Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   9   10   11   12   13   14   15   16   17
    Bu səhifədəki naviqasiya:
  • XONÇA

 
75
təlif istiqamətlərdə  hərəkət etdirərək guya 
günəş enerjisi alaraq təzələnirdilər, pəncərədən 
içəri dolmuş hava isə hisdən, tüstüdən başqa 
bir  şey deyildi. Həzin musiqi sədaları altında 
xumarlanaraq fen-şuy dərslərindən, küçənin 
amansızlıqla içəri soxulan səs-küyündən  əsəb-
ləri gərilən başqa işçiləri saymırdılar. Sanki fen-
şuyun tək, qrup halında, təmiz havada, sakit 
şəraitdə keçirildiyindən xəbərimiz yoxdu. Guya 
bu məşğələlər onları yeknəsəq işin gər-
ginliyindən ayırır,  əsəblərini sakitləşdirirdi. 
Məncə, hərə öz yerində bir-iki dəfə oturub qalx-
sa, əl-qolunu yana uzadıb gərnəşsə, daha yaxşı 
olardı. Bir gün məharətini Sevil adında qızın 
üzərində  sınadı.  Əvvəllər fen-şuy dərslərində 
iştirak etməyən, başı yalnız tərcümələrinə, öz 
həyatına qarışan, çox ağlayıb, çox sızlayan, hə-
yatından həmişə narazı  olan  bu  qız nədənsə 
çöhrəsini makiyaj etməsinə razı oldu. Başqa 
otaqlardan tamaşaçılar, “jüri üzvləri” də  gəl-
mişdilər. Həvəs vardı ayaq üstdə durub bu 
tamaşanı axıradək izləməyə.  Şövkət adında 
qadın yerində qurcalanır,  əlinə keçəni onların 


 
76
təpəsinə  çırpmaqdan özünü güclə saxlayırdı. 
Onu qınamıram, yaşca bizdən böyükdü, hər 
halda bir az hörmətə, diqqətə ehtiyacı vardı.  
Beləliklə, makiyaj əməliyyatı sona yetdi, 
hamı Sevilə baxıb alqışlayır, ustadın məha-
rətinə heyran qalıb, ünvanına təriflər yağ-
dırırdı. Bu, onun ilk sənət  əsəri deyildi. Əv-
vəllər də bir neçə  qıza toyqabağı  bəzək-düzək 
vermişdi, üstəlik, bahalı salonlarda işdən  əlavə 
çalışıb pul qazanmaq xəyalı ilə alışıb-yanırdı. 
Mən onu başa düşürdüm, artıq pulun kimə  nə 
ziyanı, onsuz da, indi makiyaj edən, saç dü-
zəldən, manikür-pedikür edənlər alimdən çox 
qazanırlar. 
Sevil özündən razı gəzib-dolanırdı, elə bilirdi 
dünyanın  ən gözəl pərisidir. Necə olmasa, pul 
verib salona getməmişdi, ona havayı makiyaj 
etmişdilər. Mən, Şövkət xanım onun makiyajına 
qiymət vermək istədik. Yazıq qız nə biləydi ki, 
onu nə kökə salıblar! Sifətindəki ah-naləni 
kirşanla örtə bilməmişdilər,  əksinə, bir az da 
qabartmışdılar. Gözlərini elə bil vurub göyərt-
mişdin. Adi gündəki makiyajın bundan əla 


 
77
olur, fikirləşirdik. Bu hadisə yalnız bir neçə gün 
söhbət mövzusuna çevrilsə  də, unudulmadı, iş 
otağının qapıları karvansara qapıları kimi 
açılıb-bağlanırdı. Qruplaşma çoxdan mövcud-
du, cavan rəis də onlara qoşulmuşdu. Bu 
ittifaqa nöqtə qoyan yoxdu, otaq böyük oldu-
ğundan hamı bura can atırdı. 
İdarədə baş  rəisi dəyişdilər. Budur, İlhamə-
nin hamilə rəfiqəsi Elmira, Ramilə, digər qızlar 
bizə  təşrif buyurdular. Şövkət xanımın dediyi 
kimi, otaq yenə qarğa bazarına döndü. Ramilə 
əlindəki fotoaparatla müxtəlif pozalar verən, az 
qala sevincindən atılıb-düşən Elmiranın  şəklini 
çəkməyə başladı. Qəfildən açılan qapı hamını 
diksindirdi, donuq sifətlərdə  təəccüb, qorxu 
donmuşdu. Qızlar tələm-tələsik qaçmaq istəsə-
lər də, baş  rəisin acı, istehzalı iradlarına, qış-
qırığına tuş gəldilər. 
– Bura iş yeridir, yoxsa foto-studiya? Bu, nə 
rəzalətdir? Əlinə fotoaparat alıb utanmaz-utan-
maz poza verən rəfiqəni çəkirsən! Heç utan-
mırsan? Cəhənnəm olun otaqdan, gözüm sizi 
görməsin! Bir də bu otağa ayaq basmayın! 


 
78
Sonra şöbə rəisinin üstünə düşdü. 
– Sən  şöbə  rəisisən, nə üçün otağa yad 
işçilərin girməsinə izn verirsən? Niyə bunları 
mənə  xəbər vermirsən? Tərcümə  işi yaradıcılıq 
tələb edir, ona görə tərcümələriniz baş-ayaqdır. 
Yeri gələndə  mənimlə  çənə-boğaz olub söz 
güləşdirirsiniz!  İş vaxtı  çıxartdığınız hoqqalara 
baxın! 
Bundan sonra baş rəis tez-tez otağa baş çəkir, 
tərcümələrə  nəzarət edirdi. Fen-şuy dərsləri 
sakitliyə deyil, əsəb gərginliyinə  səbəb oldu. 
İlhamənin aldığı töhmət bu dərin sükutu daha 
da ağırlaşdırırdı. Başlar stoldan, kağız-kuğuz-
dan qalxmırdı, ayaqlar stullara çidarlanmışdı. 
”Müdriklik dərsi” keçən qızlar bir az əvvəl 
“fen-şuyu bilmədiyi” üçün göz-qaş oynatma-
larına, istehzalara məruz qalan, indi isə çiçəyi 
çırtlayan, sevincini gizlətməyi bacarmayan Şöv-
kət xanımı didməyə hazırdılar. 
 
 
 
 


 
79
XONÇA 
 
 
199...-cı ilin iyun ayı idi. Ağacların ikinci 
tumurcuq vədəsi, yazla yayın dodaq dodağa 
öpüşən vaxtı idi. Çiçəklər solmuşdu, meyvələr 
barama qurdları kimi qanadlarını tökürdü. 
Gözəl hava hamıya xoş  təsir bağışlayırdı, bu 
əlamətdar gündə iki gəncin ailə bünövrəsi qo-
yulurdu. Qohum-əqrəba bir araya gəlmişdi,  ən 
yaxşı libaslarını geyib, taxçada-boxçada nələri 
var taxan qadınlar  əlidolu, bərli-bəzəkli xon-
çalarla bəy evinə  təşrif gətirmişdilər. Lampa 
gözlər alışıb yanırdı, üst-başların, boyun-bo-
ğazların təftişi başlamışdı. Bu dəhşətli enerjini 
Xirosima, Naqasakidə partladılan atom bom-
baları ilə müqayisə etmək daha düzgün olardı.  
Əgər həris, xain baxışları göstərmək müm-
kün olsaydı, dəhşətə  gələrdin, otaqda saysız-
hesabsız  əcaib məxluqlar çırpınan nəhəng hö-
rümçək toru görərdin. Toydan sonra evlərdə 
çox  ər-arvad savaşları başlayacaqdı. Sonu ailə-
daxili dava-dalaş  və qohumlararası çatlarla 


 
80
bitən müzakirələrin əsas səbəbi bu idi ki, Rəsul 
qohum qızlara məhəl qoymamışdı. Öz arzusu, 
istəyi ilə evlənirdi, həyat yoldaşını özü 
seçmişdi, istək və  məhəbbətləri qarşılıqlı idi. 
İndi  şadlıq saraylarının sayı toyların sayından 
çoxdur, gündə biri ucalır, elə bil, hamı  bəhsə 
düşüb, o vaxtlarsa dəbdəbəli, yaraşıqlı  şadlıq 
sarayları yoxdu. Ofisiant da olmazdı, ailə üzv-
lərindən, qohumlardan mətbəxə  təyin edilən 
aşpazlar qollarını  çırmalayıb yemək bişirir, 
ofisiantlıq edib toya gələnləri yola verirdilər. 
Camaat çəkilib ara sakitləşəndə süfrədən qalan 
yeməkləri evə aparır, toy bəhanəsi ilə kan-
dardan çəkilməyən istəkli qohum-qonşuları da, 
babam demişkən, qormutlayırdılar. 
Bəylə  gəlin indiki kimi zalın dolmasını göz-
ləməz, saat altı tamamda toyxanadakı  ənənəvi 
yerlərini tutardılar.  İkisi də başıaşağı, utancaq 
tərzdə  həsrətlə qarşılarındakı  ləzzətli təamlara 
baxsalar da, əl uzadıb yeməzdilər.  Əksər hal-
larda maliyyə haqq-hesabının düz gəlməsi, si-
yahıların qarışmaması üçün qız toyu, oğlan to-
yu ayrı olurdu, bir gündə iki dəfə pul xərc-


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə