Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 
39
 
şəkildə  psixoloji  təsirlərə  məruz  qoyulması  məqsədi  ilə  istifadə  olunan 
vasitələr və metodlardır (44). 
İnformasiya üçün mühüm olan qarşı tərəfi təmsil edən insanın şüuru-
na daha güclü təsir göstərilməsi və insan şüurunun manipulyasiyaya ha-
zırlanmasıdır. Bu təsir gücünün artırılması üçün informasiya silahı daim 
inkişafda  və  təkmilləşməkdədir.  İnformasiyaötürücü  vasitələrin  inkişafı 
isə informasiyanın ötürülməsi üsullarının yeniləşməsini və təkmilləşmə-
sini zəruri edir. 
Belə  güman  edilməməlidir  ki,  informasiya  silahı  yalnız  qarşı  tərəfin 
informasiya sisteminə, informasiya məkanına təsir etmək, inctimai şüuru 
manipulyasiya etmək üçündür. İnformasiya silahı həm də müdafiə xarak-
terlidir. Başqa sözlə, informasiya qarşıdurmasının bir tərəfinin fəal infor-
masiya təsirlərinin qarşısının alınması, neytrallaşdırılması və öz informa-
siya məkanının qorunması üçün istifadə edilən vasitələr sistemi də infor-
masiya  silahıdır.  Bu  xarakterik  informasiya  silahının müdafiə  xarakterli 
adlandırılması da şərtidir. Çünki informasiya qarşıdurmasının həqiqətlər 
üzərində qurulması, qarşı tərəfin informasiya təhriklərinin və təzyiqləri-
nin qarşısının alınması özü də müəyyən hallarda daha güclü təsirə malik 
ola bilər. 
Elmi ədəbiyyatda informasiya silahının müxtəlif təsnifatı aparılmışdır (45). 
Onların arasında etnik münaqişələrin informasiya qarşıdurması üçün da-
ha qabarıq əhəmiyyət kəsb edən – ictimai sistemlərə qarşı işlədilən infor-
masiya silahıdır. Bura o silahlar daxildir ki, onlar informasiyanın yayıl-
ması kanalları vasitəsi ilə ayrı-ayrı şəxslərə, sosial sistemlərə informasi-
ya-psixoloji təsir göstərə bilən vasitələrdir (46). Lakin bu heç də o demək 
deyildir ki, informasiya qarşıdurmasında digər informasiya silahları diq-
qətdən kənarda qalmalıdır. Əksinə, hər bir informasiya silahının vaxtında 
və yerində işlədildikdə lazımi təsir gücünə malik ola bilər. 
İctimai sistemlərə qarşı istifadə olunan aktual informasiya vasitələrin-
dən biri kütləvi informasiya vasitələridir. Kütləvi informasiya vasitələri-
nə mətbuat, radio, televiziya, elektron informasiya vasitələri, ensiklope-
diyalar və s. daxildir. Kütləvi informasiya vasitələri – kütləvi informasi-
ya silahı adlandırılır. Bu da onun kütləviliyi, daha geniş auditoriyanı əha-
tə  etməsi  ilə  şərtlənir.  Kütləvi  informasiya  vasitələri  qarşı  tərəfə  istiqa-
mətləndirilmiş informasiya təsirinin göstərilməsi üçün istifadə olunur. Hə-
min  silahdan  istifadə  edərkən  başlıca  olaraq  qarşı  tərəfin  mənəvi-əxlaqi 
aləmi hədəf götürülür, qarşı tərəfin tarixi yaddaşına, dünyagörüşünə, mə-
nəvi-əxlaqi  dəyərlərinə  məqsədyönlü  təsir  göstərilməsi  qarşıya  məqsəd 


 
40
 
qoyulur. Kütləvi informasiya vasitələri, eyni zamanda qarşı tərəfin yuxa-
rıda toxunulan məqsədinin qarşısının alınması üçün istifadə olunur. 
Bir daha qeyd edilməlidir ki, kütləviliyi, operativliyi və təsirliliyi eti-
barilə kütləvi informasiya vasitələri etnik münaqişənin informasiya qar-
şıdurmasının əsas silahlarından biridir. Elm və texnologiya inkişaf etdik-
cə,  kütləvi  informasiya  vasitələrinin  də  yeniləşdiyini  görmək  mümkün-
dür. Məhz bunun nəticəsidir ki, indi bütün dünya vahid və qlobal infor-
masiya  məkanına  çevrilmişdir.  İnformasiya  qarşıdurmasında  da  o  tərəf 
daha çox müvəffəqiyyətə nail olur ki, kütləvi informasiya vasitələrindən 
məharətlə istifadə etməklə qlobal informasiya məkanında özünə daha ge-
niş yer tapsın. 
İnformasiyanın daha tez çatdırılması və bununla daha böyük auditori-
yanın əhatə  edilməsi  üçün kütləvi  informasiya  vasitələrinin informasiya 
məkanında üstünlük  əldə edilməsi üçün  əhəmiyyəti böyükdür. Lakin bu 
informasiya  məkanında  daha  təsirli  üstünlüyün  əldə  edilməsi  o  zaman 
mümkündür  ki,  informasiyanın çatdırılmasında  daha yararlı  və  səmərəli 
forma, metod və üsullardan istifadə olunsun. Mühit, ətraf aləm, auditori-
yanın səviyyəsi, cərəyan edən hadisələrin xarakteri, qarşıya qoyulan məq-
səd  və  s.  amillər  informasiyanın  necə  və  hansı  formada  çatdırılmasını 
müəyyənləşdirir.  Başqa  sözlə,  informasiya  qarşıdurmasının  tərəfləri  in-
formasiyanı  elə  bir  forma,  metod  və  üsulla  çatdırmağa  çalışır  ki,  həmin 
informasiyanın qarşı tərəfi və ya daxili auditoriyaya təsiri maksimum ol-
sun.  İnformasiyanın  dağıdıcı  və  təcavüzkar  olması,  yaradıcı  və  qurucu 
olması məhz seçilən forma və üsullardan asılı olaraq özünü göstərir. 
İnformasiyanın ötürülməsinin forma, metod və üsulları daha çox sub-
yektin qarşıya qoyduğu məqsəddən asılıdır. Dağlıq Qarabağ münaqişəsi-
nin  informasiya  qarşıdurmasının  nümunəsində  göstərmək  olar  ki,  əgər 
Ermənistan və dünya erməniliyi qarşıya Ermənistanın işğalçı siyasətinin 
pərdələnməsi  və  dəstəklənməsi  məqsədini  qoyubsa,  informasiya  qarşı-
durmasında  seçdikləri  metod  və  üsullar  da  həmin  məqsədə  xidmət  edə-
cəkdir. Ona görə də elə metod və üsullara əl atılır ki, həmin məqsədə nail 
olunmasına xidmət etsin. 
Mütəxəssislər informasiya qarşıdurmasında informasiyanın ötürülmə-
sinin  bir  sıra  metodlarından  bəhs  edirlər  (47).  Etnik  münaqişənin  infor-
masiya qarşıdurmasında informasiyanın ötürülməsinin daha çox aşağıdakı 
metodları ilə rastlaşmaq mümkündür: 
Dezinformasiya.  İnformasiyanın  qəlpləşdirilməsi,  məqsədyönlü  şə-
kildə  informasiyanın  obyektivliyinin  dəyişdirilməsi,  qəsdən  qarşı  tərəfə 


 
41
 
və ya informasiya məkanına saxtalaşdırılmış və uydurulmuş məlumatla-
rın çatdırılması. Bu metod kifayət qədər işlək və çox müraciət olunan in-
formasiya metodlarından biridir. Çünki bu metodla istər qarşı tərəfin, is-
tərsə  də  ətraf  aləmin  diqqətini  cərəyan  edən  hadisələrin  əsl  mahiyyəti 
üzərindən yayındırmaq və bununla da informasiya obyektlərinə yanlış tə-
səvvürlər qəbul etdirmək olar. Bu metoddan operativ şəkildə istifadə edil-
dikdə onun təsir gücü daha da arta bilər. Çünki informasiya məkanına il-
kin  olaraq  atılmış  informasiyanın  və  onun  yaratdığı  yanlış  təsəvvürün 
aradan qaldırılması uzunmüddətli informasiya müdaxiləsini tələb edir. 
Döyüş əməliyyatları zamanı istifadə edilən  dezinformasiya ilə infor-
masiya-psixoloji  qarşıdurmada  istifadə  edilən  dezinformasiya  bir-birin-
dən  fərqləndirilməlidir.  Birincisi,  adətən,  qısamüddətli  və  çox  hallarda 
özünümüdafiə  xarakterli  olur.  İkincisi  isə,  adətən,  daha  uzun  müddətə 
planlaşdırılır və təcavüzkar hücum xarakteri daşıyır. 
Yuxarıda qeyd edildiyi kimi, Dağlıq Qarabağ ətrafında cərəyan edən 
informasiya qarşıdurmasında üstünlüyü əldə etmək və təcavüzkar millət-
çi və işğalçı siyasətinə don geyindirmək üçün Ermənistan dövləti və er-
məni diasporu geniş miqyasda dezinformasiyadan istifadə edirlər. Azər-
baycanın  uzun  müddət  informasiya  blokadasında  qalması  və  hətta  ABŞ 
Parlamentində 907-ci Düzəliş kimi ədalətsiz qərarın qəbul edilməsi ermə-
ni  dezinformasiyasının  nəticəsidir.  Azərbaycan-Ermənistan  informasiya 
qarşıdurmasının elə bir sahəsi yoxdur ki, həmin sahə ilə bağlı erməni de-
zinformasiya  axını  informasiya  məkanına  yeridilməsin.  Eyni  zamanda 
elə bir informasiya vasitəsi tapmaq çətindir ki, orada erməni dezinformasi-
yası yerləşdirilməsin və ya həmin vasitə ilə erməni dezinformasiyası ötü-
rülməsin.  Nəticədə,  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyəti,  Dağlıq 
Qarabağın tarixi, Azərbaycan tarixi, mədəniyyəti, mənəvi-əxlaqi dəyərlə-
ri,  tarixi-mədəni  irsi,  iqtisadiyyatı,  hərbisi,  etnoqrafiyası,  habelə  Ermə-
nistanın tarixi, mədəniyyəti, həyata keçirdiyi siyasətin mahiyyəti erməni 
informasiya məkanının əsas hissəsini tutur. 
Belə bir metoda daim müraciət edilməsi, bir daha qeyd edilməlidir ki, 
ermənilərin  millətçi-təcavüzkar  mahiyyətindən  irəli  gəlir  və  erməniliyin 
mahiyyətinin  pərdələnməsi  dezinformasiyaya  əl  atılmasını  tələb  edir. 
Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  modelinin  yaradılmasında 
dezinformasiya metodu ermənilərin gen-bol istifadə etdikləri metoddur. 
Ġnformasiya-psixoloji  (təsviri)  metod.  İnformasiyanın  reallığa  uy-
ğun olaraq ötürülməsi. Bu metodla ötürülən informasiyaya informasiyanı 
istehsal  edən  subyekt,  adətən,  müdaxilə  etmir  və  öz  informasiyalarına 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə