Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


58  

 



 

Gülsər  –  Bu  sadə  bir  dərs  deyil.  Həyat  dərsidir. 

Həyatın bir sıra gerçəkləri varmış. 



Yavuz – Məsələn? 

Gülsər  –  Məsələn:  Eyni  yaşlı  gənclərin  sevişmələri 

irəlidəki ailə həyatı üçün təhlükəli imiş. Bu, təbii bir ehti-

yacdır.  İlk  sevgi  həyəcanlarına  qapılıb,  gələcəyi  unutmaq 

olmaz.  Bir  ailədə  ayrı-ayrı  cinslərin  yaşları  da  ayrı-ayrı 

olmalıdır (17, s.54-56). 

Gülsərin  davranışında,  dünyagörüşündə  baş  verən  bu 

dəyişikliyi  təsvir  etməklə,  onun  əqli-mənəvi  inkişafını 

izləyən müəllif belə bir fikir aşılayır ki, məktəblilərin, ye-

niyetmə  gənclərin  təcrübəsizlikdən  doğan  ötəri  hisslərin 

təsirinə qapılmaları, əks cinslə münasibətlərində həyəcanlı 

anlar  yaşayaraq  bunu  sevgi  zənn  etmələri  mümkün  və 

təbiidir.  Eyni  zamanda,  onların  müxtəlif  xarici  kino-

filmlərin,  bayağı  mətbuatın  təsiri  altında  Qərb  həyat 

tərzinin  bəzi  zərərli  cəhətlərinə  meyl  etmələri,  təhsilə 

maraqlarının  azalması  da  təsadüf  olunandır.  Lakin  belə 

halların  faciələrlə  nəticələnməməsi  üçün  onların  qarşısı 

vaxtında  alınmalıdır.  Bu  işdə  isə  valideynlərlə  yanaşı, 

məktəbin,  müəllimin  də  üzərinə  böyük  məsuliyyət  düşür. 

Əsər  boyu  hadisələri  dinamik  inkişaf  etdirən  müəllif  belə 

bir  məntiqə  söykənir  ki,  məktəb  yalnız  təhsil  müəssisəsi 

deyil, eyni zamanda, mənəviyyat ocağı olmalıdır, gənclərə 

biliklərin  əsaslarını  öyrətməklə  yanaşı,  onları  milli-

mənəvi  dəyərlərə  sədaqət  ruhunda  tərbiyə  etməli, 

qabiliyyətlərini  üzə  çıxarıb,  istedadlarını  düzgün  yönəlt-

məlidir.  Yalnız  bu  zaman  millət  üçün,  cəmiyyət  üçün  əsl 

vətəndaş  yetişdirmək  mümkündür.  Gülsər,  Yavuz,  Murad 




 

  


59  

 



 

və  Gürşad  kimi  məktəblilərin  yanlış  düşüncələrdən  və 

həyat  tərzindən  çəkindirilib,  perspektivli  gələcəyə 

yönəldilməsində  də  müəllif  daha  çox  məktəbin,  konkret 

olaraq Bayan  Öyrətmənin rolunu qabardır. Demək olar ki, 

A.Dağlı  bu  obrazın  simasında  özünün  müəllim  idealını 

yaratmışdır.  Əsərdə  millilik  baxımından  belə  bir  məqam 

da  diqqəti  xüsusi  cəlb  edir  ki,  müəllif  bütün  məktəbli 

surətlərinə  milli  türk  adları vermiş,  yaşlı  nəslin  nümayən-

dələrini isə real vəziyyətə uyğun olaraq ərəb, fars mənşəli 

şəxs  adları  ilə  təqdim  etməmək  üçün  onları  şərti  adlarla 

(Zəngin Ata, Fəqir Ana və b.) işarələmişdir. 

Bütün dövrlər və cəmiyyətlər (o cümlədən Azərbaycan 

cəmiyyəti)  üçün  aktual  olan  mənəvi-əxlaqi  problemlərə 

toxunması  və  dramaturji  mükəmməlliyi  ilə  A.Dağlının 

«Okullular» pyesi bu gün də müasir səslənir.  

 

                                *** 

 

A.Dağlının  xalqımızın  möhtəşəm  qəhrəmanlıq  eposu-



nun  motivləri  əsasında  qələmə  aldığı  və  1977-ci  ildə 

İstanbulda  nəşr  etdirdiyi  «Dədə  Qorqud»  pyesinin  də  (3 

pərdə,  7  şəkil)  başlıca  qayəsi  türklüyün  zəngin  mənəvi-

əxlaqi dəyərlərinin nəsildən-nəsilə ötürülərək yaşadılması-

dır.  Müəllif  əsərə  yazdığı  ön  sözdə  sovet  Azərbaycanında 

eyni  adlı  bədii  filmin    (yazıçı    Anarın  ssenarisi  əsasında 

kinorejissor  Tofiq Tağızadənin 1975-ci  ildə  «Azərbaycan-

film» kinostudiyasında çəkdiyi «Dədə Qorqud» bədii filmi 

nəzərdə  tutulur  –  N.C.)  çəkildiyini,  fəqət  bu  filmin  sənət 

dəyəri və  ideoloji yönü barədə təsəvvürü olmadığını qeyd 




 

  


60  

 



 

edir  (28,  s.5).  Buraya  onu  da  əlavə  edək  ki,  A.Dağlı 

«Dədə  Qorqud»  pyesini  nəşr  etdirənə  qədər  sovet 

Azərbaycanında  M.Rzaquluzadənin,  Ə.Dəmirçizadənin, 

N.Xəzrinin,  Ə.Muğanlının  və  b.  müəlliflərin  bu  eposun 

motivləri  əsasında  qələmə  aldıqları  bədii  əsərlər  çap 

olunmuş, Cənubi Azərbaycanda Səhəndin «Sazımın sözü» 

poeması  yaranmışdı.  İndiki  halda  mühacir  yazıçı-

dramaturqun  həmin  əsərlərlə  tanış  olub-olmaması  barədə 

heç  bir  bilgimiz  yoxdur.  Lakin  bundan  asılı  olmayaraq, 

A.Dağlının  eposun  ideyasından  özünəməxsus  şəkildə 

faydalanmaqla,  orijinal  və  müasir  ruhlu  bir  sənət  əsəri 

yaratmağa çalışdığını söyləyə bilərik. 

Pyesdə    dramatik  süjetin  əsasını  «Kitabi-Dədə  Qor-

qud»un  «Dirsə  xan  oğlu  Buğac  xan  boyu»  təşkil  edir. 

Müəllif bu boydan xanlar xanı Bayındır xanın illik ziyafət 

məclisini,  ağ,  qırmızı  və  qara  çadırlarla  bağlı  ritualı, 

Buğacın doğulub boya-başa çatmasını və s. hadisələri iqti-

bas  etmiş,  digər  boylardan  isə,  əsasən  döyüş  səhnələrini 

canlandırmış,  özünün  ön  sözdə  qeyd  etdiyi  kimi,  tarixi 

gerçəklərə  bağlı  qalmaqla  bərabər,  olayları  yerinə  görə 

genişlətmiş,  bununla  da  əsərin  səhnə  effektini  təmin 

etməyə  çalışmışdır.  Eposdakı  kimi,  bu  pyesdə  də  yeri 

gəldikcə,  nəsr  və  nəzm  növbələşir,  Dədə  Qorqud  şeirlə 

danışır. 

«Kitabi-Dədə  Qorqud»un  məğzini,  ruhunu,  başlıca 

qayəsini təşkil edən vətənpərvərlik və qəhrəmanlıq pyesdə 

də  aparıcı  ideyadır.  Bununla  yanaşı,  ailə  təəssübü,  vali-

deynə,  ağsaqqala  hörmət,  qadına  ehtiram,  namus,  qeyrət, 

halallıq,  şəfqət  və  mərhəmət  də  müəllifin  gənc  nəslə,  ilk 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə