Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   ...   17

 
9
BİR AYAQ İKİ BAŞMAQDA 
 
 
Kənddə vəziyyət get-gedə ağırlaşırdı. Dolan-
maq çətindi, tapdıqları qurdu-quşu  şəhərdən 
gələn üzlü, qoluzorlu qarğalar mənimsəyir-
dilər. Cahan qarğa təzə ailə qurmuşdu, otdan-
ələfdən palıd ağacının  əlçatmaz, insan gözün-
dən iraq budağında pis-yaxşı yuva qurmuşdu. 
Gözü ilə görməsə  də, eşitmişdi ki, şəhərdəki 
bəxtəvər qarğaların iri yuvaları, bol yemləri 
var.  
 – Eh dostum, – Şirin adlı dostu elə ah çəkdi, 
ağacdakı yarpaqlardan bir neçəsi yerə töküldü. 
– Onlara nə var, gecə-gündüz bizim kimi toz-
torpaqda eşələnib qurd-quş axtarmırlar. 
– Bəs nə yeyirlər, ac qalırlar? 
– Yemək göydən başlarına tökülür, özləri 
yemir, özgələrinə  də  qıymırlar.  Ətrafa bax, 
kənddə iki-üç ev qalıb. Bədbəxt kəndçilər bir 
qarın yemək üçün gecə-gündüz çalışırlar, am-
ma ortalıqda heç nə yoxdur.  


 
10
Cahan qarğa dostunun halbahal olmasından 
qorxub tez söhbəti dəyişdi, gözləri göyləri de-
şən Simuzər qarğanı ayıq salmaq istəmirdi, axı 
o da şəhəri görmək istəyirdi. Səhərədək kirkirə 
kimi yuvasında fırlandı, arvadının da yuxu-
suna haram qatdı. 
Nə baş verir, elə bil, yerinə qor dolub. 
 Cahan  Simuzərə diqqətlə baxdı. Simuzər 
arıq, çəlimsiz olsa da, qıvraqdı. 
– Simuzər, mən səhər tezdən  şəhərə gedə-
cəyəm.  
– Ay kişi, kef vaxtıdı? Yumurtaların üstündə 
oturanda kim mənə yemək gətirəcək? Bu gün-
sabah balalarımız yumurtadan çıxacaq.  Ətcə-
bala yetimlərin öhdəsindən necə  gələcəyəm? 
Bəlkə yadlardan xahiş edim? 
– Yox, sən başa düşmürsən!  
Cahan qarğa belə  kəskin etirazı gözləmirdi. 
Çox götür-qoy eləmişdi, Simuzəri  şəhərə apar-
maq  əbəsdir, həm də ikisi birdən yuvanı  tərk 
edə bilməzdilər. Digər qarğalar fürsəti fövtə 
verməyib yuvalarını tutardılar. Həm də  şəhərə 
bələd deyildi, orada yer-yurdları yoxdu.  


 
11
– Of, sən Allah, qarıldayıb baş-beynimi apar-
ma! Hərdən elə  sərsəmləyirsən, qanadlarım 
yanıma düşür. Bütün günü güzəranımızın yax-
şılaşması üçün çarpışıram, sənsə deyinməkdən 
yorulmursan. 
Simuzər bilirdi tərs Cahanla deyişmək  əbəs-
dir, dediyini edəcək, ona görə gözlərini yumub 
yerini rahladı.  
Səhər erkəndən gözü yaşlı Simuzər qarğa 
həyat yoldaşı, erkək qarğa Cahanı uzaq səfərə 
yola saldı. Ürəyi sıxılsa da, dilucu uğurlu uçuş 
arzuladı. Cahan elə  həyəcanlı idi, başını da 
döndərib arxaya baxmadı. Az uçdu, çox uçdu, 
vaxt ölçüsünü itirdi, kollarda, ağaclarda gecələ-
yə-gecələyə, müxtəlif quşlardan, yad qarğa-
lardan soraqlaşa-soraqlaşa arzularının məskəni 
Bakıya gəlib çıxdı. Alçaqdan uçanda az qala 
maşına toxunmuşdu. Qorxudan ürəyi tir-tap 
olub ayağının altına düşdü. “Nə  qəribə  də-
mirlərdir” deyə öz-özünə fikirləşdi. Hava da 
təmiz deyildi. Boğucu qoxular, tüstülər, basırıq 
küçələr, bulaşıq zibil qabları, iyrənc milçəklər, 
həyasız siçovullar ovqatını  təlx etdi, Bakı haq-


 
12
qındakı  təsəvvürünü korladı. Bir neçə gün 
Dərnəgül  şosesi yaxınlığında qotur ağaclarda 
avaralandı.  Şəhər qarğaları gözünə  dəymirdi. 
Axırda məcbur olub bir sərçədən onların yerini 
soruşdu. 
– Sərçə qardaş, bəlkə qiyamət günü gəlib
Bakı qarğaları  qırılıb? Hara yoxa çıxıblar bu 
qarğaağızlar? 
– Xeyr, qarğa yoldaş, güzəranın yaxşı olduğu 
yerlərə topalaşıblar. 
– Belə de, sən nə əcəb buradasan? 
– Mənim mədəm kiçikdir, özüm də çeviyəm. 
Ac qalmıram. 
– Yaxşı, yaxşı, boyundan böyük danışma, 
yolu göstər, yoxsa səni dimdikləyib xəlbir 
edərəm. 
– Sənə yaxşılıq yoxdur, sən təksən, mənimsə 
bütün sülaləm burada yaşayır. Tək qanaddan 
səs çıxmaz. Tökülüb səni yastıq edərlər. 
– Dimdiyin nə uzunmuş, tərs sərçə! Müba-
hisə etməyə vaxtım yoxdur, yolu göstər. 
Sərçə düşündü bu acıdil qarğa ailəsinə  təh-
lükə ola bilər. Tədbirli tərpənib dinməz-söy-


 
13
ləməz Cahanın yanına düşdü. Yarım saat qanad 
çaldılar, nəhayət, sərçə bulvardakı hündür, 
yam-yaşıl, təravətli tikanlarla parıldayan kük-
nar ağacındakı qarğa yuvalarını göstərdi.  
– Buyurun, bu da qarğa yuvaları, indi onlar 
yuvada deyillər.  
– Yaxşı, sərçə, sağ ol!  
Sərçə  hələ gözdən itməmişdi, Cahan qarğa 
gördü iri bir qarğa dəmir qutunun qırağında 
oturub.  Əvvəlcə sağa-sola, yuxarı-aşağı baxır, 
təhlükəsizliyinə  əmin olandan sonra dimdiyini 
qutunun içinə soxub nəsə çıxartmaq istəyir. 
– Salam, qardaş, nə axtarırsan? 
– Sənə nə? 
– Soruşuram da. 
– Soruşma! Çox bilən tez qocalar. 
Cahan təəccübdən dimdiyini açdı, gözünü 
yumdu, bir də açdı, həyasız qarğaya bir dimdik 
vurdu. Qarğa qutunun üstündə yellənib, arxası 
üstə səkiyə düşdü. Kənardan keçən ana ilə qızı 
onların tamaşasına durmuşdular. 
– Ana, bax, qarğalar dalaşır. Necə  də  məzə-
lidilər. Yəqin, yem üstündə sözləri çəp gəlib. 


 
14
– Yaxşı, baxdın, day ayıbdır, camaat bizə 
baxır, gəl gedək. 
Cahan qarğa mat-məəttəl onlara baxan 
adamları gombul qarğaya göstərib dedi.  
– Bax, mən uzaq kənddən gəlmişəm, qəri-
bəm. Dedilər Bakı gözəldir, mən də isti yuvamı, 
arvadımı qoyub bura uçdum. Düşündüm, yaxşı 
şərait, bol yem olsa, həmişəlik bura köçərik. 
Qonaqla söz güləşdirirsən. Ayıbdır, axı camaat 
qınayar. Deməzlər qarğalar olub-qalan ağılla-
rını itirib dava edirlər? 
– Çox görmüşük sənin kimilərini, rayondan, 
kənddən gəlib, əhliləşib, başımıza döyürsünüz. 
Bizdən yaxşı yem tapırsınız,  ən uca, yaşıl bu-
daqlı  ağacları  zəbt edirsiniz. Yerli qarğaları  sı-
xışdırırsınız. Bu azmış kimi, qanadlarınıza yer 
edən kimi bütün sülalənizi bura tökürsünüz. 
– Sözümün qabağında söz desən, baxmaram 
qarğalığına, dimdikləyib gözlərinin qarasını 
tökərəm. Nə üçün bu dəmir qutuda xəzinə 
tapmış acgöz insan kimi eşələnirsən? 
– Görmürsən, qızmar yay bizi necə  əldən 
salıb? Uşağın biri dondurma yeyirdi, başının 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə