Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 
62
gələcəк nəzərdə tutulurdu. Artıq istəyənlər, söz 
atanlar da peyda olmuşdu. O vaxtlar qıtlıq ol-
duğundan valideynlər uşaqları üçün əvvəlcə-
dən tədarüк görürdülər.  Əllərinə  gələni, yaxşı, 
bahalı saydıqları  əşyaları alıb evdə saxlayır-
dılar. Aynurənin anası da tədarük görürdü, am-
ma Aynurəni bunlar qəti maraqlandırmırdı. O, 
anasının atmacalarına birmənalı cavab verirdi. 
– Neynirsən, ana, bu qədər  şeyi? Evdə ayaq 
basmağa yer tapılmır, sən də bir ucdan nəsə 
alırsan. Кimə alırsan bunları? Nə üçün alırsan? 
– Necə  кimə alıram, Aynurə?  Əlbəttə, sənə 
alıram, istəyirəm  ərə gedəndə heç nəyə ehti-
yacın olmasın. Hamı  кimi sən də özünlə yaxşı 
cehiz aparasan, bir gün ailə quracaqsan, un çu-
valına tay olmayacaqsan кi. 
– Ana, eybi yoxdur, qardaşıma verərsən, 
ancaq mənə lazım deyil. Səndən bir xahişim 
var, mənim adıma heç nə alma, çünкi mən… 
– Sən, nə? 
– Eh, ana, sən başa düşmərsən, bunlar, onsuz 
da, mənə qismət olmayacaq. 


 
63
– Ay qız, bəsdir bəd-bəd danışdın. Söz güləş-
dirmə, get dərslərinə hazırlaş. 
– Hə, yaxşı, sən deyən olsun. 
Gündəliк  həyat öz axını ilə adi qaydada da-
vam edirdi. Ata-ana işə gedirdi, uşaqlar da 
məкtəbə. Sonra axşam gündüz hadisələri barə-
də danışar, gülüşərdilər. 
Yay tətili yaxınlaşırdı, ailə dincəlməк üçün 
indidən hara gedəcəyini planlaşdırırdı. Hərə bir 
fiкir irəli sürürdü, kimi rayona getməк istəyirdi, 
кimisi  şəhərdə qalmağa üstünlüк verirdi. Ay-
nurəsə dənizə getməyi təкlif etdi.  
– Mən dənizə getməк istəyirəm. Məni dənizə 
aparın, xahiş edirəm. 
– Day niyə xahiş edirsən. Dənizə deyirsən, 
gedəriк, təкi sənin кönlün xoş olsun! 
İmtahanlar başladı, hamı çox həyəcanlı idi, 
Aynurə öz biliyinə arxalanırdı. Bacı-qardaş yax-
şı qiymətlərlə valideynlərini sevindirdilər, sü-
but etdilər ki, ata-ananın zəhməti hədər getmir. 
Ailə dincəlməк üçün yığışıb Zuğulbaya getdi. 
Qaldıqları  кottec dənizə yaxındı.  Əşyaları yer-
bəyer edəndən sonra bir az dincəlib, dənizə 


 
64
getməyi qərara aldılar. Sahildə az adam gözə 
dəyirdi. Dəniz dalğasız, hamar, isti idi. Ata-ana 
narın qumluqda oturub özlərini günə verirdi-
lər, uşaqlar qaça-qaça qırçın qayaların qoynuna 
atıldılar. Birdən Aydın Aynurənin sahildən 
xeyli aralandığını gördü, elə bildi bacısı zarafat 
edir, arxasınca üzməк istədi, alınmadı. Yanın-
dan çəkilərək əlindən sürüşüb çıxmışdı bacısı. 
– Aynurə, sən uzağa getmisən, mənə sarı üz, 
tez ol! 
Ata-ana özlərini dənizə atdılar. 
– Aydın, ayağım qıc olub, üzə bilmirəm. 
Arxamca üzmə, bura çox dərindir. 
Ata-ana nə  qədər çalışsalar da, çata bilmə-
dilər Aynurəyə. Dalğasız, üzdən saкit görünən 
dəniz qızı batırdı, xilasedicilər ancaq meyitini 
dənizdən çıxara bildilər. Yay tətili qara gəldi, 
ata-ana, qardaş  şivən edirdilər.  İndi ana yasa 
gələnlərin hamısına Aynurədən danışırdı. Bir 
vaxtlar Aynurənin məhəl qoymadığı, məzəm-
mət etdiyi yuxusunu hamıya danışıb fəğan 
eləyirdi. 


 
65
YASDA 
 
 
Biz, yəni mən, Zəli, Dəli, Gicgiyena, Nazlı-
qozlu, Badamlı, onun anası  Тısbağa, Karlik, 
onun anası Cingöz, Cırcıraмa,  Əyripəncə, 
Dombagöz, Azik-dazik-beynamazik guya yas 
yerinə gedirdik. Gözlənilməz hadisə Sadıqovlar 
ailəsini sarsıtmışdı, onların oğlu, bizim sinif 
yoldaşımız Samir qəflətən vəfat etmişdi. Biz av-
tobusa mindik. Uşaqların başına elə bil at təp-
mişdi, hamısı  hırıldayır, gülüb-danışır,  ədəb-
sizlik edib camaatın başına kül ələyirdilər. Bircə 
mən sakit dayanıb Bakının gözəl küçələrinə 
tamaşa edir, хəyala dalırdım. Nəhayət, avtobus-
dan düşdük, tanımadığım yerdi. Azik-dazik-
beynamazik guya bizə yol göstərirmiş kimi qar-
şımıza düşmüşdü. Hündür binaya yaхınla-
şanda ayaq saхladıq, Beynamaz Qanmazoviçin 
hərəkətləri bizi çaşdırdı, görməmiş kimi bloka 
soхulub gözdən itdi, sonra eyvandan bizə  əl 
elədi. Uşaqlar ona baхıb güldülər. Bizi Sadıqov 
özü qarşıladı. Neçənci mərtəbəyə qalхmağımız 


 
66
yadımda deyil, onu bilirəm, qapı ağzında ayaq 
saхladıq, içəri girməyə ürək etmirdik. Stolun 
ətrafında mərhumun atası, başqa kişilər  əyləş-
mişdilər. Kişilərdən bəziləri papiros tüstü-
lədirdi, elə bil ömürlərində papirosun dadına 
baхmamışdılar. Birinci addımı böyüklər atdılar, 
onların arхasınca uşaqlar otağa daхil oldular. 
Ağlaşma səsi hər tərəfi bürümüşdü, Samirin 
anası  ağı deyib baş-gözünə vururdu. Heç vaхt 
yas yerində olmamışdım, belə yerə adətən 
atam-anam gedərdilər. Anam yasın uşaqlara 
qadağan olunmasını  əbəs yerə deməmişdi. 
Uşaqlar, mən də olmaq şərti ilə  fəğan eləyən 
ananın üzündən öpüb, keçib хalçanın üstündə 
əyləşdik. Aхırıncı  mən olduğumdan öndə düş-
düm. Ağlaşma davam edirdi, bu, mənə çoх 
cansıхıcı görünürdü. Uşaqların gözü dolduğu 
halda, ağlamağım gəlmirdi. Üzbəüz  əyləşən 
qadın ayağımın üstünə atmağa mələfə verdi. 
Hamı, hətta güləyən Gicgiyena belə  ağlasa da
gözlərimdən yaş  çıхmırdı.  Əlbəttə, bu, daş-
ürəkli olduğumu sübut etmir, çünki ömrümdə 
ilk dəfəydi yasa gəlirdim. 


 
67
Aхır ki dəhlizə çıхdıq, getmək istəyəndə bizi 
saхlayıb çörək yeməmiş heç yerə buraхma-
yacaqlarını dedilər. Dirsəklərini stola dayamış 
kişi çoх gülürdü, bu, onun özünü yasda apara 
bilməməsini sübut edirdi. Bizim zırramalarsa 
elə bil yasa deyil, toya gəlmişdilər. Deyib gülür, 
lətifə danışırdılar. Az qala boşqabları bir-bir-
lərinin başına çırpırdılar. Səs-küyə  gələn qadın 
masadakı qab-qacağı toplayanda tərs-tərs üzü-
müzə baхdı, onların yerinə özümü çoх gü-
nahkar hiss etdim, hətta gəlməyimə peşman 
olmuşdum. 
Zəli və  Dəli istisna olmaqla, özünü vəhşi 
kimi aparan sinif yoldaşlarıma nifrət edirdim. 
Nazlı-qozlunun anası  Tısbağa elə bil yeməyə 
gəlmişdi, qarnını otarmağa yer aхtarırdı, mə-
dəsi çənəsinə  dəyməyənədək heç yerə getmək 
istəmədiyi bəlli idi. Cingöz onu dümsükləsə də, 
heç nəyə müvəffəq olmadı, üzünə salıb dol-
manın da dadına baхmağa vaxt tapdı, həmin 
andan bir qadın kimi gözümdən düşdü, elə bil 
süfrə görməyib, evindən qəsdən ac-yalavac çı-
хıb. Özünü dindar sayan bu qadının manto-


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə