Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 
36
 
şəraitdə,  konkret  niyyətlərə  nail  olunması  üçün  həyata  keçirilir.  Başqa 
sözlə,  həlledici  anlarda  konkret  maraqların  və  mövqelərin  qorunması 
məqsədi ilə qarşı tərəfə istiqamətlənmiş xüsusi qüvvə və vəsaitlərin cəlb 
olunması ilə xüsusi informasiya əməliyyatları həyata keçirilir. Belə əmə-
liyyatların, adətən, üç növü üzərində dayanırlar: 
1.  Qərar  qəbul  etmək  səlahiyyətində  olan  subyektlərə  qarşı  istiqa-
mətlənmiş informasiya əməliyyatları; 
2.  Qarşı  tərəfin  opponentlərinin  gözdən  salınmasına  yönəlmiş  in-
formasiya əməliyyatları; 
3. Ölkənin siyasi və iqtisadi sabitliyinin pozulmasına istiqamətlənmiş 
əməliyyatlar (39). 
Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  qarşıdurmasında  da  belə 
xüsusi  əməliyyatların  müəyyən  konturlarını  müşahidə  etmək  mümkün-
dür. Çünki Azərbaycan ətrafında informasiya blokadasının qırılması, dün-
ya birliyində Azərbaycanın öz layiqli yerini tutması və dünya geopoliti-
kasının müəyyənləşməsində Azərbaycanın rolunun artması Azərbaycana 
qarşı xüsusi informasiya müharibələrinin aparılmasının uğurunu elə əvvəl-
cədən məhdudlaşdırır. Bununla belə, hər halda müəyyən cəhdlər göstəril-
məlidir.  Məsələn,  Azərbaycan  Respublikası  Prezidentinin  Azərbaycanın 
ərazi  bütövlüyü  və  Ermənistanın  işğalçılıq  siyasəti  haqqında  qətiyyətli 
mövqe nümayiş etdirməsindən sonra erməni millətçi qüvvələri tərəfindən 
Azərbaycan Prezidentinin nüfuzdan salınması üçün informasiya  əməliy-
yatlarının keçirilməsinə  cəhd göstərilir. Və ya Azərbaycan siyasi və iqti-
sadi  baxımdan  möhkəmləndikcə,  Azərbaycan  cəmiyyətində  Azərbaycan 
dövlətçiliyinə inamsızlıq toxumu səpilməsinə cəhdlər göstərilir. 
Daha geniş planda isə informasiya əməliyyatları xarakterinə görə iki 
növə ayrılır: hücum xarakterli informasiya əməliyyatları və müdafiə xa-
rakterli  informasiya  əməliyyatları  (40).  Hücum  xarakterli  informasiya 
əməliyyatları daha çox əl atılan informasiya fəaliyyətidir və bu xarakterli 
əməliyyatların həyata keçirilməsi ilə informasiya məkanında və informa-
siya  qarşıdurmasında  üstünlük  əldə  edilməsinə  və  onun  qorunmasına 
cəhd  göstərilir.  Bu  əməliyyatın  keçirilməsi  qarşı tərəfin fərdi  və  ictimai 
şüuruna  təsir  göstərilməsini,  lazımi  qərarların  qəbul  olunmasının  yuba-
dılmasını, qarşı tərəfin informasiya sisteminin sarsıdılmasını nəzərdə tu-
tur. Hücum xarakterli informasiya əməliyyatları ilə bu əməliyyatı aparan 
tərəfin marağına uyğun informasiya modeli yaradılır və həmin model il-
kin olaraq ictimai və fərdi şüura yeridilir. Və ya belə əməliyyatlar vasitə-


 
37
 
si ilə qarşı tərəfin informasiya modeli neytrallaşdırılır və onun yeni mo-
dellə əvəzlənməsi qarşıya məqsəd qoyulur. 
Hücum xarakterli informasiya əməliyyatlarının keçirilməsi müəyyən ha-
zırlıq işlərinin aparılmasını tələb edir. Əvvəla, bu hücumun gözlənilməz-
liyi və qəfil həyata keçirilməsi, adətən, diqqət mərkəzində saxlanılır. Da-
ha sonra, bu əməliyyatın həyata keçirilməsi qarşı tərəfin informasiya mü-
hitini  öyrənməyi  tələb  edir.  Adətən,  bundan  sonra  hücum  xarakterli  in-
formasiya əməliyyatının hədəfi, istiqaməti, zamanı, hansı qüvvələrin cəlb 
olunması müəyyənləşdirilir. Nəhayət, hücum xarakterli informasiya əmə-
liyyatının arqumentləşdirilməsi də müəyyən əhəmiyyət kəsb edir. Hər bir 
informasiyanın dövriyyəyə buraxılması ayrılıqda onun səmərəliliyini şərt-
ləndirə bilməz. Bu zaman dövriyyəyə buraxılan informasiyanın psixoloji 
təsir gücünün artırılması üçün onun dəlil və sübutlarla müşayiət olunma-
sına  ciddi  diqqət  yetirilir. Bu  halda  da  informasiya  əməliyyatını  aparan 
subyektin maraqlarına cavab verən faktlar əsas götürülür. 
Deyilənlərin  sübutunu  Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya 
qarşıdurmasında  aydın  görmək  mümkündür.  Tarixdən  yaxşı  məlumdur 
ki, Dağlıq Qarabağda, eləcə də Dağlıq Qarabağ ətrafında və Ermənistan 
ərazisində yaşayan azərbaycanlı əhaliyə qarşı silahlı hücumlar başlamaz-
dan  əvvəl,  Ermənistan  Respublikasının  və  erməni  millətçilərinin  infor-
masiya  hücumları  başlandı.  Həmin  hücumların  nəticəsində  informasiya 
məkanında  ermənipərəst  mövqenin  qabarması  baş  verdi.  Bunun  nəticə-
sində  də  Ermənistan  ərazisindən  yüz  minlərlə  azərbaycanlı  əhalinin  qo-
vulması, Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğalı ciddi beynəlxalq qı-
nağa məruz qalmadı. 
Müdafiə  xarakterli  informasiya  əməliyyatları  isə  informasiya  mə-
kanının qorunması, qarşı tərəfin informasiya təsirlərinin neytrallaşdırılması 
və  nəhayət  hücum  xarakterli  informasiya  əməliyyatlarının  aparılmasına 
zəmin yaradılması üçün həyata keçirilir. 
Mütəxəssislərin fikrincə, müəyyən hallarda hücum və müdafiə xarak-
terli informasiya  əməliyyatları qarşılıqlı  əlaqədə hazırlanmış şəkildə hə-
yata keçirilə bilər. Bu zaman onların təsir gücünün artırılmasına nail ol-
maq mümkündür (41). 
Lakin  bir  qayda  olaraq,  belə  əməliyyatların  keçirilməsi  fərqli  şərait-
dən  irəli  gəlir.  Müdafiə  xarakterli  informasiya  əməliyyatlarının  keçiril-
məsinin  öz  əhəmiyyəti  və yeri  vardır.  Bununla  belə,  informasiya  məka-
nında  və  qarşıdurmasında  üstünlüyün  əldə  edilməsi  hücum  xarakterli 
əməliyyatların keçirilməsinin əhəmiyyətini artırır. Məhz belə əməliyyat-


 
38
 
ların  keçirilməsinin  nəticəsidir  ki,  Azərbaycan  informasiya  blokadasını 
yarmağa müvəffəq olmuş və Dağlıq Qarabağ münaqişəsi ətrafında aparı-
lan informasiya qarşıdurmasında üstünlüyü ələ ala bilmişdir. 
 
6. Ġnformasiya silahı 
 
İnformasiya  əməliyyatları  və  bütünlükdə  informasiya  qarşıdurması 
informasiya  silahları  vasitəsi  ilə  həyata  keçirilir.  Burada  geniş  mənada  
informasiya  silahları  nəzərdə  tutulur.  Baxmayaraq  ki,  elmi  ədəbiyyatda 
daha  çox  informasiya  silahı  işlənir.  İnformasiya  silahı  heç  şübhəsiz  ki, 
adi  silahdan  fərqlənir.  Bu silah  heç  də  silahlı  qarşıdurmada  işlənilən  si-
lahların  oxşarı  deyil.  Amma  öz  təsir  gücünə  görə  müəyyən  hallarda  in-
formasiya silahı adi silahdan daha çox təsir gücünə malik olur. İnforma-
siya  silahı  informasiya  qarşıdurmasının həyata  keçirilməsi  üçün  istifadə 
olunan  vasitələr,  üsullar  və  metodlardır.  İnformasiya  silahı  deyəndə,  ilk 
növbədə,  göz  önünə  informasiyanın    ictimaiyyətə  çatdırılması  vasitələri 
gəlir. Bura ən müxtəlif vasitələr daxil ola bilər. Vərəqə, replika, şəkil, şü-
ar, jurnal, radio, televiziya, elektron vasitələri, kino, nümayiş, sərgi və di-
gərləri.  Qarşı  tərəfin  informasiya  sisteminə  təsir  göstərə  biləcək  bütün 
vasitələri  informasiya  silahları  sırasına  daxil  etmək  mümkündür.  Bu  si-
lahlar vasitəsi ilə insanın şüuruna təsir etmək, onun hafizəsini dəyişmək, 
düşüncələrini yenidən istiqamətləndirmək, hər hansı bir şəxsi əvvəlcədən 
düşünülmüş  parametrlər  üzrə  formalaşdırmaq  imkanı  vardır.  Həmin  də-
yişikliklər  informasiya  qarşıdurmasının  subyektlərinin  niyyətlərinə  uy-
ğun olaraq aparılır (42). 
Lakin informasiya silahı yalnız bu sadalananlardan ibarət deyil. Bəzi 
mütəxəssislərin  fikrincə,  informasiyanın  təhrif  edilməsi,  oğurlanması  və 
məhv  edilməsi  vasitələri  də  informasiya  silahıdır.  İnformasiyaya  girişi 
məhdudlaşdıran və ya girişə imkan verməyən, texniki vasitələrin fəaliy-
yətini pozan, telekommunikasiya vasitələrini şəbəkədən çıxaran və digər 
vasitələr də informasiya silahı sırasına daxil edilir (43). Burada daha çox 
informasiya qarşıdurmasının texniki təminatı nəzərdə tutulur. 
Daha geniş mənada isə mütəxəssislərin fikrincə, informasiya silahı – 
dövlətin informasiya resurslarına, proseslərinə və sistemlərinə zərər yeti-
rilməsi,  müdafiə,  idarəetmə,  siyasi,  ictimai,  iqtisadi  və  digər  xüsusi  əhə-
miyyətli  sistemlərinə  mənfi  informasiya  təsiri  göstərilməsi,  habelə  döv-
lətin  və  cəmiyyətin  sabitliyinin  pozulması  məqsədi  ilə  əhalinin  kütləvi 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə