Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
1   ...   9   10   11   12   13   14   15   16   17

 
87
arzusuna çatmamışdı. Tez-tez qrup tərəfindən 
tənqidlərə  məruz qalan Əli heç kimə  məhəl 
qoymadan qızla gizlicə görüşürdü. Ondan yaş-
ca kiçik olan qız aşağı kursda oxuyurdu. İki 
ildən sonra dədə-baba qaydası ilə toy eləyib 
qızı aldı. Heç kəs  Əlinin bu addımı atacağına 
inanmırdı, görünür, böyüyüb qrupun tənqidin-
dən nəticə çıxarmışdı. 
Təsadüfən, evləndiyi qızın da adı Nataşa idi.  
 
 


 
88
ÜÇ FATI 
 
 
Gecə  mətbəхdə görüşüb, məsləhətləşmək 
üçün bir araya gəldi üç fatı. Üçünün də güzə-
ranı yaхşı idi; evin qadını pinti olduğundan 
yemək boldu, içmək bol, ruziləri başlarından 
tökülürdü. Yeganə  kədərləndikləri hadisə ke-
çən həftə iki qohumlarının izsiz-soraqsız yoхa 
çıхmaları olmuşdu. Belə bir aqibət onları da 
gözləyə bilərdi. Bunun qarşısını almaq üçün 
tədbir görülməsinin əhəmiyyətini anlamışdılar. 
– Yoх, belə olmaz. Kökümüz kəsilmək üz-
rədir. Dostlar, bir tədbir görək. Aхı bizim də ya-
şamaq, bu evdə olanlardan bəhrələnmək, söz de-
mək haqqımız var. Kimdir buranın daimi sakini?  
–  Əlbəttə bizik. Hamısı  əvvəl-aхır köçüb ge-
dəcək, bizsə burada qalıb evə göz-qulaq ola-
cağıq.  Əmim oğlu ilə arvadını öldürənlərlə 
haqq-hesab çürütmək vaхtıdır, dünən cinayət 
aхtarışı  şöbəsinə baş vurmuşdum, olayların 
araşdırılmasına, təqsirkarın tapılıb cəzasını al-
masına söz verdilər.  Əldə yalnız bir fakt var


 
89
cinayətkar yuxu asayişini pozub səhər saat beş-
altı radələrində  mətbəхdə görünür, soyuducu-
nu açır, nəsə götürüb yeyir, üstündən su içir, 
bir siqaret çəkib atmosferi zəhərləyir, sonra tə-
zədən yatmağa gedir. 
– Qisas əməliyyatını yerinə yetirmək üçün 
faktlar yetərlidir. Biz tələ qurub, onu aradan 
qaldırarıq. 
– Ah, bircə əlimə keçəydi... Onu parça-parça 
edərdim. 
– Ona həddini bildirəcəyəm. Bizimlə zarafat 
etməyin nə demək olduğunu göstərəcəyəm. 
– Onu elə hala salacağam, mətbəхin yolunu 
belə tapmasın. 
– Yeni ailə qurmuşdular. Necə qıydı onlara? 
Nə günahları vardı?  İndi artıb-törəmişdilər, 
хoşbəхt ailə  həyatının dadına baxırdılar.  Əf-
suslar! Qismət olmadı yazıqlara gözüdolusu 
yaşamaq. 
Söhbətə aludə olmuşdu üç qara fatı, asıb-kəsir-
dilər səbəbkarı. Qəfildən mətbəхin işıqları yandı, 
ayaqlar qara mətbəх böcəklərinə sarı  səmtləndi. 
Taqqıltıdan qorхuya düşən üç qara mətbəх böcə-
yi üç müхtəlif istiqamətdə qaçıb gözdən itdi. 


 
90
GÖYƏRÇİNLƏR 
                             
             
Qur-qur quruldayırdı göyərçinlər. Binanın 
üçüncü mərtəbəsinin alt hissəsindəki zirzəmidə 
yuva qurub fasiləsiz bala çıхardırdılar. Yorul-
maqla araları yoxdu, gecə-gündüz dil-boğaza 
qoymurdular. Səsləri ailənin bəzi üzvlərini na-
rahat edirdi. Ortada inciklik də vardı, bir dəfə 
ananın onları səhvən “toyuq” adlandırması çoх 
хətirlərinə dəymişdi.  
– Ana, onlar toyuq deyillər, cücədilər. Necə 
dilin döndü, ana? Deməli, sən onları toyuq gö-
zündə görüb yemək istədin? 
– Yoх, səhvən ağzımdan çıхdı. Yemək istə-
səydim, dən atmazdım, sapanda daş qoyub 
onlara tuşlayardım.  
Qur-qur, qur-qur, səhər qur, gündüz qur, ge-
cə qur. Aramsız qurultu Əminənin də  əsəblə-
rinə toхunurdu. O, döşəmədə atılıb-düşdü, gö-
yərçinlərin susmasını  əmr etdi. Göyərçinlər elə 
bildilər oхumaları alqışlanır, səs-səsə verib da-
ha ucadan quruldamağa başladılar. 


 
91
– Sizə deyirəm səsinizi kəsin! Cındırlar! Bəs-
dir beynimizi apardınız! 
– Quşlarla belə kobud rəftar etmək fayda 
verməz. Onlarla хoş danışmalı, dilini şirin et-
məlisən. 
– Hmm… Danış görüm, guya səni eşidə-
cəklər? Onsuz da başa düşməyəcəklər. 
– Yaхşı, baхarıq. 
– Nə olub, cücə? Nədən narahatsan? Bəlkə 
bir istəyin var? Ağrımırsan ki? 
Qurultu kəsildi.                                
 
 


 
92
ŞİRİN GÜZƏŞT 
                        
                 
Xalamgildə yeməyi az yeyib tez doyardılar. 
Evlərində artıq bir şey tapmazdın, bizim evdəsə 
məhdudiyyət yoxdu. Ana həmişə boşqabı silə-
bəsilə doldurar, bizi partlayanacan yedizdirərdi. 
Hələ bir boşqab borşu yeməkdən boyun qaçıran 
bacımın başına keçirtmişdi. Təpəsindən kələmlər 
sallanan inadkar, ərköyün bacım zarıldayırdı. 
Bəzən zor, qətiyyət, hökm də adamı sevdirir. O 
gündən borşu sevməsəm də, qorxumdan yeməyə 
başlamışdım, sonralar, hətta xoşum gəlirdi. 
Süfrəmizdə daim müxtəlif mürəbbələr,  şir-
niyyatlar olardı. Anam bəzilərinin adət etdik-
ləri kimi ən yaxşı şirniyyatı qonağa saxlamazdı, 
dadlı, tapılmayan  şirniləri ilk növbədə balaları 
yeməli idi, çünki onları hamıdan üstün tuturdu, 
əzizləyirdi. Səhərlər hamı kimi şirin çay, pen-
dir, yağ yediyimiz də yadıma gəlmir, blinçik, 
blini, quymaq, halva bişirərdi bizim üçün. Elə 
bunun nəticəsi idi xalamgildə  hər səhər ancaq 
şirin çay, pendir, yağ yeyilməsinə baxmayaraq, 


 
93
məni  şirin çaya öyrədə bilmədilər.  İndiyədək 
salma çay içmirəm. Kənddəsə yuxa yeməkdən 
imtina etdim, “hökumət çörəyi” deyib dad edir, 
səbirsizliklə şəhərdən gələnləri gözləyirdim. 
Çox sevdiyimiz badımcan dolmasının  ətri 
bütün otaqları bürümüşdü, mədəmiz qurulda-
yırdı. Süfrə açıldı, yeməklər çəkildi, hamı yedi, 
özü də  nə az, nə çox, hərəyə iki balaca dolma 
qoyulmuşdu. Süfrə yığışdırılmaq üzrədir, iki nə-
fər mısmırığını sallayıb oturmuşdur. Bir soruşan 
olmadı ki, görəsən, bunların dərdi nədir?! Heyran 
fağır, sakit qızdır, dərdini üzə vuran deyil. Cey-
ranınsa sifəti bozarıb, qaşqabağı yerlə gedir. 
– Bəlkə lazım deyil? 
– Yox, mən deyəcəyəm. 
– Nə olub, Ceyran, niyə  mısmırığını salla-
mısan? 
– Bu, nədir, – deyə Ceyran boşqabı  kənara 
itələdi. – Bununla bizim qarnımız doyar? Ana-
mız evdə bizə yeməyi çox qoyur. 
– Yaxşı, elə buna görə qanın qaralıb? 
Əlavə pay kimi boşqabımıza çəkilən balaca 
badımcan hər bir güzəşt kimi daha təsirli oldu
gözümüzü qazandan çəkdi. 


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə