Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

  


41  

 



 

yüz  kilometrlərlə  aralı  yerləşən  «sovet  əmək  düşərgə-

ləri»ni  mühafizə  etməyə  belə  lüzum  yoxdur.  Kim  haraya 

qaça  bilərdi.  Hər  tərəf  buz,  qar  və  meşə.  Lakin  zaman-

zaman baş verən qiyamlar dövləti düşərgənin mühafizəsini 

gücləndirməyə sövq etdi» (31, s.3-12). 

Əmək  düşərgələrində  ölüm  əzabına  qatlaşanlar  xüsusi 

üçlüklərin  (troykaların)  müxtəlif  ittihamlarla  məhkum 

etdiyi 

əksərən  günahsız  şəxslərdir.  Onların  cəza 



müddətləri 15-25 il arasındadır. 

A.Dağlı  dəstədə  sağ  qalan  21  soydaşımızdan  yalnız  3 

nəfərin – Nadirin, Kamranın və Muradağanın mübarizəsini 

əsərin  sonuna  qədər  izləyir.  Nadir  –  azərbaycanlı 

şagirdlərə  türk  uşaqları  dediyi  üçün  həbs  edilən  müəllim-

dir.  Kamran  –  rus  zabitlərini  sillələdiyi  üçün  həbs  edilən 

hərbçidir.  Muradağa  isə  kolxoz  əleyhdarı  kimi  yaxalanan 

Qaçaq  Qarabəkirin  məxfi  adıdır.  Məhz  bu  üç  nəfər 

düşərgədəki  95  dəstəni  birləşdirib,  qiyama  qaldırmağa 

müvəffəq olur. «Dünyada məhkum insanların intiqamı çox 

müdhiş  olur.  Hər  türlü  diktator  intiqamından  daha 

müdhiş!..»  (31,  s.17)  –  qənaətini    aşılayan  müəllif  düşər-

gədəki  məhbusların  heç  birinin  qiyama  etiraz  etməməsini 

təbii və qanunauyğun sayır. Çünki «mühit və iqlim aman-

sız,  bütün  Sibirya  və  bütün  Sovetlər  Birliyi  amansızdı» 

(31,  s.18).  Məhbuslar  olumla  ölüm  arasında  deyil,  şərəfli 

ölümlə tədrici və əzablı  ölüm arasında  seçim etməlidirlər. 

Onlar  şərəfli  ölümü  –  savaşaraq  ölməyi  üstün  tuturlar. 

Bolşevik  əxlaqına  bələd  olan  bu  insanlar  müdafiəsiz 

düşərgəni  bombalamaq  üçün  cəza  dəstələrinin  bir  an  belə 

tərəddüd  etməyəcəklərini  bilirdilər.  Nə  qədər  acınacaqlı 



 

  


42  

 



 

olsa da, onların gözləntiləri özünü doğruldur. Düşərgədəki 

qiyam  vəhşicəsinə  yatırılır.  Məhbusların  üç  günlük 

azadlığı  onların  böyük  əksəriyyəti  üçün  ölümlə 

sonuclanır.  Müəllif  düşərgədəki  qiyamı  və  cəza  dəstələ-

rinin  zorakı  hücumunu  bütün  dramatizmi  ilə  təsvir 

etməklə,  bir  tərəfdən,  məhkum  insanların  azadlıq  eşqini, 

həyatları  bahasına  olsa  belə,  bir  neçə  gün  azad  yaşamaq 

təşnəsini  əks  etdirirsə,  digər  tərəfdən,  bolşevik  rejiminin 

amansızlığını,  qəddarlığını  real  səhnələrlə  canlandırmağa 

nail  olur.  Eyni  zamanda,  rus  əsgər  və  zabitlərinin  qeyri-

insani  rəftarı  müqabilində,  Nadir  və  Kamranın  əsir  ruslar-

la  alicənab  davranışları da əsərdə türklüyün  insani duyğu-

larının təcəssümü kimi mənalandırılır.  

«Onlar  türklərdi»  əsərinin  strukturunda  mühüm  yer 

tutan  Nadir,  Kamran  və  Muradağa  surətləri  ilə  yanaşı,  iki 

qadın  soydaşımızın  –  Nigar  və  Həmidənin  də  obrazları 

özünəməxsus  bədii  funksiya  daşıyır.  Nigar  Nadirin,  Hə-

midə  isə  Kamranın  həyat  yoldaşıdır.  Ərləri  Sibirə  sürgün 

edilən  hər  iki  qadın  bolşevik  rejiminə  qarşı  mübarizəyə 

qərar verir və beləliklə də, konspirasiya məqsədilə Nigar – 

Nadya,  Həmidə  isə  Zinaida  –  Zinoçka  olur.  Moskvada 

xüsusi kəşfiyyat kursunda təhsil alan Nadya peşəkar casus 

qabiliyyətləri  qazanır  və  burada  toplanılmış  təcrübə  son-

radan  sovet  rejiminə  qarşı  mübarizədə  ona    çox  gərəkli 

olur. Zinoçka isə tibb bacısı ixtisasına yiyələnərək,  ərinin 

sürgün  yerinə  –  Krasnoyarsk  diyarının  Yeniseysk  qə-

səbəsinə yola düşür. Demək olar ki, bütün əsər boyu bu iki 

qadının  taleyini  izləyən  müəllif  onları  müxtəlif  dramatik 

vəziyyətlərdə  təsvir  edərək,  istiqlal  mücadiləsinin  cəsur 




 

  


43  

 



 

sıra  nəfərləri  kimi  səciyyələndirir  və  bütün  mürəkkəb 

situasiyalarda  Nigar  və  Həmidənin  ağıllı  hərəkətləri, 

təmkinli davranışları  Azərbaycan – türk qadınına məxsus 

yüksək mənəvi keyfiyyətlərin təcəssümünə çevrilir. 

Əsərin «Qanlı cəbhələrdə» adlı ikinci hissəsində sovet 

hərb sistemi, Kremlin velikorus şovinizminə söykənən an-

titürk,  antimüsəlman  siyasəti  əsas  ifşa  hədəfi  kimi  seçil-

mişdir.  Müəllif  burada  Almaniya  ilə  müharibənin  sovet 

rejiminin  çürüklüyünü,  ideologiyasının  qeyri-səmimiliyini 

bütün  çılpaqlığı  ilə  üzə  çıxardığıqını,  «kommunizm 

məmləkəti»  adlandırılan  SSRİ-nin  mahiyyət  etibarilə  rus 

imperiyasının  davamı  olduğunu  xarakterik  hadisələr  və 

obrazlarla  canlandırır,  yüz  minlərlə  soydaş  və  dindaşı-

mızın, həmçinin  bir  çox rusların  belə bolşevik zülmündən 

qurtulmaq  üçün  almanlara  bəslədikləri  ümidləri  əks 

etdirir. 

Əsərdə  rus  ordu  komandanlığının  Şimali  Qafqazın 

yerli  əhalisinə  münasibətdə  riyakarlığı,  qeyri-rusların 

intizam  (oxu:  cəza)  batalyonlarına  cəlb  olunaraq,  zorla  ön 

xəttə  çıxarılıb  məhv  edilməsi  Kremlin,  Stalin  rejiminin 

türk-müsəlman  xalqlarına  düşmən  münasibətinin  təzahürü 

kimi  qavranılır.  Belə  ki,  dağlıları  almanlara  qarşı  birgə 

hərbə səsləyən  rus komissarının geri dönüncə  öz əsgərləri 

ilə  danışığından  onun  dağlılara  nifrətinin  almanlara 

nifrətindən  az  olmadığı  aydınlaşır.  Öz  soydaşlarıyla  baş-

başa qalan komissar artıq açıq danışır: «Görüyormusunuz, 

yoldaşlar,  şu  vəhşi  dağlılar  dəxi  faşistlərlə  işbirliyi  yapı-

yorlar.  Cəbhəyə  yaxın bölgələrin başıpozuq vəziyyətindən 

istifadə  ilə  bizə  qarşı  kafa  tutdular.  Zatən  onlardan  başqa 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə