Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


54  

 



 

məsud  edəcəyim.  Gülsərənlər  hər  iki  saatda  bir  moda 

dəyişdirirlərsə, bənim Gülsərim hər saatda bir moda dəyiş-

dirəcək.  (Onun  əskimiş  əlbisəsini  göstərərək)  Şöylə  bir 

əlbisəyi  üç,  dörd  il  deyil,  üç,  dörd  gün  belə  kullanmıya-

caksın.  Sana  artıq  camaşırçı  qadının  qızı  deyəmiyəcəklər. 

Bən  hayqutluq  filmlərini  çevirən  böyük  şirkətlər 

quracağım. Sən də böyük patronun eşi olacaqsın. 



Gülsər  –  (Onun  sözlərinə  heyran  olaraq).  Yalnız 

eşmi? 


Yavuz  –  Təbii.  Bənim  gibi  bir  patronun  eşi.  Azmı 

görüyorsun? 



Gülsər – Xayır, az deyil. Fakat, eyni zamanda, bənim 

də əski bir xülyam canlanmazmı? 



Yavuz – Nasıl bir xülya? 

Gülsər – Ta ilk okuldan, hətta ilkokulun ilk sinifindən 

etibarən başlayan bir xülya. Yəni film yıldızı olmaq. 



Yavuz – A!.. Anladım. Tabii. Olacaqsın. (17, s.24-25). 

Müəllifin  qənaətincə,  yeniyetmələrin  həyatın  mənası 

barədə  bu  cür  yanlış  düşüncələrdən,  sevgiyə  dair  bəsit  tə-

səvvürlərdən çəkindirilməsində valideynlərlə yanaşı, mək-

təbin,  müəllimin  də  önəmli  rolu  olmalıdır.  Hər  bir 

pedaqoq  yalnız  fənn  müəllimi  deyil,  eyni  zamanda  mək-

təbli  gənclərin  həyat  müəllimi,  onların  mənəvi  aləminin 

memarı  olmalıdır.  Pyesdəki  Litsey  müdiri  və  Bayan 

Öyrətmən obrazlarını A.Dağlı məhz bu yöndə işləmişdir. 

Litsey  müdiri  pedaqoji  işlə  inzibati  işi  uğurlu  şəkildə 

əlaqələndirən bir şəxsdir. O, məktəbin vəzifəsini vətəndaş 

yetişdirməkdə,  öz  sözlərilə  desək,  Namiq  Kamalların, 

Tofiq  Fikrətlərin  arzuladığı  gənclər  yetişdirməkdə  görür. 



 

  


55  

 



 

Elə  bir  gənclik  ki,  yurd  sevgisi,  millət  təəssübü,  elm, 

mədəniyyət  yanğısı  ilə  dolu  olsun  və  vətən  onun  qolları 

üzərində yüksəlsin. 

Bu  məqsədə  nail  olmaqdan  ötrü,  Litsey  müdiri 

müxtəlif təşəbbüslər edir, şagirdlərin maraq dairəsini, iste-

dadlarının  yönümünü  aşkara  çıxarmaq  üçün  onların 

sərbəst  çalışmalarına  xüsusi  diqqət  yetirir,  asudə  vaxt-

larının  səmərəli  təşkilinin  qeydinə  qalır.  Bəzən,  yeri  gəl-

dikdə,  sərt  davrana  da  bilir.  Lakin  özünün  də  etiraf  etdiyi 

kimi,  onun  bu  sərtliyini  Bayan  öyrətmənin  həlimliyi  və 

şəfqəti tamamlayır: 



Müdir  –  ...Bəzi  işlərə  göz  yummaq...  Olmuyor,  sayın 

Xoca Xanım, olmuyor... Müsamihə bəzən çox təhlükəlidir. 

Fəqət  etiraf  ediyorum  ki,  bu  da  lazımdır.  Nə  yazıq  ki, 

bənim  təbiətim  buna  müsait  deyil.  Əminəm  ki,  bu  okulda 

bənim sərt davranışlarımı sizin müsamihə və şəfqətiniz ta-

mamlayacaq. Əvət, yerində azarlıyacağız, yerində okşuya-

cağız. Kayb etməkdə olduğumuz şu cocukların bir çoxunu 

qurtarırız  bəlki...  Qurtaramadıqlarımız  isə... Nə  yapalım... 

Hərkəsi  layiq  olduğu  yerə  göndəririz.  Bu  il  ögrənciləri-

mizi  yakından  tanımağa  çalışacağım.  İnşallah  gələcək  il 

lisəmizdə  liseyə  layiq  olmayan  ögrəncilərimiz  qalma-

yacaq. 


Bayan Öyrətmən – İnşallah, inşallah. 

Müdir  –  Bu  işi  yalnız  sizin  yardımınıza  güvənərək 

yapa biləcəgim. 



Bayan  Öyrətmən  –  Bən  hər  zaman  yardıma  hazırım 

(17, s.35-36) 




 

  


56  

 



 

Həqiqətən  də  Bayan  öyrətmən  öz  vəzifəsini  vicdanla 

və çox böyük şövqlə yerinə yetirir, şagirdlərin təlim-tərbi-

yəsinin  düzgün  təşkili  üçün  yorulmadan  çalışır,  əziy-

yətlərə  qatlaşır,  bəzən  cahil  valideynlərin  təhqiramiz 

sözlərinə  də  dözməli  olur,  lakin  ruhdan  düşmür,  uşaqları 

da  ruhdan  düşməyə  qoymur.  Bu  müəllimə  yalnız  öz 

fənnini  tədris  etməklə  işini  bitmiş  saymır;  yeniyetmə 

gənclərə,  sözün  əsl  mənasında,  ana  qayğısı,  nəvazişi  gös-

tərir, onların qəlbinin dərinliklərinə nüfuz etməyi, mənəvi 

aləmlərini  öyrənməyi  bacarır.  Bu  cür  məhrəmanə  müna-

sibətlər  şagirdlərin  həm  təhsilinə,  həm  də  davranışlarına 

müsbət təsir göstərir. 

Bayan    Öyrətmənin  iş  metodunun  səmərəliliyi  pyesdə 

konkret  olaraq  Gülsər  obrazının  əqli-mənəvi  inkişafında 

daha əyani təcəssüm edir. Atadan  yetim qalaraq fəqir ana-

sının  himayəsində  böyüyən  Gülsər,  artıq  yuxarıda  qeyd 

etdiyimiz  kimi,  müəyyən  bir  zaman  kəsimində  zəngin 

ailədən  olan  məktəb  yoldaşı  Yavuzun  pozucu  təsiri  altına 

düşərək,  günlərini  onunla  birlikdə  sinemalarda,  müxtəlif 

əyləncələrdə  keçirir.  Aralarındakı  münasibətləri  yanlış 

olaraq  sevgi  kimi  qavrayan  bu  qız  oğlanın  gələcək  birgə 

həyatları  barədə  cızdığı  bəyaz-çəhrayı  tablolardan  xoşla-

naraq,  məktəbi,  təhsili  unudur,  kino  ulduzu  olaraq  parla-

yıb məşhurlaşmaq eşqi ilə yaşayır. Məhz bu zaman Bayan 

Öyrətmən  hadisələrin  gedişinə  müdaxilə  edərək,  bu 

məktəbli  qızda  sevgi  və  xoşbəxtlik  barədə  həyat  təcrü-

bəsinin  azlığından  yaranmış  yanlış  təsəvvürləri  dağıdır, 

onu  xəyallar  aləmindən  reallığa  doğru  yönəldir.  Müəlli-

mənin təsiri ilə Gülsərin düşüncələrində, həyata baxışında 




 

  


57  

 



 

yaranmış  əsaslı  dönüş  onun  Yavuzla  növbəti  qarşılaş-

masında özünü bütün çılpaqlığı ilə büruzə verir: 

Yavuz – Şu halda mən də bir kitab almaq istiyorum. 

Gülsər – Hangi kitab? 

Yavuz  –  (onu  mənalı  süzərək)  Gülsər  adlı  bir  kitab. 

Bir könül kitabı. 



Gülsər – Xayır. Bu kitab artıq kapanmışdır. 

Yavuz  –  Bana  bax,  Gülsər.  Sən  artıq  tamamilə  dəyiş-

din. 


Gülsər – Əvət. 

Yavuz – Bəni tamamilə unutdun. 

Gülsər – Bir aşiq olaraq əvət. Bir okul arkadaşı olaraq 

xayır. 


Yavuz – Demək, bir aşiq olaraq əvət. 

Gülsər – Əvət. 

Yavuz – Hangi yeni bir aşiqin əmriylə? 

Gülsər  –  (Kitabı  hiddətlə  kapadaraq)  Sən  böylə 

konuşamazsın,  Yavuz  (Birdən  ayağa  qalxıb  onun  önündə 

duraraq).  Nəhayət  açıq  konuşalım.  Sən  bənim  körpə  kafa-

ma  bir  çox  kötü  şeylər  doldurmuşdun.  Həpsini  kafamdan 

çıkarıb atdım. 

Yavuz – A!.. Maşallah körpə xanım qız. 

Gülsər  –  Alay  etmə.  Sən  də  yaşına  görə  körpə  deyil-

misin?  Fəqət  yaşından,  başından  böyük  işlər  yapmaq 

istədin. Hər şeyin vaxtı var. Şimdi bizim həm olğunlaşma, 

həm  də  təhsil  çağımızdır.  Gənclik  həyatımızda  canlanan 

bir  sıra  istəklərimizi  frenləməzsək,  irəlidə  nə  həyat  qalır-

mış, nə istək. 



Yavuz – Yenə də maşallah. Dərsini iyi əzbərləmişsin. 


Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə