Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

  


37  

 



 

Azərbaycanda  cərəyan  edən  hadisələr  arasında  böyük 

bənzərlik  nəzərə  çarpır.  Deportasiya,  soyqırımı,  ərazi 

bütövlüyünə  təcavüz,  qaçqın  və  köçgün  həyatı  –  bütün 

bunlar  həmin  illərdə  xalqımıza  nəsib  olmuşdur.  Bu  gün 

millətimiz  dövlətçiliyimizin  möhkəmləndirilməsi,  ərazi 

bütövlüyümüzün  bərpası  uğrunda  mübarizə  aparır.  Silahlı 

qüvvələrimizin  döyüş  qabiliyyəti  durmadan  yüksəlir. 

Bütün  bunlar  A.Dağlının  Anadolu  istiqlal  savaşının  bədii 

əksi  olan  pyeslərinin,  sənətkarlıq  cəhətdən  yuxarıda  qeyd 

edilən  bəzi  nöqsanlarına  baxmayaraq,  istər  mövzusu, 

istərsə  də  ideyası  etibarilə  günümüz  üçün  də  aktuallığını 

və müasirliyini təsdiq edir.  

 



 

  


38  

 



 

TOTALĠTAR SOVET REJĠMĠNĠN ĠFġASI 

 

Bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində istiq-

laliyyətlərini  itirmiş  xalqların  mühacirət  ədəbiyyatında 

totalitar  sovet  rejiminin  ifşası  daim  aparıcı  mövzulardan 

olmuşdur.  Bu  mövzu  həmçinin  bolşevik  rejimi  ilə  barışa 

bilməyib,  vətəni  tərk  etmiş  rus  yazıçılarının  yaradıcılı-

ğında  da  öz  əksini  tapmışdır.  Yetmiş  ildən  artıq  bir  müd-

dətdə milli istiqlal uğrunda mübarizə aparmış Azərbaycan 

mühacirətinin  bədii  irsində  də  ifşa  pafosu  qızıl  totalita-

rizmə  yönəlmiş  əsərlər  yetərincədir.  A.İldırımın,  M.S.Ara-

nın,  Ə.Volkanın,  H.Dönməzin,  T.Atəşlinin  şeirlərində, 

A.Dağlının  nəsr  və  dram  əsərlərində,  M.Ə.Rəsulzadənin, 

Ə.Yurdsevərin,  N.Şeyxzamanlının,  M.Altunbayın  xatirələ-

rində  bolşevizmin,  Stalin  diktaturasının  törətdiyi  qanlı 

cinayətlər  bədii  əksini  tapmış,  repressiya,  deportasiya, 

soyqırımı  siyasətinin  insanlığa  zidd  mahiyyəti  açıqlan-

mışdır.  Bu  mövzuda  yazılmış  ən  dəyərli  əsərlərdə  müəl-

liflər  sovet  totalitarizminin  mənfurluğunu  ifşa  etməklə 

yanaşı,  özlərinin  demokratik,  hüquqi,  dünyəvi  dövlət 

ideallarını,  insan  haqlarına,  vətəndaş  azadlıqlarına  hör-

mətə söykənən açıq cəmiyyətə dair baxışlarını bədii sözün 

gücü  ilə  ifadə  etmişlər.  Bununla  da  totalitarizmin,  dikta-

turanın,  müstəmləkəçiliyin  ifşası  və  inkarı  yolu  ilə 

demokratik  dəyərlərin,  insan  hüquqlarının,  milli  istiqlalın 

üstünlüyü  təsdiq  və  təsbit  edilmişdir.  Bu  baxımdan,  Abay 

Dağlının  «Onlar  türklərdi»  və  «Əsir  ruhlar»  əsərləri 

səciyyəvidir.  



 

  


39  

 



 

«Onlar  türklərdi»  kitabını  A.Dağlı  1951-ci  ildə 

Ankarada  Rəna  imzasıyla  çap  etdirmişdir.  Həmin  imzanın 

A.Dağlıya  məxsusluğu  onun  «Əsir  ruhlar»  kitabına 

mühacir  ədəbiyyatşünas  və  sənətşünas  Mustafa  Həqqi 

Türkəqulun  yazdığı  ön  sözdən  bəlli  olur.  Xocası  və  dostu 

A.Dağlının  rus  imperializminə  qarşı  dönməz  mübariz-

lərdən  olduğunu  vurğulayan  M.H.Türkəqul  qeyd  edir  ki, 

«almanların  məğlubiyyətləri  ilə  nəhayətlənən  İkinci 

Dünya  hərbindən  sonra  türklüyün  son  qalası  və  ümidgahı 

olan  hürr  və  müstəqil  Türkiyəmizə  qovuşan  Abay  Mirzə 

«Onlar  türklərdi»  adlı  20-ci  əsr  köləlik  diyarı  olan 

Sovetlərin  «Buzlu  cəhənnəm»  deyə  adlandırılan  Sibirya-

sında  bir  ovuc  türkün  mücadiləsini  təsvir  edən  kitabını 

yayınlamağa  müvəffəq  oldu»  (14,  s.4).  Müəllifin  sağlı-

ğında  –  1957-ci  ildə  işıq  üzü  görmüş  «Əsir  ruhlar»  kita-

bındakı  bu  məlumat  «Onlar  türklərdi»  əsərinin  A.Dağlı 

qələminin  məhsulu  olduğuna  şübhə  yeri  qoymur.  Yazı-

çının  bu  əsəri  məxfi  imza  ilə  çap  etdirməsinin  səbəbi  isə, 

zənnimizcə,  mühacirət  həyatının ilk  illərində sovet  xüsusi 

xidmət  orqanlarının  təxribatlarından  qorunmaq  məqsədilə 

bağlıdır.  Yeri  gəlmişkən,  A.Dağlı  bu  əsəri  cəbhədə  həlak 

olmuş  məchul  bir  soydaşının  qanlı  çantasından  tapılmış 

yazılar  əsasında  işlədiyini  qeyd  edir  və  həmin  məchul 

yazarın  üslubunu  saxlamağa  çalışdığını  vurğulayır  ki, 

bunu  da  bədii  priyom  kimi  qiymətləndirmək  olar.  Müəl-

lifin  özünün  də  qeyd  etdiyi  kimi,  həm  memuar,  həm  də 

roman  janrının  ünsürlərini  özündə  ehtiva  edən  «Onlar  

türklərdi»  əsərinin  «Uzaq  mənfalarda»  adlı  birinci  hissə-

sində  «sovet  buzlu  cəhənnəmi»nə  –  Sibirə  sürgün  edilən 



 

  


40  

 



 

türklərin məşəqqətləri və köləlikdən qurtulmaq üçün təşkil 

etdikləri  qiyamlar  təsvir  olunur.  «Sosializm  dövlətinin  öz 

təbələrini  planlı  və  mütəşəkkil  bir  surətdə  yaxalayaraq, 

onları  bir  kölə  kimi  işlətdiyini»  əyani  şəkildə  göstərmək 

üçün  müəllif  Sibirdəki  əmək  (oxu:  ölüm  –  N.C.) 

düşərgələrindən  birindəki  dözülməz,  qeyri-insani  şəraiti 

canlandırır  və  bu  fonda  totalitar  sovet  rejiminin,  Stalin 

diktaturasının  cinayətkar  mahiyyətini  bütün  çılpaqlığı, 

eybəcərliyi  ilə  açmağa  müvəffəq  olur.  A.Dağlının  təsvir 

etdiyi  əmək  düşərgəsinin  sakinləri  «bolşevik  dilində  an-

layan  kimsələrdir».  Onların  qarşısında  duran  əmək 

mükəlləfiyyəti  yalnız  həyatları  bahasına  icra  oluna  bilər. 

Çünki  «ölüm  əzabına  qatlanmadan  planı  yerinə  yetirmək 

mümkün  deyil.  Fədakarlıq  göstərməyənlər  isə  ölümə 

məhkumdurlar...» (31, s.2). 

Düşərgənin məhbusları içərisində 30 nəfər türk də var. 

«Onların vəzifəsi çalışmaq, əli zopalı çavuşun vəzifəsi ça-

lışdırmaq,  silahlı  mühafizlərin  vəzifəsi  isə  tüfəngləri 

daima  tətikdə  saxlamaqdır».  «Çalışanlar  ölmüş  arkadaş-

larını  sanki  görmürlər  və  onların  soyuq  cəsədlərinə  fikir 

vermirlər.  İşdən  ayrılmaq  yasaqdır.  Ölən  ölməli,  çalışan 

çalışmalı idi » (31, s.2-3). 

«Lakin  gündəlik  itkilərə  baxmayaraq,  otuzluq  qrup-

larda  kölələrin  sayı  azalmır.  İşin  sirri  bundadır  ki, 

iqtisadiyyat  və  cəmiyyətini  planlı  bir  şəkildə  idarə  edən 

dövlət öz vətəndaşlarını da planlı bir surətdə həbs edərək, 

əmək  düşərgələrini  kölələrlə  təmin  edir.  Bu  düşərgə  də 

beş  min  kişilikdir.  Əksilmir.  Kölələr  ölür  və  kölələr 

gəlirlər.  Dəmir  yollarından  və  yaşayış  məntəqələrindən 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə