri diferensiasiya ilə 
əlaqədardır; 2. Əsasi maqma dərinlik qırılmaları ilə əlaqədardır 
və onun mənbəyi üst mantiya hesab edilir. Əksər petroloqlar 
tərəfindən bir neçə tip maqma ayrılır – toleit, qələvi bazalt və s.  
Orta süxurların, xüsusilə  də andezitlərin  əmələ  gəlməsi 
haqqında da müxtəlif fikirlər vardır. Petroloqların diqqətini an-
dezitlərin bazalt və qranitlər arasında aralıq vəziyyət tutması 
cəlb etmişdir və ona görə  də onların  əmələ  gəlməsi haqqında 
universal bir hipotez yoxdur. Andezitlərin  əmələ  gəlməsi 
haqqında  əsasən 4 hipotezə üstünlük verilir: 1. Andezitlər ba-
zalt maqmasının kristallaşma diferensiasiyası nəticəsində əmələ 
gəlir; 2. Fraksion kristallaşma hipotezinə alternativ olan – ba-
zalt maqmasının turş süxurlarla assimilyasiyası  nəticəsində 
andezitlər formalaşır; 3. Andezit maqması ilkin xarakter daşıyır 
və hidratlaşmış üst mantiyanın qismən  əriməsi nəticəsində 
əmələ gələ bilir; 4. Subduksiya zonalarında eklogitləşmiş okean 
bazaltlarının qismən  əriməsi andezitlərin  əmələ  gəlməsinə 
səbəb olur. 
Qranitlərin əmələ gəlməsi haqqında da müxtəlif hipotezlər 
yaranmışdır. Bu hipotezlərə görə qranitlər müxtəlif yollarla 
əmələ gələ bilir: 1. Maqmatik; 2. Temperatur və təzyiqin qalx-
ması  nəticəsində maddələr gətirilməməklə qranitləşmə 
nəticəsində; 3. Müxtəlif tərkibli süxurların maqmatik emanasi-
yası nəticəsində; 4. Müxtəlif tərkibli maqmaların və ətraf süxur-
ların qarşılıqlı təsiri. 
Başqa tip süxurların əmələ gəlməsi haqqında da bir çox hi-
potezler vardır. Bu hipotezlər haqqında aşağıda bəhs 
ediləcəkdir.   
 
4.3. Süxurların maqmatik, metasomatik yolla əmələ gəlməsi 
haqqında meyarlar. Likvasiya, hibridləşmə, assimilyasiya 
 
Adətən, süxurların maqmatik və ya metasomatik yolla 
əmələ  gəlməsini aydınlaşdırdıqda geoloqlar obyektiv meyarlar 
axtarmağa çalışırlar. Belə meyarlara aşağıdakılar daxildir: 
Geoloji cisimlərin forması. Kiçik ölçülü intruziyaların, day-
kaların, kəskin təmasları olan intruzivlərin metasomatik yolla 
əmələ gəlməsini demək çətindir. Belə hesab edilir ki, onlar, an-
caq maqmatik yolla əmələ gələ bilərlər. 
Ətraf süxurlarla əlaqə. O haldakı mineral zonalar dəyişməklə 
qismən keçid müşahidə edilir və onlar metasomatoz prosesində 
 
70
 
71


komponentlərin mütəhərrikliyini xarakterizə edir, hər hansı 
mineral öyrənilən süxurdan ətraf süxura doğru qanunauyğun 
şəkildə  dəyişir, xarici görünüşünə görə onların kristallik ol-
masına baxmayaraq, belə süxurların maqmatik təbiətli olmasını 
qəbul etmək olmaz: onlar tipik metasomatik süxurlardır. 
Tekstur və strukturlar. Fasial dəyişmənin izini saxlayan 
çökmə süxurların laylı strukturun reliktinin olması birmənalı 
olaraq kristallik süxurun metasomatik təbiətli olmasını göstərir. 
Hər hansı bir mineralla zənginləşmiş layları (hornblendlə, 
biotitlə və s.) ərintidən kristallaşma ilə izah etmək olmaz, ancaq 
onu uyğun tərkibli layın yenidən kristallaşması ilə asan izah 
etmək olur və bu isə ilkin çökmə süxurun metamorfik 
dəyişməsinə dəlalət edir. 
Əksinə, maqmatik nişanələrə aşağıdakılar aid  ola bilər: 
a) flüidal tekstur; 
b) porfirvari möhtəvilər; 
v) maqmatik kristallaşma üçün xarakter olan mineralların 
ardıcıl ayrılması; 
q) metasomatik yolla əmələ gələ bilməyən evtektik strukturlar. 
Kristallaşma ardıcıllığı.  Maqmatik süxurlara nisbətən me-
tasomatik süxurlarda bu daha dəqiq ifadə olunmuşdur. Me-
tasomatik mineral əmələ  gəlmənin ardıcıllığı çox zaman 
gətirilən komponentlərin konsentrasiyası ilə əlaqədar olan me-
tasomatik reaksiyaların ardıcıllığı ilə; maqmatik süxurlarda isə 
eynicinsli silikat ərintinin həll olması ilə  əlaqədardır.  
Temperatur, təzyiq və mineral əmələgəlmə mühitin tərkibilə 
müəyyən olunan metasomatik əmələgəlmələrin kristallarının bö-
yümə sürəti – kristallaşma qabiliyyəti maqmatik ərintiyə uyğun 
gəlmir.  
Mineral tərkibin xüsusiyyətləri. Süxurların bu və ya başqa 
genezisə malik minerallardan ibarət olduğunu müəyyən etmək 
çətindir. Ancaq qrossulyar, vezuvian, stavrolit, jadeit, omfasit 
və bir çox belə minerallar maqmatik süxurlarda rast gəlmirlər, 
əksinə sanidin, bazaltik hornblend, evdialit kimi minerallar isə 
metasomatik yolla əmələ gələ bilmir. 
Kimyəvi tərkibin xüsusiyyətləri.  Metasomatik süxurların 
kimyəvi tərkibi evtektik kristallaşmanın qanunlarına tabe olan 
maqmatik süxurlardan daha müxtəlifdir. Metasomatik süxur-
larda ayrı-ayrı komponentlərin nisbəti maqmatik süxurlardakı 
həddi aşır. Bəzi kimyəvi elementlər, məsələn, platinoidlər, an-
caq maqmatik süxurlar üçün tipikdir və metasomatik süxurlarda 
onların olması az ehtimal olunur. 
Nəhayət, maqmatik süxurlarda metasomatik süxurlara 
nisbətən epigenetik dəyişmələr daha intensiv ifadə olunmuşdur. 
Avtometasomatik dəyişmələr isə maqmatik süxurların soyuma-
sının son mərhələsində (onların maqmatik kristallaşması başa 
çatdıqdan sonra) maqmatik qalığın uçucu komponentlərlə qar-
şılıqlı  təsirindən yaranır. Bunlara avtometasomatik iki mikalı 
qranitlər, amfibolitləşmiş piroksenitlər və s. aiddir.    
Likvasiya – maqmanın maye vəziyyətində iki qarışmayan 
ərintiyə ayrılmasıdır. Müxtəlif maqmatik süxurların bir yerdə 
rast gəlməsi və bir-birindən kəskin fərqlənməsi (məsələn, bir çox 
turş-əsasi assosiasiyalar) likvasiyanın nəticəsi kimi interpretasiya 
olunur. Belə hadisələrin izahı XX əsrin əvvəllərində çox popul-
yar olmuşdur və  hələ  də petroloqlar tərəfindən qəbul 
edilməkdədir.  
Adi maqmatik tərkibli silikat ərintilərlə aparılan eksperi-
mental işlər likvasiyayanın da olmasını  təsdiq etmişdir. 
Məsələn, silisiumla çox zəngin olan ərintilər istənilən 
maqmatik süxurlardan fərqlənir və 1700 
0
C-yə yaxın tem-
peraturda başqa  ərintilərlə qarışmır. Müxtəlif geoloji material-
lar, məsələn,  əsasi süxurlarda sulfid daxilolmaları, maqnetit-
apatit cisimləri, kimberlit-lamprofir-karbonatit qrup süxurları, 
ay bazaltları, toleitlər maqmada likvasiyanın olmasına  əyani 
sübutdur. Bunun nəticəsində yeni eksperimental işlər apa-
rılmışdır və bu göstərilən ərintilərə xüsusi diqqət yetirilmişdir. 
Leysit-fayalit-kvars sistemində 1100 
0
C-dən aşağı temperaturda 
fayalit və kvarsın kristallaşma sahəsi ilə  əhatə olunmuş qarış-
 
72
 
73


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə