N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

tərkibinə yaxındır (kembriyə  qədərki materiklərin «yaşıl-
daşlaşmış nüvəsi»). Ona görə  də belə hesab edilir ki, çoxlu 
miqdarda müxtəlif tipli süxurların ilkin maddəsi bazalt 
maqması olmuşdur. Lakin bu nəticəni bütün süxurlara aid 
etmək düzgün deyildir. 
İndi isə ümumi halda maqmanın  əmələ  gəlməsi prosesinə 
baxaq. Həm ilkin, həm də törəmə maqmatik ərintilərin  əksər 
hissəsi yer qabığında və üst mantiyada əmələ gəlir. İlkin maqma 
ilkin süxurların qismən  əriməsi nəticəsində,  törəmə maqma isə 
fraksion kristallaşma və ya ilkin maqmada gedən başqa proseslər 
nəticəsində əmələ gəlir. Maqmanın bu tiplərini müəyyən etmək, 
onların təkamülünü izləmək üçün yer qabığının və üst mantiya-
nın kimyəvi və fiziki xüsusiyyətlərinə diqqət yetirək (cədvəl 
4.1). 
 
Cədvəl 4.1 
Yer qabığının və üst mantiyanın 
fiziki və kimyəvi xüsusiyyətləri 
 
 
 
 
 
Yer qabığı
Üst 
mantiya
Dərinlik, km 
0-70, orta hesabla 
materiklərdə 35, 
okeanlarda 7 km 
Moxo sərhədindən 
400 km-ə kimi 
Sürət, km/san 
P-dalğalar 
1,5-dən (çökmə lay) 
6,8-ə kimi (monolit 
süxurlar) 
8,1 
 S-dalğalar 3,7 
(çökmə süxurlar)  4,5 
Sıxlıq, q/sm
3
                1,5 (çökmə süxurlar) 
2.9 (monolit 
süxurlar) 
3,4 
Təzyiq, kbar 
0-16 
2-150 
Temperatur, 
0

 
 
0-1000
200-1700
 
67
 
Kimyəvi tərkib
Kontinentlərin 
altında qranitdən 
bazalta kimi, okean-
ların altında bazalta 
kimi 
Tərkibinə görə 
peridotitlərə, 
eklogitlərə və ya hər 
ikisinə yaxındır, həm 
lateralda, həm də şa-
quli  istiqamətdə 
dəyişkəndir 
Qeyd: Seysmik sürət və sıxlıq üçün orta qiymət verilmişdir 
Yer qabığını mantiyadan ayıran Moxoroviçiç sərhədi 
okeanlarda 7 km, materiklərdə isə 30-70 km (orta hesabla 35 
km) dərinlikdə yatır. Bu səthin yatım dərinliyi seysmik  mə-
lumatlara görə  təyin edilir. Dərinliyə doğru uzununa (P-) və 
eninə  (S-) dalğaların yayılma sürətləri  düz mantiyaya qədər 
artır; lakin onun özündə bir yerdən başqa yerə həm horizontal, 
həm də şaquli istiqamətdə bu sürətlər kifayət qədər dəyişir.  
Xüsusi  əhəmiyyətli zona 60-dan 250 km-ə  qədər olan 
dərinlikdə yerləşir. Bu zona aşağı sürətli zona adlanır və 
dərinliyə doğru S-dalğaların sürətinin  əvvəlcə azalması, daha 
sonra artması ilə xarakterizə olunur. Sürəti azalmış zonanın 
maddəsi yəqin ki, qismən ərimiş vəziyyətdə olur və yuxarıdakı 
maddəyə nisbətən daha fəaldır. Seysmik dalğaların sürətinin 
azalma zonası  əksər maqmaların generasiya sahəsidir. Bu 
onunla isbat olunur ki, ən birincisi bu zonalarda adətən
zəlzələlərin mərkəzi qruplaşır. İkincisi bu dərinlikdə hesablan-
mış təzyiq mantiya süxurlarının səthə çıxardığı süxurların min-
eral tərkibinin  əmələgəlmə  təzyiqinə uyğun gəlir. Maqmanın 
əmələ gəlməsinin əsas səbəbi isə konveksiya hesab olunur (bax: 
I fəsil). Yerin aşağı sürətli qatı  astenosfer  kimi interpretasiya 
olunur və ondan yuxarıda yatan daha monolit süxurlardan 
ibarət üst mantiya (qalınlığı 0-50 km) və yer qabığı (5-70 km 
qalınlıqlı) isə  litosferə  aid edilir. Tektonika plit konsepsiyas-
ında plitələrə astenosferə nisbətən hərəkət edən  litosferin blok-
ları kimi baxılır. Adətən, ilkin maqmaların əsas tipləri yerin ge-
oloji inkişafında  ən geniş yayılmış süxurlara uyğun olaraq 
götürülür. Belə maqmalardan ən azı üç petroqrafik tip süxurlar 
 
66


əmələ gəldiyi güman edilir: toleit bazaltları, qələvi olivinli ba-
zaltlar və kontinental batolitlərin qranitoidləri. Bu maqmaların 
əmələ gəlməsi və növbəti təkamülü yer qabığı və üst mantiya-
nın tərkibindən asılıdır.   
Üst mantiyada eninə  və uzununa dalğaların sürətləri, bu 
sürətlərə görə sıxlıqların paylanmasının hesablanması,  qravim-
etrik məlumatlar göstərir ki, üst mantiyanın mümkün olan 
tərkibi  peridotitlərə, eklogitlərə  və ya onlar arasında olan 
tərkibə yaxındır. Birinci fəsildə qeyd etdiyimiz kimi, mantiya 
süxurları kimberlitlərdə, qələvi bazaltlarda müəyyən edilmişdir 
və tərkibləri peridotitlərə və ya eklogitlərə uyğun gəlir.  
Məlum olduğu kimi peridotitlər olivindən, bir və ya bir 
neçə piroksendən ibarət ultraəsasi süxurlardır. Eklogitlərin 
tərkibi bazaltlara yaxın olmaqla qranat və klinopiroksendən 
ibarətdir. Beləliklə, Moxoroviçiç sərhədi bazalt və qabbrodan 
peridotitə kimyəvi tərkibin dəyişməsinə, ya da qabbro və ya 
bazaltın (plagioklaz+piroksen) eklogitə (piroksen+qranat) 
izokimyəvi dəyişməsinə uyğun gəlir. Eklogitlərin faza 
dayanıqlığının tədqiqi və üst mantiyanın sıxlığının 
qiymətləndirilməsi göstərir ki, onun tərkibi eklogitə deyil, 
peridotitə uyğundur. Yer qabığında olduğu kimi üst mantiyada 
da lateral qeyri bircinslilik müşahidə edilir.  
Üst mantiyanın ilkin bazalt maqması necə formalaşır? Hər 
bir təklif olunan hipotez üst mantiyanın hansı  tərkibinin 
seçilməsi ilə  sıx  əlaqədardır. Məsələn, yuxarıda qeyd edildiyi 
kimi, Qrin və Rinqvud  üst mantiyanın tərkibini nəzəri olaraq 
hesablanmış üç hissə harsburgitdən və bir hissə toleit bazaltından 
ibarət olan qarışıqdan – pirolitdən ibarət olduğunu fərz etmişlər. 
O’xara öz modelində təbii qranatlı peridotitin tərkibindən istifadə 
etmişdir. Faza tarazlığının öyrənilməsi göstərir ki, bazalt 
maqmasının generasiyası yuxarıda qeyd edilən maddələrin hər 
birindən tarazlıq  şəraitində  əriyə bilər. Belə yolla əmələ  gələn 
maqmalar bir-birindən əsasən element-qatışıqların tərkibinə görə 
fərqlənirlər. Növbəti fraksion kristallaşma zamanı onların 
davranışı da fərqlənəcəkdir.   
İlkin mantiya maqması Moxo sərhədindən aşağıda yatan 
peridotitlərin qismən əriməsi nəticəsində əmələ gəlir. Maye fazası 
uzaqlaşdıqdan sonra üst mantiyada depletlənmiş (kasıblaşmış) 
peridotitlər və ya dunitlərdən ibarət restit material qalır. Restitlərin 
əsas mineralı maqneziumlu olivindir (Fo

90
). Beləliklə,  əmələ 
gələn  ərinti bu mineralla zəngin olacaqdır və ilkin mantiya 
maqmasının kristallaşması maqneziumla zəngin olan olivindən 
başlayacaqdır. Eksperimental məlumatlara görə, olivinin (Ol) 
tərkibilə və onunla müvazinətdə olan ərinti (m) arasında aşağıdakı 
asılılıq vardır: 
 
(Fe
2+
/Mg)
Ol 
/ (Fe
2+
/Mg)
m
=0,3 
 
Beləliklə, ilkin maqma üçün Fe
2+
/Mg=0,11 olan Fo
90
 
tərkibli olivin, dəmirliliyi Fe
2+
/Mg=0,37 və atom çəkisilə ifadə 
olunmuş maqneziumluluq əmsalı  M=Fe
2+
/(Fe
2+
+Mg)=0,73 
olan ərintilə müvazinətdə olmalıdır və ondan kristallaşmalıdır. 
Bu kəmiyyətlər göstərir ki, ilkin mantiya maqması yüksək maq-
neziumlu  ərintiyə cavab verməlidir. Ümumiyyətlə, hal-hazırda 
ilkin mantiya maqması üçün aşağıdakı sabitlər qəbul edilir: 
K
D
=0,21-0,36,  ərintilə müvazinətdə olan olivinin tərkibi  Fo
86-
90
, M=0,68-0,75, Ni-in  olivində miqdarı 3000 q/t, ərintidəki 
miqdarı 200 q/t.   Belə maqmaların tərkibi pikritlərə, pikroba-
zaltlara və onlara qohum olan süxurlara yaxın ola bilər. Bunu 
peridotitlərin ərimə təcrübələri təsdiq etmişdir. 
Qeyd etmək lazımdır ki, tipik üst mantiyanın mineralogi-
yası ilə (olivin+ortopiroksen+klinopiroksen±qranat±şpinel) 
müvazinətdə olan ilkin maqmalar vardır ki, onlar yüksək 
maqneziumluq sabitinə (>0,7), Ni və Cr-un  yüksək miqdarına 
(uyğun olaraq >400-500 q/t və >1000 q/t) və 50%-i keçməyən 
SiO
2
 miqdarına malikdirlər. Çox güman ki, belə süxurlar nor-
mal mantiyadan deyil, metasomatitləşmiş  mənbədən  əmələ 
gəlmişlər. Metasomatizmə isə qismən  əriməyə  qədər 
harsburgitlər (olivin+ortopiroksen) məruz qalmışlar.    
 
68
 
69


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə