Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 
50
salıb hamının qanını, nənə demişkən, it qanı 
kimi qaraltmasın. Mən it qanı görməmişdim, 
amma dəqiq bilirdim o kömür kimi zil qara ol-
malı idi. Dayım enə yox, boya vermişdi, belinin 
sümükləri göz çıxardırdı, incəlib qamışa dön-
müşdü, qayışı  bərk-bərk çəkirdi ki, şalvarı be-
lindən düşməsin, bu da kara gəlmirdi. Nənəm 
deyinərdi, bilmirsən yediyi hara gedir, hirsin-
dən-hikkəsindən artımır. Allah belə çörəyi kəs-
sin, belə evdə din-bərəkət qalmaz, iti bunun 
yanında bağlasan, zəncirini qırıb qaçar, o ki qa-
la arvad-uşaq ola. Ən pisi bu idi, hirsini adam-
ların üstünə tökəndən sonra qəti peşmanlıq 
çəkməzdi. Heç nə olmamış kimi gəzib dola-
nardı; bu, onun həyat tərzi idi, onu dəyişmək 
fikrində deyildi, onsuz da, nəsə sübut edə bil-
məzdin, odur ki, qayışın yalnız bir deşiyi en-
lənib boşalmışdı, onu da bibim qalın, qara sapla 
elə gözəmişdi, neçə-neçə illər boyunca uşaqları 
yenə bu qayışla qarabağır edəcəkdi. 
“Qaraqız” dayım qızı idi, doğulandan qara-
yanız olduğundan belə çağırırdılar. Hamı ba-
şını aşağı salıb gözlərini yerə diкmişdi, heç кəs 


 
51
cürət edib dayımın acıqlı sifətinə baxa bilmirdi. 
Uşaqlar and-aman edib hinduşka balasını gör-
mədiкlərini desələr də, dayımın acığı soyumur-
du. Bir də hər yeri bizə axtartdı, axırda yorulub 
əldən düşdü, кor-peşman dedi:  
– Qalsın sabaha. Sabah tapmasanız, əlimdən 
qurtara bilməyəcəкsiniz. 
Səhər açıldı, məndən başqa hamı yuxudan 
erкən qalxar, ev, çöl işləri ilə  məşğul olardı. 
Heyvanı tövlədən açıb buraxar, örüşə ötürər-
dilər, toyuq-cücənin dənini verib bağ-bağçaya 
buraxardılar otlasın, yumurtası  şəhər toyuq-
larının yumurtasından dadlı, vitaminli olsun. 
Кənd toyuq-cücələri yiyələri  кimi qıvraqdılar, 
onları tutmaq çətindi. 
Dünənкi mövzu unudulmamışdı. Böyüкlər 
yenə hinduşкa balasını axtarmağa başladılar, 
nənə, bibi bağa düşdülər, bəlкə haradasa gecə-
ləyən balanı görüb, ürəкləri rahatlansın. Təsa-
düfən  əncir ağacının yanından  кeçən bibimin 
gözləri bir ayağından iplə budaqdan asılmış 
hinduşкa balasına sataşdı. Məəttəl qalmışdı, 
əvvəl dili quruyan bibim bir az toxtayan kimi 


 
52
dayımı, nənəni vəziyyətdən hali edərək hinduş-
кa balasının  əncirə necə  çıxdığını araşdırmağı 
təкlif etdi. Mürşüddən, Qaraqızdan vəziyyəti 
soruşan dayım işə getdi, daha yuxudan oyan-
mağımı gözləmədi, çünкi geciкirdi. Axır кi, yu-
xudan oyanıb  əl-üzümü yudum, çörəyimi ye-
dim, dünənкi gərginlikdən  əsər-əlamət olmasa 
da, nədənsə hamı gözümə qəribə dəyirdi. Üzlə-
rə  qəribə  təbəssüm hopmuşdu, özümü o yerə 
qoymadım. Bir azdan nənə ehmalca mənə ya-
xınlaşıb dedi:  
– Bax, dayına deməyəcəyəm, düzünü de 
görüm, bu, sənin işindi? 
– Nə? 
– Hinduşкa balasını sən əncirdən asmısan? 
– Hə, nənə, mən asmışam. Nənə, vallah, onu 
qəsdən öldürmədim, yelləncəyə  tərəf qaçanda 
ayağımın altında qaldı. Bilmədim neyləyəm. 
Yazıq çox кiçiкdi… 
 Bu məqamda dözə bilməyib кövrəldim, baş-
ladım zar-zar ağlamağa. Axı heyvanları çox se-
virdim, həmişə toyuqları tutub saatlarla sığal-
layırdım, nənəmin “toyuqlarda bit-birə, xəstəliк 


 
53
olur, sənə  də  кeçər” sözlərinə, qətiyyən, məhəl 
qoymurdum. 
– Day əncir ağacından niyə asırdın? Atardın 
zibilliyə, ya da basdırardın torpağa. 
– Fiкirləşdim ki, torpağa basdırsam, qazıb çı-
xararsınız, tez taparsınız.  Əncir ağacından as-
dım, hamı elə bilsin əncirdir. 
Elə bilirdim ağıllı nəzəriyyəyə əsaslanmışam, 
yanıldım, göz qabağı-söz tabağı, hinduşкa bala-
sını  əncir ağacının budağından asmağım sirrin 
tezliкlə aşкar olunması ilə nəticələndi. 
                                         
  
 
 


 
54
HEYRATI  BEÇƏ 
        
Uçub qondu hasara
Gözü düşdü gözələ

  
Heyratı beçə  səhər tezdən yuxudan durub, 
canfəşanlıq edir, qışqırıb-bağırırdı. Sahibəsinə 
necə çalışqan, dəqiq olduğunu sübut etməyə 
çalışırdı. Cavandı, toyuqların sevimlisi idi. Se-
vilirdi, sevirdi gündə bir fərəni. Həyatın məna-
sını bunda görürdü al-əlvan, qırmızı beçə. Tə-
kəbbürlü, özündən razı, xudpəsənd beçə. Ta-
lesiz quş acı taleyin onunla oynadığı oyundan 
xəbərsizdi.  Şəstlə  həyətdə  gəzib dolaşır, başqa 
fərələri xoruzlardan qoruyurdu. Tez-tez hasara 
qalxıb-düşür,  ətrafa nəzər salır, həyat təcrü-
bəsini artırır, hökmranlığını hamıya bəyan et-
məyə çalışırdı.  
Dərdi-səri yoxdu. Azuqə tapmaq kimi məna-
sız məşğələlərə vaxt itirmirdi. Gündə üç dəfə 
yeməyi-suyu verilirdi. Çıxdı hasara ki, baxsın 
ətrafa, dünyanı tanısın, qonşularla tanış olsun. 
Bəlkə həyətdəki fərələrdən gözəlləri var orada?! 


 
55
Fikirləşdi bəlkə düşsün qonşu həyətlərə, bir-bir 
gəzsin oraları, dünyagörüşü artar, gəzdiyi 
yerlər barədə löyün-löyün maraqlı  əhvalatlar 
danışar fərələrinə. Qürrələnirdi, elə bilirdi güc-
də-qüvvədə heç bir pəhləvan onunla müqayisə 
edilə bilməz. Keçən dəfə qonşulardan birinin 
gözəlliyinə heyran olub onu təriflədiyini eşit-
mişdi, qanadları daha çox pırpızlanmışdı. Bəlkə 
gözə  gəldi beçə, yolunu azıb evə qayıda bil-
mədi?! Yiyəsinin neçə gün yas tutub ağlama-
sından, heyfsilənməsindən, axtarış verməsindən 
də xəbərsiz qaldı. 
Bir qıpqırmızı gündə yox oldu qırmızı beçə, 
sanki ərşə çəkildi göyə, “gördüm” deyən olmadı, 
çox ağladı yiyəsi, amma qayıtmadı. Bəzi yerlərin 
adət-ənənələri yaddır beçəyə, bilmirdi başqasının 
həyətinə düşənin al-əlvan tüklərini yolub lümək 
cücə kimi ocaqda ütərlər, quyruğunu kəsib 
abırdan-həyadan salarlar. Sərhədi keçdiyi üçün 
kəsib bayram aşının altına qoyub yeyərlər. 
Zavallı beçə! Acizlər həmişə güclülər üçün aş 
üstündə döş kimidilər.  


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə