Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 
38
altında oturdu, pəncəsini isladıb, səylə  ağız-
burnunu yumağa başladı. Qəribə idi, pəncəsini, 
əstəğfürullah, salavat çəkirmiş kimi, alnından 
deyil, bir az yuxarıdan, təpəsindən aşağı  çə-
kirdi. Ana buna heyrətlə baxırdı. 
– Yazıq susuzluqdan ölürmüş, nənən kənddə 
həmişə  həyətə bir ləyən su qoyardı quşlar, 
heyvanlar içsinlər. 
Tostana ürəyində ev sahibinin qanacağına 
“afərin” deyib masaya çıxmamağa söz verdi, 
həmin gündən ailə üzvlərinin sevimlisinə çev-
rildi. Bununla diplomat pişik yersiz kötək-
lərdən, aclıqdan xilas oldu. 
 


 
39
TƏZƏ GƏLİN 
      
 
Hamı ilə dil tapıb, yola gedən, gülərüzlü 
Sara tələm-tələsik qabları yuyub, çayı dəmlədi. 
Şəriflə yeni ailə qurmalarına baxmayaraq, evlə-
ri daim qonaq-qaralı olurdu. Nəfəsini dərməyə 
vaxt tapmırdı, amma öyrəncəli idi, rayondakı 
evlərində  də qonaq-qara əskik olmurdu. Qo-
naqlar da yad deyil, ərinin saysız-hesabsız 
qohumları idi, iki otaqlı, təmirsiz, mebelsiz ev-
də yaşamalarına baxmayaraq xoşbəxtdir, öz əli, 
öz başı idi, evdar, qabiliyyətli gəlin hamının 
rəğbətini qazanmışdı. 
Əri ilə tanışlıqlarına qardaşı səbəb olmuşdu, 
yəni Salman Şərifi gözaltılamış, evlərinə qonaq 
çağırıb bacısını dostuna təqdim etmişdi. Qız 
uca boylu, qədd-qamətli qonağı görən kimi ha-
yıl-mayıl olmuş,  əl-ayağa düşüb özünü şirin 
göstərməyə çalışmışdı.  Şərifdən ilk baxışdan 
xoşu gəlmişdi.  Şərif də az aşın duzu deyildi, 
tez-tez otağa girib-çıxan Saranı arxadan süzərək 
koppuş baldırlarının heyranı olmuşdu, elə  mə-
nim malımdı, deyə sevdaya düşmüşdü.  


 
40
Qarşılıqlı hisslərin tüğyanı toyla nəticələn-
mişdi.  
Qapının taqqıltısı Saranı, elə bil, yuxudan 
oyatdı, xoş  əhvalla, gülər üzlə qapını açdı, iki-
üç dəqiqə gözlətdiyi Camal az qala gəlini itə-
ləyib içəri girdi. Acından qarnı belinə yapışmış-
dı, cibindəki qəpik-quruş ucuz kafelərin birində 
gözünün qurdunu öldürməyə  bəs etməzdi, 
həm də bayırda  şıdırğı yağış yağırdı, inişil 
aldığı qırx altı ölçülü ayaqqabıları su buraxırdı, 
iri ölçüdə ona görə almışdı  qışda isti olmaq 
üçün üst-üstə iki yun corab geysin, həm də 
ayaqqabını geyəndə vaxt itirməsin. 
– Qapını niyə gec açırsan, görmürsən sə-
hərdən döyürəm. Şərif hanı, evdədir?  
– Bayıra çıxıb, indi gələr. 
– Ayaqyolundadır? Yəqin, oturub mürgü-
ləyir, elə bil, bu həyətdə özündən başqa adam 
yoxdur, çətin oranı azad edə. 
Camal oturan kimi oturmadı, yüz kiloluq 
yükünü sınıq divana çaxdı, divanın yayı or-
tadan qatlanıb yanını elə  sıxdı, ufuldadı. Çay-
çörək yadından çıxdı, Saranın ləngliyi, işvəsi 
səbir kasasını doldurub daşırdı. 


 
41
– Yeməyə nə var? 
Sara təhər-töhrünü pozmadı. 
–  İndi yeyib-yığışdırmışıq, dedik, gecdir, in-
diyədək ac qalmazsan. 
İstədi desin qulluqçun deyiləm, camaat kimi 
evə vaxtında gəl, hamı ilə süfrə başında oturub 
zəhrimarını ye, dilini dişlədi, dədəsi evi deyildi, 
töhmətə, danlağa tuş  gəlmək istəmirdi,  Şərifin 
də dili acı idi, qardaşı ilə didişsələr də, namını 
verən deyildi. Camal bir baş soğanı yumruq-
layıb əzdi, çörəkqabından lavaş götürüb arasına 
pendir qoydu, iştaha ilə  gəvələməyə başladı, 
çeynədikcə qızarıb-bozarırdı, elə bil qarnı qazla 
dolmuşdu, sancılanmışdı, üz-gözünü turşutma-
sı Saranın diqqətini çəkdi, ixtiyarsız baxıb gül-
məyə başladı. Camal Saranın saxta gülüşünü 
görcək göyərdi.  
– Az, sırtıq kimi baxıb nə hırıldayırsan, mənə 
çay gətir, səhərdən ciyərim yanır. 
Söz yarası – güllə yarası, Saranın ürəyini de-
şib keçdi, təbəssüm üzündə dondu, gözlərin-
dəki qəzəb, kin qığılcımları  ətrafa səpələndi. 
Köhnə sobadan çıxan isti Saranın elə bil üzünü 


 
42
qarsdı, tərslikdən pəncərələr kip bağlanmışdı. 
Yayda, qışda qapı-pəncərəni səylə qapayıb bo-
ğulmağa, hisdən, qurumdan burnu tutulan so-
banın yanında buğlanmağa adətkardılar. Dər-
hal çevrilib çayları süzməyə başladı.  Şərif ha-
mamdan çıxıb Camalla hal-əhval tutmağa, özü-
nə haqq qazandırmağa başladı, bilirdi qardaşı 
axşam yeməyindən məhrum olmasını milli fa-
ciə kimi qarşılayacaq, bu görünməmiş hörmət-
sizliyi ona bağışlamayacaq,  əsəblərini pozma-
mış əl çəkməyəcək. Çox sınanmış üsula əl atdı, 
araya söz qatdı. 
– Bəh, bəh, bu hamam nə yaxşı şeydir! 
– Nə tez-tez çimirsən. 
– Mən su quşuyam, on gündən bir çimirəm, 
səni ayda bir dəfə hamama salmaq olmur. 
– Bilirsən, Ağarza kənddən gəlib, deyir ora-
lara yaman qar yağıb... 
Camal da təhlükəni belə dəf etdi, yaş corab-
larını  çıxarıb sobanın altına, qardaşının corab-
larının yanına qurumağa qoydu. Kobudluq qa-
nında olsa da, sadəlövhdü, kin-küdurət sax-
lamırdı. Sara ərinin qırmızı yanaqlarını məhəb-


 
43
bətlə süzüb uçan quşa döndü, konfeti, qəndi, 
qızının yerini şirin eləmək üçün anasının kənd-
dən bankaya yığıb göndərdiyi mürəbbəni süf-
rəyə düzdü. Dolu fincan öncə  Şərifin qarşısına 
qoyuldu, sonra Camala tərəf gələndə çayı  qəs-
dən üstünə dağıtdı. Qaynar çay Camalın paça-
sını yandırdı, diksinib yerindən atıldı. Sara də-
fələrlə üzr istəyib yalandan ağlamsındı. Bir-iki 
yağlı  kəlmənin yeri idi, amma Camal bu dəfə 
boğula-boğula qaldı, bilirdi fürsət düşən kimi 
Şərif arvadının gözündə ucalmaq üçün kişi-
lənərək gec gəlməsinin haqq-hesabını  çəkəcək, 
indi olan-qalan bir şalvarının dərdini çəkirdi, 
kim yuyub, ütüləyəcək, Sarayla arası dəydi, sə-
hər işə getməlidir. 
 Sarasa  ürəyində bu sözlərə görə  gələcəkdə 
Camaldan heyfini çıxmaq üçün yeni planlar cı-
zırdı. 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə