Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


44  

 



 

bir  mərifət  də  bəkləyəməzdik.  Rus  torpağı  üzərində 

yaşayan  bütün  bu  qeyri-rus  məxluqlar  bizim  əski 

düşmənlərimizdir.  Unutmasınlar  ki,  rus  əsgəri  qurşunu 

əsirgəməyəcək.  Qəhrəman  rus  ordusu  yalnız  dış  düşmən-

ləri  deyil,  iç  düşmənləri  də  imha  edəcəkdir.  Siz  də  birər 

rus  övladı  olaraq,  rus  torpağını  bütün  bu  xain  həriflərdən 

təmizləyəcəksiniz» (31, s.61).  

«Komissar  yoldaş»ın  qəzəb  və  nifrətini  açıq  büruzə 

verməsi  həm  də  onunla  bağlıdır  ki,  «...  Qafqaz  dağların-

dan  təbii  bir  istehkam  kimi  istifadə  etmək  istəyən  ruslar 

nə  dağları  əmr  altına  ala  bilirdilər,  nə  də  dağlıları».  Belə 

ki,  rus-alman  müharibəsinin  başlanması  ilə  Şimali 

Qafqazda milli mücadilə açıq şəkil almış, dağlılar ruslarla 

mübarizədə  yeganə  müttəfiq  saydıqları  almanları  bir 

xilaskar  kimi  təntənə  ilə  qarşılamışdılar.  Onlar  almanlara 

qarşı  özlərinə  xas  ənənəvi  qonaqpərvərlik  və  nəzakət 

göstərir,  almanlar  da  yerli  əhaliyə  münasibətdə  liberal 

siyasət  yeridirdilər;  dağlıların  daxili  işlərinə  müdaxilə 

etmir,  adət-ənənələrinə  hörmətlə  yanaşır,  bolşeviklərin 

yasaq  etdikləri  milli  və  dini  bayramlarını  keçirmələrinə 

mane  olmur,  əksinə,  özləri  də  məmnuniyyətlə  bu  şənlik-

lərə qatılırdılar. Lakin rus əsarətini rədd edən dağlılar hər 

hansı bir şəkildə alman ağalığı ilə də barışmaq niyyətində 

deyillər.  Rus  bolşevizminin  və  alman  faşizminin  taktiki 

gedişlərinə,  riyakarlığına  rəğmən,  dağlılar  milli  istiqlal 

məsələsində sona qədər səmimi və güzəştsiz mövqe tutur-

lar. 


Diqqətəlayiq  haldır ki, «Onlar türklərdi» əsərinin əsas 

ifşa  hədəfi  rus  bolşevizmi,  Stalin  diktaturası  olsa  da, 




 

  


45  

 



 

müəllif  yeri  gəldikcə,  alman  faşizminin  də  eybəcərlik-

lərini,  antihumanist  mahiyyətini  göstərməkdən  sərf-nəzər 

etməmişdir.  Əsirlərlə  rəftarda,  digər  millətlərin  nümayən-

dələrinə  münasibətdə,  məhkum  xalqların  haqlarını,  o 

cümlədən  milli  istiqlal  haqlarını  tanımamaqda,  türk  birli-

yindən  çəkinməkdə  nasistlər  heç  də  bolşeviklərdən  fərq-

lənmirlər.  Bu  məqam  əsərdə  həm  ayrı-ayrı  hadisələrin 

fonunda,  həm  də  obrazların  nitqində,  ifadələrində  əks 

olunur.  «Elbrus  ağlayır»  fəslində  Nigar  cəbhədə  gördük-

lərini  nəql  edərkən  almanların  davranışlarına,  münasibət-

lərinə də toxunur: «Cəbhənin hər tərəfində törənlə istiqbal 

ediləcəyimizi  bəkliyorduq.  Sadədilliyimizi  görüyormusu-

nuz?  Biz  öylə  zənn  ediyorduq  ki,  Avropa  mədəniyyətinin 

yüksək  müməssilləri  bizi  birər  könüllü  fərari  kibi  təbrik 

edəcək,  hətta  bizim  könüllərimizi  belə  okuyacaklardır... 

Fəqət,  heyhat!..  Yolda  rasladığımız  və  bizə  qarşı  səmimi 

bir  alaka  göstərən  dindaş  köylülər:  «Aman,  dedilər,  şu 

almanlardan  sakınınız.  Bunlar  ikinci  bolşevikdirlər.  Sizi 

əsir kamplarında aclıqdan öldürərlər» (31, s.89). 

Bununla  belə,  almanların  vəhşi  rəftarına  rəğmən, 

Almaniyanı  görən  və  Avropa  mədəniyyətilə  yaxından 

təmasda  olan  əsirlərin  və  digər  sovet  vətəndaşlarının  bir 

daha  bolşevik  Rusiyasına  dönmək  istəməyərək,  mühacirət 

həyatına    üstünlük  vermələrini  də  A.Dağlı  təbii  və  inan-

dırıcı təsvir edir. «Berlində» fəslində nasist Almaniyasının 

paytaxtı  ilə  bolşevik  Moskvasının  müqayisəsi,  bu  baxım-

dan,  səciyyəvidir.  Nadir  və  Nigar  bolşevik  təbliğatına 

rəğmən, burada «kapitalizm cəhənnəmi yerinə, modern bir 

həyat  mənzərəsi»nin  şahidi olurlar: «Alman şəhərində hər 




 

  


46  

 



 

şey  insanın  rahatlığı  üçün  yapılmışdı.  Məskən  böhranı 

yox. Su bol. Kanalizasiyon mükəmməl. Hər tərəfdə yeraltı 

və  yerüstü  yollar.  Min  bir  vəsait.  Min  bir  ixtira.  Min  bir 

icad.  Rus  şəhərlərində  isə  hər  şey  insanın  rahatlığını 

pozurdu. Vəsait qıtlığı. Məskən böhranı. İbtidailik. Üfunət 

və çirkab. 

Avropa  şəhərində  xüsusi  təşəbbüslər  hər  işin  başında 

gəliyordu. Məmləkət vətəndaşının dükanı, mağazası, hətta 

atelyesi,  fabrikası,  oteli  və  apartmanları  ola  bilirmiş.  

Rusiya  şəhərində  isə  xüsusiyyət  naminə  bir  şey  yoxdu. 

Hər  şey  dövlətin  malı  idi.  Şəhər  qapalı  bir  iş  kampına 

bənziyordu.  

Hitler  səltənətində  Gestaponun  mövcudiyyətinə  rəğ-

mən,  şəxsiyyət  azaddı.  Bütün  vətəndaşlar  (təbii,  kommu-

nistlər  xaric)  ədalət    hüzurunda  şəxsi  mənafelərini  müda-

fiə edə bilirlərdi. Stalin hökmranlığında isə insan insandan 

başqa  hər  şeydi:  məmləkətin  vətəndaşı  deyil,  dövlətin 

köləsi.  Allahın  bəndəsi  deyil,  Stalinin  iş  heyvanı.  İnsan-

lığın bir əzası deyil, NKVD-nin zəncirli məhbusları!.. 

Almaniyada Türkiyə mətbuatını təqib etmək, hətta sıx-

sıx  anti-Hitler  məqalələr  nəşr  edən  qəzetləri  almaq  və 

oxumaq  mümkündü.  Rusiyada  isə  Türkiyə  qəzetlərini 

almaq  şöylə  dursun,  Türkiyənin  adını  belə  söyləmək 

imkansızdı...» (31, s.124). 

Beləliklə, müəllif alman həyat tərzinin, Almaniya ger-

çəkliyinin  təsvirini  də  sovet  rejiminin  ifşası  üçün  bədii 

priyom  kimi  istifadə  edir  və  vətənə  dönərək  repressiya 

qurbanı  olmaqdansa,  xaricdə  yaşamağa  üstünlük  verən 

soydaşlarının  seçiminə  haqq  qazandırır.  Bu  şərtlə  ki,  mü-




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə