N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

Sulfatlar 
 
 
Dəniz suyu 
21,75-21,79 
+21 - +19 
Evaporitlər 
21,56-22,13 
+30 - +4 
Duz günbəzlərinin papaqları 
20,84-21,95 
+61 - +12 
Hidrotermal 
21,44-22,34 
+35 - -6 
Karbon izotopları 
 
Təbii karbon 98,9% 
12
C-dən və 1,15% 
13
C-dən ibarətdir. 
Yaş  təyin edilən radiogen izotop az yayılmışdır. Karbonun 
izotop tərkibi 
12
C / 
13
C nisbətilə ifadə olunur: 
Belə hesab edilir ki, ilkin və Yerin mantiyasının kükürdü 
32
S/
34
S nisbətinin  22,22-yə  (δ
 34
S / 
32
S=0)  bərabər olması ilə 
xarakterizə olunur. Maqmatik süxurların sulfidləri az miqdarda 
34
S ilə  zənginləşən kiçik diapazonlu qiymətini  əmələ  gətirir. 
Başqa maddələrin sulfidləri, xüsusilə  də hidrotermal 
yataqlardan olan sulfidlər və çökmə  təbiətli sulfidlər izotop 
nisbətinin geniş variasiyası ilə xarakterizə olunur və onların 
əmələ gəlməsinin müxtəlifliyini göstərir. Yüngül kükürd sulfid 
mineralları, hidrogen sulfid və xalis kükürd üçün xarakterdir. 
Ağır kükürd sulfatlar üçün səciyyəvidir; ən yüksək qiymət duz 
günbəzlərində kalsit papaqlarındakı anhidritlərdə müəyyən 
edilmişdir.  
 
(
) (
)
(
)
3
12
13
12
13
12
13
13
10
/
/
/


=
стандарт
стандарт
нцмуня
C
C
C
C
C
C
C
δ
 
 
 
Standart kimi Cənubi Kaliforniyadakı Pi Di formasiyasının 
laylarından götürülmüş Belemnitella americana molyuskasının 
karbonu götürülmüşdür və PDB kimi işarə olunur. Bu standart 
üçün 
12
C / 
13
C=88,99 və uyğun olaraq δ
13
C=0-dır. δ
 12
C / 
13

nisbəti  şirin sulu əhəng daşlarında 4‰-dən neftdə 31‰-ə 
qədər dəyişir.  
 
Kükürd izotoplarından kükürd saxlayan filiz yataqlarının 
öyrənilməsində geniş istifadə edilir (Jensen M., 1967, Ohmoto 
H., 1972, Qrinenko V.A., 1971). Eyni izotop nisbətinə malik 
olan çöküntülər homogen məhlullardan  əmələ  gəlir və  təyin 
olunan  δ
 34
S / 
32
S  nisbətilə  mənbəyi xarakterizə etmək olur. 
Mantiyadan qabığa daxil olan kükürd çökmə süxurların biogen 
kükürdünə nisbətən yüngüldür. Minerallar arasında kükürdün 
yüksək temperaturda fraksionlaşması az temperatura nisbətən 
daha zəifdir. H.Ohmotoya görə (1972) kükürd və karbonun 
izotop tərkibi hidrotermal minerallarda pH  kəmiyyətilə, filiz 
əmələ gətirən flüidlərin oksidləşdirici xüsusiyyətlərilə, onların 
izotop tərkibilə  və temperaturla nəzarət olunur. Maqmatik 
süxurlarla əlaqədar olan filiz yataqlarında 
32
S / 
34
S nisbəti  daha 
məhdud intervala düşür və onların  δ
 34
S / 
32
qiyməti sıfra yax-
ındır. Metamorfizm, sedimentasiya və ya qrunt sularının aktiv-
liyi nəticəsində  əmələ  gələn yataqlar isə bu qiymətlərin daha 
geniş intervalda dəyişməsilə xarakterizə olunur.  
 
 
 
62
 
63


4. MAQMATİK PROSESLƏRİN GEOKİMYASI 
 
4.1. Maqmatizmin Yer qabığının və maqmanın əmələ 
 gəlməsində rolu 
 
Maqmatik proseslər maqmatik ocağın temperaturunun 
aşağı düşməsilə baş verir. Bununla əlaqədar olaraq, maqmada 
reaksiyalar fasiləsiz olaraq dəyişir və bu dəyişmə 
kristallaşmanın son məhsulu olan süxurların tərkibində  və 
strukturunda öz əksini tapır. Maqmatik süxurların müxtəlif 
tiplərinin kristallaşması zamanı ilkin eynicinsli maqmanın 
kimyəvi olaraq qeyri-bircinsli hissələrə bölünməsi baş verir. Bu 
proses maqmanın diferensiasiyası adlanır və hələ də petrologiya və 
geokimyanın aparıcı problemlərindəndir.  
Aydındır ki, diferensiasiya nəticəsində litosferin bütün 
məlum olan süxurlarını verən ilkin ana maqmanın  əmələ 
gəlməsi məsələləri ortaya çıxır. Bu məsələ çoxdandır ki, 
geoloqların, petroloq və geokimyaçıların diqqətini cəlb edir. 
Əksər petroloqlar – N.Bouen, R.Deli, Q.Tirrel və başqaları 
hesab edirdilər ki, ilkin vahid maqma bazalt tərkibli olmuşdur. 
F.Y.Levinson-Lessinq iki müstəqil maqmanın – qranit və bazalt 
maqmasının olmasını  fərz edirdi. A.Xolms isə üç ilkin 
maqmanın (qranit, bazalt, peridotit) olması haqqında hipotez 
irəli sürmüşdür.  Ən çox qəbul edilən ilkin bazalt maqmasının 
olmasıdır. Lakin bu hipotez hal-hazırda müasir geokimyəvi 
(nadir və nadir torpaq elementlərin paylanması, izotopik 
məlumatlar) məlumatlarla daha da təkmilləşdirilmişdir. Yerin 
soyuq başlanğıcının olması haqqındakı kosmogenik hipotez 
göstərdi ki, bizim protoplanetimiz ultraəsasi süxurlara və ya daş 
meteoritlərinə yaxın eynicinsli kimyəvi tərkibə malik olmuşdur. 
Yerin səthə yaxın horizontları da aydındır ki, həmin tərkibə 
malik olmuşdur. Növbəti radiogen qızma nəticəsində ultraəsasi 
materialın diferensiasiyası baş vermiş, bazalt və qranit materialı 
əmələ  gəlməyə başlamışdır. Bu zaman mantiya materialının 
ilkin tərkibi də dəyişmişdir. 
Müasir məlumatlara görə maqmanın mənbəyi mantiya 
hesab edilir və onun ultraəsasi süxurlardan təşkil olunduğu 
güman edilir. Mantiya bütövlüklə fraksionlaşmaya və 
diferensiasiyaya az məruz qalmışdır.  
Birinci dəfə A.P.Vinoqradov tərəfindən daş meteoritlərin 
(xondritlərin) zonal əriməsi haqqındakı  təcrübələr və bir çox 
kimyəvi elementlərin dunit, bazalt və meteoritlər arasında 
paylanması  nəticəsində alınmış  məlumatlar göstərir ki, 
mantiyadan fəal mütəhərrik olan mantiya maddəsinin  əriməsi 
və deqazasiyası prosesində xondrit tərkibli mantiya maddəsinin 
dunit və bazalt  maddəsinə ayrılması baş verir. Əgər mantiyanın 
ilkin materialı kimi piroliti götürsək (A.Rinqvuda görə), onda 
onun  əriməsi nəticəsində maddənin peridotit və bazalta 
ayrılması baş verəcəkdir.  Əgər zonal ərimə mexanizmini biz 
qəbul etsək, onda mantiyanın maddəsinin ayrılmasını iki 
variantda qəbul etmək olar (şəkil 4.1). 
Şəkildən göründüyü kimi mantiyanın ilkin materialından 
asılı olmayaraq asan əriyən fraksiya bazalt tərkibli maqma 
olacaqdır. Uçucu komponentlərlə  zənginləşərək o yuxarı 
qalxacaq və  tədricən Yerin səthini tamamilə bazalt qatı ilə 
bürüyəcəkdir. Bu qat yer qabığının bütün tip süxurları üçün 
ilkin material olmuşdur.  
 
 
 
Şəkil 4.1. Mantiyanın ana maddəsinin ayrılması. 
 
Bu məlumat geoloji faktlarla təsdiqlənir, həqiqətən də yaşı 
2,5·10
9
 ildən çox olan Yer qabığının qədim hissələrinin 
kəsilişlərində süxurların kimyəvi tərkibinin cəmi bazalt qatının 
 
64
 
65


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə