Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

  


29  

 



 

misraları da sırf publisistik effekt yaradır. 

A.Dağlının  Anadolu  istiqlal  savaşını  əks  etdirən  əsər-

lərindən  olan  «Sakarya  çetəsi»  (1969)  pyesi  onun  çap 

olunmamış  «Sakarya  qərargahı»  adlı  iri  həcmli  pyesinin 

qısaldılmış  variantıdır.  Böyük  səhnəsi  olmayan  xalq  ev-

ləri,  məktəb  və  qışlaqlarda  oynanıla  bilməsi  üçün  müəllif 

pyesin    bu  şəklini  hazırlamışdır  (22,  s.4).  Bir  qədər  sonra 

isə  A.Dağlı  «Sakarya  qərargahı»  pyesini  1968-ci  ildə  işıq 

üzü  görmüş  «Gənc  ata»  adlı  kiçik  pyesi  ilə  birləşdirərək 

«Sakaryada  22-ci  gün»  dramını  yazmışdır  (23,  s.5).  Odur 

ki,  təkrara  yol  verməmək  üçün  biz  yalnız  sonuncu  dram 

əsərinin üzərində dayanmağı zəruri saydıq. 

«Böyük  Atanı  (Atatürkü  –  N.C.)  yalnız  elmi  deyil, 

ədəbi əsərlərlə də tanıtmaq lazımdır» (23, s.5)  – qənaətin-

də olan müəllif onu bu pyesi yazmağa sövq edən səbəbləri 

belə  açıqlayır:  «Bir  neçə  ildən  bəri  qəzetlərdə:  «Bir 

yabançı  aktyor  Ata  rolunu  oynayacaq...»  kimi  xəbərlər 

oxuyuruq.  Bu  ön  sözü  yazdığım  tarixdə  də  belə  bir  xəbər 

yayınlandı:  «Bir  yabançı  yazar  televiziyonda    Ata  filmi 

üçün  bir  senaryo  yazdı».  Bir  aydın  olaraq  «Atanı  böyük 

bir  kitabla  bir  sayğıdəyər  lord  dünyaya  tanıtdıqdan  sonra, 

qaliba  Onu  səhnə  və  pərdədə  də  bir  yabançı  canlan-

dıracakdır»  deyə  üzülürdüm.  «Zəmanəmizdə  böyükləri-

mizi  tanıdacaq  ən  təsirli  vasitələr  səhnə    və  pərdə 

əsərləridir» düşüncəsiylə mən də bir şeylər yapmağa çalış-

dım»  (23,  s.5).  A.Dağlının  bu  düşüncələrinin  məhsulu 

kimi nəzmlə  yazılmış 2 pərdə,  7 şəkilli  «Sakaryada 22-ci 



gün» pyesi meydana çıxır. 


 

  


30  

 



 

Türkiyə  tarixindən  məlumdur  ki,  Anadolu  istiqlal 

savaşının  şanlı  səhifələrindən  olan  Sakarya  Meydan 

müharibəsi  22  gün  22  gecə  (23  avqust-13  sentyabr  1921) 

davam etmiş və  türk  ordusu  düşməni  Sakarya çayının şər-

qində  tamamilə  məhv  edərək,  böyük  bir  qələbə 

qazanmışdır  (9, s.55-56).  Pyesdəki hadisələr də əsasən bu 

taleyüklü  savaşın  sonuncu  –  22-ci  günündə  cərəyan  edir. 

Müəllifin öz sözləri ilə desək, o, «şanlı bir zəfər gününün 

olayları  içində  Atanın  gəncliyini  və  Sakaryadakı  baş 

komutanlığını  bir  neçə  səhnədə  canlandırmağa»  çalışmış-

dır (23, s.6). 

İstiqlal  mücadiləsini  əks  etdirən  digər  pyeslərində 

olduğu  kimi,  bu  əsərində  də  A.Dağlı  xalqın  azaqlıq 

arzusunu,  döyüş  əzmini,  qələbəyə  olan  sarsılmaz  inamını 

ön  plana  çəkir,  yalnız  əsgər  və  zabitlərin  deyil,  millətin 

bütün vicdanlı fərdlərinin  –  kəndlilərin, ziyalıların, sənət-

karların  da  vətənin  müdafiəsinə  qalxdıqlarını  göstərir. 

Vətənin  ağır  günlərində  bu  milli  birliyi  təmin  edən  qüvvə 

isə  Atatürk  şəxsiyyətidir,  bu  şəxsiyyətə  olan  ümumxalq 

inamı  və  məhəbbətidir.  Pyesdə  Atatürkün  həm  gəncliyi, 

həm  də  ümummilli  liderliyə,  Ali  Baş  Komandanlığa  yük-

səldiyi  dövr  əks  olunmuşdur.  Mustafa  Kamalın  gəncliyi 

ilə  bağlı  1-ci  pərdənin  3-cü  şəkli  –  onun  anası  və  Yaşlı 

Paşayla  söhbətləri,  anasının  qonşu  qızı Əminəyə dair niy-

yətləri  əsərə  lirik-romantik  ovqat  gətirirsə,  digər 

şəkillərdə hərb meydanının sərt reallıqları ilə rastlaşırıq: 

 

1.Çavuş –      Əvət 



İyirmi iki gündüz, iyirmi iki gecə, 


 

  


31  

 



 

Kolaydır söyləyincə, 

Qara bulud keçdi, şimşəklər çaxdı, 

Və hər gün nə qədər qızıl qan axdı. 

Atılan hər kurşun bir hədəf buldu, 

Bulanıq Sakarya  qıpqızıl oldu. 

Çox qanlı başladı o birinci gün, 

Nəhayət bugun tam iyirmi ikinci gün. 

Şimdi Sakaryanın kıyısındayız, 

Doğusundan gəldik, batısındayız. 

Fəqət bu savaşlar verirmi ara, 

Yolumuz yenə də qan, ölüm, yara 

İnşallah bu yolun zəfərdir sonu.  

(23, s.34-35) 

 

Məhz  bu  zəfər  naminə  İstanbuldan  aydınlar,  Anka-



radan  qəzetçilər,  Ərzurumdan  aşıq,  habelə  həmşirə  qızlar, 

kəndlilər  Sakaryaya  –  hərb  meydanına  gəlmişlər.  Bütün 

xalq  ayağa  qalxmış,  səfərbər  olmuşdur.  Türk  xalqının  bu 

birliyinə,  yenilməzliyinə  əmin  olduğundandır  ki,  Mustafa 

Kamal  paşa  ona  qarşı  hazırlanmış  sui-qəsdə  çox  soyuq-

qanlılıqla  yanaşaraq,  dilənçi  cildinə  girmiş  casusu  əfv 

edir.  Onun  fikrincə,  həlak  olacağı  təqdirdə  belə,  istiqlal 

savaşı  davam  edəcəkdir.  Çünki  türk  milləti  yeni-yeni  

öndərlər yetişdirmək qüdrətinə malikdir: 

 

Bəni öldürəcək, öc alacaqmış,  

Bən ölürsəm belə, nə olacaqmış. 

Dəfn mərasimi hər an bəklənir, 

Bənim də ömrümün bir sonu gəlir. 



 

  


32  

 



 

Bu naciz vücudum bir gün yox olur, 

Fəqət övlad sevən annə çox olur. 

Onlar yetişdirir və bulur kamal, 

Yüzlərcə, minlərcə Mustafa Kamal!  

(23, s.47-48) 

 

A.Dağlı  pyesdə  Mustafa  Kamalı  müxtəlif  vəziy-



yətlərdə  təsvir  etməklə  onun  xarakterinin  səciyyəsini 

tamamlayır.  Belə  ki,  Ərzurumlu  aşıqla  görüş  səhnəsində 

paşa  xalq  musiqisinin,  şeirin,  sənətin  vurğunu  kimi 

göstərilirsə,  zabit  heyəti  ilə  mükalimələrində  onun 

sərkərdəlik  istedadı,  hərbi  təfəkkürü  qabardılır.  Əsir 

götürülmüş  yunan  döyüşçüləri  ilə  dialoqda  isə  müəllif  

Mustafa  Kamalın  alicənablığını  ön  plana  çəkərək,  onun 

düşmənlə  də  nəzakətlə  davrandığını  təsvir  edir.  Paşa 

mətbuat  nümayəndələrinə,  İstanbuldan  gəlmiş  aydınlara 

münasibətdə  də  əsl  ziyalılıq  nümayiş  etdirir,  demokratik 

ruhlu bir şəxsiyyət kimi diqqəti cəlb edir. 

Əsərdə  düşmən  tərəfin  siması  da  onların  öz  araların-

dakı  dialoqda  açılır.  İki  yunan  əsgərinin  söhbətindən 

onların  qəddarlığı,  soyğunçuluğu,  silahsız  dinc  əhaliyə 

divan tutmaları bəlli olur: 

1. 


Yunanlı ər - 

Bizi yaxalayıb bu yaman türklər, 

Heç şübhə yoxdur ki, öldürəcəklər. 

Bən bir gün onlara yakalanmışdım, 

Sonra bir yol bulub, gizlicə qaçdım. 

Türk deyə qorxarım, yamandır onlar, 

Biliyorum bizlərə nə soruyorlar. 


Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə